Məhkəmə qərarları › İş №2-2(103)-435/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-435/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-435/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X3, vəkili X2, Cavabdeh, vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1030/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh fərdi sahibkar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə yaranmış 7124 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 064/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh diler olaraq İddiaçı MMC-dən satmaq üçün mobil telefonlar almış, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun İddiaçı MMC-yə borcu yaranmışdır. Cavabdeh 064/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqavilə üzrə öhdəliyin icra edilməsi və 7124 manat borc məbləğinin ödənilməsi üçün pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya qaydasında baxılarkən məhkəmə prosesi barədə məlumatı olmamışdır. İddiaçının təqdim etdiyi müqavilə onunla iddiaçı arasında “Sədərək” Ticarət Mərkəzində açılmasını planlaşdırdığı mağazaya satılması üçün telefonların verilməsi ilə əlaqədar bağlanmışdır. Sonradan həmin mağaza açılmamış və buna görə də iddiaçıdan hər hansı mal almamışdır. Məhkəməyə iddiaçı tərəfindən ona mal verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh sonradan apelyasiya şikayətinə əlavə təqdim etmiş, əlavə bununla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş qaimələrdə olan imzaların heç biri ona məxsus deyil. Bəzi qaimələr isə ümumiyyətlə imzasızdır. Əksər qaimələrdə isə məhsulların nağd şəkildə verildiyi müəyyən olunur. Buna görə də iddiaçının tələbi əsassızdır. Məhkəmənin iclasında iştirak edən Cavabdeh, vəkili X9 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X10, vəkili X7 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən -cavabdehdən iddiaçının xeyrinə 5720 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 064/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, distributor olaraq İddiaçı MMC diler Cavabdeh razılaşdırılmış satış şərtlərinə əsasən özünə məxsus malları təklif etməli, diler isə öz növbəsində həmin müqaviləyə və onun tərkib hissəsi olan digər əlavələrə əsasən malların satışını həyata keçirməli idİ. Müqavilədə nəzərdə tutulmuşdur ki, satılan malların qiyməti, miqdarı malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Müqavilə üzrə ödəniş və digər şərtlər tərəflər arasında ayrıca razılaşdırılacaq və müqaviləyə əlavə olunacaq. Müqavilədə cavabdehin mağazasının yerləşdiyi ünvan kimi, Lökbatan qəsəbəsi, Sədərək TM, sıra 10A qeyd edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, 064/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2019-cu il tarixinə İddiaçı MMC-yə cəmi borcu 7124 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən tələb olunan 7124 manat borcun 4155 manatını vitrin, 2578,78 manatını müddətli, 589,59 manatını nağd borc təşkil edir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq həmin borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilədə nəzərdə tutulmuş qaydada satılacaq malların ödəniş şərtləri ilə bağlı əlavə razılaşma imzalanmamışdır. Cavabdeh apelyasiya şikayətində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal almadığını göstərsə də, işə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş elektron qaimələr, hesab fakturalar, tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə 448 manat, xx.xx.2019-cu il tarixli 109305 saylı elektron qaimə üzrə 290 manat, xx.xx.2019-cu il tarixli 592821 saylı elektron qaimə üzrə 125 manat, 032644 saylı xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə 482 manat, cəmi 1345 manat dəyərində mal satılmış və cavabdeh tərəfindən həmin malların dəyəri ödənilmişdir. Cavabdeh məhkəmə iclasında onun Binə qəsəbəsində olan mağazası üçün iddiaçıdan mal aldığını, həmin mağazada ona təhvil verilmiş mallara görə xx.xx.2019-cu il tarixə cəmi 60 manat borcu olduğunu, hazırda həmin mağaza üçün alınmış mallara görə borcu olmadığını, o cümlədən X5 heç bir mağazası olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi razılaşmışdır ki, cavabdehin Binədə yerləşən mağazasına təhvil verilmiş mallara görə borcu yoxdur. Lakin onun Sədərək TM-də mağazası olmadığına dair bildirdikləri həqiqətə uyğun deyil. Tələb edilən borc məbləği Sədərək TMdə təhvil verilmiş mallara görə yaranan borcdur. İddiaçının vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı MMC-də satış müdiri işləmişdir. Cavabdehla alqı-satqı və tapşırıq müqavilələrini o imzalamışdır. Müqavilə bağlanarkən hər iki qardaşhəm Elçin, həm də Emin Kərimov gəlmişdi. O təklif etmişdir ki, hər ikisinin adına müqavilə rəsmiləşdirilsin. Emin bildirmişdir ki, onun VÖEN yoxdur, hər ikisinin ortaq mağazaları var, ailə şirkətidir, ona görə müqaviləni Elçinlə bağlasınlar. Onlar mağazaları şərik işlətmişlər. Malları ekspeditorlar hər ikisinə təhvil vermişdir. Mallar adətən ekspeditorlara sifariş verilsə də hərdən ona də sifariş vermişlər. Sifarişlər şifahi, telefonla verilmişdir. Sifarişi qəbul edib anbara və ya ekspeditora yönəltmiş, bilavasitə özü mal verməmişdir. Mallar təhvil verilərkən ekspeditorlar tərəfindən terminallardan çek çıxarlır və təsdiq olunur. Malların dəyəri çox vaxt hissə-hissə ödənilirdi. Nə qədər mal göndərdərildiyini xatırlamasa da ən çox “Sədərək” TM-dəki mağazaya mal göndərilmişdir. İddiaçının vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də xx.xx.2018-ci ildən bir il ekspeditor vəzifəsində işləmişdir. Mən işlədiyim dövrdə təxminən 3-5 dəfə Cavabdeh mal təhvil vermişdir. Malları təhvil vermək onun vəzifəsinə aid olmuşdur. Malları təhvil verərkən terminalla getmişdir. Onun ərazisi əsasən “Sədərək” TM olub, lakin “Binə” TM-də də mal vermişdir. Əvvəlcə tanışlığı Emin Kərimovla olub. Sonradan o bildirib ki, Elçin onun qardaşıdır. Tapşırıq müqaviləsi onun yanında müqavilə “Sədərək” TM-də bağlanıb. Ona şəxsən Elçin deməyib ki, mənə aid malları Eminə təhvil verə bilərsiniz. Elçinə mal satmışdır. Borc Eminin borcu olmuşdur, lakin Elçinin bu barədə məlumatı olmuşdur. VÖEN onun adına olduğu üçün o cavabdehlik daşımışdır. İddiaçının vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də mühasib işləyir. Tələb olunan borc 2018-2019-cu illərdə verilən mallara görə yaranan borcdur. Dilerlərlə həm alqı-satqı müqaviləsi, həm də tapşırıq müqaviləsi bağlanılır. Tapşırıq müqaviləsi əsasında vitrinə satış üçün mallar verilir. Mal diler tərəfindən satıldıqdan və pulu ödənildikdən sonra onun adına elektron qaimə göndərilir. Tələb olunan 7124 manat məbləğində borcla bağlı cavabdehə elektron qaimə və elektron hesab-faktura göndərilməmişdir. Elçinin qardaşı Emin adlı şəxs şəxsən ona zəng vurub bildirmişdir ki, borcu ödəyəcək, lakin ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən imzalanmış mədaxil qəbzlərindən görünür ki, o Sədərək TM-də olan mağazasına təhvil verilmiş mallara görə iddiaçıyaxx.xx.2018-ci il tarixdə 431 manat, xx.xx.2018-ci il tarixdə 433 manat, xx.xx.2018-ci il tarixdə 110 manat məbləğində, cəmi 974 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, o Sədərək TM-də olan mağazası üçün iddiaçıdan 1404 manat dəyərində müxtəlif mobil telefonlar almışdır. Alınan malın dəyərinin ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Şahid ifadələri və təqdim edilmiş sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh iddiaçıdan 2018- 2019-cu illərdə müxtəlif mobil telefonlar almış, cavabdehin həm Binə qəsəbəsində , həm də Sədərək TM-də mağazaları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehə təhvil verildiyi sübut edilən 1404 manat dəyərində malın geri qaytarıldığı və ya dəyərinin ödənildiyi sübut edilmədiyindən həmin məbləğin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində cavabdehin imzası olmayan aktlar və qəbzlər iddiaçı tərəfindən öhdəliyin səlahiyyətli şəxsə icra edildiyi sübut edilmədən məhkəmə tərəfindən cavabdehin borclu olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı qəbzlərin üzərindəki imzaların iddiaçının qardaşı X12 adlı şəxsə məxsus olduğunu iddia etsə də, Emin Kərimov iş üzrə cavabdeh qismində cəlb edilmədiyindən və tərəflərdən heç biri həmin şəxsin şahid qismində dindirilməsi barədə vəsatət vermədiyindən cavabdeh tərəfindən imzalanmamış malların qəbulu barədə qəbzlərdəki imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vergi ödəyicilərinin dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçıdan malları qəbul etmiş X8 özü vergi ödəyicisidir və ********** saylı VÖEN ilə fəaliyyət göstərir. Cavabdeh qardaşı ilə münasibətlərinin yaxşı olmadığını və qardaşının borclarına görə məsuliyyət daşımadığını göstərdiyindən Emin Kərimov tərəfindən malların cavabdehin adından qəbul edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən məhkəməyə X8 cavabdehin adından mal qəbul etmək səlahiyyəti olduğuna dair yazılı sübut təqdim edilməmişdir. İddiaçının qanuni təmsilçisi Cavabdehin işçisi kimi malları qəbul etdiyini göstərsə də, şahid A.Əzizov ifadəsində X15 Kərimovun ortaq işlədiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, X12 iddiaçının işçisi və ya vəkalətnamə əsasında nümayəndəsi olmadığından və həmin şəxs özü fərdi sahibkar olduğundan ona təhvil verilmiş malların dəyərinin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-nin direktoru ilə Emin Kərimov arasındakı şəxsi telefon söhbətinin səs yazısı aşağıdakı normalara əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Həmin Məcəllənin 200-ci maddəsinə əsasən şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən -cavabdehdən iddiaçının xeyrinə 5720 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1030/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh iddiaçı İddiaçı MMC-nin xeyrinə 5720 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə 1404 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar