Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-46/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-497/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, cərimə üzrə hesablanmış 587,01 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi, 1286,38 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. qətnamə qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00615 saylı xidmət müqaviləsinin tərəfləri cavabdeh “Partnyor”, iddiaçı isə “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən “Partnyor” Proqrama hesablayan və istifadə edən isə Partnyor qismində qoşulmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbuletməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Partnyor Operatorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. 3.1.1-ci bəndinə əsasən müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 18 % dərəcəsi ilə hesablanır. 4.1-ci bəndinə əsasən, Partnyor Operatora göstərdiyi xidmətlərə görəaylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabaayında Operatorun proqramtexniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 7%-ni təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Müqavilənin 6.3.4-cü bəndinəəsasən, müqavilə üzrə maliyyəşərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 7.1ci bəndinə və Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, gecikdirilmiş günlər üzrə cavabdehə 45,13 manat məbləğində cərimə hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, müqavilə üzrə yaranmış 669,37 manat məbləğində borc, 35 manat cərimə, cəmi, 704,37 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia və iddia tələbinin tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin («MPM») 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə hazırkı mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan və sübutları qiymətləndirmədən ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir (MPM-in 9.1, 217.1, 14.2, 77.1, 78.1, 80, 81, 218.1, 372.1, 385.1, 386-ci maddələrinə istinad olunur.) Məhkəmə iclasının iclasında iştirak edən Cavabdeh iddiaçıya cəmi, 46,13 manat borcu olduğunu və həmin borcunu da ödədiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab etmiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Əvvəllər (xx.xx.2020) məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə cavabdehin borcunun işdə əlavə edilmiş sübutlarla sübuta yetirildiyini bildirərək, şikayətin dəlillərini əssassız hesab etmiş və qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir.) İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, qətnamə ilə iddianın təmin edilən hisəssində razılaşmayaraq mübahisələndirir ki, həmin hissədə məhkəmə mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan və sübutları qiymətləndirmədən ancaq formal mülahizələrə əsaslanaraq maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət oluqnan qanunsuz və əsassız qətnamə çıxarımışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, qətnamədən görünür ki, məhkəmə idiaçının əsas borc tələbi hissəsində tam təmin edərək bu mövqeyini iş materiallarına əsasən aşağıdakılarla əsaslandırmışdır: « …14 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri 715,5 manat təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya borcu, əsas borc üzrə 669,37 manat, cərimə üzrə 587,01 manat təşkil edir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442,443.1, 443.5, 448.1-ci maddələrinin tələbləri qeyd olunur) Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli, 00615 saylı xidmət müqaviləsinə (3.1-ci bəndinə) əsasən iddiaçı Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabına Bonus manatlarını hesablamağı, Bonus manatlarının Ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini qəbul etməyi, Bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən Bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi, cavabdeh isə proqram çərçivəsində Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə cavabdeh, Müştəriyə Bonus manatlarının hesablanmasını maliyyələşdirməyi, iddiaçının Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına iddiaçı tərəfindən hesablanan Bonus manatlarının Ekvivalentini köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 715,5 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 46.13 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əsasən cavabdehin iddiaçıya borcu, əsas borc üzrə 669,37 manat, cərimə üzrə 587,01 manat təşkil edir. Göründüyü kimi, xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə üzrə cavabdehə xidmət etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş eletkron qaimələrdən, bank hesabından çıxarışdan, qəbzlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının xidmətlərindən istifadə edilmiş, iddiaçının göstərdiyi xidmətə görə xx.xx.2019-cu il tarixdə 46.13 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 669,37 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır...» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin: - 2.3-cü bəndinə əsasən tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. - 4.1-ci bəndinə əsasən Partnyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir: - 4.1.1. Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 7%-ni təşkil edir. İş materilallarında olan hesab çeklərinə, hesabat cədvəllərinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xidmət müqaviləsinin 3.1-ci bəndinə müvaq olaraq cavabdehə xidmətlər göstərilmiş və müqavilənin qeyd olunan şərtlərinə müvafiq qaydada 2019-cu ilin iyun–avqust ayları üzrə gösətrilən xidməstlərin dəyəri barədə ona e-qaimələr göndərilmişdir. O cümlədən: - 2019-cu ilin iyun ayı üçün göstərdiyi xidmətlərə görə xx.xx.2019-cu il tarixli - 938007 №-li e-qaimə üzrə 3.57 manat, 938009 №-li e-qaimə üzrə 25,13 manat, 938010 №-li eqaimə üzrə 17,43 manat; xx.xx.2019-cu il tarixli – 082046 №-li e-qaimə üzrə 64.62 manat, 082048 №-li e-qaimə üzrə 44,82 manat, 082050 №-li e-qaimə üzrə 9,18 manat - cəmi 164,75 manat dəyərində borcu; - 2019-cu ilin iyul ayı üçün göstərdiyi xidmətlərə görə xx.xx.2019-cu il tarixli - 152266 No-li e-qaimə üzrə 42.70 manat, 152267 No-li e-qaimə üzrə 28,56 manat, 152268 No-li eqaimə üzrə 33,32 manat, xx.xx.2019-cu il tarixli -101645 No-li e-qaimə üzrə 109,80 manat, 101646 No-li e-qaimə üzrə 73,44 manat, 101647 No-li e-qaimə üzrə 85,68 manat, cəmi, 373,50 manat dəyərində borcu; - 2019-cu ilin avqust ayı üçün göstərdiyi xidmətlərə görə cavabdehə xx.xx.2019-cu il tarixli-135,25 manat, 052394 No-li e-qaimə üzrə 42,00 manat, - cəmi, 177,25 manat dəyərində borcu - barədə e-qaimələr göndərilmişdir. Beləliklə də tədqiq olunan e-qaimələrə və işin digər materiallarına əsasən müəyyən olunur ki, ümumilikdə, 2019-cu ilin iyun-avqust aylarında iddiaçı tərəfindən cavabdehə 715,50 manat məbləğində xidmət göstərilmiş, cavabdeh isə bu barədə ona göndərilmiş eqaimələridən imtina etməmiş, onlara hər hansı etirazı və münasibətini də bildirməmişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2019-xx.xx.2019 dövrü üzrə tərtib olunmuş aktda da, məhz, cavabdehə 715,50 manat məbləğində xidmət göstərildiyi və həmin məbləğin cavabdeh tərəfindən 46,13 manatının ödənildiyi təsbit olunmaqla, onun qalıq borcunun 669,37 manat təşkil etdiyi öz əksini tapmışdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 4.3-cü bəndindən görünür ki, partnyor tərəfindən haqqın ödənilməsi hesabatın reallaşdığı tarixdən 5 iş günü ərzində həyata keçirilməlidir. Cavabdeh tərəfindən qanunun qeyd olunan göstərişlərinə və müqavilənin sözügedən şərtlərinə lazımınca əməl olunmamış, iddiaçıya göstərdiyi xidmətlərə görə qeyd olunan 669,37 manat borcunu ödəməmiş, bununla da qarşılıqlı müqavilə öhdəliyini pozmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixdə müraciət ünvanlayaraq birtərəfli qaydada onunla bağlanmış müqaviləyə xitam vermişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndindən isə görünür ki, 10 təqvim günündən gec olmayaraq tərəflərdən birinin tələbi ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Belə olan halda, xx xxxxxx 2019-cu il tarixindən etibarən tərəflər arasındakı müqaviləyə xitam verilmiş olur. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından da göründüyü kimi, iddiaçının ödənilməsini tələb etdiyi 669,37 manat borc məbləği, xidmət müqaviləsinə xitam verilənə kimi, cavabdehin 2019-cu ilin iyun, iyul və avqust aylları üzrə iddiaçı tərəfindən ona göstərilən xidmətlərə görə yaranmış borcunu ehtiva edir. Mülki Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Cavabdehin birtərəfli qaydada müqavilədən çıxdığı nəzərə alındıqda, Məcəllənin qeyd olunan normasının tələbi baxımından, o, 2019-cu ilin qeyd olunan üç ayı üzrə yaranmış 669,37 manat məbləğində xidmət haqqı həddində iddiaçıya vurulmuş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəriin əvəzitni ödəməyə borcludur). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə əsas borc hissəsində iddia tələbinin tam təmin edilməsini faktlar-nöqteyi nəzərindən mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Belə olan halda isə MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, cavabdehin formal mülpahizələrinə görə həmin qətnamə ləğv edilə bilməz. Bundan əlavə, xidmət müqaviləsinin 7.1-ci bəndi ilə tərəflər razılaşmışlar ki, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müqavilənin qeyd olunan şərti əsas götürülməklə, xidmət haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməmiş məbləğin hər günü üçün 0.5 faizi hesabı ilə, cavabdehdən 587,01 manat cərimənin tutulmasının tələb olunması, hamıya bəlli olan pandemiya şəraitində sonuncunun əmlak vəziyyətinə və onun kiçik sahibkarlıq mənafeyinə münasibətdə tənasübsüzdür. Mülki Məcəllənin 467-ci maddəsi isə nəzərdə tutur ki, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qətnamədə Mülki Məcəllənin qeyd olunan normasına əsasən cavabdehdən tutulması tələb olunan cərimənin məbləğinin 587 manatdan 35 manata azaldılmasını - işin halları və qanunvericilyin tələbləri baxımından ədalətli nəticə kimi qiymətləndirir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin iddianın təmin olunan hissəsində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-497/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi mübahisələndirən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-497/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilimədən (mübahisələndirən hissələrində) saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-46/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-46/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver