Məhkəmə qərarları › İş №2-2(103)-456/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-456/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-456/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçıxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-232/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-232/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçıxxxx” MMC-nin iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında, iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin MPM-in 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından (elektron məhkəmə-informasiya sisteminə daxil edilmiş sənədlərdən) görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli əsaslandırılmış qətnaməsi xx.xx.2021-ci il tarixində imzalanaraq, elektron məhkəməinformasiya sistmində yerləşdirilmiş və elə həmin gündə də, yəni xx.xx.2021-ci il tarixində iddiaçının qanuni təmsilçisi Nümayəndə elektron məhkəmə informasiya sistemində yarıdılmış elektron kabinetinə istiqamətlənərək, həmin kabinetdə yerləşdirilmişdir. İş materiallarından da görünür ki, iddia ərizəsi məhz, müəssisənin həmin qanuni təmsilçisi tərəfindən yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 135.8-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinin imperativ tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in qeyd olunan 135.5-ci maddəsindən göründüyü kimi, bu Məcəllənin 135.8ci maddəsində nəzərdə tutulan qaydada göndərilən məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilənlər onu deməyə əsas verir ki, qətnamə xx.xx.2021-ci il tarixində rəsmi qaydada iddiaçıya verilmiş sayılır. Həmin günün sonrakı günündən başlayan MPM-in 360-cı maddəsində nəzərdə tutulan bir aylıq apellyasiya şikayəti vermə müddəti isə həmin Məcəllənin 129.1-ci maddəsinin tələbi baxımından, növbəti ayın müvafiq günündə, yəni, xx.xx.2021-ci il tarixində tamamlanır. Həmin gün isə həftənin iş gününə (cümə) düşür. İddiaçının qanuni təmsilçisi Nümayəndə tərəfindən isə apelyasiya şikayəti məhkəməyə elektron kabineti vasitəsilə xx.xx.2021-ci il tarixində, yəni, qanunla müəyyən edilən prosessual müddət beş gün ötürməklə verilmişdir. MPM-in 130.3-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. Göründüyü kimi, prosessual müddətin keçmişdirsə və həmin müddətin bərpa olunmasına dair məhkəmə aktı yoxdursa, apellyasiya icraatının mümkünlüyü istisna edilir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, İddiaçıxxxx” MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-232/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 10, 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-232/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçıxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad, elektron məhkəmə-informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi gündən rəsmi qaydada verilmiş hesab edilir və həmin gündən 10 (on) gün müddətində həmin kabinet üzərindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar