Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-432/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdeh “Granum Group” LLC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X7 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC) qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Təmral oğlunun və cavabdehin nümayədəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-152/2*24 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.*1.2*24-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh “Granum Group” LLC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X7 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *5 mart 2*21-ci il tarixli GR34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 3** manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1*** manat xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, “Granum Group” LLC (Satıcı) və "xxxx" MMC (Alıcı) arasında *5 mart 2*21-ci il tarixində GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixində GR- 35-SUM nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin predmetinə əsasən satıcı satır, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq alır, DAR şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449*. “Granum Group” LLC şirkəti və "xxxx" MMC arasında bağlanmış *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr sərbəst formada tərəflər arasında bağlanan müqavilələrdir. Qeyd edilən müqavilələrin formasının GAFTAya (Grain and X5-Taxıl və Yem Ticarət Birliyi) aid olmasına və istifadəsinə dair tərəflərin hər hansı bir razılaşması yoxdur. GAFTA dünya taxıl ticarətinin 8*%-nin daşındığı təxmin edilən müqavilələrin standart formalarını işləyib hazırlayır və ticarətdə öz müqavilələrindən sonrakı istifadəni təşviq etməkdə maraqlıdır. GAFTA bütün müqavilələrinin müəllif hüquqlarına sahibdir və GAFTA müqavilələri ticarət etmək istəyən tərəflər tərəfindən endirilə bilsə də, onlar Gafta-nın əvvəlcədən yazılı icazəsi olmadan kommersiya və ya reklam məqsədi ilə istifadə olunmamalı, saxlanılmamalı, çoxaldılmamalı və istifadə edilməməlidir. Bu qadağa GAFTA-nın rəsmi internet səhifəsində qeyd edilmişdir. GAFTA onun icazəsi ilə müqavilə formalarından istifadə edən tərəflərin mübahisələrini və/və ya fikir ayrılıqlarını həll etmək üçün yazılı razılığını aldıqdan sonra baxa bilər. Hazırki mübahisə doğuran müqavilələr GAFTA-ya aid deyildir, ona aid olması üçün isə yazılı icazəsi tələb olunur. Belə bir yazılı icazə olmadığından müqavilələrdən irəli gələn mübahisəyə GAFTA baxa bilməz. Eyni zamanda, GAFTA məhkəmə səlahiyyətli deyildir, onun adından da göründüyü kimi Taxıl və Yem Ticarət Birliyidir. "xxxx" MMC *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında “Granum Group” LLCdə Rusiya mənşəli ərzaq buğdasını almaq üçün qabaqcadan (avans) ödəmə olaraq “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" ASC vasitəsilə həmin müqavilələr üzrə cəmi 86*.*96,5* ABŞ dolları məbləğində pul köçürmüşdür. İddiaçı tərəfindən 86*.*96,5* ABŞ dolları məbləğində pulun qabaqcadan (avans) köçürülməsinə baxmayaraq, cavabdeh “Granum Group” LLC köçürülən həmin vəsait dəyərində ərzaq buğdasını Azərbaycana idxal etməmişdir. Müqavilələrdə nəzərdə tutulan çəkidə növdə ərzaq buğdası cavabdehin hərəkətsizliyi ilə vaxtında göndərilməməsi iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi, maliyyə sanksiyası ilə üzləşməsi və alıcıları qarşısında öhdəliyinin pozulması təhlükəsi yaratmışdır. Ərzaq buğdasının vaxtında idxal olunmasının cavabdeh tərəfindən təmin edilməməsinin təsiri nəticəsində iddiaçının sahibkarlıq subyekti olaraq fəaliyyətinə və işgüzar nüfuzuna xərəl gəlmişdir. “Granum Group” LLC və "xxxx" MMC arasında imzalanmış Üzləşmə Aktına əsasən “Granum Group” LLC-nin "xxxx" MMC-yə idxal olunmayan ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində borcu vardır, ərzaq buğdası Azərbaycan Respublikasına idxal olunmadığı üçün həmin pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmalıdır. Hazırki vaxta qədər cavabdeh, köçürülən vəsait həcmində ərzaq buğdasını göndərəcəyini bildirsə də, bu hərəkət baş verməmişdir və tərəflərindən qabaqcadan (avans) köçürülən vəsaitin qaytarılması ilə bağlı cavabdeh “Granum Group” LLC-yə dəfələrlə müraciətlərin edilməsinə, yazışmaların aparılmasına baxmayaraq cavabdeh hərəkətsizlik göstərməkdə davam etmişdir. "xxxx" MMC “Granum Group” LLC-yə Pretenziya göndərərək ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində pul vəsaiti miqdarında malın 1* gün ərzində təcili göndərilməsi xahiş olunmuş, əks halda tərəflər arasında bağlanmış müqavilələr əsasında qabaqcadan (avans) köçürülmüş vəsaitin geri qaytarılması tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciətin ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində pul vəsaiti miqdarında ərzaq buğdası 1* gün ərzində Azərbaycana idxal olunmadığından, mübahisənin mediasiyada həlli məqsədilə cavabdehə mediasiyanın tətbiqinə dair Təklif göndərilmişdir. Cavabdeh tərəfindən Təklifə münasibət bildirilmiş və tərəflər mediasiya prosesinin tətbiqinə dair razılaşaraq aralarında müqavilə bağlamışlar. Tərəflər həmin müqavilənin 2-ci bəndində mübahisəni Azərbaycanda mediasiya yolu ilə “Mediasiya prosesinin tətbiq edilməsi haqqında” müqavilədə (razılaşmada) həll etmək, bu mümkün olmadıqda isə mübahisəyə Azərbaycan Bakı Kommersiya Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. İddiaçı və cavabdeh arasında mübahisənin mediasiyada həlli mümkün olmamış və müvafiq olaraq 16 mart 2*23-cü il tarixli X1 İştirak Edilməmə barədə Arayış vermişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq "xxxx" MMC-yə tətbiq olunan 172.*19,3* ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 3** manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1*** manat xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, *5 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8*** və 42** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı "xxxx" MMC tərəfindən qabaqcadan (avans) olaraq cavabdeh “Granum Group” LLC-yə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq "xxxx" MMC-yə tətbiq olunan 1829** ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 4** manat poçt xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin 16.1*.2*23-cü il və 24.11.2*23-cü il tarixli qərardadları ilə müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, qarşı tərəfin iddia etdiyi kimi, mübahisəli müqavilələr mövcud olmamışdırsa, cavabdeh tərəfindən mediasiya tədbiqi ilə bağlı sazişi imzalanmazdı və qarşı tərəf həmin müqavilələr əsasında malları göndərməzdi. İnvoyslarda da həmin müqavilələrə istinad olunmuşdur. Öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı “Granum Group” LLC-nin məktubunda da həmin müqavilələrin nömrələri qeyd olunmuşdur. Bundan başqa həmin müqavilələr əsasında avans kimi pulun köçürülməsi və cavabdeh tərəfindən həmin pulun qəbul edilməsi də müqavilələrin mövcudluğunu təsdiq edən haldır. Beləliklə, cavabdeh öz hərəktələri ilə müqavilələrin mövcudluğunu artıq özü sübut etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilələrin dəyəri bir milyondan artıq olmuşdur, müəyyən qədər taxıl göndərilmişdir. Gömrük bəyannamələrində göstərilmiş malların invoys dəyərinin çox olması (116*.*** ABŞ dolları) onunla bağlıdır ki, həmin gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş mallar yalnız mübahisəli müqavilələr əsasında Azərbaycan Respublikasına gətirilən mallardan ibarət olmamış, həmin malın müəyyən hissəsi əvvəlki müqavilələri üzrə təqdim edilmiş maldır, sadəcə bir yerdə göndərilmişdir. Mübahisəli müqavilələr üzrə 1.1**.*** ABŞ dollarından başqa cavabdehə pul köçürülməyib, lakin ola bilər ki, nağd ödəniş də edilmişdir.
7. Bundan sonra növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi fərqli izahat verərək bildirmişdir ki, mübahisəli müqavilələr üzrə 8*** ton mal üçün 1.92*.*** ABŞ dolları pul köçürülmüş, 1.*6*.*** ABŞ dolları dəyərində mal idxal olmuşdur, idxal olunmayan mala görə yaranmış 914.*** borc yaranmışdır. Onlar avans kimi köçürülmüş pulun müqabilində mal verilmədiyi üçün yalnız bu məbləği, yəni 914.5*4 ABŞ dolları məbləğini mübahisələndirirlər. Digər hissədə mübahisə olmadığı üçün hesab edirlər ki, ödənişləri təsdiq edən sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Mal 2 il ərzində verilmədiyi üçün X7 və Beynəlxalq Bankı bununla bağlı Mərkəzi Banka məlumat vermişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli müqavilənin imzalanmasını inkar edirlər. Qarşı tərəfin təqdim etdiyi 2*.*4.2*21 və *5.*3.2*21-ci il tarixli müqavilələrdəki imza və möhür saxtadır. Hər iki müqavilədə imza və möhür surət kimi müqaviləyə yerləşdirilmişdir. Mübahisəli pul vəsaiti onlara GR-34-Sum və GR-35-Sum saylı müqavilələr üzrə deyil, əslində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin onlara olan borcunun əvəzi olaraq ödənilmişdir. İddiaçı "xxxx" MMC ilə "xxxx" MMC eyni şəxslərə məxsus olan şirkətlərdir. Mediasiya zamanı qarşı tərəf onlara təklif etdi ki, əvvəl müqavilələr imzalansın və həmin müqavilələr əsasında "xxxx" MMC-nin onlara olan borcu ödəsinlər. Təqdim olunan sənədlər üçüncü şəxs ilə aralarında olan kommersiya münasibətlərini və üçüncü şəxsin onlara borcunun olduğunu təsdiq edir. Eyni zamanda mediasiya sessiyasının tədbiqi barədə razılaşma və tələbin güzəşti barədə müqavilə də işə əlavə edilmişdir. Mübahisəli müqavilələr imzalanmağa hazırlanırdı. Bununla bağlı yazışmaları da olmuşdur. Buna görə də mediasiya zamanı imzalanan sənədlərdə qeyd edilən müqavilələrə istinadların olması normal haldır. Lakin mediasiya zamanı barışıq sazişi təsdiqlənməmiş, nəticə etibarı ilə müqavilə də onlar tərəfdən imzalanmamış və tərəflərindən müqavilə üzrə hər hansı bir icraedici hərəkət edilməmişdir. Həmçinin, müqavilələr iddiaçıya onlar tərəfdən göndərilməmişdir. "xxxx" MMC-nin onlara borcu tərəflər arasında müqavilə bağlanan vaxt yaranmışdır. Aralarında olan işgüzar münasibətlərə görə borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Hüquqlarını təmsil etdiyi şirkətin rəhbərliyi qarşı tərəfdən ödənişin edilməsi ilə bağlı etirazının olmasını ona bildirilməmişdir. Qarşı tərəf malın göndərilməsini bildirsə də, onlar tərəfdən bu pulun müqabilində ümumiyyətlə mal göndərilməmişdir.
9. Birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasında isə cavabdehin nümayəndəsi fərqli izahat verərək bildirmişdir ki, təmsil etdiyi şirkətin rəhbərliyi ilə məsələni dəqiqləşdirmiş və ona bildirilmişdir ki, onlar bu müqavilələri imzalamasa da, iddiaçı ilə aralarında olan uzunmüddətli münasibətlərə görə gömrük bəyannamələrində göstərilən məbləğdə malları göndərmişlər. Onlar mübahisəli müqavilələr üzrə 1.92*.*** ABŞ dolları məbləğində pulun onlara köçürülməsini qəbul etmirlər. Onlara ödənilən pul iddia ərizəsində qeyd edilən məbləğdir, bununla bağlı iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş arayış da mövcuddur. Mübahisəli müqavilələr üzrə başqa pul ödənilməmişdir. Avansın əvəzi olaraq iddiaçıya mal (buğda) verilmişdir. İddianın inzibati cərimə ilə bağlı hissəsinə münasibətdə isə bildirmişdir ki, qarşı tərəf maliyyə sanksiyası ilə bağlı ödənişlərin edilməsinə dair sübut təqdim etməlidir. Maliyyə sanksiyası ilə bağlı ödəniş edilməyibsə bu cür tələbin irəli sürülməsi özü düzgün deyil.
10. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəməyə yazılı çıxışını təqdim edərək, qeyd etmişdir ki, iddiaçının avans kimi ödənildiyini qeyd etdiyi məbləğ əslində avans deyil, iş üzrə 3-cü şəxs kimi işə cəlb edilən "xxxx" MMC-nin borcunun əvəzi kimi ödənilmişdir. Qeyd olunan hal iş materiallarına əlavə etdikləri sənədlərlə öz təsdiqini tapmışdır. Tərəflər arasında GR-34-SUM və GR-35-SUM saylı müqavilələr bağlanılmamışdır. Qeyd olunan iki müqavilə iddianın əsasını təşkil edir və iddiaçı həmin müqavilələr üzrə cavabdehə pul ödənilməsini iddia edir. Həmin müqavilələr tərəflərindən imzalanmamış və möhür vurulmamışdır. Hər iki müqavilədə “Granum Group” LLC tərəfindən atılmış imza və möhür bir-biri ilə tamamilə eynilik təşkil edir. Bu isə onu göstərir ki, iddiaçı həmin sənədləri saxtalaşdırmış və hər-hansı digər sənəddən (müqavilə, invoys və sair) möhür və imzanı kopyalamış və GR-34-SUM və GR-35-SUM saylı müqavilələrdə istifadə etmişdir. İddiaçı öz yalanını məhkəməyə inandırmaq üçün email yazışmalarını təqdim etmişdir. Həmin email yazışmasında GR-34-SUM və GR-35-SUM saylı müqavilələrin email vasitəsilə “Globax Grain” LLC tərəfindən iddiaçıya göndərilməsi görünür. “Globax Grain” LLC göndərici şirkətdir, müqavilə tərəfi deyil ki, GR-34-SUM və GR-35-SUM saylı müqavilələri iddiaçıya göndərmək səlahiyyətinə malik olsun. Email yazışması isə GR-34-SUM və GR-35-SUM saylı müqavilələrin göndərilməsini əks olunan mötəbər sübut deyil, çünki həmin emaildə GR34-SUM və GR-35-SUM saylı müqavilələrin həqiqətən cavabdeh tərəfindən imza möhürlə təsdiq olunduğu əksini tapmır. "xxxx" MMC və "xxxx" MMC bir-biri ilə sıx əlaqədə olan hüquqi şəxslərdir. İddiaçının iddia etdiyi müqavilələr iddiaçı tərəfindən direktor kimi Musayev Rizvan imza atmışdır. "xxxx" MMC-nın hazırkı direktoru da Musayev Rizvandır. Yəni hər iki hüquqi şəxsi eyni adam təmsil edir. Cavabdeh uzun illər "xxxx" MMC ilə əməkdaşlıq göstərmişdir və hal-hazırda "xxxx" MMC-nin cavabdehə 1 milyondan çox borcu qalıq kimi qalmışdır. Razılaşmaya əsasən, "xxxx" MMC qeyd edib ki, öz borcunu digər hüquqi şəxsləri olan "xxxx" MMC vasitəsilə ödəyəcəklər və “Granum Group” LLC buna etiraz etməmişdir. X3 çıxış yolu kimi "xxxx" MMC ilə “Granum Group” LLC arasında görüntü üçün müqavilə bağlamağı təklif etmiş, çünki müqavilə olmadan xaricə pul köçürə hüququ yoxdur. Lakin “Granum Group” LLC həmin müqavilələri imzalamaqdan imtina etmişdir. Qeyd olunan halların subutu isə həm "xxxx" MMCnin, həm də "xxxx" MMC-nin “Granum Group” LLC-yə qarşı mediasiya təklifinin göndərilməsidir. Təklifdə GR-34-SUM və GR35-SUM saylı müqavilələr üzrə borcların hesablaşmasının aparılması təklif olunmuşdur. Tərəflərindən müqavilə tərtib olunaraq borcların əvəz edilməsi qeyd edilsə də, son anda həm "xxxx" MMС, həm də "xxxx" MMC barışıq sazişini imzalamamışdırlar. Borcların əvəzləşdirilməsi nəzərdə tutululduğu halda, həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC-nin “Granum Group” LLC-yə qarşı mediasiya təklifi göndərmələri anlaşılan deyil. Eyni direktoru olan bu iki hüquqi şəxs özləri də bilirlər ki, “Granum Group” LLC-yə borcludurlar, lakin hazırda hüquqlarında sui-istifadə edib cavabdehdən pul məbləği tələb edirlər. Tərəflərindən verilmiş vəsatətə əsasən, "xxxx" MMC işə 3-cü şəxs kimi cəlb edilmişdir. Növbəti məhkəmə iclasına qədər "xxxx" MMC-nin məhkəmə portalına məktubu yüklənilmişdir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, həmin sənədi "xxxx" MMC yükləmişdir.
11. "xxxx" MMC 26.1*.2*23-cü il tarixli 14 nömrəli məktubla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, "xxxx" MMC iddiaçı və cavabdeh arasında bağlanılan *5.*3.2*21-ci il tarixli GR-34-SUM saylı və 2*.*4.2*21-ci il tarixli, GR35-SUM saylı müqavilələrdə tərəf olmadığından həmin müqavilələr üzrə hər hansı bir öhdəliyi mövcud deyildir.
12. Bakı Kommersiya Məhkəməsinin 12.*1.2*24-cü il tarixli e-2-2(113)-152/2*24 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
13. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətində iddia ərizəsində qeyd edilən işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, "xxxx" ASC və "xxxx" ASC tərəfindən *5 mart 2*21-ci il tarixində bağlanmış GR-34-SUM nömrəli müqavilə üzrə cavabdehə 198**** USD, 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli müqavilə üzrə cavabdehə 1***** USD avans pul vəsaiti köçürüldüyü halda, məhkəmə qətnaməsində qeyd etmişdir ki, mübahisəli müqavilələr göstərilməklə iddiaçı tərəfindən cavabdehə 11***** ABŞ dolları məbləğində pulun köçürülməsi faktı işin mübahisəsiz halını təşkil edir. Məhkəmə müqavilələr üzrə 11***** ABŞ dolları məbləğində pulun köçürülməsini guya iddiaçının nümayəndəsi tərəfindən qeyd edildiyini, eyni zamanda həmin müqavilələr üzrə həmçinin nağd ödənişlərin edilməsi ehtimalının mövcud olmasını vurğulamış, guya sonrakı məhkəmə iclasında isə iddiaçı tərəfindən iki müqavilə üzrə cəmi 2.*2*.*** ABŞ dolları məbləğində ödəniş edilməsini qeyd etmişdir. Lakin, məhkəməyə tələb edilən 9145*4 ABŞ dolları məbləğin necə yaranması barədə sənədlərlə izah olunmasına baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Təmral oğlu apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayədəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
18. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
19. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
20. Həmin Qanunun 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
21. Mülki Məcəllənin 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Həmin Məcəllənin 34*.2-ci maddəsinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
23. Həmin Məcəllənin 4*5.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Həmin Məcəllənin 44*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
32. Həmin Məcəllənin 443.* və 443.*.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda.
33. Həmin Məcəllənin 45*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
36. Belə ki, iş materiallarında olan yazılı sübutlardan müəyyən edilir ki, "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında GR-34SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 8*** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı öhdəsinə götürmüşdür, DAP şərti ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).
37. Müqavilənin şərtlərinə əsasən: - Mallar 3* iyun 2*21-ci il tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaqonlarında göndərilməlidir. - Satılan malların qiyməti hazırki müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%). - Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.92*.*** ABŞ dolları (* (sıfır)% ƏDV dərəcəsi ilə) təşkil edir. - Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1**% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. - Müqavilənin icrası ilə əlaqədar bütün mübahisələrin və fikir ayrılıqlarının həlli satıcı və alıcı sülh (danışıqlar) yolu ilə həll edəcək, tərəflər mübahisəni sülh (danışıqlar) yolu ilə həll edilməsində razılığa gələ bilməsələr, bütün mübahisələr və fikir ayrılıqları arbitraj qaydalarına uyğun olaraq və GAFTA müraciətləri ilə həll edilməlidir (İngiltərənin maddi hüququ tətbiq olunur). - Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 31.12.2*21-ci ilə qədər qüvvədə olacaqdır.
38. Müqavilədə satıcının (“Granum Group” LLC) ünvanı 57* Lexington Avenue 15th X1*, NY, 1**22 olaraq qeyd edilmişdir.
39. Müqaviləni tərəflər imzaları və möhürü ilə təsdiq etmişlər.
40. *5.*3.2*21-ci il tarixli *3-*5 nömrəli əvvəlcədən ödəniş invoysundan (prepayment invoice) görünür ki, GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə əsasən “Granum Group” LLC tərəfindən təqdim ediləcək malın (1 tonun qiyməti 24* ABŞ dolları olan ümumi çəkisi 8*** ton buğda) ümumi dəyəri 1.92*.*** ABŞ dolları təşkil edir (satıcı “Granum Group” LLC, idxalçı - "xxxx" MMC-dir).
41. GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə 28.12.2*21-ci il tarixli 28/12/21 nömrəli əlavə razılaşmaya əsasən tərəflər müqavilənin qüvvədə olma müdətinin 3*.*4.2*22-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişlər.
42. GR-34-SUM nömrəli, *5.*3.2*21-ci il tarixli müqaviləyə *9.*3.2*22-ci il tarixli *9/*3/22 nömrəli əlavə razılaşmaya əsasən tərəflər məhsulun çəkisini azaldaraq satıcının seçiminə görə 4*** ton, eləcə də məhsulun qiymətində dəyişiklik edərək hər ton üçün 26* ABŞ dolları olması barədə razılığa gəlmişlər.
43. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında GR-35-SUM nömrəli, 2*.*4.2*21-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 42** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).
44. Müqavilənin şərtlərinə əsasən: - Mallar 3* iyun 2*21-ci il tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaqonlarında göndərilməlidir. - Satılan malların qiyməti hazırki müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%). - Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.**8.*** ABŞ dolları (* (sıfır)% ƏDV dərəcəsi ilə) təşkil edir. - Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1**% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. - bu Müqavilənin icrası ilə əlaqədar bütün mübahisələrin və fikir ayrılıqlarının həlli satıcı və alıcı sülh (danışıqlar) yolu ilə həlle dəcək, tərəflər mübahisəni sülh (danışıqlar) yolu ilə həll edilməsində razılığa gələ bilməsələr, bütün mübahisələr və fikir ayrılıqları arbitraj qaydalarına uyğun olaraq və GAFTA müraciətləri ilə həll edilməlidir (İngiltərənin maddi hüququ tətbiq olunur). - Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 31.12.2*21-ci ilə qədər qüvvədə olacaqdır.
45. Müqavilədə satıcının (“Granum Group” LLC) ünvanı 57* Lexington Avenue 15th X1*, NY, 1**22 olaraq qeyd edilmişdir.
46. Müqaviləni tərəflər imzaları və möhürü ilə təsdiq etmişlər.
47. 25.*5.2*21-ci il tarixli ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən ("xxxx" ASC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X8 (24* X6 York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 1**.*** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
48. *4.*5.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*5*4**68 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X7 Azərbaycan” QSCdəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X8 (X9 New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 6**.*** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
49. *1.*6.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*531*631 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X7 Azərbaycan” QSCdəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X8 (X9 New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 2***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
50. 17.*5.2*21-ci il il tarixli (göndərənin reference nömrəsi PA21*5171**1 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X7 Azərbaycan” QSC-dəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X8 (X9 New York)) GR-34-SUM saylı *5.*3.2*21-ci il tarixli müqavilə üzrə 1***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
51. *8.*6.2*21-ci il tarixli (göndərənin reference nömrəsi PA21*6*8*383 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X7 Azərbaycan” QSCdəki bank hesabından) “Granum Group” LLC-nin hesabına (The Bank of X8 (X9 New York)) GR-35-SUM saylı 2*.*4.2*21-ci il tarixli müqavilə üzrə 1***** ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
52. *1211***294425 saylı, *7.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 42978* ABŞ dolları olan 1482 ton 3cü sinif buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
53. *1211***294263 saylı, *7.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 267.539,5* ABŞ dolları olan 922,55 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
54. *1211***297467 saylı, *9.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 285215 ABŞ dolları olan 983,5* ton 3cü sinif buğda (göndərən ölkə - Rusiya) AR-in gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
55. *1211***3**947 saylı, 13.*9.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 162.878,5* ABŞ dolları olan 561,65 ton 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
56. *1211***3346*9 saylı, *7.1*.2*21-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərən (ixracatçı) “Granum Group” LLC tərəfindən malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış invoys dəyəri 2*.*82,5* ABŞ dolları olan 69,25 ton 3cü sinif buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
57. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında GR-12HAZ nömrəli, 2*.11.2*2*-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*)
58. 2*2*-2*21-ci illəri əhatə edən gömrük bəyannamələrinə əsasən müxtəlif şirkətlər (ООО «Трансагротек», СПСК «СОЮЗ») və s.) tərəfindən göndərilən və malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış müxtəlif dəyərdə və çəkilərdə buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
59. "xxxx" MMC (alıcı) ilə “Granum Group” LLC (satıcı) arasında bağlanmış GR-11- HAZ nömrəli, 2*.11.2*2*-ci il tarixli müqaviləyə əsasən satıcı satır, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq alır, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).
60. “Granum Group” LLC şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 21.*1.2*21-ci il tarixli GR-33-SUM-1 və 2*.*8.2*21-ci il tarixli GR-41-Sum müqavilələri üzrə *1.11.2*21 və *2.12.2*21-ci il arası dövrü əhatə edən qarşılıqlı üzləşmə aktına əsasən *2.12.2*21-ci il tarixə “Granum Group” LLC-nin "xxxx" MMC-yə 86*.*96,5* ABŞ dolları təşkil edir.
61. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *6.*6.2*23-cü il tarixli 3(**5)1635/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 514.5*4,5* ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* (iyirmi) faizi miqdarında, 1*2.9**,9 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, *3.*5.2*21-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X7” ASC-də olan hesabdan 514.5*4,5* ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür; “X7” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş *5.*5.2*23-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC 514.5*4,5* ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti *4 may 2*21-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.
62. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.*6.2*23-cü il tarixli 3(**5)1753/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1***** ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* (iyirmi) faizi miqdarında 2*.*** ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 17.*5.2*21-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X7” ASC-də olan hesabdan 1*****.** ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür. “X7” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 18.*5.2*23-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC 1***** ABŞ dolları məbləğində ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC ümumilikdə 1***** ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 17 may 2*21-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.
63. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.*7.2*23-cü il tarixli 3(**5)199*/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2***** ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4*.*** ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, r. İş materiallarında olan "xxxx" QSC-nin *7.*6.2*23-cü il tarixli, **121 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan 31.*5.2*21-ci il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 2***** ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC *1 iyun 2*21-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 2***** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 2***** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir.
64. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.*7.2*23-cü il tarixli 3(**5)2*75/2*23 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4- cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1***** ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2**** ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan "xxxx" ASC-nin 13.*6.2*23-cü il tarixli, **127 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan *8.*6.2*21-ci il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 1***** ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC *8 iyun 2*21-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 1***** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 1***** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir.
65. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
66. Hazırkı iddia Azərbaycan hüquqi şəxsi "xxxx" MMC ilə ABŞ-da təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “Granum Group” LLC şirkəti arasında bağlanılmış *4 mart 2*21-ci il tarixli GR-34-SUM nömrəli və 2* aprel 2*21-ci il tarixli GR-35-SUM nömrəli alqısatqı müqavilələrindən irəli gələn tələblərindən (müqavilələr üzrə qabaqcadan ödənişin geri qaytarılması və müqavilələr üzrə öhdəliklərin icra edilməməməsinə görə dəymiş zərərin ödənilməsi) ibarətdir. Həmin müqavilələrdə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılaşmamış, lakin müqavilələrdə mübahisələrin QAFTA arbitrajında baxılacağı barədə arbitraj qeydşərti mövcuddur. İş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC-dir. Bununla yanaşı tərəflər arasında bağlanılmış “Mediasiya prosesinin tətbiqi barədə saziş”də tərəflər "xxxx" MMC və “Granum Group” LLC şirkəti arasında bağlanmış *4 mart 2*21-ci il tarixli və 27 aprel 2*22-ci il tarixli müqavilələr üzrə borcların ödənilməsi barədə mübahisəni Azərbaycanda mediasiya yolu ilə həll edilməsinə razılaşmaqla yanaşı, mübahisə mediasiyada həll edilmədiyi halda Azərbaycan Respublikası məhkəmələrində həll ediləcəyi barədə razılığa gəlmişlər.
67. Beləliklə, hazırkı halda tərəflərdən birinin olduğu yer Azərbaycan Respublikası olan hüquqi şəxsi olduğundan, tərəflər “Mediasiya prosesinin tətbiqi barədə saziş” imzalamaqla sözügedən müqavilələr üzrə bağlı yaranmış mübahisənin mediasiya yolu ilə həll edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası Məhkəmələrində baxılması barədə razılığa gəldiklərindən, eləcə də mübahisəli müqavilələrdə arbitraj qeyd-şərti olmasına baxmayaraq cavabdeh tərəf mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz etmədiyindən Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
68. Xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlı məsələyə dair məhkəmə qeyd etmişdir ki, tərəflər mübahisəli müqavilələrdə həmin müqavilədən irəli gələn mübahisələrə İngiltərənin maddi hüququnun tətbiq edilməli olması barədə razılaşmışlar.
69. Tərəflərin mübahisəli müqavilələrdən irəli gələn mübahisələrə İngiltərənin hüququnun tətbiqi barədə razılığa gəlmələri nəzərə alınaraq məhkəmə tərəflərə İngiltərənin müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədlərin məhkəməyə təqdim edilməsini təklif etmiş, lakin hər iki tərəf mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə razı olduqlarını bildirmişlər.
70. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.
71. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf GR34- SUM və GR-35-Sum saylı müqavilələr üzrə cavabdehə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğində ödənişin müqabilində malların (taxılın) onlara təqdim edilmədiyini əsas göstərərək sözügedən pul vəsaitinin qaytarılması və cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq 182.9** ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələblərini irəli sürülmüşdür.
72. Cavabdeh tərəf isə tərəflər arasında mübahisəli müqavilələrin bağlanması faktını ümumiyyətlə inkar etmiş, həmin müqavilələr üzrə ödənilmiş 1.1**.*** ABŞ dolları məbləğində pulun malın müqabilində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “Granum Group” LLC şirkətinə olan borcunun bağlanması məqsədilə ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.
73. Beləliklə, tərəflərin mövqelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal tərəflər arasında mübahisəli alqı-satqı müqavilələrinin bağlanıb-bağlanmamasıdır.
74. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilələrin əsli, eləcə həmin müqavilələrin elektron rabitə vasitələri ilə cavabdeh tərəfində iddiaçıya göndərilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş SWİFT sistemi vasitəsilə edilmiş ödənişləri təsdiq edən sənədlərdən, eləcə də gömrük bəyannamələrindən görünür ki, cavabdehə mübahisəli müqavilələr üzrə ödənişlər edilmiş, eləcə də cavabdeh həmin müqavilələri əsas kimi qeyd etməklə iddiaçıya mallar göndərmiş, eyni zamanda tərəflər mübahisəli müqavilələr üzrə “Mediasiya tətbiqi barədə saziş” imzalamışlar. Odur ki, məhkəmə göstərilən halları tərəflərin mübahisəli müqavilələrin mühüm şərtləri barəfə razılığa gəlmələrinə, yəni tərəflər arasında həmin müqavilələrin bağlanmasına dəlalət edən hallar kimi qiymətləndirmiş və tərəflər arasında mübahisəli müqavilələrin bağlanmaması barədə cavabdehin dəlillərini əsassız saymışdir.
75. İkinci müəyyən edilməli olan hal tərəflər arasında bağlanmış mübahisəli müqavilələrin etibarlı olub-olmamaları ilə bağlıdır.
76. Bununla bağlı mübahisəli müqavilələrin fərqli subyektlər arasında (Granum Group” LLC və "xxxx" MMC) bağlanmış müqavilələr üzrə borcun ödənilməsini pərdələmək üçün bağlanması, mübahisəli ödənişlərin təyinatlarının əslində mübahisəli müqavilələr üzrə avans ödənişi deyil, "xxxx" MMC-nin “Granum Froup” LLC şirkətinə olan borcun ödənilməsi olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
77. Belə ki, Mülki Məcəllənin 34*.2-ci maddəsinin tələbləri baxımından əqd o zaman yalan əqd hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız digər əqdi pərdələmək məqsədilə (hazırkı halda "xxxx" MMC-nin öhdəliyinin "xxxx" MMC-yə verilməsi barədə müqaviləni) bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun.
78. Məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
79. Hazırkı halda isə cavabdehin dəlillərinin əsaslılığını sübuta yetirmək üçün istinad etdiyi sənədlər (tələbin güzəşti barədə 14 dekabr 2*22-ci il tarixli müqavilə layihəsi, "xxxx" MMC-nin mediasiya prosesinin tətbiqi barədə 17.*1.2*23-cü il tarixli təklifi, “Mediasiya tətbiqi barədə saziş” və s.) yalnız mübahisəli müqavilələr bağlandıqdan 2 ilə yaxın müddət sonra tərəflər arasında "xxxx" MMC-nin “Granum Froup” LLC şirkətinə olan borcunun “Granum Froup” LLC şirkətinin "xxxx" MMC-yə olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı danışıqlar aparılması faktını təsdiq etməklə mübahisəli müqavilələr bağlanarkən və eləcə də mübahisəli ödənişlər edilərkən tərəflərin niyyətlərinin müqavilənin növünə uyğun hüquqi nəticələr yaratmaq, yəni taxıl məhsullarını alqı-satqı etməkdən deyil, "xxxx" MMCnin “Granum Froup” LLC şirkətinin qarşısındakı borc öhdəliyinin "xxxx" MMC-yə verilməsindən ibarət olması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri mübahisəli müqavilələr əsasında cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsi faktını təsdiq etməklə yanaşı mübahisəli müqavilələrin digər əqdi (öhdəliyinin verilməsi barədə müqaviləni) pərdələmək məqsədilə bağlanmış yalan əqd olması ehtimalını faktiki olaraq istisna edir.
80. GR-34-SUM və GR-35-SUM saylı müqavilələr üzrə iddiaçının cavabdehə artıq ödənişinin olub-olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, ödənişin təyinatı olaraq mübahisəli müqavilələr göstərilməklə iddiaçı tərəfindən cavabdehə 1.1**.*** ABŞ dolları məbləğində pulun köçürülməsi faktı işin mübahisəsiz halını təşkil edir.
81. Digər tərəfdən iş materiallarında olan gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.495,5 ABŞ dolları olan taxıl məhsulları Azərbaycan Respublikasına gətirilmişdir.
82. Məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi əvvəl mübahisəli müqavilələr üzrə pul köçürmələrinin 1.1**.*** ABŞ dolları məbləğində olması, lakin həmin müqavilələr üzrə həmçinin nağd ödənişlərin edilməsi ehtimalının mövcud olmasını vurğulamış, sonrakı məhkəmə iclasında isə iddiaçı tərəfindən iki müqavilə üzrə cəmi 2.*2*.*** ABŞ dolları məbləğində ödəniş edilməsini qeyd etmiş, lakin məhkəmənin təklif etməsinə baxmayaraq qalan 92*.*** ABŞ dolları (2*2*.***-1.1**.***) məbləğində ödənişi təsdiq edən sübutları təqdim etməyəcəyini, məhkəməyə iddiaçı şirkət adından ödəniş edilməsi barədə arayış verə biləcəyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə sənədləri iş materiallarına əlavə edilmiş 1.1**.*** ABŞ dolları məbləğində ödənişlərdən əlavə mübahisəli müqavilələr üzrə hər hansı ödəniş alması faktını inkar etmişdir.
83. Odur ki, məhkəmə Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2*19-cu il tarixli qərarı ilə təsbit edilmiş “hüquqi həqiqət” prinsipini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən ödənilmiş 1.1**.*** ABŞ dollarının müqabilində cavabdeh tərəfindən 165.495,5 ABŞ doları məbləğində malların təqdim edilməsi müəyyən edildiyindən iddiaçının həmin müqavilələr üzrə artıq ödəməsinin olması öz təsdiqini tapmır.
84. İddiaçının məhkəməyə təqdim etdiyi qarşılıqlı borcların üzləşdirilməsi aktına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin aktda tərəflər mübahisəli müqavilələr üzrə deyil, 21.*1.2*21-ci il tarixli GR-33-SUM-1 və 2*.*8.2*21-ci il tarixli GR-41-Sum müqavilələri üzrə cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etdiyindən sözügedən akt hazırkı mübahisəyə aidiyyəti olan sübut kimi qiymətləndirilə bilməz.
85. İddiaçının irəli sürdüyü ikinci iddia tələblə (zərərin əvəzinin ödənilməsi) bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sübutlara əsasən cavabdehin mübahisəli müqavilələr üzrə avans ödənişlərinin müqabilində malların təqdim edilməməklə həmin müqavilələr üzrə öhdəliklərini pozması öz təsdiqini tapmamışdır.
86. İddiaçının istinad etdiyi inzibati xətaya dair işlər üzrə məhkəmə qərarlarına gəldikdə məhkəmə qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflər arasında mübahisəli müqavilələrdən əvvəl və sonra çoxsaylı müqavilələr bağlanmışdır. İstinad edilən məhkəmə qərarlarında isə tərəflər arasında bağlanmış müqavilələrə ümumiyyətlə istinad edilməmiş, cərimə növündə inzibati tənbehin məhz hansı müqavilələr üzrə malların Azərbaycan Respublikasına gətirilməməsinə görə tətbiq edilməsi müəyyən edilməmişdir.
87. Eyni zamanda, həmin qərarlarda inzibati tənbehin tətbiq edilməsi üçün əsas kimi ödənişlərinin müqabilində malların cavabdeh tərəfindən malların Azərbaycan Respublikasına gətirilməməsi faktına deyil, iddiaçının həmin ödənişlərinin müqabilində malların gətirilməsini təsdiq edən gömrük bəyannamələrini banka təqdim etməməsi faktına istinad edilmişdir.
88. Odur ki, yuxarıda istinad edilən qərarlar cavabdehin mübahisəli müqavilələr üzrə ödənişlərin müqabilində malları təqdim etməməsi faktını təsdiq etmir.
89. Belə olan halda isə, "xxxx" MMC-yə maddi zərərin vurulması faktı, yəni barəsində inzibati cərimələrin tətbiq edilməsi faktı öz təsdiqini tapsa da, həmin zərərin məhz cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi ilə bağlı vurulması, eləcə də inzibati tənbehin tətbiqi ilə cavabdehin əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir.
90. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdır ki, iddiaçının mübahisəli müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinə əsaslanaraq irəli sürdüyü 182.9** ABŞ dolları məbləğində maddi zərərin ödənilməsi tələbi də əsassız olmaqla rədd edilməlidir.
91. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
92. Eyni zamanda, cavabdeh iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
93. Əlavə olaraq kollegiya qeyd edir ki, iş materiallarında olan və yuxarıda istinad olunan ödəniş sənədlərinə əsasən hazırki mübahisənin predmeti olan GR-34- SUM və GR-35-SUM saylı müqavilələr üzrə iddiaçının cavabdehə ödədiyi pul vəsaitlərinin cəmi 1.1**.*** ABŞ dolları təşkil edir və iddiaçı tərəfindən həmin ödəniş sənədlərindən başqa sübutlar təqdim edilməmişdir.
94. İddiaçının istinad etdiyi inzibati xəta haqqında qərarlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21 və 443-cü maddələrinin mənasına görə öhdəliyin pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
95. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda bu növ iddialar üzrə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
96. Belə ki, iddiaçının istinad etdiyi inzibati xəta haqqında qərarlarda hazırki mübahisənin predmeti olan GR-34-SUM və GR-35-SUM saylı müqavilələrə istinad olunmamış və həmin qərarlara əsasən köçürülən pul vəsaitlərinin qeyd olunan müqavilələr üzrə olması müəyyən edilmir.
97. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarda müəyyən edilən hallar Mülki Prosessual Məcəllənin 82-ci maddəsində göstərilən hallara, yəni sübut etməkdən azad olan hallara aid deyil. Çünki həmin maddədə inzibati xəta haqqında qərarda müəyyən edilən halların mülki işə baxan məhkəmə üçün məcburi olması müəyyən edilməmişdir.
98. Ona görə də, hətta iddiaçının qeyd etdiyi inzibati xəta haqqında qərarlarda hazırki mübahisənin predmeti olan GR-34-SUM və GR-35-SUM saylı müqavilələrə istinad olunsaydı belə, bu hal hazırki məhkəmə üçün heç bir preyudusial əhəmiyyət daşımazdı və cavabdehin müqavilə üzrə malları iddiaçıya təhvil verməsinə dair sübutları təqdim etmək imkanını məhdudlaşdıra bilməzdi.
99. Təqdim edilmiş sübutlardan da müəyyən edilir ki, GR-34-SUM və GR-35-SUM saylı müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 1.1**.*** ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş və bunun müqabilində cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.495,5 ABŞ dolları olan taxıl məhsulları Azərbaycan Respublikasına gətirilmişdir.
100. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş hər iki iddia tələbi müvafiq olaraq Mülki Məcəllənin 599.3 və 443.1-ci maddələrinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə təmin edilə bilməz.
101. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
102. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci madəsinə əsasən iddiaçıya aid edilməlidir.
103. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.*.1, 392, 393, 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-152/2*24 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.*1.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Ziya Şirinov