Məhkəmə qərarları › İş №2-2(103)-415/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-415/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-415/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-2(113)-389/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh konteynerinin iddiaçıya geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 4720 manat pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-6114/2024 nömrəli qərardadı ilə Dənizkənarı Bulvar İdarəsi X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli e-2-2(113)-389/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli e-2-2(113)-389/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 10 mart 2025-ci il tarixli, 2- 2(103)-415/2025 saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin “Azneft Ferma” konteynerinin İddiaçı MMC-yə geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 3540 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(113)-6109/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azneft Ferma” konteyneri İddiaçı MMC-yə geri qaytarılması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda həmin kommersiya mübahisəsi üzrə iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş № e-2-2(103)-362/2025). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-362/2025 saylı işə birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinin tələblərinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Müstəqli tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili həmin işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Hazırkı halda yuxarıda göstərilən kommersiya işlərinin bir iddiaçının müxtəlif cavabdehlərə qarşı irəli sürüldüyü oxşar iddialar üzrə işlər olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, kommersiya mübahisələrinin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-362/2025 saylı kommersiya işi ilə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar