Məhkəmə qərarları › İş №2-2(103)-437/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-437/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-437/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1723/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi bavrədə vəsatəti təmin edilməmişdir. Cavabdehin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət, prosessual qaydalara uyğun verilmədiyindən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra, cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından buraxılmış müddətin bərpası barədə ərizə və xx.xx.2020-ci il tarixli qərardaddan şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Baakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli qərardaddan şikayətlə bərabər, həmin qərardaddan şikayət vermə müddətinin bərpası barədə ərizə ilə dəməhkəməyə müraciət etmiş, lakin məhkəmə onun həmin ərizəsinə baxmadan, şikayətini təmin etməmiş və baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə də Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından prosessual müddət keçdiyi və həmin müddət bərpa olunmadığı halda, cavabdehin nümayəndəsinin həmin qərardaddan şikayəti üzrə apellyasiyanın mümkünlüyü və onun icraata qəbul edilib baxılması mümkünlüyü istisna edilir. MPM-in 366.2-ci maddəsiə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası qərara a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1723/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından verilmiş cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar