Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-435/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə1 və X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2020-ci il tarixli 1353 saylı alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-393/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1353 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilədə göstərilən qiymətlərə uyğun olaraq neft məhsullarını və maye qazı cavabdehə satmağı, cavabdeh isə dəyərini əvvəlcədən ödəməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı həmin müqaviləyə əsasən 400.000 manat vəsaitdən yalnız 50.000 manatının geri qaytarıldığını, 350.000 manat borcun isə ödənilməmiş qaldığını bildirir.
3. Cavabdeh isə bildirir ki, iddiaçı ilə aralarında yanacaq məhsullarının alqı-satqısına dair ticarət əlaqələrinin uzunmüddətli və davamlı bir təməl üzərində qurulmasına və inkişaf etdirilməsinə dair razılıqlar əldə olunmuş və bu məqsədlə xx.xx.2019-cu il tarixli müqavilədən sonra xx.xx.2019-cu il tarixdə yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Ödənilmiş məbləğlər həmin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş bonus məbləğləridir. Həmin məbləğlərin geri qaytarılması nəzərdə tutulmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC müqavilə ödəliklərini lazımı qaydada icra etmədiyindən xx.xx.2020-ci il tarixli 1353 nömrəli alqı-satqı müqaviləsi üzrə 350.000 (üç yüz əlli min) manat borcun, mediasiya üçün ödənilmiş 400 (dörd yüz) manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 (iki yüz qırx) manat olmaqla, cəmi 350.640 (üç yüz əlli min altı yüz qırx) manat pul vəsaitinin tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir. Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 350.000 manat borcu yaranmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də, qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. Onların təşəbbüsü ilə xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif verilmiş, 400 manat məbləğində ödəniş edilərək Bakı şəhəri 11 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilmədiyindən xx.xx.2022-ci il tarixində MŞB/11- 00861 nömrəli arayış verilmişdir. Bundan sonra Cavabdeh MMC xx.xx.2022-ci il tarixli XF- 264-22 nömrəli məktubla müraciət edərək cari ilin sentyabr ayı ərzində 50.000 manat ödənilməsini təmin edəcəklərini bildirmişlər. Həmin məktuba cavab olaraq xx.xx.2022-ci il tarixli XO-xx-xx-0507-2022 nömrəli məktubla qalan borcun, yəni 350.000 manatın hansı tarixdə qaytarılması barədə zəmanət verilməsi xahiş edilmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli XF-269-22 nömrəli məktubla 350.000 manat məbləğinin sərbəst qrafik əsasında xx.xx.2023-cü il tarixədək ödənilməsini təmin edəcəklərini bildirmişdir. Həmin məktuba cavab olaraq xx.xx.2022-ci il tarixli XO-xx-xx-0559-2022 nömrəli məktubla ödənilməmiş 350.000 manatın ödəniş cədvəlinin onlara göndərilməsi xahiş olunmuş, lakin bu günədək cavab və ödəniş olmamışdır. Bu yazışmalardan görünür ki, Cavabdeh MMC borcunu etiraf edir, lakin konkret olaraq hansı tarixdə ödənilməsi ilə bağlı münasibət bildirməkdən bəhanə gətirərək yayınır
6. Eyni zamanda iddiaçı iddia ilə bağlı yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq cavabdeh müqavilə bağlandığı gündən 2021-ci ilin 1-ci rübünə qədər müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmiş, yəni neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə almışdır. Bundan sonra Cavabdeh MMC-nin direktorunun maddi imkanlarının aşağı olması haqqında şifahi müraciəti nəzərə alınaraq tərəflər arasında işgüzar münasibətlər və onun əsasında inam və etibar yarandığından (xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci iİ tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat) məbləğində pul vəsaiti əlavə olunmuş, həmin məbləğdən yalnız 50.000 manat geri qaytarılmış, 350.000 manat borc isə qaytarılmamışdır. Belə ki, 28 aprel 2021-ci iİ tarixində Cavabdeh MMC-nin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş və bu fakt xx.xx.2021-ci il tarixli 012080 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Eyni zamanda 17 sentyabr 2021-ci il tarixində Cavabdeh MMC-nin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş, bu fakt xx.xx.2021ci il tarixli 489111 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-nin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş bu fakt xx.xx.2021-ci il tarixli 036223 nömrəli elektron qaimə (15.09. 2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Bunun davamı olaraq xx.xx.2021-ci iİ tarixində Cavabdeh MMC-nin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş, bu fakt xx.xx.2021-ci il tarixli 555416 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 5.2-ci bəndi pozulmuşdur. Elektron vergi hesabfakturanın ləğvi, fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Belə ki, verilən elektron qaimələr cavabdehin məsul şəxsi tərəfindən təsdiq olunmuş, habelə, məhkəməyə təqdim edilmiş rəsmi yazışmalardan da göründüyü kimi bu hallar cavabdeh tərəfindən təsdiq edilərək 50.000 manat məbləğində pul "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Bu isə yuxarıda sadalananları və cavabdeh tərəfindən borc məbləğinin təsdiq edilməsini sübut edir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) və dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-393/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 1353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan "xxxx"un təklifinə əsasən yanacaq məhsullarının alqı-satqısına dair ticarət əlaqələrinin uzunmüddətli və davamlı bir təməl üzərində qurulmasına və inkişaf etdirilməsinə dair razılıqlar əldə olunmuş və bu məqsədlə xx.xx.2019-cu il tarixdə yeni alqısatqı müqaviləsi bağlanmışdır.
10. Eyni zamanda işgüzar münasibətlər çərçivəsində avtobusların yanacaqla vaxtlıvaxtında təmin olunması və satış münasibətlərinin asanlaşdırılması məqsədi ilə, şirkətin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 62 ünvanında yerləşən təmir mərkəzdə "xxxx" tərəfindən modul tipli yanacaq doldurma məntəqəsi qurulmuşdur. Əldə edilmiş razılıqlara əsasən şirkət müvafiq torpaq sahəsini əvəzsiz olaraq təqdim etmiş, bunun müqabilində isə "xxxx" satılan neft məhsullarının həcmindən asılı olaraq bonuslar verməli idi.
11. xx.xx.2019-cu il tarixli müqavilə satış münasibətlərini, xx.xx.2019-cu il tarixli müqavilə isə satışla bərabər texniki məsələləri, o cümlədən yanacaq doldurma məntəqəsindən istifadə qaydaları müəyyən edilmişdir. Əldə edilmiş razılıqlara əsasən satın alınan yanacağa görə ödənilmiş vəsaitdən (bir litr) 0,025 AZN əlavə bonus olaraq yanacaq verilməli idi. Sonradan isə əldə edilmiş razılığa əsasən 9 000 000 litrdən artıq yanacaq alındığı təqdirdə bonus məbləğinin də artıq ödənilməsi nəzərdə tutulurdu. Bu günədək "xxxx" QSC-dən 9 615 468 litr dizel yanacağı alınmışdır. Bonus ödənilməsinə dair öhdəlik müqavilə şərtində qeyd edilmişdir.
12. Belə ki, xx.xx.2019-cu il tarixli, 1353 nömrəli alqı-satqı müqaviləsinin 8.1-ci maddəsinin tələbinə əsasən “Bu müqavilə ilə “Alıcı”nın aldığı neft məhsullarının və maye qazın həcmindən asılı olaraq bonuslar nəzərdə tutula bilər” müəyyən edilmişdir. Bu maddə ilə əldə edilmiş razılığa əsasən ümumi həcm 9 000 000 litrdən artıq dizel yanacağı alınmalıydı. Buna müvafiq olaraq xx.xx.2021-ci il tarixdə 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat bonus məbləğləri verilmişdir.
13. Həmçinin "xxxx" QSC ilə Cavabdeh MMC arasında 19 noyabr 2019-cu il tarixli, 2019 saylı dizel yanacağının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti 2020-ci ilin dekabr ayının 31-dək qüvvədə olması müəyyən edilmişdir. "xxxx" QSC ilə Cavabdeh MMC arasında 19 noyabr 2019-cu il tarixli, 2019 saylı dizel yanacağının alqısatqı müqaviləsi bağlandıqdan sonra tərəflər arasında dizel yanacağının alqı-satqısı ilə bağlı bütün münasibətlər sonuncu müqavilə ilə tənzimlənmiş və 24 iyun 2019-cu il tarixli, 1353 alqı-satqı müqaviləsi öz-özlüyündə qüvvədən (sonuncu müqavilənin bağlanması ilə eyni məhsulun alqı-satqısı ilə bağlı iki müqavilənin olması qanunauyğun deyildir) düşmüşdür. Bu hal "xxxx" QSC-nin Xaliq Faiqoğlu” MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli Pretenziya məktubunun məzmunu ilə də öz təsdiqini tapır.
14. Belə ki, "xxxx" QSC həmin məktubunda yalnız tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli, 2019 saylı müqaviləyə istinad etmiş və həmin müqavilənin 31 dekabr 2023-cü il tarixədək qüvvədə olmasına istinad edilmişdir. Qeyd olunan məktubda tərəflər arasında alqı-satqı münasibətlərinin 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsi ilə tənzimlənməsi öz əksini tapmamışdır. Bununla da iddiaçı tərəf 19 noyabr 2019-cu il tarixindən sonra tərəflər arasında olan alqı-satqı münasibətlərinin tənzimlənməsinin yeganə əsası kimi 19 noyabr 2019-cu il tarixli, 2019 saylı müqavilə olduğunu qəbul etmişdir.
15. Həmçinin qeyd olunan müqavilələrin heç birində "xxxx" QSC tərəfindən karta pul vurulması müqabilində yanacağın alınması nəzərdə tutulmamışdır. Eyni zamandan "xxxx" QSC tərəfindən köçürülmüş 400.000 manat pul vəsaiti tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməsi, yəni 2020-ci ilin dekabr ayından sonra olmaqla xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində və xx.xx.2021ci il tarixində əlavə olunmuşdur. Belə olan halda tərəflər arasında alqı-satqı münasibətlərini tənzimləyən və iddiaçının istinad etdiyi 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsinin qüvvədə olmadığı, eləcə də digər müqavilənin 2020-ci ilin dekabr ayının 31dən sonra qüvvədən düşməsindən sonra xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində və xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-yə köçürülmüş, cəmi 400.000 manat məbləğində pul vəsaitinin qaytarılmamasını, müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməsi və məhkəmənin də iddiaçının bu dəlilini qəbul etməsi əsaslı və qanuni deyildir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
25. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
26. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
34. İş materiallarına əlavə edilmiş:
35. İddiaçı "xxxx" QSC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
36. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” bu Müqavilə ilə müəyyən edilmiş müddətdə 2.1-ci bəndində göstərilən qiymətlərə uyğun olaraq neft məhsullarını və maye qazı “Alıcı”ya satmağı, “Alıcı” isə həmin neft məhsullarının və maye qazın dəyərini (Əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə görə bu müqavilə ilə ƏDV də hesablanmaqla - Benzin Aİ-92-nin 1 litrinin qiyməti 0,90 (doxsan qəpik) manat; - Dizel yanacağının 1 litrinin qiyməti 0,60 (altmış qəpik) manat; - Maye qazın 1 litrinin qiyməti 0,45 (qırx beş qəpik) manat; - Sıxılmış təbii qazın 1 litrinin qiyməti 0,45 (qırx beş qəpik) manat; - Premium yanacağının 1 litrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat; - Super yanacağının 1 litrinin qiyməti 1,60 (bir manat altmış qəpik) manat müəyyən edilir. - 2.2-ci bəndinə əsasən 2.1-ci bəndində göstərilən Benzin Aİ-92, Dizel yanacağının və Maye qazın qiymətləri dövlət tərəfindən tənzimləndiyindən, qiymətlərə dövlət tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması tərəflər üçün məcburidir. Qiymətlərə dövlət tərəfindən dəyişiklik edildiyi andan müqavilə üzrə alınacaq neft məhsulunun və maye qazın qiyməti dəyişdiriləcəkdir. - 2.3-cü bəndinə əsasən 2.1-ci bəndində göstərilən Premium və Super markalı neft məhsulları Azərbaycan Respublikasına idxal edildiyindən və həmin neft məhsullarının qiymətləri dövlət tərəfindən sərbəstləşdirildiyindən tədarükündən asılı olaraq qiymətlərə “Satıcı” tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” tərəfindən məcburidir. - 2.4-cü bəndinə görə “Satıcı” YDM-dən “Alıcı”ın avtomobillərini yanacaqla təmin etmək üçün ilkin olaraq “Alıcı”nı əvəzsiz olaraq xüsusi şifrələnmiş kartla təmin edir. - 7.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflərin öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada icrası qurtaranadək öz qüvvəsini saxlayır. - 7.2-ci bəndinə əsasən bu müqavilə tərəflərdən birinin digərinə verdiyi yazılı məlumat əsasında bir ay müddətində ləğv edilə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. "xxxx" QSC tərəfindən ümumilikdə (ƏDV daxil) 1.073.818,29 manat olmaqla, o cümlədən 191.038,27 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 012080 nömrəli, 27.605,57 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 139205 nömrəli, 159.703,76 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 489111 nömrəli, 178.234,35 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 036223 nömrəli, 16.124,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 078145 nömrəli, 456.440,57 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 555416 nömrəli və 44.671,27 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 720712 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
38. "xxxx" QSC tərəfindən təqdim edilən maliyyə sənədinə (arayışa) əsasən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nin hesabına tarixləri xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il olan hər biri müvafiq olaraq 100.000 manat olmaqla, ümumilikdə 400.000 manat məbləğində yükləmə olmuş, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə 30.000 manat ödəniş edilməklə, xx.xx.2022-ci il tarixə qalıq borc 350.000 manat təşkil edir.
39. "xxxx" QSC Cavabdeh MMC-yə XO-xx-xx-0507-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərərək 400.000 manat borc məbləğindən yalnız sentyabr ayı ərzində 50.000 manat ödənilməsini qeyd etmiş və borcun tam həcmdə ən qısa müddətdə olması şərti ilə hansı tarixdə qaytarılacağı barədə zəmanət verilməsi xahiş edilmişdir.
40. Cavabdeh MMC XF-269-22 nömrəli xx.xx.2022-ci il tarixli məktubla "xxxx" QSCyə müraciət edərək, sentyabr ayı ərzində qalıq borcdan 50.000 manat məbləğin ödənilməsinin təmin edildiyi, qalıq borcdan 350.000 manat məbləğinin isə, sərbəst qrafik əsasında xx.xx.2023-ci il tarixinədək ödənilməsinin təmin ediləcəyini qeyd etmişdir.
41. "xxxx" QSC tərəfindən XO-xx-xx-0559-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh MMC-yə müraciət edilərək, 350.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar tərəflərindən tərtib edilmiş ödəniş cədvəlinin onlara göndərilməsi xahiş edilmişdir.
42. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanan 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" QSC Cavabdeh MMC-nin avtomobillərini yanacaqla təmin etmək üçün xüsusi şifrələnmiş kartlarla təmin etmişdir. İddiaçı tərəfindən həmin kartlara qabaqcadan cəmi 400.000 manat məbləğində pul yüklənmiş, cavabdeh isə həmin kartlar vasitəsilə iddiaçıdan 400.000 manat məbləğində neft məhsullarını və maye qazı əldə etmişdir. Lakin alınmış 400.000 manat məbləğində neft məhsulları və maye qazının müqabilində cavabdeh tərəfindən iddiaçıya yalnız 2022-ci ilin sentyabr ayında 50.000 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı "xxxx" QSC Cavabdeh MMC-nin ona 350.000 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə alınması nəzərdə tutulmuş yanacağın dəyərinin qabaqcadan ödənilməsi nəzərdə tutulduğu halda iddiaçı tərəfindən 400.000 manat məbləğinin kartlara yüklənməsinin cavabdeh tərəfinən həmin məbləğ ödənilmədən həyata keçirildiyini, yəni həmin yükləmənin müqavilə şərtlərinə uyğun olaraq deyil, şifahi razılaşmaya əsasən edildiyini, tərəflər arasında şifahi razılaşmaya əsasən isə yaranmış 350.000 manat məbləğində borcun yalnız tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verildiyi halda ödənilməli olduğunu, eləcə də iddiaçının onlara məxsus parkda yanacaq satışını həyata keçirdiyini, bunun müqabilində isə onlara 2.5% bonus, yəni ümumilikdə 240.000 manat ödəniləcəyini vəd etdiyini əsas göstərməklə iddianın rədd edilməsini tələb edir.
43. Cavabdeh iddiaçı tərəfindən onlara ödənilmiş 400.000 manat məbləğin xx.xx.2019-cu il tarili müqaviləyə əsasən ödənilməli olan bonus məbləği olduğunu, bu barədə tərəflər arasında şifahi razılaşma olduğunu bildirsə də bu barədə hər hansı sübut təqdim edilmədiyi kimi, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli XS-264-2022 saylı və xx.xx.2022-ci il tarixli XF-269-22 saylı məktublarda borc məbləği etiraf edilərək ilk öncə sentyabr ərzində 50.000 manat ödənilməsinin təmin ediləcəyi qeyd edilmiş, digər məktubda isə 50.000 manatın ödənildiyi, qalan 350.000 manat vəsaitin isə sərbəst qrafik əsasında xx.xx.2023-cü il tarixədək ödənilməsinin təmin ediləcəyi göstərilmişdir.
44. İş materiallarına 50.000 manat ödənişin həyata keçirilməsi barədə xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri təqdim edilmişdir.
45. Müqavilə şərtlərinə əsasən neft məhsulları və maye qazın qabaqcadan ödəniş edilməklə təqdim edilməli olması, belə olan halda isə 350.000 dəyərində mübahisəli neft və maye qaz məhsullarının müqavilə şərtlərinə uyğun qaydada təqdim edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, alqı-satqı müqaviləsində malların dəyərinin qabaqcadan ödənilməli olması barədə şərtin yer alması qabaqcadan ödəniş edilmədən malları almış alıcını həmin malların dəyərini ödəmək vəzifəsindən azad etmir.
46. Digər tərəfdən tərəflər arasında müqavilədən kənar şifahi razılaşmaya əsasən borcun yalnız alqı-satqı müqaviləsinə xitam verilərkən ödənilməli olması, eləcə də iddiaçının cavabdehə məxsus ərazidən yanacaq alqı-satqısı üçün istifadə etməsi müqabilində cavabdehə bonus ödənilməsini vəd etməsi məsələsinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh göstərilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
47. Həmçinin qeyd edilməlidir ki, ödənilməli məbləğlər üzrə elektron qaimə-fakturalar göndərilmişdir. Həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qaimələr cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
48. Beləliklə, birininci instansiya məhkəməsi cavabdehin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan aldığı malların dəyərini – 350.000 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı "xxxx" QSC Cavabdeh MMC-dən 350.000 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 640 manat mediasiya xərci və dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-393/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova