Məhkəmə qərarları › İş №2-2(103)-447/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-447/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-447/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” X1rşı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin e-2-2(82)- 709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X1rşı məhkəmədə iddia qaldıraraq, sonradan iddianın dəyişdirilməsi barədə ərizə verərək "Cavabdeh" MMC-dən İddiaçı MMC-nin xeyrinə 60.958 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borc hesablanmış 5% cərimənin, Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsinin, hüquqi xidmətlərə görə ödənilmiş 1.700 manatın, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 75.359 manat pulun tutulması və malların daşınması üçün istifadə edilən hər birinin dəyəri 2.000 avro (4.000) manat olan 12 ədəd xüsusi təyinatlı balonların qaytarılması kimi qəbul edib qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07 saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müqavilənin 2.1-ci bəndinə görə 42 ton maye xlor adlı malı "Cavabdeh" MMC-nin mülkiyyətinə verməyi, "Cavabdeh" MMC isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı MMC müqavilədə və ona 1 saylı əlavədə göstərilən malları "Cavabdeh" MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan malın ümumi dəyəri 1 saylı əlavəyə əsasən 60.958 manat təşkil etmişdir. Müqavilənin 10-cu bəndinə əsasən alıcı 10 təqvim günü ərzində alınan malın əvəzi olaraq 60.958 manat məbləğində pul ödəməlidir. Lakin göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, yuxarıda qeyd edilən malın dəyəri İddiaçı MMC-yə ödənilməmişdir. Bununla bağlı dəfələrlə şifahi şəkildə "Cavabdeh" MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı xx.xx.2019-cu tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır.Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müvafiq bəndinə əsasən alınmış mallar üçün ödənişdə yubanma halında, satıcı müqavilənin dəyərinin 5%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edə bilər. Qeyd edilən müqaviləyə əsasən ödənilməyən məbləğ cəmi 60.958 manat təşkil edir, bu məbləğin 5%-i isə 3.047 manat təşkil edir. Bundan əlavə cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Həmin pulların ödənilməsini gecikdirməklə həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil edir. 64.005 manatın 15%-i 9.600 manat təşkil edir. Həmçinin iddiaçı ilə Bakı şəhəri 8 saylı Vəkil Bürosu arasında xx.xx.2019-cu il tarixdə 145 saylı "Hüquqi yardım göstərilməsi haqqında" müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, 8 Saylı vəkil bürosunun vəkili Vəkil1 cavabdehin iddiaçıya olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Bakı şəhəri 8 Saylı Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 1.700 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mallar xüsusi qablaşdırma qaydasına uyğun olaraq, həmin malların daşınması üçün nəzərdə tutulmuş balonlarda cavabdehə təhvil verilmişdir. Həmin balonlar xüsusi hazırlanaraq müəyyən ölçüyə malik olur və birinin dəyəri 2.000 avro təşkil edir. İddia ərizəsində qeyd edilən mallar həmin balonlarda daşınaraq cavabdehə təhvil verilmişdir. Balonların bir qismi geri qaytarılsa da, 12 ədəd balon qaytarılmamışdır və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılır. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin e-2-2(82)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Cavabdeh” X2 8.434,08 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 421,7 manat məbləğində cərimə, cəmi 8.855,78 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın tam təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə sübutlara düzgün qiymət verə bilməmiş, iddianın şahid ifadələri, işdəki sənədlər və nümayəndənin izahatı ilə təsdiq edildiyini nəzərə almamışdır. İddiaçı qeyd edilənlərə əsasən qətnamənin qismən ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə məhsulun hissəvi təhvil verilməsi barədə razılaşma əldə edilmişdir. Cavabdehə təhvil verilmiş malın dəyəri ödənilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli elektron qaimələr cavabdehin nümayəndəsinin heç bir imzası yoxdur. İddiaçı həmin qaimələr üzə malı təhvil verdiyini sübut edə bilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, malların elektron qaimə əsasında təhvil verilməsi tərəflər arasında formalaşmış işgüzar adətlərdən irəli gəlir. Məhkəmə nəzərə almamışdır ki, mallar hər dəfə elektron qaimənin təsdiq olunması ilə əlaqədar, elektron qaimənin imzalanması ilə rəsmiləşdirilmişdir. Cavabdeh MM-nin 11.1, 390.7, 425.1, 570.1.1-ci maddələrinə istinad edərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X12 məhkəmə iclaslarında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin e-2-2(82)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 280 manat hüquqi xidmət xərci tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə 07 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə və 1 saylı əlavəyə əsasən iddiaçı cavabdehə ƏDV daxil 60958 manat dəyəri olan 42 ton maye xloru satılmalı idi. Müqavilənin 10-cu bəndinə əsasən müqavilə üzrə ödəmələr alıcı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, satınalma obyekti satıcı tərəfindən alıcıya dəmiryolu stansiyasında təhvil verildikdən sonra 10 təqvim günü ərzində alıcı tərəfindən tam olaraq əsas məbləğ satıcının bank hesabına, ƏDV isə depozit hesabına ödənilir. Alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, satıcı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. İddiaçı iddia ərizəsində müqaviləyə əsasən 42 ton maye məhsulunun cavabdehə təhvil verildiyini, lakin cavabdeh tərəfindən satın aldığı malın dəyərinin ödənilmədiyini göstərmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, EAAB seriyalı, 880596 saylı elektron qaiməyə əsasən cavabdehə satılmış 5635.79 manat (ƏDV daxil olmaqla) dəyərində maye xlorun və xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 774607 saylı elektron qaiməyə əsasən satılmış 2801.20 manat (ƏDV daxil olmaqla) dəyərində maye xlorun dəyəri "Cavabdeh" MMC-yə ödənilmişdir. Buna görə də həmin hissədə iddia məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli, EAAB seriyalı, 880596 saylı və xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 774607 saylı elektron qaimələr cavabdehin imzası və möhürü ilə təsdiq edilsə də, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 714845 saylı (ƏDV daxil 2828.78 manat dəyərində maye xlorun təqdim edilməsinə dair), xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 617140 saylı (ƏDV daxil 2792.49 manat dəyərində maye xlorun təqdim edilməsinə dair), xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 526533 saylı (ƏDV daxil 2812.81 manat) dəyərində maye xlorun təqdim edilməsinə dair) cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehin nümayəndəsi izahatlarında qeyd edilən elektron qaimələr üzrə malların cavabdehə təhvil verilmədiyini, iddiaçının bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etmədiyini göstərmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin qaimələr əsasında yaranan cəmi 8.434,08 manat borcun cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmiş və bu hissədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən elektron qaimə-fakturalar Vergilər Nazirliyinin elektron sisteminə yüklənildiyindən və qanunla nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən həmin qaimələrə etiraz edilmədiyindən, malların təhvil-təslimi tərəflər arasında yalnız elektron-qaimə vasitəsi ilə rəsmiləşdirildiyindən həmin qaimələrdə nəzərdə tutulmuş dəyərdə malların iddiaçı tərəfindən təhvil verildiyi müəyyən edilərək dəyəri cavabdehdən tutulmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə isə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının xx.xx.2019-cu il tarixədək-iddiaçı tərəfindən cavabdehə malların təqdim edildiyi iddia edilən dövrdə qüvvədə olmuş 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı münasibətləri yaranan dövrdə qüvvədə olan qaydalarda malların təqdim edilməsinin (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdu. İddiaçı qanunvericiliyin tələblərinə uyğun malın təqdim edilməsini elektron qaimə ilə rəsmiləşdirilmiş, cavabdeh isə ona göndərilmiş elektron qaimədəki malın təhvil verilmədiyinə dair iddiaçıya heç bir etiraz bildirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 8.434,08 manat borcun və həmin borcun ödənişinin gecikdirilməsinə görə cərimənin cavabdehdən tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilərək həmin hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. İddiaçı tərəfindən cavabdehdən dəyəri tələb edilən digər partiya malların təhvil verildiyinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən əsas borcla bağlı tələb və müvafiq olaraq cərimə tələbi qalan hissədə düzgün olaraq təmin edilməmişdir. İddiaçı MMC-nin baş direktoru X10, icraçı direktor X8, baş mühasib X13 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 133 saylı “Malların təhvil verilməsi barədə” aktda qeyd edilir ki, "Cavabdeh" MMC-yə rəsmi olaraq 60.958,00 manat dəyərində 42 ton maye xlor malı təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən akt cavabdeh tərəfindən təsdiq edilmədiyindən malın təhvil verildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçının vəsatəti əsasında işə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-də icraçı direktor vəzifəsində işləyir. Cavabdeh “Cavabdeh” MMC ilə 2017-ci ildən əməkdaşlıq etmişlər. Sonuncu müqaviləyə əsasən cavabdehə 42 ton maye xlor adlı malı təhvil vermişlər. Malı təhvil verəndə şəxsən iştirak etməmiş, amma bu prosesdən xəbərdar olmuşdur. Mal baş direktorun göstərişi əsasında verilmişdir. Lakin mal verilərkən sənədləşdirmə tam aparılmamışdır. Cavabdeh tərəf aralarında yaranmış etibarlı münasibətlərdən istifadə etmişdir. Sonradan telefon zənglərinə cavab verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən təkrar dindirilmiş M.Rəşidov verdiyi ifadəni təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfə etibar etdiklərindən mal təhvil verilərkən sənədləşdirilməmişdir. Malı təhvil alan Məhərrəm adlı şəxs olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin şəxs cavabdehin rəsmi işçisi deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-də baş mühasib vəzifəsində işləyir. Malı təhvil verəndə şəxsən iştirak etməmişdir. Rəhbərin göstərişi ilə mal təhvil verilmişdir, lakin şirkətlərarası münasibət yaxın olduğuna görə, sonuncu dəfə sənədləşdirmə aparılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-də anbardar vəzifəsində işləyir. Mehman müəllimin (icraçı direktor X8) göstərişi ilə 2017-ci ildə 42 balon maye xlor “Cavabdeh” MMC-nin əməkdaşlarına təhvil verilmişdir. Mallar verilərkən “Cavabdeh” MMC-nin əməkdaşları da orada olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən təkrar dindirilmiş S.Davudov verdiyi ifadəni təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, mal anbarda deyil, stansiyada vaqonlarla Məhərrəm adlı şəxsə təhvil verilmişdir. Həmin şəxsin nə vəzifədə olduğunu bilmir. Mal partiyalarla deyil, birdəfəyə təhvil verilib. Şahidlərin ifadələrindən də göründüyü kimi, malı cavabdehin adından qəbul etmiş şəxs cavabdehin vəkalətnamə əsasında səlahiyyət verilmiş nümayəndəsi olmamışdır. Belə olan halda, malı təhvil almış şəxsin məhz cavabdehin şifahi tapşırığı əsasında hərəkət etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə düzgün olaraq “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına” istinad edərək hesab etmişdir ki, cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən həmin tələb təmin edilə bilməz. İddia tələbinin 12 ədəd xüsusi balonun qaytarılması hissəsi ilə bağlı məhkəməyə fotoşəkillərdən və “Whatapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalardan başqa mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə həmin hissədə iddianın sübuta yetirilmədiyinə dair nəticəyə gəlmişdir. Kollegiya məhkəmənin qeyd edilən iddia tələbi üzrə gəldiyi nəticə ilə də razılaşır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, maye qaz balonlarının görünüşünü əks etdirən fotoşəkillərin çəkildiyi yer məlum olmadığından həmin fotoşəkillər balonların hazırda cavabdehdə olmasını təsdiq edə bilməz. “Whatapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmaların isə kimlər arasında həyata keçirildiyi məlum olmadığı üçün həqiqiliyini müəyyən etmək mümkün olmadığından və yazışmaların həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə tərəfindən tələbin əsaslılığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi xidmət xərcinin cavabdehdən tutulmasına dair hissədə tələbin birinci instansiya məhkəməsi tərəfindən tam rədd edilməsi əsassız olduğundan qətnamə həmin hissədə qismən ləğv edilməlidir. İddiaçı MMC ilə Bakı şəhəri 8 saylı Vəkil Bürosu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 145 saylı "Hüquqi yardım göstərilməsi haqqında" müqavilədən və 90 saylı ödəniş tapşırığından görünür ki, hazırkı iş üzrə göstərilmiş hüquqi xidmətə görə İddiaçı MMC tərəfindən 8 saylı Vəkil Bürosunun hesabına 1.700 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırda iddiaçının tələb etdiyi əsas borc tələbinin qismən 8.855,78 hissədə təmin edildiyini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 280 manat məbləğində hüquqi xidmət xərci tutulmasını ağlabatan və təmin edilmiş məbləğə mütənasib hesab edərək belə nəticəyə gəlir ki, həmin məbləğin cavabdehdən tutulması hissəsində iddia təmin edilməli, qalan hissədə hüquqi xidmət xərci ilə bağlı tələb rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin e-2-2(82)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 280 manat hüquqi xidmət xərci tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Cavabdeh” X3 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin e-2-2(82)-709/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi qismən-hüquqi xidmət xərcinin tutulması barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Cavabdeh “Cavabdeh” X2 İddiaçı xeyrinə 280 manat hüquqi xidmət xərci tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar