Məhkəmə qərarları › İş №2-2(103)-420/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-420/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-420/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı “borcun silinməsi və pulun hesaba qaytarılması” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 298/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İlk iddia tələbi üzrə iddiaçı "xxxx" MTK (İstehlakçı) ilə ilk iddia tələbi üzrə Cavabdeh İB (Təchizatçı) arasında “Müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında” xx.xx.2010-cu il tarixli, 2794-12-10 nömrəli müqavilə bağlanmışdır.

2. Tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Cavabdeh İB müqavilə üzrə öhdəliyini icra edərək iddiaçını təbii qazla təchiz etmiş, sonuncu da öz növbəsində Cavabdeh İB-nin xeyrinə müvafiq ödənişləri həyata keçirmişdir. Lakin müəyyən dövrlər üzrə tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmışdır.

3. Müəyyən dövrlərdə ilk iddia üzrə iddiaçı təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində ilk iddia üzrə iddiaçı barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İlk iddia tələbi üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən"xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 732640,92 (yeddi yüz otuz iki min altı yüz qırx manat doxsan iki qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 1049,78 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı şossesinin sol tərəfi ünvanda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus qeyri yaşayış sahəsi (Qazanxana) xx.xx.2010-cu il tarixli, 2794-12- 10 saylı müqavilə əsasında **********00700 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2016-cı ilin ikinci yarısına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MTKya 2016-cı ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək ayrı-ayrı tarixlərdə ümumi məbləği 759783,78 manat olan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Ümumi mübahisə məbləğinin bir hissəsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Ümumi mübahisə məbləğinin 347499,40 manat hissəsi Ali və Bakı Apellyasiya Məhkəmələrinin qətnamələrindən irəli gəlir. Belə ki, xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilat tərəfindən iddiaçının istifadəsində olan ELSTER G-100 tipli, 83045291 nömrəli qaz sayğacı çıxarılaraq götürülmüşdür. Qaz sayğacı olmadığı müddət ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh tərəf qanunvericiliyin tələblərinə zidd şəkildə iddiaçıya artıq borc hesablamışdır. Bununla bağlı "xxxx" MTK tərəfindən 2018-ci ildə ümumi məbləğdə 459986 manat olan əsassız hesablanmış borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100000 manat pulun iddiaçının xeyrinə tutulması tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 2(102)-89/2021 saylı qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilərkən kassasiya şikayətinin təmin edilməsinə əsas iş üzrə iddiaçı qismində çıxış edən "xxxx" MTK-nin **********00700 abonent hesabı olan "xxxx" MTK-ya hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması olmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 895/2021 saylı qətnaməsi ilə "xxxx" MTK-nin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Qətnamədən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(102)-314/2022 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(103)- 895/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “X2”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi. Abonent saldosuna baxdıqda 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmişdir. Belə olan halda gündəlik sərfiyyat 317 manat (9838,50 : 31 gün = 317 manat) təşkil edir. Sayğacsız istifadə dövrünü nəzərə alsaq, xx.xx.2016 - xx.xx.2017-ci il, bu 98 gün və 31066 manat (98 X 317 = 31066) edir. Göründüyü kimi, sayğacsız dövr üzrə Cavabdeh İB tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat (378565,40 – 31066 = 347499,40) hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablanmışdır. Mübahisələndirilən məbləğin 386597,18 manat hissəsi isə 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində guya qaz sayğacı işləmədiyinə görə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 23 ədəd akt əsasında hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilir ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hər ay borc hesablanmış, lakin bu azmış kimi cavabdeh tərəfindən heç bir qanuna, hüquqi akta əsaslanmadan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Xüsusi ilə 2021-ci ilin yanvar ayı qeyd edilir. Belə ki, abonent saldosundan da göründüyü kimi, 2021-ci ilin yanvar ayında qaz sayğacı tam saz vəziyyətdə olmuş və cari ay ərzində 105354,40 manat məbləğində sərf edilmiş qazın dəyərini qeydə almışdır. Buna baxmayaraq, cavabdeh təşkilat həmin ay üçün xx.xx.2021ci il tarixdə heç bir hüquqi əsası olmayan ******* saylı akt tərtib edərək, əlavə 148603,40 manat məbləğində borc hesablamışdır. Bu tendensiya 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək davam etmişdir. Bundan başqa, abonent saldosuna baxdıqda cavabdehin qanunsuz əməllərini digər hallardan da görmək olar. Belə ki, hazırda qaz sayğacı yerindədir və iddiaçı tərəfindən X5 edilmir, lakin buna baxmayaraq, cavabdeh öz qanunsuz əməllərindən geri qalmayaraq, MTK-ya 2022-ci ilin iyul, avqust və sentyabr aylarında borclar hesablayır. Hamıya bəlli olan haldır ki, yaşayış binalarının isidilməsi üçün nəzərdə tutulmuş qazanxanalarda təbii qazdan mövsümi istifadə edilir. Yəni yay aylarında istilik mövsümü olmadığından X5 edilmir. Buna baxmayaraq, cavabdeh təşkilat yay aylarında belə MTK-ya qanunsuz aktlar əsasında əlavə borclar hesablamışdır. Belə bir hesabat növü qanunsuzdur və heç bir hüquqi məntiqə sığmır. Mübahisələndirilən məbləğin 25687,20 manat hissəsi isə “X5 X1” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən iddiaçının müvəqqəti istifadəsində olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama rəyinə əsasən cavabdeh təşkilat tərəfindən 25687,20 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh təşkilat növbəti dəfə qanunsuz yoxlama aktına əsasən iddiaçıya əlavə borc hesablamışdır. Hazırda cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək, sözügedən qanunsuz aktları və onlar əsasında hesablanmış qanunsuz borcu qəbul edilməsinə dair təzyiqlər göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat 2016-cı ildən özlərinin müəyyən etdiyi tərzdə iddiaçıya əlavə 669689,96 manat məbləğində borc hesablamışdır. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyildir. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Mediasiya prosesinə dəvət olunmuş cavabdeh mediatorun çağırışlarına reaksiya verməmiş, bundan başqa, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir. İlk olaraq qeyd edilir ki, aktlar iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, bu cür aktlar tərtib olunarkən iddiaçının iştirakı təmin edilməli idi. Digər bir məsələ isə hər ay qaz paylayıcının nümayəndəsi iddiaçının istixananın qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək, 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi iddiaçıya verir. MTK-ya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməmişdir, bu səbəbdən də aktlar əsasında borcun hesablanmasından məlumatları olmamışdır. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, iddiaçının istifadəsində olan sayğacda qüsuru və hər hansı çatışmazlığı görür və bu barədə iddiaçıya məlumat vermir. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Abonent saldosundan göründüyü kimi, mübahisələndirilən ümumi məbləğin 732640,92 manat hissəsi ödənilməmiş borc kimi qalmışdır. "xxxx" MTK tərəfindən sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın dəyərinin ödənişi üçün edilmiş cavabdehin hesabına köçürülmüş pul məbləğləri iddiaçının məlumatı olmadan mübahisələndirilən ümumi məbləğin 27142,86 manat hissəsinin ödənişinə çıxılmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçıya təqdim edilən hesab fakturalarda hansı məbləğin aktlar əsasında hesablandığı əks olunmur. Bu da öz növbəsində istehlakçının hesablanmış borc haqqında məlumatsız olması, cavabdehin isə bu vəziyyətdən faydalanması deməkdir.

6. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan X5yə görə yaranmış 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat borcun və 1020,47 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB müqavilə əsasında "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsini (qazanxana) təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-298/2023 saylı qətnaməsi ilə İlkin iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması, ödənilmiş dövlət rüsumuna görə 650 manat (altı yüz əlli) məbləğində pulun Cavabdehndən "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

9. İlk iddia tələbi üzrə cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-298/2023 saylı qətnaməsinin ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində ləğv edilib, ilkin iddia üzrə tələbin tam rədd edilməsi, qarşılıqlı iddia üzrə isə tələbin təmin olunması barədə yeni qənamə qəbul edilərək Cavabdeh İB-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. İlk iddia tələbi üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən məbləğin 347499,40 manat hissəsi istehlakçı tərəfindən qaz sayğacı olmadan X5 nəticəsində yaranmış borcdur. Belə ki, xx.xx.2016-cı il tarixdə qaz sayğacı çıxarıldıqdan sonra xx.xx.2017-ci il tarixədək təbii qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri ötən ilin müvafiq dövrünə uyğun hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi ilkin iddia üzrə iddiaçının iddia etdiyi kimi qış mövsümündə 3 ay ərzində 31066 manat məbləğində X5 etməsi heç bir məntiqə sığmır. Müvafiq dövr üzrə digər illərin sərfiyyatına baxdıqda bunu aydın görmək olar.

11. Hazırkı iş üzrə mübahisələndirilən məbləğin 382973,57 manat hissəsi istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.

12. Mübahisələndirilən borcun 27142,86 manat hissəsi ilkin iddia üzrə iddiaçının istifadəsində ola qaz sayğacı laboratoriyada müayinə edilən zaman sayğacın impuls ötürücüsünün nasaz olduğu müəyyən edilmiş və bu səbəbdən sayğacın elektron hissəsində qeydə alınmayan qaz həcminin dəyəri mexaniki göstəricilərə əsasən 27142,86 manat müyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Laboratoriya rəylərindən də göründüyü kimi borcun hesablanmasına sayğaca müdaxilə və ya hər hansı qanunsuz istifadə əsas olmamışdır. Sayğacda aşkar edilən qüsur texniki səbəblərdən əmələ gəlmişdir.

13. Qətnaməən göründüyü kimi məhkəmə, mübahisələndirilən borcun silinməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını əsas gətirmişdir. Halbuki, “X2”nın 2.11-2-ci bəndinə əsasən yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) halları müəyyən etdikdə həmin qanunun tələblərinə riayət edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə göründüyü kimi borcun hesablanmasına nə sayğaca müdaxilə, nə də ki, qanunsuz istifadə halları əsas olmamışdır. Sayğacın göstəricilərinə və texniki parametrlərinə əsasən hesablanmış qazın dəyərinin silinməsi qazpaylayıcı olan ilkin iddia üzrə cavabdehin hüquqlarının pozulması, maddi zərərə uğraması deməkdir.

14. İddia üzrə mübahisələndirilən borc məbləğinin sayğacsız dövr ərzində və qaz sayğacının texniki qüsur nəticəsində elektron hissəsinin işləməməsinə görə aktlar əsasında hesablanmış və aktların əksər hissəsi "xxxx" MTK tərəfindən imzalanaraq qəbul edilmişdir.

15. Qeyd edilənlərdən, həmçinin iş materiallarında yer alan sübutlardan göründüyü kimi ilkin iddia üzrə mübahisələndirilən borc məbləği sırf iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və iddiaçı tərəfindən tam olaraq ödənilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

23. 5-1. bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

24. 5-2. bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsivə sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

26. Həmin qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

27. Həmin qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

30. Həmin əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin isə təmin edilməyən hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır.

38. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki:

39. Cavabdeh İB ilə istehlakçı "xxxx" MTK arasında müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında xx.xx.2010-cu il tarixli, 2794-12-10 nömrrəli müqavilə bağlanmışdır.

40. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) 2016-cı ilin noyabr ayı üçün aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 387212 m3 , qaz sərfinin məbləği – 38721,20 manat hesablanmışdır.

41. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2016-xx.xx.2016-cı il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 473397 m3 , qaz sərfinin məbləği – 154679,40 manat hesablanmışdır.

42. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin avqust ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4119 m3 , qaz sərfinin məbləği – 829,80 manat hesablanmışdır.

43. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin sentyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1511 m3 , qaz sərfinin məbləği – 302,20 manat hesablanmışdır.

44. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin oktyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 5355 m3 , qaz sərfinin məbləği – 1071 manat hesablanmışdır.

45. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 99928 m3 , qaz sərfinin məbləği – 19985,60 manat hesablanmışdır.

46. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 135050 m3 , qaz sərfinin məbləği – 27010 manat hesablanmışdır.

47. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 000053 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 177475 m3 , qaz sərfinin məbləği – 35495 manat hesablanmışdır.

48. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 000343 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 224271 m3 , qaz sərfinin məbləği – 44854,20 manat hesablanmışdır.

49. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 000253 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00700) 2017-ci ilin mart ayına sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 81442 m3 , qaz sərfinin məbləği – 16288,4 manat hesablanmışdır.

50. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 189998 m3 , qaz sərfinin məbləği – 37999,60 manat hesablanmışdır.

51. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 156010 m3 , qaz sərfinin məbləği – 31202 manat hesablanmışdır.

52. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1735 m3 , qaz sərfinin məbləği – 347 manat hesablanmışdır.

53. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci ilin yanvar ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 743017 m3 , qaz sərfinin məbləği – 148603,40 manat hesablanmışdır.

54. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 , qaz sərfinin məbləği – 870,40 manat hesablanmışdır.

55. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3 , qaz sərfinin məbləği – 842,40 manat hesablanmışdır.

56. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 , qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

57. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 , qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

58. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3 , qaz sərfinin məbləği – 547,56 manat hesablanmışdır.

59. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 , qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır.

60. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3 , qaz sərfinin məbləği – 694,98 manat hesablanmışdır.

61. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 180858 m3 , qaz sərfinin məbləği – 29841,57 manat hesablanmışdır.

62. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 8424 m3 , qaz sərfinin məbləği – 1389,96 manat hesablanmışdır.

63. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1841 m3 , qaz sərfinin məbləği – 303,76 manat hesablanmışdır.

64. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 hesablanmışdır.

65. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3 hesablanmışdır.

66. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 29/1640-00951-5 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin xx.xx.2020-cı il tarixli, SOCAR**********31791640X00951 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin "xxxx" MTK-nın qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83045291 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9018995), xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Korrektor sönüb; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu. Pər ağır fırlanır. Sayğac abonentin iştirakı ilə söküldü daxilinə baxış zamanı məlum oldu ki, sayğacın pəri deformasiyaya uğrayıb və ötürücü mexanizm ağır fırlanır; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2019-cu ıl tarixində sönüb. Pbaza = 1.01325, Pbaza = 20 C Göstəricilər Vot = 18402137, Vt = 11702959 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən ******* m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır.

67. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı “X5 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-00951-5 nömrəli akta əsasən dəymiş ziyan hesablansın.

68. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 29/1640-03082-6 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********31791640X03082 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin Rahat Həyat MTK-ya məxsus qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83047151 nömrəli turbin tipli “Elster" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma- 2 № 9027110), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls otürücüsü qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektor açıldı, yapışqaz plomb (********) normaldır. Korrektorun daxili naqillərinin izolyasiyası normaldır. Pər işləkdir; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Pbaza = 1,01325, Pbaza = 20 C. Göstəricilər Vot = 8000506, Vt = ******* m3 əks olundu. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çevriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 227661 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir.

69. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “X5 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-03082-6 nömrəli akta əsasən dəymiş ziyan hesablansın.

70. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd edilmişdir ki, sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1640-03082-6 nömrəli aktına əsasən G-1000 markalı 83047151 №li sayğacda impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 227561 m3 azdır. Respublikada qüvvədə olan ГОСТ 2939-63 “Газы. Условия для определения объема” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20 °C) olmaqla hesablanmalıdır. ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 227561 m3, əmsal 2.52 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 227561 x 2.52=573454 – 19676 (göstərici fərqi) = 553778 m3; 553778-217240 (mexaniki göstərici) – 180858 (əmsal/fərq) = 155680 m3 .

71. Abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MTK-nın qeyd edilən tarixə ümumilikdə borcu 851651,31 manat (sayğac oxunması: 5007043,81 manat + aktlar: 870948,86 manat – ödəmələr: 5026341,35 manat = son borc: 851651,31 manat) təşkil edir.

72. "xxxx" MTK tərəfindən Cavabdeh İB-yə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun 3 (üç) gün müddətində silinməsi və əsassız hesablanmış borcun ümumi məbləğindən ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin "xxxx" MTK-nın hesabına geri qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

73. Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

74. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqavilə bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Cavabdeh İB müqavilə üzrə öhdəliyini icra edərək iddiaçını təbii qazla təchiz etmiş, sonuncu da öz növbəsində Cavabdeh İB-nin xeyrinə müvafiq ödənişləri həyata keçirmişdir. Lakin müəyyən dövrlər üzrə tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmış, nəticədə iddiaçı cavabdehə qarşı iddialarla məhkəməyə müraciət etmişdir. Belə ki, müəyyən dövrlərdə iddiaçı təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində iddiaçı barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır.

75. Hazırda ilk iddia üzrə iddiaçı "xxxx" MTK Cavabdeh İB tərəfindən qaz sayğacı olmadığı dövrlərdə qazdan istifadəyə görə aparılan hesablamaların, eləcə də tərtib edilmiş aktların əsassız və qanunsuz olduğunu bildirərək, hazırkı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

76. Eyni zamanda Cavabdeh İB tərəfindən də məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilərək, "xxxx" MTK tərəfindən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

77. İlkin iddia tələbini Cavabdeh İB tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 manat məbləğində ümumi borcun 732640,92 manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması təşkil edir.

78. İddiaçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə sayğacsız dövr üzrə Cavabdeh İB tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat hissəsinin qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablandığına görə silinməsini xahiş etmişdir.

79. İlk iddia tələbi üzrə iddiaçı həmin hissədə tələbin hüquqi əsası kimi “X2”nın 5.4cü bəndinə istinad etmişdir. İlk iddia tələbi üzrə iddiaçı hesab etmişdir ki, “X2”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi.

80. Abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat (9838,50:31gün=317 manat) təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (xx.xx.2016 - xx.xx.2017-ci il) olmuşdur və “X2”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31066 manat (98 X 317=31066) edir.

81. Həmçinin müəyyən olunur ki, həmin dövr üzrə Cavabdeh İB tərəfindən ilk iddia tələbi üzrə iddiaçıya 362277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən həmin məbləğdən 31066 manat çıxılmalı və 331211 manat məbləğində hesablanmış borc ilk iddia tələbi üzrə iddiaçının hesabından silinməlidir.

82. Həmçinin müəyyən olunur ki, ilk iddia tələbi üzrə iddiaçı 16288,40 manat məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir.

83. Müəyyən olunur ki, 16288,40 manat məbləğində borc ilk iddia tələbi üzrə iddiaçıya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. xx.xx.2017-ci il tarixli Aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən ilk iddia tələbi üzrə iddiaçıya 211828,80 manat borc hesablanmışdır.

84. Ona görə məhkəmənin qənaətinə əsasən xx.xx.2017-ci il tarixli Akt əsasında ilk iddia tələbi üzrə iddiaçıya hesablanan 16288,40 manat məbləğində borc da iddiaçının hesabından silinməlidir.

85. Eləcə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddiaçı tərəfindən iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapır) 386597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə ilk iddia tələbi üzrə iddiaçıya sərfiyyat məbləğləri hesablanmışdır. Məsələn: 2020-ci il üzrə 585848,60 manat, 2021-ci il üzrə 662469 manat və s.

86. Bu səbəbdən həmin borc da ilk iddia tələbi üzrə iddiaçının abonent hesabından silinməlidir.

87. Mübahisələndirilən məbləğin 25687,20 manat hissəsi isə “X5 X1” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən müvəqqəti istifadədə olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən Cavabdeh İB tərəfindən ilk iddia tələbi üzrə iddiaçıya akt əsasında 25687,20 manat borc hesablanmışdır.

88. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB "xxxx" MTK-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh İB tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

89. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi borcun silinməsinə dair ilkin iddia qismən əsaslı olduğundan qismən təmin etməkdə, 2022ci ilin oktyabr ayına qalıq borcun məbləğinin 730472,97 manat təşkil etməsi səbəbindən Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, eləcə də, Cavabdeh İB tərəfindən tərtib edilən aktlar qanunsuz olduğundan onun hüquqi nəticəsi kimi "xxxx" MTK tərəfindən Cavabdeh İB-yə ödənilmiş 27142,86 manat məbləğində pul vəsaitinin, Cavabdeh İB tərəfindən "xxxx" MTK-nin **********00700 nömrəli abonent hesabına geri qaytrarılması barədə düzgün nəticəyə gəlmişdir.

90. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia 730472,97 manat məbləğində borcun "xxxx" MTK-dən tutulmasından ibarət olduğundan, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə borc məbləğinin silindiyini nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd olunması barədə düzgün nəticəyə gəlmişdir.

91. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 650 manat dövlət rüsumunun əvəzinin ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddia tələbi üzrə iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

92. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

93. Məhkəmə kollegiyası ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, xx.xx.2016-cı il tarixdə qaz sayğacı çıxarıldıqdan sonra xx.xx.2017-ci il tarixədək təbii qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri ötən ilin müvafiq dövrünə uyğun hesablanmışdır dəlilinə münasibətdə qeyd edir ki, qaz sayğacı olmadığı müddətdə istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması “X2”nın 5.4-cü bəndində imperativ qaydada müəyyən edilmişdir.

94. İlk iddia tələbi üzrə cavabdehin ilk iddia tələbi üzrə iddiaçının “qış mövsümündə 3 ay ərzində 31066 manat məbləğində X5 etməsi heç bir məntiqə sığmır” şəklində dedikləri isə apellyatorun mülahizəsidir.

95. Apellyasiya şikayətinin digər “mübahisələndirilən məbləğin 382973,57 manat hissəsi istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır” dəlilinə isə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, 386597,18 manat borc məbləği 2019-cu ilin avqust ayından 2022-ci ilin abqust ayına qədər olan dövrdə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən hesablanmışdır ki, həmin dövrdə ilk iddia tələbi üzrə iddiaçının qaz sayğacı olmuş və sayğaca əsasən sərfiyyat hesablanmışdır.

96. Apellyator apellyasiya şikayətində həmçinin qeyd edir ki, “X2”nın 2.11-2-ci bəndinə əsasən yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) halları müəyyən etdikdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə riayət edilməlidir.

97. Kollegiya qeyd edir ki, 25687,18 manat borcun hesablanmasına əsas olmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt “Təbii X2nın pozulması” adlanır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1, 2.3 və 3.2-ci maddələrinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydiyyatı aparılmalı idi.

98. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-298/2023 saylı qətnaməsi mübahisələndirilən – ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

99. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-298/2023 saylı qətnaməsi mübahisələndirilən – ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilk iddia tələbi üzrə cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar