Məhkəmə qərarları › İş №2-2(103)-448/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-448/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-448/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh nümayəndələri X3 və X20 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-321/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbə qapı 2, 3; 2-ci mərtəbə- qapı 4, 5; 3 cü mərtəbə qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. "xxxx" MMC ilə (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verir, icarəçi isə bu icarə müqaviləsində gələcəkdə “qeyri-yaşayış sahəsi” adlanacaq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbədə qapı 2 və 3, 2-ci mərtəbədə qapı 4 və 5, 3-cü mərtəbədə qapı 6-da yerləşən ümumilikdə 8920,45 kv.m sahəni icarəyə götürür. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180.923 manat məbləğində 2018-ci il 27 oktyabr tarixdən 2019-cu il 26 oktyabr tarixinədək sığorta edilmişdir. 2019-cu il 26 mart tarixli Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 2021-ci il 17 mart tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərara əasən, "xxxx" MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X10, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutumaq hüququndan məhrum ediməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 manat pulun 40.000 manatının zərərçəkmiş şəxs X2, 50.000 manatının zərərçəkmiş şəxs X4 verilməsi hökm edilmişdir. Hazırda iddiaçı dəymiş zərərə görə pul tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində 26 mart 2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymiş, həmçinin direktor Qanuni nümayəndə1 tərəfindən iddiaçı MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat vəsait ödənilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 iddiaçının adından cavabdehə məlumat vermiş və tələb olunan bütün sənədlər sığorta şirkətinə hadisədən sonra 1 ay müddətində təqdim olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən 3 il 6 ay vaxt keçməsinə baxmayaraq sığorta şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi verilməsindən rəsmi imtina olunmuşdur. Halbuki, sığortaçı daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı iddiaçının direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq, ərizəyə də rəsmi cavab verilməmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı cavabdehin iddiaçıya ödəməli olduğu sığorta ödənişi 180.773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 2019-cu il 26 mart tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir. Cavabdeh iddiaya yazılı etiraz (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) təqdim edərək göstərmişdir ki, iddiaçı tərəf 26 mart 2019-cu il tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona görə də təxminən 26 aprel 2019-cu il tarixdən başlanmaqla 7 iş günü ərzində cavabdeh iddiaçıya sığorta ödənişini həyata keçirməli idi. İddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edir, həmin məbləğin hesablanması qaydasına diqqət yetirildikdə məlum olur ki, hesablama 1272 gün (3 il 5 ay 23 gün) müddət üçün hesablanmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra müddətini 7 iş günü müəyyən etmişdir. Lakin iddiaçı 3 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh göstərilənlər nəzərə alınmaqla iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli e-2-2(113)-321/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 26 mart 2019cu il tarixdə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, iş materiallardan görünür ki, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə 26 aprel 2022 ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı hazırkı iddia ilə 03 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra– “MM”) 372.1, 372.2, 375.1, 375.2, 385.1, 399.1, 442, 883.1, 922.1, 922.2, 922.3, 926.1, 934.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1, 13.1, 18.1, 18.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməklə qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Hazırki iş üzrə dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülmüş, dərhal cinayət işi başlanılaraq ibtidai araşdırma aparılmışdır. Sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müvafiq dövlət orqanlarının sığorta hadisəsinin baş verməsi faktını və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədi çıxış edir. Buraya inzibati orqanların, təhqiqat, istintaq, məhkəmə orqanlarının müvafiq araşdırmalar nəticəsində qəbul etdikləri qərarlar və. s daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 916.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı sığorta ödənişinin verilməsi əsaslarında çıxış edir. Qeyd edilən sənədlər siyahısında “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası qanunun 17.1.4-cü maddəsinə əsasən təqsirli şəxs barəsində səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş sənədlərin olması mütləqdir. İşin faktiki hallarına nəzər yetirdikdə görürük ki, hazırkı iş üzrə təqsirli şəxs olan X1 barəsində hökm Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə qəbul edilmişdir. Buna görə də sözügedən iş üzrə tərəflərindən iddia müddəti ötürülməmişdir. Hazırkı iş üzrə tərəflərindən verilən iddia tələbi təmin olunmalıdır. Ancaq birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün yanaşmamış, qərəzli şəkildə iddia müddətinin guya tərəflərindən ötürüldüyünü əsas gətirərək iddia tələbini təmin etməmişdir. Sözügedən faktlar birinci instansiya məhkəməsinin qərəzsizliyinə şübhə yaratmaqdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanunun 17.1-ci maddəsinə əsasən İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin ödənilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarına səthi və qeyri-obyektiv yanaşaraq qərəzli şəkildə düzgün və ədalətli qətnamənin çıxarılmasında maraqlı olmamışdır. Belə ki, “İcbari Sığorta haqqında” qanunda nəzərdə tutulmuş qaydada hadisənin baş verməsində təqsirli olan şəxslər barəsində səlahiyyətli orqanın təqdim etdiyi arayış müvafiq sığorta ödənişin ödənilməsində tələb olunan sənədlər siyahısındadır. Ancaq hazırkı iş üzrə yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamışdır. Belə ki, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X8 tərəfindən tərtib edilmiş cinayət təqibinə xitam verməsi barədə 17 mart 2021-ci il tarixli, ********* saylı qərardan "xxxx" MMC-in direktoru X7, İddiaçı MMC-in direktoru Qanuni nümayəndə1, “Cin Bazarı” adlanan ticarət sahəsinin idarəçiliyi həyata keçirmiş X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verildiyi, əlavə olaraq "xxxx" MMC-nin direktoru X7 əməllərində CM-in 178.3.1, 213.2.1, 213.2.2, 308.2 ,313-cü maddələrinin tərkib əlamətlərinin olmaması ilə əlaqədar Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddələri ilə cinayət təqibinə xitam verildiyi aydın şəkildə görünür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmündən görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyi bildirilmişdir. Tərəflərindən iddia ərizəsinin məhkəməyə gec təqdim edilməsinin səbəbi məhz təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş cinayət təqibinin aparılması olmuşdur. Yəni ilk öncə təqsirləndirilən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada cinayət işi üzrə icraat aparılmalı, sonra isə kimin sözügedən işdə təqsirli olması müəyyən edilməli idi. Sözügedən iş üzrə müəyyən sığorta ödənişinin ödənilməsi üçün təqsirli hesab edilən şəxs barəsində səlahiyyətli orqan tərəfindən təqdim edilən arayış olmalıdır. Müəyyən iş üzrə təqsirləndirilən şəxslərin olması onların cinayətin törədilməsində təqsirli olmasına dəlalət etmir. Ona görə də ilk öncə təqsirləndirilən şəxslər barəsində onların təqsirli olduğuna dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra cavabdeh "xxxx" ASC-yə müraciət oluna bilərdi. Bu səbəbdən sözügedən iş üzrə təqsirləndirilən şəxs barəsində hökm 2022-ci il tarixində qanuni qüvvəyə mindiyindən iddia müddətinin də başlanğıcı məhz həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası “İcbari Sığorta Haqqında” qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Göstərilən sənədlərin sonuncusuna “İcbari sığortalar haqqında Qanunun” 17.1-ci maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm də daxildir. Yalnız təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə mindikdən sonra tərəflərindən "xxxx" ASC-yə sığorta ödənişinin ödənilməsi barədə müraciət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007) 11/2022 saylı hökmündən görünür ki, hazırki iş üzrə təqsirli şəxs elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-nin 225.2 ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən iş üzrə təqsirli şəxs barəsində hökm 2022-ci il tarixində qanuni qüvvəyə mindiyindən, iddia müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinin tələblərini unutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Ancaq hazırkı iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm 2022-ci il tarixində qəbul edilmişdir. Yəni qanunun tələbindən də aydın şəkildə görünür ki, iddia müddəti ötürülməmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilmişdir ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 və "xxxx" MMC Cavabdeh ASC-yə məlumat vermiş və tələb olunan sənədləri 1 (bir) ay müddətində təqdim etmişdir. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında etiraf etmişdir ki, hadisə baş verəndən 1 (bir) ay müddətinə müraciət olunub, texniki pasport, icarə və sığorta şəhadətnaməsi verilib, yanğın texniki rəylər var. 3 (üç) il 6 (altı) aydır ki, aralarında danışıqlar gedir, lakin onların müraciətinə cavab verilməmişdir. Onlar sığorta ödənişinin verilməsi ilə bağlı müraciət 1 (bir) ay keçməmiş etmişlər, bütün sənədləri təqdim etmişlər, lakin bildirildi ki, təqsirkar şəxs barəsində hökm çıxarıldıqdan sonra ödəniş veriləcəkdir. Bu səbəbdən daha əvvəl məhkəməyə müraciət etməmişlər. Qarşı tərəf sığorta ödənişinin verilməsi ilə bağlı müraciət edərək onlardan yalnız Fövqəladə Hallar Nazirliyinin aktını tələb etdilər. Həmin aktı da qarşı tərəfə təqdim etdilər. Təqdim olunmuş sənədlərin əskik olmaması ilə bağlı sığorta ödənişinin verilməməsinin mümkün olmaması barədə qarşı tərəf onlara məlumat verməmişdir. Hadisədən dərhal sonra Qanuni nümayəndə1 Cavabdeh ASC-yə məlumat vermiş, 1 (bir) ay müddətinə sənədləri təqdim etmişdir. 3 (üç) il 6 (altı) ay müddətinin keçməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməmişdir. Hadisə baş verəndən sonra 1(bir) ay müddətində bütün zəruri sənədlər cavabdehə təqdim olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində iddiaçı məlum sığorta hadisəsi (yanğın) haqqında cavabdehə dərhal məlumat vermə və tələb olunan sənədlərin 1 (bir) ay müddətində təqdim edilmə faktını etiraf (təsdiq) etmişdir. Cavabdeh də qeyd olunan halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin iddiaçı apellyasiya şikayətində fərqli mövqe göstərərək qeyd etmişdir ki, iddiaçı baş vermiş hadisədən sonra təqsirləndirilən şəxslər barəsində qəbul ediləcək məhkəmə hökmünü gözləmiş, sonradan Cavabdeh ASC-yə müraciət etmişdir. Bundan başqa iddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, hazırkı situasiyada “arayış” dedikdə təqsirləndirilən şəxslər barəsində qəbul edilmiş məhkəmə hökmü nəzərdə tutulur və məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra iddia müddəti hesablanmalıdır. Qeyd olunur ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 "xxxx" MMC adından Cavabdeh ASC-yə məlumat vermiş və tələb olunan sənədlər sığorta şirkətinə hadisədən sonra 1 (bir) ay müddətində təqdim edilmişdir. Bu faktı cavabdeh də təsdiq edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsində göstərilən “arayış”ın daşınmaz əmlakın icbari sığortası növünə münasibətdə nədən ibarət olmasına dair mövqelərini bildirirlər: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrindən bəhs edir. Daşınmaz əmlakın yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı: su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma: hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi, qanunverici sığorta risklərinin dairəsini genişləndirərək, daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə icbari sığorta mexanizmini tətbiq etmişdir. Qeyd olunan hadisələr zamanı sığortaçının hadisənin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü və s. dövlət orqanlarının qərarını gözləməsi əlbəttə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsində göstərilən “sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması” prinsipinin tələbinin pozulmasına gətirib çıxarardı. Məsələn: yuxarıda sığorta hadisəsi kimi sadalanan subasma, yanğın, üçüncü şəxslərin hərəkətləri, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerindən yayına və bununla da illərlə dövlət orqanları təqsirli şəxsi müəyyən etməyə bilər. Onda iddiaçının mövqeyi ilə razılaşsaq belə çıxır ki, sığorta şirkətləri illərlə icraatı dayandırmalı və təqsirli şəxsin müəyyən edilməsini gözləməlidir? Sığortalılar isə bu müddət ərzində sığorta ödənişini almamalı və bununla da pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia müddətində məhkəmələrə müraciət etməməlidir? Əlbəttə ki, yox. Əks halda bu cür yanaşma daşınmaz əmlakın icbari sığortası mexanizminin əhəmiyyətini itirmiş olar. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli, № 1616 sərancamına əsasən Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2023-cü il tarixli, sş000500/2-7212029 saylı məktubla daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib verilməməsi ilə bağlı sorğu verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2023-cü il tarixli, 6-1/2- 2582/2023 saylı izahedici məktubunda göstərmişdir ki, mülki məsuliyyətin icbari sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi yetərlidir. Göründüyü kimi, təqsirin müəyyən edilməsi yalnız mülki məsuliyyətin icbari sığortası növü üçün nəzərdə tutulmuşdur. Belə ki, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunduğu halda, “Daşınmaz əmlakın sığortası” növündə hər hansı bir təqsir və məsuliyyətdən söhbət gedə bilməz. Ona görə də sığorta şirkətləri sığorta hadisəsinin baş verməsi faktına dair müvafiq sənədi əldə etdikdən sonra sığorta ödənişini həyata keçirməlidir. Cavabdeh ASC də öz növbəsində 3 (üç) il bundan qabaq cinayət işinin başlanması barədə qərarı qəbul etdikdən sonra digər sığortalılara sığorta ödənişini vermiş, lakin "xxxx" MMC-yə münasibətdə sığorta əməliyyatını həyata keçirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyun 2023-cü il tarixli 2-2(103)-462/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini tamamilə dəyişərək iddia müddətini ötürmədiklərini, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökmün də təqdim edilməli sənədlər arasında olması səbəbindən həmin müddəti gözlədiklərini bildirmişdir. “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta hadisəsinin baş verməsi faktına dair sənəd nəzərdə tutulur ki, bu da hazırkı halda “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 2019-cu il 26 mart tarixli qərar ola bilərdi, hansı ki, həmin qərarda 2019-cu il 26 mart tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanda yerləşən "xxxx" Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsi öz əksini tapmışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini dəyişmiş olsa belə, yenə də birinci instansiya məhkəməsində müdafiə etdiyi mövqeyini təkrarlayaraq, cavabdeh tərəfindən iddiaçının əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyinin bildirildiyini qeyd etmişdir. Bundan başqa, iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı sorğu verilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2023-cü il 11 may tarixli 6- 1/2 2582/2023 nömrəli məktubunda qeyd etmişdir ki, MM-in 933.1.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirilir. “İcbari sığortalar haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən isə sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. Qanunun 13.1-ci maddəsinə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Göründüyü kimi, mülki məsuliyyətin sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi və tələb olunan sənədlərin əldə edilməsi yetərlidir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 24/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyun 2023-cü il tarixli 2 2(103)-462/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilikdə sığorta ödənişindən imtinanın əsasları müəyyən edilmişdir ki, bunlardan biri də sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələri). Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə 2021-ci il 17 mart tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərarla "xxxx" MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X10, iddiaçının direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə isə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar iddiaçının direktorunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 2021-ci il 17 mart tarixində xitam verilməsi hazırkı işin mübahisəsiz halıdır. İddia müddətinin başlanması anını tənzimləyən MM-in 377.1-ci maddəsində isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan təqdirdə, iddiaçının direktorunun barəsində cinayət təqibi davam edərkən, cavabdehin sığorta ödənişinin edilməsindən hazırkı qərarın 33-cü bəndində göstərilən əsaslarla imtina etmək hüququ olmuş, bu baxımdan da məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu an, müvafiq olaraq iddia müddətinin axımı da iddiaçının direktorunun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul olunduğu vaxtla bilavasitə əlaqəlidir. İddiaçı, onun direktoru-rəhbəri barəsində cinayət təqibi davam etdiyi müddət ərzində cavabdeh tərəfindən ona sığorta ödənişindən imtina ediləcəyindən istinad edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmin olmuş, onların imtinasının həmin müddətədək qanuni olması ilə razılaşmış, yalnız barəsində cinayət təqibinə xitam verildikdən sonra da davam edən bu imtina “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələrinə zidd olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış məhkəmələr isə hüquqlarının pozulmasının dərk edilməsinin bilavasitə məhz iddiaçı üçün subyektiv mənada onun barəsində istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olmasına düzgün hüquqi qiymət verməmişlər.Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı müəyyənləşdirilərkən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmamış, bununla da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələrinin, həmçinin işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlillərinə və iddia müddətinin axımının başlanması anına “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 36.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla qiymət verilərək, sübutlar yenidən qiymətləndirilməli, nəticə olaraqsa iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil3 Cahangir qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X16 oğlu və X13 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı, cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı cavabdeh də iddiaçıya sığorta ödənişinin həyata keçirilməli olduğunu bildirir. Lakin cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərmişdir. Birinci instansiya məhkəməsi də həmin ərizəni əsas götürməklə qeyd etmişdir ki, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iş materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, qanunvericilikdə sığorta ödənişindən imtinanın əsasları müəyyən edilmişdir ki, bunlardan biri də sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələri). İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, 17 mart 2021-ci il tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərarla "xxxx" MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X10, iddiaçının direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə isə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar iddiaçının direktorunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 17 mart 2021-ci il tarixində xitam verilməsi hazırkı işin mübahisəsiz halıdır. İddia müddətinin başlanması anını tənzimləyən MM-in 377.1-ci maddəsində isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan təqdirdə, iddiaçının direktorunun barəsində cinayət təqibi davam edərkən, cavabdehin sığorta ödənişinin edilməsindən sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər əsası ilə imtina etmək hüququ olmuş, bu baxımdan da iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu an, müvafiq olaraq iddia müddətinin axımı da iddiaçının direktorunun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul olunduğu vaxtla bilavasitə əlaqəlidir. Belə ki, iddiaçı, onun direktoru-rəhbəri barəsində cinayət təqibi davam etdiyi müddət ərzində cavabdeh tərəfindən ona sığorta ödənişindən imtina ediləcəyindən istinad edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmin olmuş, onların imtinasının həmin müddətədək qanuni olması ilə razılaşmış, yalnız barəsində cinayət təqibinə xitam verildikdən sonra da davam edən bu imtina “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələrinə zidd olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə hüquqlarının pozulmasının dərk edilməsinin bilavasitə məhz iddiaçı üçün subyektiv mənada onun barəsində istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olmasına düzgün hüquqi qiymət verməmişdir. İstinad edilən maddi hüquq normalarına əsasən sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərə görə əmlakın zədələnməsi sığorta hadisəsi hesab edilmədiyindən (bu məqamda məhkəmə kollegiyası cavabdehin sığorta ödənişinin verilməsindən rəsmi imtina etməməsini də nəzərə alır) eləcə də iddiaçının direktorunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 17 mart 2021-ci il tarixində xitam verildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı məhz 17 mart 2021-ci il tarixdən başlanılmalıdır. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinə istinad etməklə iddia tələbini rədd etməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, BA seriyalı 909738 nömrəli Daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən İddiaçı MMC "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta məbləği 180923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat müəyyən olunmuşdur. Həmçinin hazırkı halda xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişi qismində cavabdehdən 180773 manat vəsait tutulmalıdır. Bundan başqa iddiaçı sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli olmasına istinad etməklə 230.000 manat dəbbə pulunun da cavabdehdən tutulmasını tələb etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi cavabdeh tərəfindən sığorta ödənişi qanunla müəyyən edilmiş müddət ərzində ödənilmədəyindən iddiaçı dəbbə pulu tələb etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki işin hallarından görünür ki, cavabdehdən sığorta ödənişi qismində tutulmalı olan məbləğ 180773 manat təşkil edir ki, bunun müqabilində tələb edilən 230.000 manat sığorta ödənişinin gecikdirilməsi ilə bağlıdır. Araşdırma nəticəsində sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, gecikdirilməsinə görə 230.000 manat deyil, 233,193 manat müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində 2019-cu il 26 mart tarixdə baş vermiş yanğın nəticəsində sığorta hadisəsi baş vermişdir, iddia ərizəsi isə 03 noyabr 2022-ci ildə verilmişdir. İş materiallarından görünür ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 iddiaçının adından cavabdehə məlumat vermiş və tələb olunan bütün sənədlər sığorta şirkətinə hadisədən sonra 1 ay müddətində təqdim olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən 3 il 6 ay (42 ay) deyil, 43 ay vaxt keçməsinə (iddia ərizəsinin verilməsi tarixinə görə) baxmayaraq sığorta şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi verilməsindən rəsmi imtina olunmuşdur. Qanunvericiliyin tələbindən görünür ki, sığortaçı daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. İş materiallarından görünür ki, bununla bağlı iddiaçının direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizə qəbul edilməsinə baxmayaraq, ərizəyə də rəsmi cavab verilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdeh iddia tələbinə yalnız iddia müddəti ilə bağlı etiraz etsə də, iddia tələbində göstərilən 180773 manat sığorta ödənişi, 230000 manat gecikdirmə ilə bağlı məbləği mübahisələndirməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin araşdırma zamanı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində hesablandıqda bu məbləğ tələb olunan məbləğdən daha artıq, yəni 233.193 ( 180773x0.1%=180.77; 43ay x 30gün=1290 gün; 1290x180.77=233.193 ) manat təşkil etsə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbayjan Respublikasının MPM-nin 218.3 maddəsinin tələbləri baxımından iddia tələbi həddində hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmi 230.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin iddiaya olan möqeyindən aydın olur ki, cavabdeh sığorta hadisəsinin baş verməsini və sığorta ödənişinin ödənilməli olmasını qəbul edir, lakin iddiaya etirazının əsası kimi iddia müddətinin keçməsi əsası iddianın rədd edilməsini xahiş edir. İddiaya etirazın belə mövqeyi ilə yanaşı cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin son iclasında artıq iddia müddəti ilə birlikdə ( iddia müddəti barədə vəsatət) faktiki vurulmuş ziyanla bağlı «Dəymiş zərərin hesabatı» adlanan sənəd təqdim edərək iddia təmin olunduğu təqdirdə onlardan 51.568,50 manat məbləğin tutulmalı olması mülahizəsini irəli surmüşlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehin iddiaya olan mövqeyi tam anlaşılan deyil. Başqa sözlə, iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə yanaşı «Dəymiş zərərin hesabatı» adlanan sənəd təqdim etməklə iddiaya bir növ etiraf mövqeyini sərgiləyirlər. Müddətlə bağlı məsələyə kollegiya yuxarıda hüquqi qiymət vermişdir. Lakin «Dəymiş zərərin hesabatı» adlanan sənədlə bağlı kollegiyanın mövqeyi ondan ibarətdir ki, əvvəla cavabdeh bu sənədi birinci instansiya məhkəməsində təqdim etməməklə faktiki olaraq iddianın təmin edilməsinə etiraz etmişlər. Hazırda isə birinci instansiya məhkəməsində onların iradəsində asılı olmayaraq təqdim edilməsinə dair sübut təqdim etməməklə «Dəymiş zərərin hesabatı» adlanan sənədini ikinci apellyasiya instansiyası məhkəməsinin baxışında vermələrini kollegiya qəbul etmir və sübut növü kimi qiymətləndirmir. Belə ki, MPM 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya həmçinin də qeyd etməyi zəruri sayır ki, qeyd edilən sənəd qəbul edilsə də belə, onun məzmununda göstərilən hesablamaların meyarı tam açıqlanmadığından və iddiaçı tərəfin bu məbləğdə ziyan vurulmasını təsdiq edən imzası olmadığı üçün bu sənədi sübut əhəmiyyətli kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 180773 manat sığorta ödənişi və 230000 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin ödənilmiş 701 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-321/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 180773 (yüz səksən min yeddi yüz yetmiş üç) manat sığorta ödənişi, 230000 manat dəbbə pulu və ödənilmiş 701 manat dövlət rüsumu, cəmi 411.474 (dörd yüz on bir min dörd yüz yetmiş dörd) manat pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar