Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-422/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11.244,22 manat əsas borc, 200 manat məcburi ilkin mediasiya xərci və 125 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə - 11.569,22 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2438/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh MMC-yə münasibətdə buraxılmamış hesab edilmiş və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin ötürülmüş hesab edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı Mülki Prosessual Məcəlləsinin “Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi” adlı 11-ci fəslinə ziddir. Belə ki, iddiaçının nümayəndəsi işdə bir neçə dəfə iştirak etmiş, məhkəmə iclaslarını təxirə salınmasına səbəb olmuş vəsatətlər vermiş və sonradan heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəməyə cavabdehin hərəkətlərinin süründürməçilik xarakterli olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında iştirak barədə məlumatları şirkətin VÖEN-inə bağlı elektron kabinet vasitəsi ilə almışdır. İddiaçı MMC-də iş barədə məlumatları və qətnaməni elektron kabinet vasitəsi ilə almışdır. Cavabdeh tərəfındən iş üzrə icra tədbirləri başlanıldığından xeyli müddət sonra guya qətnaməni almadığını bildirməsi növbəti süründürməçilik hərəkətləri və borcun ödənilməsindən yayınmaq kimi qiymətləndirilməlidir. Məhkəmə də Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərini nəzərə almadan iş üzrə apellyasiya şikayəti verilməsi müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə kommersiya işlərində sənəd dövrüyyəsi elektron kabinet vasitəsi ilə aparılmalıdır. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ən az 5 ay üzürsüz səbəbdən ötürülmüşdür. Bu müddət ərzində icra məmuru tərəfindən cavabdeh təşkilata və rəhbərinə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə isə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcüd deyil. Bununla yanaşı, işdən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin AVİS – X1 Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə həmin qətnamə icraya yönəldilmiş və xx.xx.2023cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şəbəsinin icra məmuru Gülzar Hüseynova tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdən 5 aydan artıq müddət keçdikdən sonra isə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə həmin qətnamənin surətini qəbzə imza etməklə almışdır. Kollegiya nəzərə alır ki, qətnamənin surətinin AVİS – X1 Sistemindəki elektron kabinetinə yerləşdirilməsi Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsində nəzərdə tutulmuş məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilmir. Bununla yanaşı, qətnamə üzrə 5 aydan artıq müddətdə icra hərəkətləri yerinə yetirilmişdir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Birinci instansiya məhkəməsi isə qeyd olunanları tam və hərtərəfli araşdırmamış, icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Belə olan halda isə, yəni məhkəmənin yuxarıda qeyd edilən halları yoxlamadan müddətin ötürülməməsi qənaətinə gəlməsi əsaslı və qanuni sayıla bilməz. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan halların araşdırılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2438/2023 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-422/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-422/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver