Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-455/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-431/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 220076,15 manat məbləğində borcun, özgəsinin vəsaitini qanunsuz özündə saxlamaya görə 18156,29 məbləğində faizin və işin məhkəmədə baxılmasına görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmini tədbiri olaraq bank hesablarının üzərinə həbs qoyulmasına dair ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdehin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** nömrəli və digər mövcud hesabları, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən digər banklarda olan bank hesabları üzərinə həbs qoyulması, həmin hesablar üzərində sərəncam verilmənin cavabdehə qadağan edilməsinə dair qərardad xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə iddianı təmini tədbiri olaraq nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdehin adına qeydiyyatda olan rəngi qara, mühərrik nömrəsi 653969, ban nömrəsi JN1TANT31Z0004882 olan **-PL-*** dövlət qeydiyyat nişanlı Nissan X Trail markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsi üzərində sərəncam verilməsi cavabdehə qadağan edilməsinə, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabı üzərinə 238.232,44 manat məbləğində pul vəsaitinə həbs qoyulmuş, qalan hissədə ərizə rədd edilmişdir. İddiaçı Bank “xxx” ASC-nin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması növündə iddianın təmini tədbirinin tətbiqi barədə ərizəsi rədd edilmişdir. İddiaçı “xxxxxxxx” ASC yenidən iddianı təmini tədbiri tətbiqi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin adına qeydiyyatda olan rəngi qara, mühərrik nömrəsi 653969, ban nömrəsi JN1TANT31Z0004882 olan **-PL-*** dövlət qeydiyyat nişanlı Nissan X Trail minik markalı nəqliyyat vasitəsinin və bütün ödəniş terminallarının üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsi və bütün ödəniş terminalları üzərində sərəncam verilməsinin cavabdehə qadağan edilməsi, nəqliyyat vasitəsinin və bütün ödəniş terminallarının cavabdehdən və yerləşdirildiyi yerlərdən götürülərək saxlanca yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh MMC-yə məxsus 174 ədəd ödəniş terminallarının üzərinə həbsin qoyulması, həmin ödəniş terminallarının cavabdehdən və yerləşdirildiyi yerlərdən götürülərək saxlanca yerləşdirilməsi, Cavabdeh MMC-nin adına qeydiyyatda olan rəngi qara, mühərrik nömrəsi 653969, ban nömrəsi JN1TANT31Z0004882 olan **- PL-*** dövlət qeydiyyat nişanlı Nissan X Trail minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qalan hissədə ərizənin rədd edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 220.076,15 manat (iki yüz iyirmi min yetmiş altı manat on beş qəpik) məbləğində əsas borc, 2.825 manat (iki min səkkiz yüz iyirmi beş) məbləğində faiz borcu, cəmi 222.901,15 manat (iki yüz iyirmi iki min doqquz yüz bir manat on beş qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Bank “xxx” ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti üzrə Nərimanov Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Daha sonra iş üzrə tərəf olmayan Ərizəçi ASC şikayət verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh MMCnin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabı üzərinə 238232,44 manat məbləğində pul vəsaitinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-dən Ərizəçi ASC-nin xeyrinə 204526,62 manat məbləğində əsas, 5635,84 manat məbləğində faiz, cəmi 210162,46 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almış və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə maraqlanarkən Nərimanov rayon İcra və Probasiya Şöbəsindən verilən məlumata əsasən onlara məlum olmuşdur ki, borclu Cavabdeh MMC-yə qarşı iddianı təmin etmə tədbiri qismində Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabı üzərinə 238232,44 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmasına dair Bank “xxx” ASC-nin tələbkar olduğu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli və “xxxxxxxxxxxx” ASC-nin tələbkar olduğu Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra sənədləri mövcuddur. İddiaçı Bank “xxx” ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində xx.xx.2019-cu il tarixdə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilmişdir. Göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələri qanuni qüvvəsini almamışdır. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3696/2019 saylı qətnaməsinin icrasına maneçilik törətdiyindən və Ərizəçi ASC-nin qanunla qorunan hüquq və vəzifələrinə toxunduğundan ləğv edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Ərizəçi ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Ərizəçi ASC-nin şikayəti təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)431/2020 qərardadı ilə Ərizəçi ASC-nin şikayəti qismən təmin edilmiş, Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabında olan pul vəsaitlərinin üzərinə qoyulmuş həbs 77417 manat məbləğinə dair hissədə götürülmüşdür. İddiaçı “xxxxxxxx” ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” ASC hazırkı iş üzrə işdə iştirak edən şəxs statusuna malik olmamağına baxmayaraq qərardaddan şikayət vermiş və şikayəti qismən təmin olunmuşdur. Halbuki mübahisələndirilən məhkəmə qərardadı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)-1014/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə qəbul edilmiş və “xxxxxxxxxxxx” ASCnin qanunla qorunan hüquqlarına toxunmur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 431/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin “xxxxxxxxx” ASCdə olan hesablaşma hesabında olan pul vəsaitlərinin üzərinə qoyulmuş həbsin 77417 AZN məbləğinə dair hissədə götürülməsi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-1014/2019 saylı qətnaməsinin icrasına maneə törədir, bununla da “Bank “xxx” ASC-nin qanunla qorunan hüquqlarına xələl gətirməkdədir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni cəmi 238232,44 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs Cavabdeh MMC-nin hesabından Ərizəçi ASC-nin hesabına 77417 manat ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3696/2019 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ASCnin cavabdehlər Cavabdeh MMC-yə və X3 qarşı iddiası təmin edilmiş, Cavabdeh MMCdən və X1 Ərizəçi ASC-nin xeyrinə 204526,62 manat məbləğində əsas, 5635,84 manat məbləğində faiz, cəmi 210162,46 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra xx xxxxxx 2019-cu il tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin icra vərəqəsi üzrə başlanılmış icra işindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3696/2019 saylı icra sənədinin icrası ilə bağlı könüllü icra üçün icra məmuru tərəfindən borcluya 10 gün vaxt verilmişdir. Lakin qərar könüllü icra olunmadığı üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmaqla borclu Cavabdeh MMC-nin banklarda olan hesablaşma hesablarına inkasso sərəncamları qoyulmuşdur. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə, Milli Depozit Mərkəzinin İdarə heyətinə, Fövqəladə Hallar Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən sorğu verilərək borclu Cavabdeh MMC-nin mülkiyyətində daşınmaz əmlakın, kənd təsərrüfatı avadanlıqlarının, ağır texnikanın olub-olmaması, fəaliyyət növü, qiymətli kağızların olub-olmaması, xüsusi texnikanın qeydiyyatdan keçib-keçməməsi barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda Daxili İşlər Nazirliyi Baş Dövlət X4 X2 sorğu verilmiş, borclunun mülkiyyətində nəqliyyat vasitələrinin qeydiyyatdan keçib-keçməməsi barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət X4 kompüter uçot bazasına görə borclu Cavabdeh MMC-nin adında xx.xx.2017-ci il tarixdən “Nissan XTrail” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar olunmuşdur (həmin avtomobilə hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur). Banklarda olan hesablaşma hesablarına qoyulmuş inkasso sərəncamları vaxtı keçdiyinə görə icra olunmadan geri qaytarılmışdır. “xxxxxxxxx” ASC-də olan hesablaşma hesabının üzərinə qoyulmuş sərəncam qismən icra edilmiş və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 132745,47 manat məbləğində pul vəsaiti Ərizəçi ASC-nin hesabına köçürülmüşdür. Beləliklə, iş materiallarına əsasən təsdiq edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3696/2019 saylı icra vərəqəsinin icrası istiqamətində icra məmuru tərəfindən zəruri tədbirlər görülsə də, Cavabdeh MMC-yə məxsus əmlak (üzərinə məhkəmə qərardadlarına əsasən həbs qoyulmuş əmlak istisna olmaqla) aşkar edilmədiyindən cavabdehdən tutulmalı olan 210162,46 manat məbləğində pul məbləğindən yalnız 132745,47 manat hissəsinin tələbkara ödənilməsi təmin edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə qüvvəyə mindiyi və həmin qətnamə əsasında xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verildiyi halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)3696/2019 saylı icra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə görə bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Həmin Qanunun 75.6-cı maddəsinə görə bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabının üzərinə Ərizəçi ASC-nin hesabına 77417 manat ödənilməsinə məhdudiyyət qoyulmadan 238232,44 manat həcmində həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-431/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ35PAHA40060AZNHC********** saylı hesablaşma hesabının üzərinə Ərizəçi ASC-nin hesabına 77417 manat ödənilməsinə məhdudiyyət qoyulmadan 238232,44 manat həcmində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-455/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-455/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver