Məhkəmə qərarları › İş №2-2(103)-423/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-423/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-423/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı «pulun qaytarılması tələbinə dair» iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1111/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.000,00 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim edildiyindən, MPMin 10-1.3- cü maddəsinə əsasən geri qaytarmışdır. İddiaçı xx xxxxxx 2021-ci il tarixində dəftərxana vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan xx xxxx 2021-ci il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə şikayət verərək xx xxxxxx 2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixli qərardaddan verilmiş şikayət “Elektron məhkəmə sistemi” vasitəsi ilə deyil, kağız formada verildiyinə görə geri qaytarılmışdır. Bundan əvvəl isə iddia ərizəsinin kağız formada təqdim edildiyinə görə geri qaytarılması qərara alınmışdır. Elektron qaydanın mütləq şərt kimi qoyulması və başqa imkan tanınmaması məhkəməyə müraciət olunma ilə bağlı insan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəməyə müraciət hüququnun (Konvensiyanın 6.1-ci maddəsi) təmin edilməsini istəyir. O yaşlı adamdır, elektron qaydada müraciət edə bilmir və elektron formada heç vaxt müraciət etməmişdir. Əvvəllər Vergilər Nazirliyinə elektron sistemdən imtina etməsi ilə bağlı ərizə vermişdir və bütün müraciətlərini, hesabatlarını bu günə kimi kağız daşıyıcıda vermişdir. Elektron kabineti yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materitallarını araşdırıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisə kommersiya mübahisəsi olduğu halda, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə etdiyi sənədlər, eləcə də, həmin sənədlərin geri qaytarılması baədə məhkəmənin qərardadından verdiyi şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron formada müraciət etmədiyinə kabinet vasitəsilə verilməmişdir. Halbuki, MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizəsi, şikayət və digər sənədlərin məhkəməyə göndərilməsi və qəbulu yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması - kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. MPM-in 10-1.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz İş materiallarından, eyni zamanda, iddiaçının şikayətinin dəlillərindən görünür ki, iddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, yaşlı olmasına və heç vaxt elektron formada müraciət etmədiyinə istinadən hesab edir ki, onun iddia ərizəsi, şikayəti, həm də belə çıxır ki, məhkəməyə təqdim edəcəyi digər sənədlər məhkəmə tərəfindən kağız daşıyıcıda qəbul edilməlidir. Halbuki, birincisi, hüquqi şəxs yaratmadan fiziki şəxs qismində ********** saylı VÖEN-lə sahibkarılıq faliyyətini həyata keçirən bir şəxs olaraq iddiaçının da hamı kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinin tələbi baxımından, Azərbaycan Respublikasının qanunlarına əməl etmək onun vəzifəsidir. İkincisi, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayətini elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı halda, deməli, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, sair şikayət və vəsatətlərini də həmin sistemdə yaradılmış elektron kabinet vasitsəilə vermək iqtidarındadır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1111/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı işin hallarına və prosessul qanunvericiliyin tələblərinə uyğündur. Ona görə də iddiaçının şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan və istisna şəkildə onun iddia ərizəsinin kağız daşıyıcıda qəbul edilməsini tələb edən dəlilləri məhkəmənin həmin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1111/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar