Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-440/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Firmasının cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Firması (satıcı) ilə cavabdeh "xxxx" MMC (alıcı) arasında 03 avqust 2021-ci il tarixli 381 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən iddiaçı cavabdehin dövri sifarişləri əsasında müqavilənin Əlavələri olan Qiymətlərin razılaşma protokollarında göstərilən mal-material məhsullarını satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətdə malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. Həmin müqaviləyə əsasən 45 ədəd qiymətlərin razılaşdırılmaşı protokolu tərtib olunmuş və həmin protokollarda malların, adı, ölçü vahidi, miqdarı və qiyməti müəyyən edilmişdir. Həmin protokollar tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Firması ilə cavabdеh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284677,93 manat ödənilməmiş borc məbləğinə hesablanmış 72308,72 manat faiz olmaqla, cəmi 356986,65 manat, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və 224,00 manat dövlət rüsumu olmaqla, ümumilikdə 357610,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmöəsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış 03 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 768422,03 manat və ƏDV məbləği 138315,89 manat olmaqla cəmi 906737,92 manat məbləğində müxtəlif təyinatlı elektrik malları satılmışdır. Müqavilənin 3.2-ci bəndinə görə cavabdeh tərəfindən alınması nəzərdə tutulan malın dəyəri əvvəlcədən 100% ödənməli idi, lakin iddiaçı tərəfindən ona satılmış müxtəlif təyinatlı elektrik mallarının dəyərinin 284677,93 manatdan ibarət qalıq hissəsi bu günə kimi ödənilməmişdir. 01 fevral 2023-cü il tarixində iddiaçı və cavabdeh arasında qarşılıqlı üzləşmə aktı tərtib edilərək iddiaçı qarşısında həmin tarixə cavabdehin borc öhdəliyinin 284677,93 manat həcmində olduğu təsdiqlənmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qismən etiraf etmiş və bildirmişdir ki, iddianın 150 min manat hissəsi və cərimə hissəsində etiraz edir. Borcu bilərək uzatmamışlar. Hazırda cavabdeh müflis vəziyyətindədir. Onlarda iddiaçıdan aldıqları 150.000 manatlıq kabellər var, onları gəlib götürə bilərlər. Hazırda pul problemləri olduğu üçün ödəniş edə bilmirlər, hesaba pul oturan kimi ödəniş edəcəklər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-377/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284.677,93 manat ödənilməmiş borc, 14.200 manat cərimə, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və dövlət rüsumuna görə 95,68 manat tutularaq İddiaçı Firmasına ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddianı təmin edərkən müqavilənin 4.1-ci bəndində nəzərdə tutulanları araşdırmamışdır. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən təchiz edilmiş mallara texniki zəmanət müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşma protokolları ilə müəyyən edilir. Zəmanət müddəti ərzində mallarda nasazlıq aşkar edilərsə və bu nasazlıqların istehsalçının günahı üzündən baş verdiyi müəyyən edilərsə bu nasazlıqlar Satıcı tərəfindən onun öz hesabına aradan qaldırılacaqdır. Bu hal araşdırıldığı təqdirdə borcda kifayət qədər azalma olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 06 mart 2024-cü il tarixli 72 saylı məktubda mübahisələndirilən 150.000 manatlıq kabellərin əgər İddiaçı Firmasından alınmışdırsa, o zaman həmin kabellərə baxış keçirilməsinin təşkil edilməsi, həmin kabel məhsullarının mövcud olduğu təqdirdə İddiaçı Firması onları "xxxx" MMC-yə təqdim etdiyi qiymətlərlə geri qəbul edə biləcəyini və müəssisənin borc öhdəliyini həmin məbləğdə azaldacağını bildirmişdir. Lakin, cavabdeh həmin məktuba heç bir cavab verməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir,
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
18. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, tərəflər arasında 03 avqust 2021-ci il tarixli 381 saylı alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
22. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
23. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
24. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
25. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, o, cavabdehə xx.xx.2021-ci il tarixli 129389 saylı (40976,77 manat), xx.xx.2021-ci il tarixli 781981 saylı (27287,57 manat), xx.xx.2021-ci il tarixli 885204 saylı (12331,94 manat), xx.xx.2021-ci il tarixli 367708 saylı (3792,52 manat), xx.xx.2021-ci il tarixli 879566 saylı (35378,11 manat), xx.xx.2021-ci il tarixli 176129 saylı (27161,42 manat), xx.xx.2021-ci il tarixli 163164 saylı (12331,94 manat), xx.xx.2021-ci il tarixli 535281 saylı (50123,64 manat), xx.xx.2021-ci il tarixli 910427 saylı (2264,84 manat), xx.xx.2021-ci il tarixli 666687 saylı (220,9 manat), xx.xx.2021-ci il tarixli 981212 saylı (248,31 manat), xx.xx.2021-ci il tarixli 025483 saylı (6498,91 manat), xx.xx.2021-ci il tarixli 868619 saylı (6792,6 manat), xx.xx.2021-ci il tarixli 270279 saylı (69625,87 manat), xx.xx.2021-ci il tarixli 722204 saylı (6242,91 manat), xx.xx.2022-ci il tarixli 896807 saylı (6754,95 manat), xx.xx.2022-ci il tarixli 770034 saylı (5132,86 manat), xx.xx.2022-ci il tarixli 610818 saylı (3209,71 manat), xx.xx.2022-ci il tarixli 881598 saylı (160,99 manat), xx.xx.2022-ci il tarixli 367168 saylı (130,11 manat), xx.xx.2022ci il tarixli 591439 saylı (1818,3 manat), xx.xx.2022-ci il tarixli 472065 saylı (1345,19 manat), xx.xx.2022-ci il tarixli 826395 saylı (978,57 manat), xx.xx.2022-ci il tarixli 977794 saylı (222,31 manat), xx.xx.2022-ci il tarixli 542088 saylı (207,34 manat), xx.xx.2022-ci il tarixli 908639 saylı (368,39 manat), xx.xx.2022-ci il tarixli 844217 saylı (292,64 manat), xx.xx.2022-ci il tarixli 904128 saylı (149,27 manat), xx.xx.2022ci il tarixli 208493 saylı (473,34 manat), xx.xx.2022-ci il tarixli 502183 saylı (2647,09 manat), xx.xx.2022-ci il tarixli 065165 saylı (1057,5 manat), xx.xx.2022-ci il tarixli 067335 saylı (518,64 manat), xx.xx.2022-ci il tarixli 119427 saylı (1817,2 manat), xx.xx.2022-ci il tarixli 914361 saylı (1967,89 manat), xx.xx.2022-ci il tarixli 865019 saylı (88,03 manat), xx.xx.2022-ci il tarixli 690893 saylı (8624,11 manat), xx.xx.2022ci il tarixli 193113 saylı (26589,53 manat), xx.xx.2022-ci il tarixli 003884 saylı (4337,83 manat), xx.xx.2022-ci il tarixli 870294 saylı (3069,18 manat), xx.xx.2022-ci il tarixli 581924 saylı (14867,66 manat), xx.xx.2022-ci il tarixli 497544 saylı (21653,65 manat), xx.xx.2022-ci il tarixli 412558 saylı (14841,06 manat), xx.xx.2022-ci il tarixli 182672 saylı (608,01 manat), xx.xx.2022-ci il tarixli 076805 saylı (40924,83 manat), xx.xx.2022-ci il tarixli 830925 saylı (56973,82 manat), xx.xx.2022-ci il tarixli 692231 saylı (5416,62 manat), xx.xx.2022-ci il tarixli 579341 saylı (71787,95 manat), xx.xx.2022-ci il tarixli 365879 saylı (3630,03 manat), xx.xx.2022-ci il tarixli 125466 saylı (4880,48 manat), xx.xx.2022-ci il tarixli 922367 saylı (464,09 manat), xx.xx.2022-ci il tarixli 839220 saylı (6465,36 manat), xx.xx.2022-ci il tarixli 798622 saylı (49908,8 manat), xx.xx.2022-ci il tarixli 987237 saylı (11883,75 manat), xx.xx.2022-ci il tarixli 794081 saylı (74668,43 manat), xx.xx.2022-ci il tarixli 423472 saylı (3863,93 manat), xx.xx.2022-ci il tarixli 224254 saylı (82952,64 manat) elektron qaimələr təqdim etmiş və həmin qaimələr cavabdehin möhür və imzası ilə təsdiq edilmişdir.
26. Tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixə qalıq borc ƏDV daxil 284.677,93 manat təşkil etmişdir.
27. Cavabeh tərəfindən həmin tarixdən sonra ödəniş edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
28. Qeyd olunanlara əsaən müəyyən edilir ki, iddiaçı tərəfindən 906.467,76 manat dəyərində mal cavabdehə verilmiş, cavabdehin həmin malların dəyərindən 284.677,93 manat ödənilməmiş borcu qalmışdır.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 284.677,93 manat manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
30. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
31. Tərəflər arasında bağlanmış 03 avqust 2021-ci il tarixli müqavilənin 3.3-cü bəndində də müəyyən üdilmişdir ki, satıcı gecikdirilmiş hər gün üçün 0.1% həcmində cərimə hesablamaq hüququna malikdir.
32. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 14200 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.
33. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində malların qüsurlu olmasına istiad etməmiş, apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə istinad edərək, müqavilə üzrə mallarda nasazlığın olması faktına əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz və onların araşdırılmasına zərurət yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov