Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-419/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2iqt(81)-780/2012 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2iqt(81)- 780/2012 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdeh “xxxx” MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə 335117 manat məbləğində əsas borc, 335117 manat cərimə, 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 670254 manat məbləğində pul vəsaitinin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməsinin surəti xx.xx.2012-ci il tarixdə “xxxx” MMC-nin ünvanına göndərilmiş və qətnamədən şikayət verilmədiyindən iş üzrə xx.xx.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh “xxxx” MMC xx.xx.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh “xxxx” MMC xx.xx.2018-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-110/2019 saylı qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə icraata qəbul edilmədən Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə geri qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2iqt(81)-780/2012 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş hesab edilərək, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-169/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2iqt(81)- 780/2012 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə icraata qəbul edilmədən Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə geri qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2iqt(81)-780/2012 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2iqt(81)-780/2012 saylı qərardadı ləğv edilmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(103)-259/2019 saylı qərardadı ilə cavabdeh “xxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2iq(81)-780/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2iqt(81)-780/2012 saylı qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmasında «xxxx» MMC iştirak etməmiş, heç bir məhkəmə bildirişi cavabdeh «xxxx» MMC-yə rəsmi qaydada verilməmiş, məhkəmə qətnaməsi də rəsmi qaydada cavabdeh «xxxx» MMC-yə təqdim olunmamışdır. Həmçinin məhkəmə sənədlərinin verilməsi həmin dövrdə mümkün də deyildi. Ona görə ki, həmin dövrdə «xxxx» MMC fəaliyyət göstərməmiş, onun yeganə təsisçisi və direktoru yalnız Kazım Kazımzadə olmuş və həmin dövrdə o, cəzaçəkmə yerində olmuşdur. «xxxx» MMC-nin sənədləri və möhürü isə istintaq və məhkəmə orqanlarına təhvil verilmişdir. Bu səbəbdən də, məhkəmə araşdırmalarından və məhkəmə qətnaməsindən «xxxx» MMC-nin yeganə təsisçisi və direktoru Kazım Kazımzadənin məlumatı və xəbəri ola bilməzdi.Belə bir qətnamənin icra olunması barədə məlumat 2018-ci ildə cavabdeh “xxxx” MMC-ninn yeganə təsisçisi və direktoru Kazım Kazımzadəyə çatmış və o, müvafiq qaydada Cəmiyyət adından etibarnamə verərək, «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili X4 vasitəsilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edib, məhkəmə qətnaməsinin surətinin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Qətnamə nümayəndəyə rəsmi qaydada təqdim edilmiş və səlahiyyətli nümayəndə tərəfindən dərhal qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2iqt(81)-780/2012 saylı qərardadı ilə qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh “xxxx” MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddət ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə iddiaçıya rəsmi qaydada verilməmişdir. Halbuki, yuxarıda qeyd edilən və qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarından göründüyü kimi iddiaçı həmin qətnamənin mövcudluğundan məlumatlı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2iqt(81)-780/2012 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-419/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-419/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver