Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-433/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı “Məhər" Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e- 2-2(113)-6150/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12 nömrəli, 30 iyun 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış 78812,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3940,61 manat illik 5 % pulun və 400 manat məbləğində mediasiya xərcinin, cəmi 83152,81 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6150/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 78812,20 manat məbləğində pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-ci il tarixli, e-2-2(113)-6150/2022 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e2- 2(113)-6150/2022 saylı qərardadından şikayət verərək qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-6150/2022 saylı qərardadı ilə (hakim Ülkər Həsənova) Cavabdeh MMC tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-ci il tarixli, e-2- 2(113)- 6150/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edilməklə (iş vərəqə 75) qəbul edilmiş sənədi cavabdehin nümayəndəsi iş materialları ilə tanış olduğu zaman görmüş və aydın olmuşdur ki, “qəbul etdim” imzası Samirə adlı şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh MMC-nin kadrlar cədvəlində ümumiyyətlə Samirə adlı şəxsin adı yoxdur, müəssisədə elə bir şəxs çalışmır. Həmçinin şikayət verilən qətnamənin xx.xx.2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisinin elektron kabinetinə yerləşdirilməsinə münasibətdə bildirir ki, Cavabdeh MMCyə bununla bağlı hər hansı bir məlumat və ya bildiriş gəlıməmişdir. Eyni zamanda MPMnin 135.2-ci maddəsinin tələbinə uyğun formada hüquqi şəxsə məhkəmə aktı barədə məlumat verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2- 2(113)-6150/2022 saylı qətnaməsi yalnız, xx.xx.2023-cü il tarixdə tərəflərindən əldə edilmişdir. Odur ki, müddətin ötürülməsi məsələsində məhkəmənin mövqeyi ilə razılaşmır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6150/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6150/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə tərəfindən şikayətin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 8 a ünvanıdır. İddia ərizəsində cavabdehin ünvanı olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 117a göstərilmişdir. İş materiallarında Cavabdeh MMC-nin faktiki olaraq bu ünvanda fəaliyyət göstərdiyini təsdiq edən hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri çatmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 117a ünvanına göndərilmiş məhkəmə bildirişləri və qətnamə “Ələsgərova Samirə” adlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Şikayət ərizəsində qeyd edilənlərə əsasən, cavabdehin “Ələsgərova Samirə” adlı işçisi yoxdur. Məhkəmə bildirişləri cavabdehə çatmamış, məhkəmə prosesinin gedişi və qətnamə barədə məlumatları olmamışdır. Eyni zamanda qətnamə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə2 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, elektron kabinet açılarkən Qanuni nümayəndə2 elektron ünvan təqdim etmədiyindən qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın sistem vasitəsi ilə elektron ünvana göndərilməsi mümkün olmamışdır. İşdən görünür ki, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmiş, qətnamə həmin tarixdə kağız daşıyıcıda nümayəndəyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi birinci instansiya məhkəməsi tərəfindən tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə məhkəmə iclasında araşdırılmalı, araşdırma zamanı cavabdehin faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 117a ünvanında fəaliyyət göstərdiyi və direktorun elektron kabinetinə xx.xx.2022-ci il tarixdə qətnamənin yerləşdirilməsi barədə sistem tərəfindən “SMS” məlumat göndərildiyi təsdiq edilməzsə qətnamənin cavabdehə rəsmi təqdim edildiyi tarix xx.xx.2023-cü il tarix hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6150/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6150/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-433/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-433/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver