Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-416/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «müqavilənin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənlməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-542/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ağsu X4 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinin bərpa edilməsi, həmin xidmət müqaviləsinə vaxtından əvvəl qeyri-qanuni xitam verilməsi nəticəsində oan dəyən 2192 manat maddi ziyanın, mənəvi ziyana görə 10 000 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eyni zamanda 30 manat ödənlmiş dövlət rüsumunun cavabdehən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir rayon Məşğulluq idarəsinin göndərişi əsasında, iddiaçı xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsi əsasında xx xxxxxx 2017-ci il tarixə qədər Ağsu X4 İdarəsində nəzarətçi-çilingər xidməti göstərmiş, yaşadığı Kürdəmir rayonu Xəlsə kəndinə təhkim olunmuşdur. xx xxxxxx 2018-ci il tarixində xidmət müqaviləsinə əlavə razılaşma ilə müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixə qədər uzadılmışdır. Nəzarətçi-çilingər kimi qaz borularına nəzarət etmiş, qaz pulu ödənişlərinin təmin olunmasına, sayğac göstəricilərinin oxunmasında köməklik etmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, idarə rəisi tərəfindən ona qarşı heç bir irad göstərilməmiş və xəbərdarlıq olunmamışdır. Lakin xx xxxxx 2018-ci il tarixdə Ağsu X4 İdarəsinin rəisi Namiq Məmmədov iş otağında ona bildirmişdir ki, rəhbərlikdən göstəriş verilmişdir ki, onunla bağlanmış əmək müqavilsinə xitam verilsin. O, narazılıq edərək bildirmişdir ki, heç bir nöqsanı olmamış, üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Təqaüdçü də deyil, onun da işləmək hüququ var. Əgər belə olsa müdiriyyətdən şikayət edəcək, sonuncu da ona gedib işi ilə məşğul olmasını bildirsə də, sonradan inadakarlıqla onunla bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə xx xxxxx 2018-ci il tarixdə səbəb olmadan xitam vermişdir. İdarəyə gedərək işdən çıxarılmasının səbəbini soruşmuş, müdiri rəhbərliyin göstərişi olduğunu və heç nə edə bilməyəcəyini demişdir. Müqavilə pozularkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozulmuşdur.İşdən azad olunması barədə məktubu özü müraciət edəndən sonra xx xxx 2018-ci il tarixdə ona təqdim etmişlər. Tərtib olunmuş akta əsasən guya işlədiyi müddət ərzində Kürdəmir Xidmət Sahəsinin rəhbərliyi tərəfindən verilmiş tapşırıqları və nəzarətçi-çilingər xidməti üzrə üzərinə düşən ögdəlikləri yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-542/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Ağsu X4 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinə vaxtından əvvəl qeyriqanuni xitam verilməsi nəticəsində ona dəyən 2.192 manat maddi və 500 manat mənəvi ziyanın və 30 manat ödənlmiş dövlət rüsumu olmaqla, cəmi 2.722 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdə, 06 saylı xidmət xidmət müqaviləsi ilə iddiaçı fərdi sahibkar kimi xidmət müqaviləsi əsasında nəzarətçi-çilingər kimi sifarişçinin verdiyi tapşırıqları təyin edilmiş vaxtda, müəyyən edilmiş qrafikə uyğun olaraq xidməti yerində yerinə yetirməyi, sifarişçi isə müqavilənin predmetinə uyğun olaraq göstərilən xidmətlərlə bağlı cəmi aylıq xidmət haqqı vergi və digər ödənişlər daxil olmaqla, 275,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşmaya əsasən müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixinədək uzadılmışdır. Daha sonra, xx xxxxx 2018-ci il tarixində Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx xxxxx 2018-ci il tarixində akt tərtib olunmuşdur ki, iddiaçı davamlı olaraq xidmət müqaviləsi üzrə heç bir fəaliyyət göstərməmiş, xidməti ərazidə olmamış, ümumiyyətlə, iş bölgüsündə iştirak etmədiyi müəyyən olunmuş, xidməti işinin davamiyyət jurnalına imza etməklə kifayətlənərək şəxsi işləri ilə məşğul olmuşdur. Ümumiyyətlə, müqavilənin tələblərinə uyğun fəaliyyət göstərməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Odur ki, xx xxxxx 2018-ci il tarixində müqavilə ilə müəyyən olunmuş öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün müqavilənin 7.3-cü bəndinə əsasən onunla müqaviləyə xitam verilmişdir. Məhkəmənin qətnaməsi qeyri-qanunidir. İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi müqavilə əsasında xidmət göstərmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Xidmət müqaviləsi mülki-hüquqi xarakterli olmaqla heç bir əmək münasibəti yaratmış. Məhkəmə tərəfindən işin bütün halları arahdırılmamış, sübutlar nəzərə alınmamışdır. Məhkəmə tərəflər arsında bağlanmış müqaviləyə əmək müqaviləsi yönündən yanaşaraq iddianı təmin etmişdir. Halbuki xidmət müqaviləsi Mülki Məcəllənin podrat müqaviləsi ilə bağlı müddəaları ilə tənzimlənir. Həmin Məcəllənin 759.1-ci maddəs təbiq olunmalı idi. Bundan əlavə məhkəmə tərəfindən ərazi aidiyəti qaydaları da pozulmuşdur. Belə ki, müqavilə idddiaçı ilə X6 İdarəsi arasında bağlanmış, həmin idarə isə Ağsu rayonu ərazisində yerləşdiyindən işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı idi. Cavabdeh məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən nümayəndəsi Fərid Həmidli və hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi Rahil Xəlilov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişirmədən qüvvədə saxlanılmaasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, ilk öncə, cavabbdehin apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulduğunu mübahisələndirən dəlillərini əsassız sayır. Çünki, iş materiallarından görünür ki, aidiyyət məsələləri ilə bağlı məhkəmələr arasında fikir ayrılığı həll edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12794/2019 saylı qərardadı ilə iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. (xx.xx.2020-ci il tarixindən kommersiya mübahisələrinə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılır). Eyni zamanda, məhkəmə kollegiayası qətnamənin əsassız, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə sifarişçi adlandırılacıq Cavabdeh Ağsu X4 İdarəsi ilə icraçı adlandırılacaq İddiaçı arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 2.2-ci bəndlərinə əsasən müəyyən olunur ki, icraçı (iddiaçı) nəzarətçi-çilingər xidmətini göstərməyi, sifarişçi isə qarşılıqlı akt əsasında vergi və digər ödənişlər də daxil olmaqla, 275,40 manat məbləğində aylıq xidmət haqqını icraçıya ödəməyi öhdəlsinə götürmüşdür. Həmin müqavilənin 7.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, müqavilə xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minir və xx xxxxxx 2017-ci il tarixinədək qüvvədə qalır. Daha sonra tərəflər xx xxxxxx 2018-ci il tarixində imzaladıqları əlavə razılaşma ilə xidmət müqaviləsinin müddətini xx xxxxxx 2018-ci il tarixinədək uzatmışlar . Lakin işə əlavə olunmuş xx.xx.2018-ci il tarixində sifarişçi İdarənin Kürdəmir Xidmət Sahəsinin əməkdaşlarıın (Elsevər İslamov, Taleh Mehdiyev, Fəridə Əsədova) iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, xidmət müqaviləsi əsasında işləyən işçilərin iş fəaliyyəti xx.xx.2018-ci il tarixində araşdırılarkən Kürdəmir Xidmət Sahəsində xidməti müqavilə əsasında işləyən fərdi sahikar İddiaçı davamlı olaraq xidmət müqaviləsi üzrə heç bir fəaliyyət göstərmədiyi, xidməti ərazidə olmadığı, iş bölgüsündə iştirak etmədiyinin müəyyən olunduğu aktda təsbit edilir. Eyni zamanda işə əlavə olunmuş xx.xx.2018-ci il tarixində iddiaçıya ünvanlanmış onunla xidmət müqaviləsinə xitam verilməsi barədə məktubdan görünür ki, ona bildirilmişdir ki, tərəfindən xx xxxxxx 2017-ci il tarixdə bağlanmış xidməti müqavilə ilə müəyyən olunmuş öhdəlikləri yerinə yetirə yetirməmiş, sifarişçi Cavabdeh» X1 rayon X4 İdarəsi tərəfindən verilmiş sifarişlər icra olunmamış, müqavilənin tələblərinə riayət edilməmiş, göstərilən səbəblərdən müqavilənin 7.3-cü bəndinə əsasən idarə tərəfindən xx.xx.2018-ci il tarixində müqaviləyə xitam verilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 7.3-cü bəndində isə nəzərdə tutulur ki, icraçı tərəfindən hər hansı öhdəlik pozularsa, sifarişçi heç bir bildiriş təqdim etmədən bu müqaviləyə xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsaslara görə xx.xx.2018-ci il tarixində iddiaçı ilə bağlanmış xidmət müqaviləsinə xitam verilməsini müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birincisi, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktan görünür ki, iddiaçının iştirakı olmadan həmin akt tərtib olunmuş, onun izahatı alınmamış, qüsurları nəzərinə çatdırılmamışdır. Halbuki, xidmət müqaviləsinin 3.1.1-ci bəndində sifarişçinin vəzifəsi olaraq nəzərdə tutulur ki, xidmətlərin icrasına nəzarət edir və istənilən vaxt bununla bağlı icraçıdan izahat tələb edir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən hətta ehtiyac olduqda yazılı hesabat t almaq hüququ da nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, iddiaçıdan heç bir izahat və ya hesabat tələb olunub alınmamış, əvvəlki xidmət aylarında onun qüsurlu xidmət gəstərdiyini təsdiq edə bilən hər hansı bir sənəd-subut mövcud deyil. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinin mənasından göründüyü kimi, sifarişçinin icraçıya xəbərdarlıq etmədən onunla xidmət müqaviləsinə xitam vermək kimi hüququna malik olması onunla şərtləndirilmişdir ki, icraçı hər hansı öhdəliyini pozması sübuta yetirilsin. Müqavilənin növbəti 7.4-cü bəndində isə nəzərdə tutulur ki, sifarişçi tərəfindən öhdəliklər pozularsa, icraçı bir ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə bu müqaviləyə xitam verə bilər. Müqavilənin qeyd olunan 7.3 və 7.4-cü bəndlərinin qarşılıqlı təhlilindən göründüyü kimi, sifarişçi öhdəliyini pozan icraçıya heç bir bildiriş vermədən müqavləyə xitam verə bildiyi halda, icraçının adekvat hüququ təsbit olunmur. Halbuki, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələbinə görə müqavilənin standart şərti müqaviəlfyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Göründüyü kimi, Məcəllənin qeyd olunan tələbi baxımından, xidmət müqaviləsinin 7.4-cü bəndinin qeyd olunan olunan şərtinin etibarlılığı müəyyən edilə bilməz. Belə olan halda, sifarişçi, Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə müvafiq olaraq icraçıya onunla bağlanmış müqavilənin ləğvinə dair bildiriş verməyə borclu idi. Mülki Məcəllənin 404.5-ci maddəsi baxımından belə tərəflər arasındakı xidmət müqaviləsini qarışıq müqavilə kimi təfsir etsək, hazırkı mübahisəli hüquq münasibətlərinin mahiyətinə uyğun gələn norma Məcəllənin 765-ci maddəsi təşkil edir. Məcəllənin həmin 765-ci maddə isə nəzərdə tutur ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavidən imtina edə bilər. Sözügedən normanın mənası baxımından, konkret halda, sifarişçi müqavilədən imtina etməzdən əvvəl icraçının xidmətinin qüsuru barəsində icraçıya öncədən məlumat verməyə borclu idi və ona həmin qüsuru aradan qaldırmaq üçün əlavə vaxt verə bilərdi. Mülki Məcəllənin qeyd olunan 423.2-ci və 765-ci maddələri baxımından da məhz, cavabdehin şikayətində istinad etdiyi Məcəllənin 759.1-ci maddəsində sifarişçinin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququ, bu ana qədər podratçıya (icraçıya) müvafiq bildirişin verilməsi ilə şərtləndirilməyə bilməz. Hər bir halda, Məcəllənin həmin 759.1-ci maddəsinin 2-ci cümləsinin imperitiv göstərişi tələb edir ki, müqavilədən imtina etdiyi halda vurulan zərərin əvəzini ödəməyə borcludur. Belə olan halda, xx.xx.2018-ci il tarixdən xidmət müqaviləsinə xitam verən sifarişçi, yəni cavabdeh, həmin müqavilənin qüvvədən düşdüyü 31 dəkabr 2018-ci il tarixinədək olan müddət (yəni 8 ay ) üçün toplanın 2.192 manat məbləğində xidmət haqqı məbləğini icraçıya (iddiaçıya) ona vurulmuş maddi ziyanın əvəzi kimi ödəməlidir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə müqaviləyə qanunsuz olaraq vaxtından əvvəl xitam verilməsinə maddi ziyan kimi 2192 manat məbləğin tutulmasının qət olunması faktlar nöqteyi-nəzərindən düzgün nəticədir. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənəvi ziyan tələbini qismən təmin edərək, cavabdehdən onun xeyrinə 500 məbləğində pulun tutulmasını qət etməsi ilə də razılaşır. Ən azından ona görə ki, 8 ay ərzində işsiz qalmış, məhkəmələrə müraciət etməyə məcbur olmuş və bütün bunların müqabilində hüquqlarının bərpa edilməsi yolunda onun sarsıntıya məruz qalmaması ağlabatan hesab oluna bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi və xidmət müqaviləsinə vaxtından əvvəl qeyri-qanuni xitam verilməsi nəticəsində ona dəyən 2.192 manat maddi və 500 manat mənəvi - ziyanın cavabdehdən iddiaçın xeyrinə tutulmasının qət olunması faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı hesab olunmalıdır. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, sübutlara düzgün hüquqi qiymət verilmədiyini, qanunsuz qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-542/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-542/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-416/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-416/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver