Məhkəmə qərarları › İş №2-2(103)-450/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-450/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-450/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X9, vəkili X7 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdehndən 536.950 ABŞ dolları əsas, borcun gecikdirildiyi dövr üçün 53.695 ABŞ dolları məbləğində zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh MMC arasında lift və lift avadanlıqlarının alqı-satqısına dair xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə cavabdehin satın aldığı mallara görə iddiaçıya 438.330 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə qarşılıqlı razılıq əsasında razılaşma protokolu imzalanaraq müqaviləyə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarxili alqı-satqı müqaviləsinə edilən xx xxxxxx 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən hazırkı iş üzrə iddiaçı siyahısı razılaşma protokoluna əlavə edilən 205.000 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-yə satmağı öhdəsinə götürür. Bu razılaşma protokolunun şərtlərinə əsasən Cavabdeh MMC həm bu razılaşma protokolu ilə, həm də bu protokolun əlavə edildiyi müqavilə üzrə satın aldığı lift və lift avadanlıqlarına görə yaranmış borcunu ümumiləşdirərək 2017-ci ilin 25 dekabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlə bağlı qrafık tərtib edilmiş və həmin ödəmə qrafikinə əsasən Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə 150.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 113.330 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200.000 ABŞ dolları, nəhayət xx.xx.2017-ci il tarixdə isə 180.000 ABŞ dolları olmaqla, ümumilikdə 643.330 ABŞ dolları ödəməklə iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməli idi. Beləliklə, tərəflər arasında bağlanmış xx xxxxx 2014cü il tarixli alqı-satqı müqaviləsinə edilən xx xxxxxx 2017-ci il tarxili əlavəyə - razılaşma protokoluna əsasən iddiaçı 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək alıcı-hazırkı işüzrə Cavabdeh MMC-nin ünvanına göndərmişdir. Cavabdeh MMC isə öz növbəsində qeyd edilən dəyərdə həmin malları xx.xx.2018-ci il tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal etmişdir. Cavabdeh malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Bununla da tərəflər arasında bağlanmış xx xxxxx 2014-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilən xx xxxxxx 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən Cavabdeh MMC-nin iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” şirkətinə cəmi 536.950 ABŞ dolları borcu yaranmışdır. Pul vəsaitinin ödənilməsi gecikdirildiyinə görə cavabdehdən MM-nin 445.7-ci maddəsinə cavabdehdən 2018 və 2019-cu illər üçün illik 5 % olmaqla, əsas borcun 10 %-i qədər zərər tutulması xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 536.950 ABŞ dolları məbləğində borc və 53.695 ABŞ dolları məbləğində zərərin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin qismən, 49170 ABŞ dolları tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 4-cü maddəsinə əsasən, alıcı tərəfindən bu müqavilənin maddə 2-də ifadə edilən idxal edilən və ya toplanan bütün lift avadanlığının və aksesuarların satıcının anbarında razılaşma protokolu ilə təhvil alınacağı və dəyərini tam ödənilməklə ixrac ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən həmin müqavilə məhkəməyə təqdim edilməmiş, məhkəmə buna əhəmiyyət verməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, 98620 ABŞ dolları dəyərində lift avadanlıqlarını qəbul etmişdir. Qalan məbləğdə malın təhvil verildiyi qəbul edilməmiş, məhkəməyə bu halın araşdırılması barədə vəsatət vermiş, lakin vəsatəti təmin edilməmişdir. X3 malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsində göstərilmişdir ki, satıcı müqavilə və bu Konvensiyanın tələblərinə uyğun olaraq malları göndərməli, ona aid olan sənədləri təqdim etməli və mallar üzərində mülkiyyət hüququnu ötürməlidir. Məhkəmə isə onun təhvil almadığı və ya ümumiyyətlə onun ünvanına göndərilməyən mallara görə pul tutulması qənaətinə gəlmişdir. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli hər iki tərəfin imza və möhürü ilə təsdiq etdiyi hesap durumundan da görünür ki, iddiaçıya cəmi 49170 ABŞ dolları məbləğində pul borcu qalmışdır. İşin həlli üçün əhəmiyyətli hallara qiymət verməyən məhkəmənin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. xx.xx.2017-ci il tarixli razılaşma protokoluna əsasən göndərilən malın dəyəri faktiki dəyərindən 2 dəfə artıq olduğundan həmin malı gömrükdən çıxarmaq istəməmiş, mal gömrük terminalında qalmışdır. Sonradan TİR şirkətinin təkidi ilə həmin malları gömrükdən çıxarmış, TİR şirkətinə 10000 ABŞ dolları cərimə ödəmişdir. Eyni zamanda qiymət yüksək olduğu üçün 2 dəfədən çox gömrük xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X12, cavabdehin vəkili X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyb, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti ilə Cavabdeh MMC arasında xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış qalıq borcla bağlı xx xxxxxx 2017-ci il tarixdə “Razılaşma protokolu” imzalanmışdır. Həmin protokolunun 1-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli müqavilə üzrə qalıq borcunun ümumi məbləğinin 438.330 ABŞ dolları təşkil etdiyi tərəflərin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. 2-ci bəndinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”Şirkətinin anbarında Cavabdeh MMC-nin sifarişi əsasında istehsal edilmiş, ümumi dəyəri 205000 (iki yüz beş min) ABŞ dolları olan lift şaxta qapıları və kabin mexanizmləri Cavabdeh MMCnin ünvanına göndərilmək üçün hazırlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxx 2019-cu il tarixli, 1000- 170/1xx-xx/010168 saylı məktuba əlavə edilmiş xarici tərəfdaşın idxal-ixrac əməliyyatları haqqında ümumi məlumata əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”Şirkəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək statistik dəyəri faktura dəyəri 98260 ABŞ dolları olan 2 ədəd “ARD Mühendislik” mod.elektriklə idarə olunan sərnişin liftləri Cavabdeh MMC-nin (VÖEN:**********) tərəfindən xx.xx.2018-ci il tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinin xx xxx 2019-cu il tarixli, **********8921300 saylı məktubuna əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-nin ünvanına göndərmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”Şirkəti tərəfindən pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında 98260 ABŞ dolları dəyərində malı iddiaçıdan təhvil aldığını mübahisələndirməmiş, həmin məbləğdə borcu olduğunu qəbul etmiş, dəyəri tələb olunan digər lift avadanlığının ona təhvil verildiyini qəbul etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 882.1-ci, 882.2-ci, 442-ci, 448.1-ci maddələrinə istinad edərək iddianı əsaslı hesab etmiş və təmin etmişdir. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən qismən-487780 ABŞ dolları əsas borcun və 53695 ABŞ dolları zərərə görə faizin tutulması hissəsində mübahisələndirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Cavabdeh iddiaçıdan xx.xx.2018-ci il tarixli bəyannamə əsasında idxal edilmiş 98620 ABŞ dolları dəyərində mal aldığını etiraf etdiyi halda həmin malın dəyərinin ödənildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli “Razılaşma protokolu” ilə təsdiq olunur ki, cavabdehin xx.xx.2017-ci il tarixə iddiaçıdan müxtəlif tarixlərdə aldığı lift avadanlıqlarına görə qalıq borcunun ümumi məbləğinin 438.330 ABŞ dolları olmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2017-ci il tarixdən sonra iddiaçıya hər hansı məbləğdə ödəniş edildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. Cavabdehin ödənişlərlə bağlı təqdim etdiyi e-mail yazışmaları, bank hesabından çıxarış və digər sənədlər qeyd edilən tarixdən əvvəlki dövrə aid olduğundan iddiaçının tələb etdiyi borc üzrə ödəniş edildiyini təsdiq edən sübut kimi nəzərə alına bilməz. Cavabdeh 438.330 ABŞ dolları dəyərində malın ona təhvil verildiyini mübahisələndirərək apellyasiya şikayətində bu halla bağlı əlavə araşdırma aparılmalı olduğunu bildirsə də, məhkəmə xx xxxxxx 2017-ci il tarixli “Razılaşma protokolu” nu mövcud borcun etirafı barədə müqavilə kimi qəbul edir və prosessual qənaət prinsipinə müvafiq olaraq etiraf edilmiş borcla bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Qeyd edilən normaların tələblərinə əsasən borc öhdəliyinin mülki qanunvericiliyin tələblərinə uyğun yazılı müqavilə bağlanması yolu ilə etiraf edilməsi həmin borcun mövcudluğunu mübahisələndirmək hüququnu istisna etdiyindən, o cümlədən cavabdehin iddiaçı tərəfindən göndərilən malları TİR şirkətindən gec qəbul etməsi ilə əlaqədar həmin şirkətə 10000 ABŞ dolları cərimə ödəməsi, malların qiymətinin yüksək olması ilə əlaqədar daha artıq gömrük xərci ödəməsi iddiaçıya olan borc məbləğinin azalması üçün əsas olmadığından məhkəmə cavabdehin apellyasiya şikayətini əsas borcla bağlı hissədə əsassız hesab edir. Məhkəmə mübahisələndirilən qətnaməni 53695 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutulması hissəsində də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçıya olan borcun ödənilməsi iki il gecikdirildiyindən iddiaçı cavabdehdən 2018 və 2019-cu illər üçün əldən çıxmış fayda qismində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 % tutulmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar