Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-425/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-440/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Maraşpark” konteynerinin iddiaçıya geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib cavabdehdən “Maraşpark” konteynerinin iddiaçıya geri qaytarılması və cavabdehdən icarə haqqı olaraq 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-440/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
4. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkəmə öz qətnaməsində gəldiyi nəticələri əsaslandırmamış, iddiaçı və cavabdeh arasında sübutetmə yükünün bölüşdürülməsini, eləcə də sübutların qiymətləndirməsini düzgün həyata keçirməmişdir. Belə ki, məhkəmə icarə obyektinin hazırda cavabdehin istifadəsində olduğunun sübuta yetirilmədiyini qeyd etsə də, icarə münasibətlərində mövcud olan, eləcə də müqavilə tərəfləri arasında olan çoxsaylı formalaşmış işgüzar adətlərə görə tərəflər arasında icarə müqaviləsinin bağlanması artıq icarəyəverən tərəfindən icarə obyektinin icarəçinin istifadəsinə verilməsi deməkdir. O da qeyd edilməlidir ki, məhkəmənin qeyd etdiyinin əksinə olaraq müqavilə üzrə icarəçi tərəfindən kifayət qədər ödənişlər edilmişdir ki, bu da özlüyündə onun icarə obyektini qəbul və istifadə etdiyini təsdiq edir. Eləcə də cavabdeh tərəfindən icarə obyektinin icarəçi qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, belə bir fakt aşkar olunmamışdır. Bundan əlavə məhkəmə öz qətnaməsini əsaslandırarkən icarə obyekti olan konteynerin identifikasiya edilməsi və onun iddiaçıya məxsusluğuna istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, hazırki müqavilənin predmeti “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı və bu Fərmanla təsdiq olunmuş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nda göstərilmiş daşınar əmlakın rəsmi reyestrində qeydə alınması tələb olunan daşınar əmlaklara aid deyildir. Həmçinin bu əmlakın iddiaçı tərəfindən əldə olunması ilə bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Həm bu əsasa, həm də yuxarıda qeyd olunmuş aktlara əsasən icarə müqaviləsinin predmeti üzərində iddiaçının mülkiyyət hüququnun təsdiqi üçün əlavə hüquqi faktlara ehtiyac olmadığını, bunun üçün yetərli sübutların mövcud olduğunu demək mümkündür. İcarə predmetinin identifikasiya edilməsi imkanı ilə bağlı qeyd edilməlidir ki, bu fakt məhkəmə tərəfindən konteynerin ölçüləri ilə izah olunmuş, lakin bu zaman obyektin cavabdehin istifadəsində və üçüncü şəxsin ərazisində olması, bu səbəblə də özünün keyfiyyətlərinə və qanunvericlik tələblərinə görə asanlıqla ona məxsus uzunluq və identifikasiya etməyə imkan digər parametrlərinin dəyişdirilmə imkanıın olması nəzərə alınmamış (halbuki bu səbəblə birinci instansiya məhkəməsinə tədqim edilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmişdir) eləcə də bununla bağlı əlavə araşdırma (ekspertiza və.s) həyata keçirilməmişdir. Bu səbəbdən məhkəmənin istinad etdiyi bu əsas da işin halları ilə uzlaşmadığı üçün düzgün deyildir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsini iddia tələbinə münasibətdə rədd edilən hissədə özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddə 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.
9. Həmin məcəllənin maddə 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki kommersiya işi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya işilə bir icraatda birləşdirilməlidir.
11. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X2 icraatında olan İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2-2(103)-362/2025 saylı kommersiya işi hazırki 2-2(103)-425/2025 saylı kommersiya işi ilə əlaqəli olmaqla, əvvəl icraata qəbul edilmişdir.
12. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2-2(103)-425/2025 və 2-2(103)-362/2025 saylı kommersiya işləri birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair kommersiya işi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2-2(103)-362/2025 saylı kommersiya işi ilə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz.