Məhkəmə qərarları › İş №2-2(103)-417/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-417/2024

12.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-417/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6972/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 fevral 2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 172477,51 manat, İcbari Tibbi Sığorta Fonduna olan 7325,53 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6972/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və qətnamədən verilən apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxs 22 yanvar 2024-cü il tarixdə məhkəməyə gələrək özü qətnaməni əldə etmiş və 02 fevral 2024-cü il tarixdə vəkil kabineti vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin, məhkəmə apellyasiya şikayətinin müddəti keçməsi və maraqlı şəxsin kabineti olması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə maraqlı şəxs qismində Bakı şəhər X1 Rayonlararası Bölməsinin Məhdud Məsuliyyətli Cəmiyyətinin adına elektron kabinetin olmasını Maraqlı şəxs ilə əlaqələndirilməməlidir. MəmmədovElvin Xeybər oğlu fiziki şəxs olaraq öz adından apellyasiya şikayəti vermişdir. Hüquqi şəxs isə ayrıca bir şəxsdir. Onun elektron məlumatlandırması Maraqlı şəxs öz adından şikayət vermək hüquqlarını məhdudlaşdırmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)-6972/2023 saylı qətnaməsi həmin tarixdə Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Lakin maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 31 yanvar 2024-cü il tarixdə bitdiyi halda, maraqlı şəxsin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 02 fevral 2024-cü il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-nin deyil, Maraqlı şəxs “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6972/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar