Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-453/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Nümayəndə2 MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1576/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Nümayəndə2 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 209.899,88 manat məbləğində vəsaitin və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər iddianı təmin etmək üçün tədbir kimi Cavabdeh MMC-nin Bank “xxxx” ASC-nin Səbail filialında olan AZ90Bxxxx******************** hesabına va “xxxx” ASC-də olan AZ57MUGA**********00019AZM00 hesabına iddia tələbi həcmində (209899,88 manat) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1576/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş və cavabdehin Bank “xxxx” ASC-nin Səbail filialında olan AZ90Bxxxx******************** və “xxxx” ASC-də olan AZ57MUGA**********00019AZM00 - hesablarında olan 209899,88 (iki yüz doqquz min səkkiz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli Qərarına istinadən onunla əsaslandırılmışdır ki həmin qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmənin ərizəni təmin etməsi heç də anlaşılan deyil. Belə çıxır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunan göstəriş və tövsiyələrin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. İstənilən halda iddiaçının ərizəsi əsaslı olub-olmadı təmin olunmalı, digər tərəfin hüquqları pozulmalı, o, xüsusi və həddən artıq məhrumiyyətə məruz qalmalıdır. Bu halda mütənasibliyin pozulmasının da məhkəmə üçün heç bir əhəmiyyəti olmamışdır. Baxmayaraq ki, məhkəməyə iddiaçının təmin tədbiri ərizəsinə münasibət bildirən xx.xx.2021-ci il tarixli ərizə göndərilmişdi. Həmin ərizədə də iddiaçının iddia tələbi kifayət qədər mübahisəli və üzərinə həbs qoyulması istənilən məbləğ isə yetərincə böyük olduğu, ərizənin təmin olunması halında Cəmiyyətin fəaliyyətinin iflic vəziyyət düşməsinə səbəb bildirilmişdi. Cəmiyyətimizin adıçəkilən bank hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması, onsuz da çətin vəziyyətdə olan sahibkarın, şirkətin fəaliyyətində ciddi çətinliklər yaratmaqla bərabər fəaliyyətinə mənfi təsir göstərmişdir. Bu da təbii ki, şirkətdə çalışan işçilərin vəziyyətinin pisləşməsinə səbəb olacaq. Qərardad kifayət qədər araşdırma aparılmadan, düzgün hüquqi qiymət verilmədən qəbul edildiyi, həmçinin cavabdehin mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurulmasına və işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasındakı tarazlığın pozulmasına səbəb olduğu üçün ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyev şikayəti dəlilərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil V.Nuhbalayev onunla razılaşmamış, qərardadın qüvvəsində saxlanılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında da məhz qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, PM006/17 saylı alqı-satqı müqaviləsinə istinadən cavabdehə təhvil verilmiş politetilen boru və boru billəşmələri ilə bağlı yaranmış 209.899,88 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. İşdən görünür ki, istinad etdiyi hallara dair iddiaçı tərəfindən məhkəməyə qeyd olunan alqı-satqı müqaviləsi, mübahiisələndirilən 209.899,88 man borcla bağlı 20.11.20-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşmə aktı, pretenziya məktubu və sair sənədlər təqdim olunmuşdur. Qeyd olunan sübutetmə vasitələri ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeyd olunan bank hesablarındakı pul vəsaiti üzərinə, əmək haqqı və digər məcburi dövlət ödənişlərə məhdudiyyət qoyulmadan, əsas borc tələbi həcmində həbs qoyulması - Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından irəli gələn şərh baxımından, iddiaçının tələbinə münasib və iddia ərizəsinə əlavə olunmuş sübutlara uyğundur. Ona görə də işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayətinın qərardadın əsaslandırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1576/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1576/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-453/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-453/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver