Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-45/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi X3, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-727/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 34.515,25 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli gömrük brokeri xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən icraçı 2011- 2016-cı illər ərzində sifarişçiyə gömrük brokeri xidmətləri göstərmişdir. Müqavilənin həmin tarixli 1 nömrəli əlavəsinə əsasən xidmət haqqı bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nın hər vərəqinə görə 150 manat + ƏDV olaraq müəyyən edilmişdir. Sonradan tərəflər arasında xx.xx.2012-ci il tarixli Saziş imzalanmış və müqavilənin müddəti xx.xx.2014-cü il tarixə qədər uzadılmış və bu tarixdən sonra müqavilə müddətinin avtomatik olaraq uzanması tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli müqaviləyə xx.xx.2013-cü il tarixli 2 nömrəli əlavə ilə qiymətlər bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nin hər vərəqinə görə 220 manat + ƏDV olaraq razılaşdırılmışdır. İcraçı sifarişçiyə bütün xidmətləri lazımi müddətdə və keyfiyyətlə göstərsə də, sifarişçi özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə xidmət haqqını vaxtıvaxtında ödəməmişdir. Bu səbəbdən də sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34.515,25 manat məbləğdə borcu yaranmışdır. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd hesab-faktura) üzrə heç bir ödəniş edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.380 manat əsas borc, 1.969,20 manat ƏDV borcu və ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti və ona əlavə verərək, iddianın rədd olunan hissədə ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə 8.080 manat təşkil edən hesab-fakturalar üzrə iddia müddətinin ötürüldüyünü, iddiaçının xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, lakin iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini əks etdirən sübutları və iddia müddətinin bərpa edilməsi barədə ərizəni məhkəməyə təqdim etməməsini əsas götürmüşdür. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə dəfələrlə cavabdehə şifahi və yazılı pretenziya məktubları ilə müraciət edərək, borcun ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçının məktublarına və şifahi müraciətlərinə heç bir cavab verməmişdir. Cavabdeh yalnız sonuncu pretenziya məktubuna özünün xx.xx.2017-ci il tarixli məktubu ilə cavab vermişdir. Məktubda cavabdeh məbləği mübahisələndirməmiş, yalnız müqavilənin müddətinin xx.xx.2012-ci il tarixdə bitdiyini bildirərək, həmin müqavilənin müddətinə dair heç bir razılaşma olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. İddia müddəti ilə bağlı məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-2(103)-352/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-49/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-2(103)-268/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehdən 18.460 manat əsas borc, 3.376,80 manat ƏDV borcunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-458/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi qismən iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Hazırki halda məhkəmə baxışının predmetini iddia tələbinin təmin olunmamış 12678,45 manat pul tələbi hissəsi təşkil edir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində və ona əlavədə qeyd edilmiş dəlillərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellayasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə də təmin olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı (gömrük brokeri) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli 40/11 nömrəli “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən, gömrük brokeri tərəfindən öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, bəyannamə, gömrük rəsmiləşdirilməsi, malların və nəqliyyat vasitələrinin saxlancı, emalı üzrə əməliyyatların həyata keçirilməsi, həmçinin öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, hazırkı müqavilə üzrə tapşırıqların yerinə yetirilməsi üçün lazım olan gömrük ödənişlərinin, vergilərin və yığımların təmamilə və ya qismən yerinə yetirilməsi müqavilənin predmetini təşkil edir (1.1-ci bənd). Gömrük rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin adı və sayı tərəflər arasında yazılı şəkildə razılaşdırılır (1.2-ci bənd); Gömrük brokeri öhdəsinə götürür: lazımi şəkildə tərtib edilmiş gömrük bəyannaməsini, əlavə vərəqələri və gömrük idarəsinin tələblərinə əsasən lazım olan digər sənədləri tərtib etmək və sifarişçinin mallarını dövlət gömrük nəzarətinə qəbul edən gömrük orqanına təqdim etmək. (2.1.1-ci bənd); Sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq, gömrük prosedurundan keçmək üçün lazım olan sənədlərin siyahısı barədə sifarişçiyə məlumat vermək (2.1.2-ci bənd); Bəyan edilən malları və nəqliyat vasitələrini gömrük orqanına təqdim etmək (2.1.3-cü bənd); Sifarişçinin sənədlərini təhlil etmək və “YGB doldurulması üçün sənədlərin qəbulu qaydaları barədə Əsasnaməyə” uyğun olaraq qəbul aktı üzrə icra olunmağa qəbul etmək (2.1.4-cü bənd) və sair; Sifarişçi öhdəsinə götürür: Gömrük brokerinə həm birbaşa gömrük rəsmiləşdirilməsi üzrə, həm də 3 günlük müddətdə, tariflərə uyğun olaraq, onun gömrük brokeri statusu ilə bağlı digər xidmətlərini ödəmək (2.2.1-ci bənd); bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri malların və nəqliyyat vasitələrinin nəqliyyat, malı müşayiət edən və digər kommersiya sənədlərini (qaiməni, xarici ticarət müqavilələrini, spesifikasiyaları, hesab-fakturaları), həmçinin, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda, icazələri, lisenziyaları, sertifikatları və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Gömrük brokerinə təqdim etmək. gömrük sənədlərinin tərtib olunması imkanlarını təmin edən bütün lazımi rekvizitlərə malik olmayan təqdim edilmiş məlumatların və ya sənədlər Gömrük brokerinə təqdim edilməmiş hesab edilir, bu barədə sonuncu dərhal Sifarişçini məlumatlandırır (2.2.2-ci bənd); Tərəflər hazırki müqavilə üzrə mübahisələrin həll edilməsi ilə bağlı bütün lazımi tədbirləri danışıqlar yolu ilə həyata keçirəcəklər. Əgər tərəflər razılığa gəlməzlərsə, mübahisələrə Azərbaycan Respublikasınını İqtisad məhkəməsində baxılmalıdır (5.1-ci bənd). Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəyə görə, tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar: 1. Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri - 40 manat + ƏDV; 2. YGB-nin hər vərəqinə görə - 150 manat + ƏDV. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixli 2 nömrəli əlavəyə əsasən, tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar: 1. Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri-40 manat + ƏDV; 2. YGB-nin hər vərəqinə görə - 220 manat + ƏDV. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2012-ci il tarixli sazişə görə, tərəflər xx.xx.2011-ci il tarixli müqavilənin 6.1-ci bəndinə “Hazırki müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və xx xxxxxx 2014-cü ilə qədər qüvvədə qalır. Hazırki müqavilənin ləğv edilməsi barədə yazılı bildiriş nəzərdə tutulan ləğv edilmə müddətinə 2 ay qalmışa qədər göndərilməlidir. Əgər müqavilənin müddəti başa çatmışdırsa və tərəflərdən heç biri onun dayandırılması barədə istəyini bildirməmişdirsə, müqavilə avtomatik olaraq eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir” məzmunda dəyişiklik edilməsi barədə qərara gəlmişlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli 48/2017 nömrəli pretenziya məktubuna əsasən, iddiaçı xx.xx.2011-ci il tarixli 40/11 saylı müqavilə üzrə sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34.515,25 manat məbləğdə borcunun yaranması, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd) üzrə heç bir ödəniş olunmaması barədə məlumat vermiş, qeyd olunan 34.515,25 manat borcun 5 iş günü müddətdə ödənilməsini tələb etmiş, əks təqdirdə borcun məcburi qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir (xx.xx.2017-ci ildə 769919 nömrəli qaimə ilə “Zaman Ekspress” poçt xidməti tərəfindən təqdim edilmişdir). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli 159 nömrəli cavab məktubuna görə, tərəflər arasında xx.xx.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə əsasən gömrük broker xidmətlərinin göstərilməsi, müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin xx.xx.2012-ci ilədək qüvvədə olması və müddətə dair əlavə heç bir razılaşma olmamasını nəzərə alaraq, yalnız broker xidmətini ödəmək üçün xidmətin dəyəri barədə danışıqlar ararılmasının mümkündür. Bununla da, iddiaçı xx.xx.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə istinadən əsasında 73 ədəd fakturaya əsasən 30.714,62 manat əsas və 3.800,63 manat ƏDV olmaqla, cəmi 34.515,25 manat borcun ödənilməsini tələb etmiş, qüvvədə olan məhkəmə qərarları ilə iddia tələbi 18460 manat xidmət haqqı, 3376,80 manat ƏDV borcunun tutulması hissəsində təmin edilmiş, onun tələbi yalnız 12678,45 manat hissədə təmin edilməmiş qalmışdır. İş materiallarından göründüyü kimi işə baxan məhkəmələr iddianın qalan hissədə təmin edilməməsi üçün əsas kimi işdə olan bir sıra hesab-fakturalarda cavabdehin xidmətləri qəbul etməsini təsdiq edən səlahiyyətli nümayəndənin imzasının və MMC-nin möhürlərinin olmadığını bidirmiş, bu səbəbdən iddiaçının iddia tələblərini bu hissədə sübut etmədiyini, həmçinin müqavilədə YGB-nin vərəqlərinin doldurulması, YGB-nin doldurulması zamanı informasiya verilməsi müqabilində ödənişin nəzərdə tutulmadığını bildirərək, iddia tələblərini bu hissədə də rədd etmişdir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası iddianın mübahisə predmeti olan 12678,45 manat hissəsi ilə bağlı aşağıdakı sənədləri tədqiq etməyi zəruri hesab edir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli 0806/14 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli akta əsasən 143307 saylı YGB və 1 ədəd qaimə üzrə görülən işin məbləği 260 manat + 18% ƏDV 46,80 manat = 306,80 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur. İddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2014-cü il tarixli 0864/14 saylı hesab faktura (görülən işin məbləği 480 manat + 18% ƏDV 86,40 manat = 566,40 manat) verilmişdir. xx.xx.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 6 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2014-cü il tarixli 0877/14 saylı hesab faktura (görülən işin məbləği 1400 manat + 18% ƏDV 252 manat = 1652 manat) və xx.xx.2014-cü ildə Hİ seriyalı 022487 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2014-cü il tarixli 0960/14 saylı hesab faktura (görülən işin məbləği 260 manat + 18% ƏDV 46,80 manat = 306,80 manat) və xx.xx.2014-cü ildə Hİ seriyalı 183883 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 8 ədəd YGB və 3 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2014-cü il tarixli 1157/14 saylı hesab faktura (görülən işin məbləği 1880 manat + 18% ƏDV 338,40 manat = 2218,40 manat) və xx.xx.2014-cü ildə Hİ seriyalı 485425 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 5 ədəd YGB və 3 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2014-cü il tarixli 1283/14 saylı hesab faktura (görülən işin məbləği 1220 manat + 18% ƏDV 219,60 manat = 1439,60 manat) və xx.xx.2015-ci ildə Hİ seriyalı 630766 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2014(2015)-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 4 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 0052/15 saylı hesab faktura (görülən işin məbləği 980 manat + 18% ƏDV 176,40 manat = 1156,40 manat) və xx.xx.2015-ci ildə HJ seriyalı 261331 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 0309/15 saylı hesab faktura (görülən işin məbləği 480 manat + 18% ƏDV 86,40 manat = 566,40 manat) və xx.xx.2015-ci ildə HJ seriyalı 348652 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 3 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 0615/15 saylı hesab faktura (görülən işin məbləği 700 manat + 18% ƏDV 126 manat = 826 manat) və xx.xx.2015-ci ildə HJ seriyalı 379711 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 0775/15 saylı hesab faktura (görülən işin məbləği 260 manat + 18% ƏDV 46,80 manat = 306,80 manat) və xx.xx.2015-ci ildə HK seriyalı 122687 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli 0816/15 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli akta əsasən 161645 və 161646 saylı YGB və 1 ədəd qaimə üzrə görülən işin məbləği 480 manat + 18% ƏDV 86,40 manat = 566,40 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 5 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 0937/15 saylı hesab faktura (görülən işin məbləği 1180 manat + 18% ƏDV 212,40 manat = 1392,40 manat) verilmişdir. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.Məmmədzadə tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 1097/15 saylı hesab faktura (görülən işin məbləği 260 manat + 18% ƏDV 46,80 manat = 306,80 manat) və xx.xx.2016-cı ildə HK seriyalı 388863 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.İsmayılov tərəfindən qəbul edilmişdir; iddiaçı tərəfindən həmin akt əsasında xx.xx.2015-ci il tarixli 1678/15 saylı hesab faktura (görülən işin məbləği 490 manat + 18% ƏDV 88,20 manat = 578,20 manat) və xx.xx.2016-cı ildə HK seriyalı 525587 saylı elektron vergi hesab fakturası tərtib edilmişdir. xx.xx.2016-cı il tarixli 0020/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən YGB-nin əsas vərəqlərinin doldurulması xidməti üzrə işin məbləği 144,07 manat + 18% ƏDV 25,93 manat = 170 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0020/A/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 33,90 manat + 18% ƏDV 6,10 manat = 40 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0021/A/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 5 YGB üzrə informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 169,50 manat + 18% ƏDV 30,51 manat = 200,01 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0021/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 5 ədəd YGB-nin əsas vərəqlərinin doldurulması xidməti üzrə işin məbləği 144,07 manat + 18% ƏDV 25,93 manat = 170 x 5 = 720,35 manat + 18% ƏDV 129,66 manat = 850,01 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0454/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 1 ədəd YGB-nin əsas vərəqlərinin doldurulması xidməti üzrə işin məbləği 50 manat + 18% ƏDV 9 manat = 59 manat və 1 ədəd YGB-nin əlavə vərəqlərinin doldurulması xidməti üzrə işin məbləği 50 manat + 18% ƏDV 9 manat = 59 manat, olmaqla cəmi 118 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0454/A/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 2 YGB üzrə informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 67,80 manat + 18% ƏDV 12,20 manat = 80 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0586/A/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 1 YGB üzrə informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 33,90 manat + 18% ƏDV 6,10 manat = 40 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 0586/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən 1 ədəd YGB üzrə elektron gömrük bəyannaməsinin doldurulması və gömrük orqanına ötürülməsi xidməti üzrə işin məbləği 50 manat + 18% ƏDV 9 manat = 59 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 4 ədəd YGB və 5 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi N.Paşazadə tərəfindən qəbul edilməsi barədə imzası vardır, xx.xx.2016-cı il tarixli 0542/16 saylı hesab faktura (görülən işin məbləği 200 manat + 18% ƏDV 36 manat = 236 manat) verilmiş, eləcə də həmin akta əsasən elektron gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli 0542/A/16 saylı hesab faktura (görülən işin məbləği 135,60 manat + 18% ƏDV 24,41 manat = 160,01 manat) tələb edilmişdir. xx.xx.2016-cı il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin aktda R.N.Atakişiyev tərəfindən təhvil verilmiş 1 ədəd YGB-nin “xxxx” MMC-nin nümayəndəsi V.İsmayılov tərəfindən qəbul edilməsi barədə imzası vardır, xx.xx.2016-cı il tarixli 1235/16 saylı hesab faktura (görülən işin məbləği 53,90 manat + 18% ƏDV 9,70 manat = 63,60 manat) verilmiş, eləcə də həmin akta əsasən elektron gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar 33,90 manat xidmət haqqı tələb edilmişdir. xx.xx.2016-cı il tarixli 1676/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 33,90 manat + 18% ƏDV 6,10 manat = 40 manatın və elektron gömrük bəyannaməsinin doldurulması və gömrük orqanına ötürülməsi xidməti üzrə işin məbləği 20 manat + 18% ƏDV 3,60 = 23,60 manatın verilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli 1738/16 saylı hesab fakturanın təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli akta əsasən informasiya məsləhət xidmətlərinin göstərilməsi xidməti üzrə işin məbləği 33,90 manat + 18% ƏDV 6,10 manat = 40 manat x 3 ədəd və elektron gömrük bəyannaməsinin doldurulması və gömrük orqanına ötürülməsi xidməti üzrə işin məbləği 20 manat + 18% ƏDV 3,60 = 23,60 manat x 3 ədəd olmaqla cəmi 190,81 manatın verilməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehdən 12.254,62 manat əsas və 423,83 manat ƏDV borcu olmaqla, cəmi 12678,45 manat məbləğində borcun tutulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh öz imtinasını broker xidmətləri və YGB-lərin rəsmiləşdirilməsi nəticəsində aldığı xidmətin (malların gömrükdən keçirilməsi, YGB-lərin doldurulması, gömrük rəsmləşdirilməsi barədə lazım olan məlumatların verilməsi və s.) nəticəsiz qalması, yaxud hansısa qüsur və çatışmazlıqla yerinə yetirilməsi ilə əsaslandırmamış, yəni, xidmətlərdən yararlanmışdır. Cavabdehin yararlandığı xidmətlərə görə ödəniş etməsi isə, onun həm müqavilə üzrə, həm də Mülki Qanunvericiliyin tələblərinə əsasən borcudur. İstifadə edilmiş xidmətlərin dəyəri ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, borcla bağlı edilmiş etirafedici hərəkətlər, o cümlədən ƏDV ödəmələrinin dövlət büdcəsinə ödəniləsi borcun etirafına yönəlmiş real hərəkətlərdir. Çünki cavabdeh tərəfindən ödəniş edilərək borc qəbul olunmuş və onun mövcudluğu ilə bağlı real hərəkətlər həyata keçirilmişdir. Belə ki, 2014-2016-cı illər ərzində cavabdeh “xxxx” MMC tərəfindən, müxtəlif vaxtlarda “Liebherr” markalı avtokranların, onların dəstləşdirici və ehtiyat hissələrinin Azərbaycan Respublikasından ixrac və idxal əməliyyatları həyata keçirilmişdir ki, bütün bu rəsmiləşdirmələri, yəni “Liebherr” markalı avtokranların, onların dəstləşdirici və ehtiyat hissələrinin ixrac və idxal gömrük rejimləri altında yerləşdirilməsi işlərini iddiaçı “xxxx” MMC həyata keçirmişdir (bir sıra YGB- lərin və onlara əlavə edilmiş sənədlərin surətləri əlavə olunmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə sadəcə müqavilənin hərfi mənasından çıxış etməklə qiymət verməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrində təsbit edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bıı zamaıı bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar aaəuər tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd edilən normaları, eləcə də tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin həqiqi mənası, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilədə göstərilməli xidmətlərin dairəsinin necə müəyyənləşdirildiyinə qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən xidmətlərə dair təhvil-təslim aktları cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, broker xidmətləri birinci instansiya məhkəməsinin öz qətnaməsində müqavilə üzrə ödəniş nəzərdə tutulmadığını qeyd etdiyi bütün xidmətləri özündə ehtiva edir. Həmin xidmətlər broker xidmətlərinin tərkib hissəsidir və bunun üçün müqavilədə ayrıca ödənişin göstərilməsinə heç bir lüzum yoxdur. Çünki broker xidmətləri məhz gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi ilə bağlı sənədlərin hazırlanması, deklarasiyaların doldurulması, malların saxlanca təhvil verilməsi və saxlancdan çıxarılması, gömrük sənədlərşdirmələri və rəsmiləşdirmələri ilə bağlı bütün yazılı və şifahi məsləhətlərin verilməsi, danışıqların aparılması və sair bu kimi xidmətləri özündə ehtiva edir. Gömrük brokeri xidmətləri dedikdə sifarişçinin malının gömrüyə gəlməsindən, həmin malın gömrük rəsmiləşdirməsinin həyata keçirilərək gömrükdən çıxarılana qədər broker tərəfindən göstərilən bütün yazılı, şifahi konsultasiyalar və digər xidmətlər başa düşülür. Bundan başqa iş materiallarından da göründüyü kimi cavabdeh “xxxx” MMC özünün iddiaçı “xxxx” MMC-nin pretenziya məktubuna cavab olaraq yazdığı 159 nömrəli, xx xxxx 2017-ci il tarixli məktubunda da iddiaçı tərəfindən onlara broker xidmətlərinin göstərildiyini təsdiq etmişdir. Həmçinin, cavabdeh, özünün xx xxxxxx 2017-ci il tarixli, iddia ərizəsinə etiraza əlavəsində bundan qabaq məhkəmə iclaslarında guya həqiqi imza olmayan təhvil-təslim aktlarının mövcud olması barədə dəlillərindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin 12.678 manat 45 qəpiyin təmin edilməməsi hissəsində ləğv edilməli və qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-727/2017 saylı, xx xxxxxx 2017-ci il il tarixli qətnaməsi iddianın mübahisələndirilən 12.678 manat 45 qəpik hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.678 (on iki min altı yüz yetmiş səkkiz) manat 45 (qırx beş) qəpik məbləğində tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-45/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-45/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver