Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-452/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Nümayəndə2 MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1566/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə2 MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 528.748,98 manat vəsaitin və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq Nümayəndə2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin “xxxx” ASC-nin “Gənclik” filialında olan AZ4MUGA******************** hesabına və “xxxx” ASC-də olan AZ04MUGA**********00020AZM00 hesabına iddia tələbi həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. İddiaçı Nümayəndə2 MMC şikayət verərək, həmin qərardadın ləğv edilərək, iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə iddiaçının iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsində iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilməməsi, qeyd edilən iddianın təmin tədbiri barədə ərizənin məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinin tələblərinə cavab vermədiyini nəzərə alaraq ərizə rədd etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, üzərinə həbsin qoyulması xahiş edilmiş hesablara dair sübutlar təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən iddia tələbinin məbləğinin külli miqdarda 528.748,98 manat olmasını, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirməməsi nəticəsindən mübahisənin yaranmasını, tələb olunan məbləğin təminatsız borc olduğunu, tərəflər arasında borca dair üzləşmə aktının imzalamasını və iddiaçının cavabdeh tərəfindən iddiaçıya ödənişlər aparılmış bank hesabları barədə rəsmi sənədlərin təqdim edilməsini nəzərə almamışdır. Həmçinin qeyd etmək zəruridir ki, mövcud bank hesablarına iddia tələbi həcmində həbsin qoyulması qətnamənin gələcəkdə icrasına xidmət edir və müvəqqəti xarakterlidir.İddianın təmin tədbiri barədə qərardadın icrası Ədliyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən təmin edilir və hazırda icra şöbələrində elektron icra informasiya sistemi istifadəyə verilmişdir. İcra məmuru iddianın təmin tədbiri qərardadını icra edərkən, cavabdehin bank hesablarını qeyd edilən elektron informasiya sistemindən də əldə edə bilər. Bu hal isə, hazırda məhkəmənin sübut təqdim edilməməsi səbəbindən ərizənin təmin edilməməsinin əsassız olduğunu təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil V.Nuhbalayev şikayəti dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Abdullayev onunla razılaşmamış, qərardadın qüvvəsində saxlanılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməlidir. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: üzərinə həbs qoyulur. Birinci instansiya məhkəməsinin mübahisələndirinlən qərardadından görünür ki, iddiaçının iddianı təmin tədbiri barədə ərizəsində qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilmədyini və ərizənin məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinə cavab vermədiyini əsas gətirməklə ərizəni rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbində istinad etdiyi hallara dair iddia ərizəsinə tərəfdlər arasında xx xxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsini, cavabdehin iddiaçıya 632362,81 manat məbləğində borcu barədə onlar arasnda imzalanmış xx.xx.2020-ci il tarixli üzləşmə aktı, cavabdehin bank hesabını əks etdirən ödəniş tapşırığı və sair sənədlər təqdim olunmuşdur. Qeyd olunan sübutetmə vasitələri ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçı iddianı təmini tədbiri qismində cavabdehin bank hesablarına iddia tələbi həcmində həbsin qoyulmasını tələb etməsi - birincisi onun iddia tələbinə mütənasibdir, digər tərəfdən gələcəkdə onun xeyrinə qəbul olunacaq qətnamənin təmin olunması üçün bir zəmin yaradır. MPM-in 157.1-ci maddəsinin də məhz mənası ondan ibarətdir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün görülür. Konkret halda cavabdehin, tərəflər arsında xx.xx.2020-ci il tarixində üzləşmə aktı bağlananadək və bundan sonra məhkəmədə iddia qaldırılanadək iddiaçıya olan borcunu tam ödəməməsi - bütün bunlar qətnamənin gələcəkdə icrasında da çətinlik yarana biləcəyini istisna etmir. Ən azından, belə bir ehtimalın mövcudluğu iddiaçının hazırkı iddianı təmini tədbirinin görülməsini tələb etməkdə haqlı olduğunu deməyə əsas verir. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, həmin qərardad ləğv olunmalı və iddiaçının iddianı təmin etmə tədbiri haqqında ərizəsinin təmin olunması, işə baxılıb qurtaranadək cavabdehin xxxx ASC-nin “Gənclik” filialında olan AZ38AİİB******************** və xxxx” ASC-də olan AZ04MUGA**********00020AAZM00 hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, iddia tələbi həcmində, yəni 528.748,98 manat məbləğində həbs qoyulması barədə yeni qərardad çıxarılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 160, 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Nümayəndə2 MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1566/2021 saylı xx.xx.2021-ci tarixli qərardadı ləğv olunsun. Nümayəndə2 MMC-nin iddianı təmin etmə tədbiri haqqında ərizəsi təmin edilsin. İşə baxılıb qurtaranadək, “xxxx” ASC-nin “xxxx” ASC-nin “Gənclik” filialında olan AZ38AİİB******************** və xxxx” ASC-də olan AZ04MUGA**********00020AAZM00 hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqı və digər məcburi dövlət ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan, 528.748,98 (beş yüz iyirmi səkkiz min yeddi yüz qırx səkkiz) manat məbləğində həbs qoyulsun. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-452/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-452/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver