Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-452/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı kommersiya işi Açar söz: qeyri-yaşayış sahəsinin təhvil verilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı cavabdeh tərəfindən torpaq sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, Cavabdeh2 cavabdehlər İddiaçınə və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2- 2(113)-5144/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, 18 noyabr 2022-ci il tarixdə tərəflər aasında 3M-1151 reyestr nömrəli “İlkin alqı-satqı müqaviləsi” adlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və 60 m2 torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra İddiaçı MTK-ya satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi (bundan sonra əsas müqavilə adlandırılacaq) bağlamağı öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci bəndinə görə əsas müqavilə üzrə alqı-satqı obyektinin xarakteristikası aşağıdakı kimidir: 2.1.1 alqısatqı obyekti olan əmlak: ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsi və 60 m2 torpaq sahəsi. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50.000 manat məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 50.000 manat məbləğində pulu ikinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə birinci tərəfə notariusun depozit hesabı vasitəsilə ödəyir və bu ödəniş gələcəkdə əsas müqavilə bağlanarkən alqı-satqı obyektinin razılaşdırılmış dəyərinin tam ödənilməsi kimi nəzərə alınacaqdır. Həmin müqavilənin 2.4- cü bəndində qeyd edilmişdir ki, əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır.
2. İşin mübahisəsiz halıdır ki, qeyd edilən müqavilə üzrə 50000 manat pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.
3. İddiaçı MTK tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 xəbərdarlıq məktubu ünvanlanaraq, 2 gün ərzində qeyri-yaşayış sahəsi və torpaq sahəsini boşaltmağı və İddiaçı MTK-nın istifadəsi və sahibliyinə verməyi tələb edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsinin və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin Cavabdeh2 və ya İddiaçı MTK-nın adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
5. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı MTK arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 4085 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli, 4085 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 87A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi İddiaçı MTK-nın icarəsindədir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (İddiaçı MTK) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini ve həmin tikilinin altında yerləşən 60,0 m2 torpaq sahəsinin boşaldılması və İddiaçı MTK-nın sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, 46 saylı notariat ofisində qeydə alınmış 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsini İddiaçı MTK-nın sahibliyinə və istifadəsinə verməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə notarial qaydada təsdiq edildiyi andan alqısatqı obyekti ikinci tərəfin istifadə və sahibliyinə keçir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50.000 manat məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. 18 noyabr 2022-ci il tarixində 50.000 manat notariusun depozit hesabına ödənilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən birinci tərəf bu müqaviləni imzalamaqla onun 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri- 50000 (əlli min) manat məbləğində pulu ikinci tərəfdən aldığını təsdiq edir, birinci tərəf başqa dəlillərə istinad edərək həmin pulu ikinci tərəfdən almadığı barədə mübahisə qaldıra bilməz. Cavabdeh ilkin alqı-satqı müqaviləsinə əsasən öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Belə ki, dəfələrlə cavabdehə qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə və sahibliyə verilməsinə dair xəbərdarlıqlar edilsə də, cavabdeh bu tələbi yerinə yetirməyib. Nəhayət xx.xx.2023-cü il tarixində rəsmi qaydada cavabdehə xəbərdarlıq göndərərək, üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilməsini və 2 (iki) gün ərzində qeyri-yaşayış sahəsini və torpaq sahəsini boşaltmağı və iddiaçının istifadəsinə və sahibliyinə verməyini tələb etdi. İşin halları ondan ibarətdir ki, "xxxx" MTK tərəfindən Cavabdeh2 50000 manat vəsait ödənilib və bunun əvəzində əsas müqavilə bağlanadək cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsini "xxxx" MTK- nın sahibliyinə və istifadəsinə verməlidir. İddiaçı MTK öz tərəfindən əsas müqavilənin bağlanılması üçün olan maneənin (Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsinə və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün) aradan qaldırılması üçün və cavabdehin həmin sahənin satmaq niyyətini qarşılayaraq birdəfəlik olaraq bütün məbləği ödəmişdir. Hazırkı razılaşma cavabdehin əldə etdiyi vəsaitin ona üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə yardım edir. İlkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Hazırda, qarşılıqlı öhdəliklərin təminatı, bir tərəfin üstün vəziyyətə düşməsi, digər tərəfin öhdəliyini icra etməsinin təminatsız qalması əmlakın razılaşdırılmış dəyərinin hamısının ödənilməsi halları mövcuddur. Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsini İddiaçı MTK-nın sahibliyinə və istifadəsinə verməlidir.
9. Eyni zamanda iddiaçı Cavabdeh2 cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 cavabdeh İddiaçı MTK arasında 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan əvvəl cavabdehlə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin dəyərini 140.000 manata razılaşmışlar. Lakin müqavilə bağlanan gün cavabdeh tərəfin nümayəndəsi X5 bildirdi ki, əgər müqavilə üzrə alqı- satqı obyektinin dəyərini 140.000 manat göstərsələr, o zaman rüsum çox tutulacaq, əksinə həmin obyektin dəyərini az göstərsələr, rüsum da az olacaq. Bundan sonra iddiaçı ona dedi ki, bəs yerdə qalan pul necə və nə vaxt ödəniləcək. O, cavabında bildirdi ki, 50000 manat müqavilə bağlanan vaxt, yerdə qalan məbləğ də müqavilə bağlanan günün növbəti günü ödəniləcək. Cavabdeh tərəfin nümayəndəsinin yalan vədlərinə inanaraq 18 noyabr 2022-ci il tarixli müqaviləni imzaladı. Lakin müqavilə bağlandığı günün növbəti günü cavabdeh tərəfdən heç bir addımın atılmadığını gördükdən sonra onlarla əlaqə saxladı və soruşdu ki, müqavilə üzrə alqı- satqı obyektinin dəyərinin qalan 90.000 manat hissəsini niyə ödəmir. Həmin sualdan sonra bildirdilər ki, narahat olma ödəniləcəkdir. Amma bir müddət sonra gördü ki, cavabdeh tərəfindən sahibliyində və istifadəsində olan obyektin dəyəri ödənilmir. Buna görə cavabdeh tərəfin nümayəndəsi ilə yenidən əlaqə saxladıqda ona dedi ki, narahat olma, sənin pulunun hamısı ödəniləcək. Lakin bir müddət sonra, yəni 09 iyun 2023-cü il tarixdə ona məlum oldu ki, cavabdeh tərəf onu məhkəməyə verərək qeyriyaşayış sahəsinin onların sahibliyinə və istifadələrinə verilməsini tələb edir. Bundan sonra o, cavabdehlə yenidən əlaqə saxladı və bu haqda onlardan soruşdu. Cavabdeh tərəf isə ona bildirdi ki, obyektin pulunu ödəmişlər, yerdə qalan pulu da ödəmir. Əgər narahatdırsa, get hara istəyirsən şikayət elə, onsuz da bu ərazini almışdır və onu da həmin obyektdən çıxarmağın yolunu da yaxşı bilir. Bundan sonra başa düşdü ki, cavabdeh tərəf onun savadsızlığından və ona olan etibarından istifadə edərək aldadıb. Cavabdeh tərəfindən ödənilmiş 50000 manat pul vəsaitinin geri götürülməsi ilə bağlı dəfələrlə onlara müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Cavabdehin bu kimi hərəkətləri nəticəsində aldanaraq onunla ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə etibarsız sayılmalıdır.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3281/2023 saylı qərardadı ilə sözügedən mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2688/2023 saylı qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh2 qarşı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh2 cavabdehlər İddiaçı MTK-ya və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlər aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
13. Daha sonra İddiaçı MTK Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı MTK-nın icarəsində olan, ünvan 2 ünvanında yerləşən 0.006 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan 27,8 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı MTK-nın sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi iddiaçıya mübahisəli (boşaldılması tələb edilən) torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması barədə qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli olan çıxarış və B№ 152197 torpaq sahəsinin plan və ölçüsünü vermişdir. İş materialına əlavə olunmuş çıxarışdan, iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli, 4085№-li icarə müqaviləsindən göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Beləliklə, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmış və iddiaçı bu hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-5144/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) İddiaçı Cavabdeh2 qarşı iddiası təmin edilmiş, Cavabdeh2 cavabdeh İddiaçınə qarşı iddiası təmin edilməmişdir.
16. Məhkəmə İddiaçı Cavabdeh2 qarşı iddia ilə bağlı bildirmişdir ki, mübahisəli torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair tərəflər arasında notarial qaydada 18 noyabr 2022-ci il tarixli ilkin müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən ümumi sahəsi 27.8 kv.m olan qeyri-yaşayış sahəsinə və 60 m2 torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra İddiaçı MTK-ya satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsini bağlamağı öz öhdələrinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50000 manat məbləğində müəyyən edilmiş, razılaşdırılmışdır ki, alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Müqavilədə öhdəlik götürülmüşdür ki, əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 50000 manat məbləğində pulun ödənişi gələcəkdə əsas müqavilə bağlanarkən alqı-satqı obyektinin razılaşdırılmış dəyərinin tam ödənilməsi kimi nəzərə alınacaq. Əsas muqavilənin əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanması nəzərdə tutulurdu. İlkin müqaviləyə əsasən Cavabdeh2 ilkin müqavilə bağlandıqdan sonra sözügedən əmlakla əlaqədar bütün iddialardan imtina etməyi və həmin əmlakı İddiaçı MTK-nın sahibliyi və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ilkin müqavilə bağlandığı və notarial qaydada təsdiq edildiyi andan alqı-satqı obyekti İddiaçı MTK-nın sahibiyınə və istifadəsinə keçir.
17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin onun qanuni istifadə, icarə və s. olmasına dair hər hansı müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli məktubunda da Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsinin və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd olunur.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, icarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı MTK arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 4085 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilədə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İddiaçı MTK Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və Xidmətlə MTK arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi tərəflər arasında bağlanmış ilkin müqavilədə nəzərdə tutulmuş torpaq sahəsidir. Bu hal iş materialları ilə də öz təsdiqini tapır. Belə ki, ünvan 4il Kommunal İstismar Sahəsinin yuxarıda göstərilən arayışlarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 89 ünvanında sahəsi 27,8 m2 olan ticarət obyekti 1 (bir) mərtəbəli qeyri-yaşayış və sahəsi 60 m2 olan torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Həmçinin icarə müqaviləsində göstərilən köhnə A.Məhərrəmov küçəsi 15 ünvanının C.Səlimov küçəsi, 89 ünvanı ilə eyni ünvan olduğu ünvan 4il Kommunal İstismar Sahəsinin arayışı ilə öz təsdiqini tapır.
19. Məhkəmə Cavabdeh2 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-5144/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsinin təmin edilməməsinə və Cavabdeh2 cavabdeh İddiaçınə və Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində icarə müqaviləsində göstərilən köhnə A.Məhərrəmov küçəsi 15 ünvanının C.Səlimov küçəsi, 89 ünvanı ilə eyni ünvan olduğunun ünvan 4il Kommunal İstismar Sahəsinin arayışı ilə öz təsdiqini tapması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında ünvan fərqliliyinə münasibətdə (ünvan 5ri Dövlət Xidmətinin nümayəndəsinin ifadəsi ilə çıxarışda göstərilmiş C.Səlimov küçəsi 87A ünvanının elə icarəyə verilmiş, icarə müqaviləsində göstərilmiş ünvanda yerləşən torpaq sahəsinin ünvanı kimi nəzərə alınması kobud qanun pozuntusudur. Çünki bununla bağlı məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Həmçinin məhkəmə tərəfindən Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin onun qanuni istifadə, icarə və s. olmasına dair hər hansı müəyyənedici sənədin məhkəməyə təqdim etməməsi ilə bağlı gəldiyi nətcə yanlışdır. Mübahisəli torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair tərəflər arasında notarial qaydada 18 noyabr 2022-ci il tarixli ilkin müqavilənin şərtlərinin onlara tam aydın olduğunu və bu şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq etmələrinə dair məhkəmənin gəldiyi nəticə yanlışdır. Məhkəmə işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə Cavabdeh2in həmin hüququnu da pozmuş, mülki işin araşdırılması zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə vəsatət nəzərə alınmamışdır. Həmçinin məhkəməyə təqdim etdiyimiz qiymətləndirmə rəyi də nəzərə alınmamışdır. İddiaçı MTKnın nümayəndəsi ilə Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 kv.metr olan qeyri-yaşayış sahəsinin və həmin tikilinin altında yerləşən 60,0 kv.metr torpaq sahəsinin dəyərini 140.000 manata razılaşmışlar. Lakin, İddiaçı MTK-nın nümayəndəsi Cavabdeh2 aldadaraq ona mübahisəli müqaviləyə imza çəkdirməyə nail olmuşdur. Cavabdeh2 ilə İddiaçı MTK arasında 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan əvvəl İddiaçı MTK ilə Eınur Hüseynzadə ünvan 6 ünvanında yerləşən, ümumisahəsi 27,8 kv.metr olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60,0 kv.metr torpaq sahəsinin dəyərini 140.000 (yüz qırx min) manata razılaşmışlar. Lakin, müqavilə bağlanan gün İddiaçı MTK-nın nümayəndəsi X1 bildirmişdir ki, “əgər biz müqavilə üzrə alqı-satqı obyektinin dəyərini 140.000 manat göstərsək o zaman rüsum çox tutulacaq, əksinə biz həmin obyektin dəyərini az göstərsək rüsum da az olacaq”. Bundan sonra Cavabdeh2 ona demişdir ki, “bəs yerdə qalan pul necə və nə vaxt ödəniləcək?”, o cavabında Elnura bildirmişdir ki, “50.000 manat müqavilə bağlanan vaxt, yerdə qalan məbləğdə müqavilə bağlanan günün səhərisi ödəniləcək”. Cavabdeh2 də öz növbəsində İddiaçı MTK-nın nümayənədəsinin yalan vədlərinə inanaraq 18 noyabr 2022-ci il tarixli müqaviləni imzalamışdır. Lakin, müqavilə bağlandığı günün səhərisi İddiaçı MTK-a tərəfindən heç bir addımın atılmadığını gördükdən sonra onlarla əlaqə saxlamış və soruşmuşdur ki, “müqavilə üzrə alqı-satqı obyektinin dəyərinin qalan 90.000 manat hissəsini niyə ödəmirsiz? Elnurun həmin sualından sonra bildirmişlər ki, “narahat olma ödəyəcəyik”. Amma bir müddət sonra Cavabdeh2 görmüşdür ki, İddiaçı MTK tərəfindən onun sahibliyində və istifadəsində olan obyektin dəyəri ödənilmir. Buna görə İddiaçı MTK-nın nümayəndəsi ilə yenidən əlaqə saxladıqda ona demişlər ki, “narahat olma sənin pulunun hamısı ödəniləcək. Lakin, bir müddət sonra, yəni 09 iyun 2023-cü il tarixdə Cavabdeh2 məlum olmuşdur ki, İddiaçı MTK onu məhkəməyə verərək qeyriyaşayış sahəsinin onların sahibliyinə və istifadələrinə verilməsini tələb edir. Bundan sonra o, İddiaçı MTK ilə yenidən əlaqə saxlamış və bu haqda onlardan soruşmuşdur. İddiaçı MTK isə ona bildirmidir ki, “biz sənin obyektinin pulunu ödəmişik, yerdə qalan pulu da ödəmirik, əgər narahatsansa get hara istəyirsən şikayət elə, onsuzda biz bu ərazini almışıq və sizi də həmin obyektdən çıxarmağın yolunu da yaxşı bilirik”. Bundan sonra Cavabdeh2 başa düşmüşdür ki, ki, cavabdeh tərəf onun savadsızlığından və ona olan etibarından istifadə edərək onu aldadıb. Buna görə də həmin müqavilə etibarsız sayılmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
23. İddiaçının nümayəndəsi və vəkili X2 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
24. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
324.1-ci maddə- əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddə- müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 402.1-ci maddə- ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsi- ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddə- ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddə- ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddə-əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə-satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 575.2-ci maddə-satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 452.1-ci maddə-fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 398.2-ci maddə-müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 337.1-ci maddə- bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə- əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddə- şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddə- aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddə-bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə ilk iddia üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-5144/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 18 noyabr 2022-ci il tarixdə tərəflər arasında 3M-1151 reyestr nömrəli “İlkin alqı-satqı müqaviləsi” adlı müqavilə əsasında fərdi sahibkar Cavabdeh2 dövlətə məxsus ünvan 2 ünvanında yerləşən, hazırda xx.xx.2022-ci il tarixli, 4085 nömrəli müqavilə əsasında İddiaçı MTK-nın icarəsində olan 0.006 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini 50.000 manata İddiaçı MTK-ya satmış, lakin hal-hazıradək satılmış qeyri-yaşayış sahəsini alıcının sahibliyinə və istifadəsinə verməmişdir.
28. Məhkəmə kollegiyası ilk əvvəl tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı ilkin alqı-satqı müqaviləsi olsa da həmin müqaviləyə MM-nin 402-ci maddəsinin tələbləri baxımından ilkin müqavilə kimi hüquqi qiymət verilə bilməz. Belə ki, 402.1-ci maddəyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürürlər. Yəni ilkin müqavilə ilə tərəflərin üzərinə götürdükləri öhdəlik yalnız əsas müqavilənin bir il ərzində bağlanacağı barədə öhdəlik ola bilər. Hazırkı halda isə 18 noyabr 2022-ci il tarixli müqavilə əsasında Cavabdeh2 onun sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinin dəyəri olaraq 50.000 manat ödənilmiş və müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər razılaşmışlar ki, müqavilə notarial qaydada təsdiq edildiyi andan tikinti obyektinə istifadə və sahiblik hüququ İddiaçı MTK-ya keçir. Göründüyü kimi, bu müqavilə əsasında Cavabdeh2 ona məxsus daşınmaz əmlak üzərində hüquqlarını İddiaçı MTK-ya ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MTK-nın əldə etdiyi fərdi müəyyən əşyanın boşaldılaraq onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiası MM-nin 575.2, 452.1-ci maddələrinə əsasən təmin edilməlidir.
29. Cavabdeh2 müqavilə bağlanarkən aldadıldığına (əslində qeyri-yaşayış sahəsinə görə 140.000 manat ödəniləcəyi barədə razılıq əldə edildiyi) dair mülahizələri onun öz izahatından başqa heç bir sübutla (qarşı tərəfə pretenziya göndərilməsi və s) təsdiq edilmədiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 18 noyabr 2022-ci il tarixli, 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda hesab edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq əmlakın öz bazar dəyərindən aşağı qiymətə satılması əqd tərəflərin iradə ifadəsinə uyğun olmuşsa alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz.
30. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 məhkəməyə vəsatət təqdim edərək Cavabdeh2 məxsus olmuş qeyri yaşayış sahəsinin ünvanının (müqavilədə ünvan 7rəyə verilmiş Bakı şəhəri, ünvan 8 ünvanı ilə eynilik təşkil edib-etmədiyinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, məhkəmə bu halın araşdırılmasını mübahisənin həlli üçün əhəmiyyətli hesab etmədiyindən vəsatət təmin edilməmişdir. Belə ki, sözügedən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün həmin sahənin ünvanı müqavilədə ünvan şərti olaraq qeyd edilmişdir. İddiaçı MTK qeyd edilən obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsi üçün dövlət orqanına müraciət etmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında və xx.xx.2022-ci il tarixli, 4085 nömrəli icarə müqaviləsində torpağın olduğu ünvan ünvan 9 MTK-ya icarəyə verilmiş torpaq sahəsi başqa ünvanda yerləşsə belə, hazırkı iddia tələbinin faktiki əsası kimi icarə müqaviləsi deyil, 18 noyabr 2022-ci il tarixdə tərəflər arasında 3M-1151 reyestr nömrəli “İlkin alqı-satqı müqaviləsi” göstərildiyindən obyektin alındakı torpaq sahəsinin koordinatlarının icarəyə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşmədiyinin müəyyənləşdirilməsi mübahisəsinin həlli baxımından zəruri hesab edilmir. Bundan əlavə işdəki 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarında həm apellyatora məxsus olmuş sahəsi 27,8 kv.m olan tivarət obyektinin ünvanı, həm də İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsinin ünvanı ünvan 10ülmüş torpaq sahəsinin eyni ünvanda yerləşdiyi müəyyən olunur və ehtimal edilir ki, tərəflər arasında 18 noyabr 2022-ci il tarixli müqavilə bağlanarkən obyektin yerləşdiyi ünvan məhz 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışı əsasında müəyyən edilmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 5144/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-5144/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.