Məhkəmə qərarları › İş №2-2(103)-462/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-462/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-462/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə4, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-321/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180923 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta edilmişdir.

2. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzinin yanması nəticəsində digər icarəçi hüquqi və fiziki şəxslər kimi "xxxx" MMC-yə də maddi ziyan dəymişdir.

3. İddiaçı tərəfindən müvafiq sənədlər hazırlanaraq cavabdehə təqdim edilməsinə baxmayaraq ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı bildirir ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı idarəsi tərəfindən 19 dekabr 2017-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisi və direktoru Qanuni nümayəndə1 olmuşdur. Bakı şəhəri 44 saylı notarial kontorunda təsdiq olunmuş 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC DƏDRX-dən verilmiş MA seriyalı ******* nömrəli, 07 may 2010-cu il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 Q ünvanında yerləşən və ümumi sahəsi 8920,45 kv.m olan qeyri-yaşayış sahəsini 25 dekabr 2017-ci il tarixdən 25 dekabr 2019-cu il tarixə qədər "xxxx" MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə1 icarəyə vermişdir. BA seriyalı 909738 nömrəli Daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta məbləği 180923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat müəyyən olunmuşdur. 11 aprel 2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X13 qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmaqla Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış "xxxx" və 03 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin birgə mülkiyyətlərində olan, müxtəlif növ kommersiya sahələrinin icarəyə verilməsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin 26 mart 2019-cu il tarixdə yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26.511.289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.422.063 manat, "xxxx" və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.859.888 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi 2.123.726 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi 3.394.400 manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında 1.103.500 manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı “Аzsığоrtа” Аçıq Səhmdаr Cəmiyyətində 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixədək 180923 mаnаt məbləğində sığоrtа оlunmuş "xxxx" MMC-nə külli miqdаrdа mаddi ziyаn dəymişdir. Həmçinin "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat vəsait direktor Qanuni nümayəndə1 tərəfindən ödənilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 "xxxx" MMC аdındаn "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Hаlbuki sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq ərizəyə də, rəsmi cavab verilməmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilərək təklifdə qeyd olunanların 10 gün ərzində qəbul edilməsi və ya tərəflərin mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlməsi təklif olunmuş, razılığa gəlmədikdə isə, ilkin mediasiya sessiyasının mediasiya təşkilatı tərəfindən aparılacağı nəzərə çatdırılmışdır. Lakin təklif 29 sentyabr 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq təklifə münasibət bildirilməmişdir. Buna görə də, 10 rəsmi iş günündən sonra "xxxx" MMC tərəfindən Bakı şəhəri 11 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Həmçinin "xxxx" MMC və Qanuni nümayəndə1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilərək orada qeyd olunanlara 5 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin pretenziyaya baxılmasına baxmayaraq buna da, münasibət bildirilməmişdir. İlkin mediasiya sessiyası 24 oktyabr 2022-ci il tarixə təyin olunmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. Buna görə də, Bakı şəhəri 11 saylı Mediasiya təşkilatı tərəfindən "xxxx" MMC-yə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə ödəməli olduğu sığorta ödənişi 180.773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 26 mart 2019-cu il tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir.

6. Cavabdeh iddiaya yazılı etiraz (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) təqdim edərək göstərmişdir ki, iddiaçı tərəf xx.xx.2019-cu il tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, sğorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona görə də təxminən xx.xx.2019-cu ildən başlanmaqla 7 iş günü ərzində cavabdeh iddiaçıya sığorta ödənişini həyata keçirməli idi. İddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edir, həmin məbləğin hesablanması qaydasına diqqət yetirildikdə məlum olur ki, hesablama 1272 gün (3 il 5 ay 23 gün) müddət üçün hesablanmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Bundan əlavə, cavabdeh mətbuatda açıqlama verərək bildirmişdir ki, "xxxx" ticarət mərkəzi bizdə sığorta olunmayıb, yalnız ona yaxın zərərçəkənlərdən şirkətimizə müraciət daxil olub”. O cümlədən həmin yanğın hadisəsindən zərər çəkmiş digər sığortalılara, tərəflərindən xx.xx.2019-cu ildə "xxxx" Firması, xx.xx.2019-cu ildə "xxxx" Firması, xx.xx.2019-cu ildə X4, xx.xx.2019-cu ildə "xxxx" MMC, xx.xx.2019-cu ildə Abdullayev Elçin Səhrab oğluna sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra müddətini 7 iş günü müəyyən etmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-321/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Belə ki, AR Mülki Məcəlləsinin 924.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Hazırki iş üzrə dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülmüş, dərhal cinayət işi başlanılaraq ibtidai araşdırma aparılmışdır. Sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müvafiq dövlət orqanlarının sığorta hadisəsinin baş verməsi faktını və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədi çıxış edir. Buraya inzibati orqanların, təhqiqat, istintaq, məhkəmə orqanlarının müvafiq araşdırmalar nəticəsində qəbul etdikləri qərarlar və. s daxildir. Bildirmək istəyirəm ki, AR Mülki Məcəllənin 916.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı sığorta ödənişinin verilməsi əsaslarında çıxış edir. Qeyd edilən sənədlər siyahısında “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası qanunun 17.1.4-cü maddəsinə əsasən təqsirli şəxs barəsində səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş sənədlərin olması mütləqdir. İşin faktiki hallarına nəzər yetirdikdə görürük ki, hazırkı iş üzrə təqsirli şəxs olan X1 barəsində hökm Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə qəbul edilmişdir. Buna görə də sözügedən iş üzrə tərəflərindən iddia müddəti ötürülməmişdir. Hazırkı iş üzrə tərəflərindən verilən iddia tələbi təmin olunmalıdır. Ancaq birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün yanaşmamış, qərəzli şəkildə iddia müddətinin guya tərəflərindən ötürüldüyünü əsas gətirərək iddia tələbini təmin etməmişdir. Sözügedən faktlar birinci instansiya məhkəməsinin qərəzsizliyinə şübhə yaratmaqdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanunun 17.1-ci maddəsinə əsasən İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin ödənilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarına səthi və qeyri-obyektiv yanaşaraq qərəzli şəkildə düzgün və ədalətli qətnamənin çıxarılmasında maraqlı olmamışdır. Belə ki, “İcbari Sığorta haqqında” qanunda nəzərdə tutulmuş qaydada hadisənin baş verməsində təqsirli olan şəxslər barəsində səlahiyyətli orqanın təqdim etdiyi arayış müvafiq sığorta ödənişin ödənilməsində tələb olunan sənədlər siyahısındadır. Ancaq hazırkı iş üzrə yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamışdır. Belə ki, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X8 tərəfindən tərtib edilmiş cinayət təqibinə xitam verməsi barədə 17 mart 2021-ci il tarixli, ********* saylı qərardan "xxxx" MMC-in direktoru X7, İddiaçı MMC-in direktoru Qanuni nümayəndə1, “Cin Bazarı” adlanan ticarət sahəsinin idarəçiliyi həyata keçirmiş X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verildiyi, əlavə olaraq "xxxx" MMC-nin direktoru X7 əməllərində CM-in 178.3.1, 213.2.1, 213.2.2, 308.2 ,313-cü maddələrinin tərkib əlamətlərinin olmaması ilə əlaqədar Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddələri ilə cinayət təqibinə xitam verildiyi aydın şəkildə görünür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmündən görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyi bildirilmişdir. Tərəflərindən iddia ərizəsinin məhkəməyə gec təqdim edilməsinin səbəbi məhz təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş cinayət təqibinin aparılması olmuşdur. Yəni ilk öncə təqsirləndirilən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada cinayət işi üzrə icraat aparılmalı, sonra isə kimin sözügedən işdə təqsirli olması müəyyən edilməli idi. Qeyd edir ki, sözügedən iş üzrə müəyyən sığorta ödənişinin ödənilməsi üçün təqsirli hesab edilən şəxs barəsində səlahiyyətli orqan tərəfindən təqdim edilən arayış olmalıdır. Müəyyən iş üzrə təqsirləndirilən şəxslərin olması onların cinayətin törədilməsində təqsirli olmasına dəlalət etmir. Ona görə də ilk öncə təqsirləndirilən şəxslər barəsində onların təqsirli olduğuna dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra cavabdeh "xxxx" ASC-yə müraciət oluna bilərdi. Bu səbəbdən sözügedən iş üzrə təqsirləndirilən şəxs barəsində hökm 2022-ci il tarixində qanuni qüvvəyə mindiyindən iddia müddətinin də başlanğıcı məhz həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası “İcbari Sığorta Haqqında” qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Göstərilən sənədlərin sonuncusuna “İcbari sığortalar haqqında Qanunun” 17.1-ci maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm də daxildir. Yalnız təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə mindikdən sonra tərəflərindən "xxxx" ASC-yə sığorta ödənişinin ödənilməsi barədə müraciət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmündən görünür ki, hazırki iş üzrə təqsirli şəxs elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən iş üzrə təqsirli şəxs barəsində hökm 2022-ci il tarixində qanuni qüvvəyə mindiyindən, iddia müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinin tələblərini unutmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Ancaq hazırkı iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm 2022-ci il tarixində qəbul edilmişdir. Yəni qanunun tələbindən də aydın şəkildə görünür ki, iddia müddəti ötürülməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilmişdir ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 və "xxxx" MMC Cavabdeh ASC-yə məlumat vermiş və tələb olunan sənədləri 1 (bir) ay müddətində təqdim etmişdir. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında etiraf etmişdir ki, hadisə baş verəndən 1 (bir) ay müddətinə müraciət olunub, texniki pasport, icarə və sığorta şəhadətnaməsi verilib, yanğın texniki rəylər var. 3 (üç) il 6 (altı) aydır ki, aralarında danışıqlar gedir, lakin onların müraciətinə cavab verilməmişdir. Onlar sığorta ödənişinin verilməsi ilə bağlı müraciət 1 (bir) ay keçməmiş etmişlər, bütün sənədləri təqdim etmişlər, lakin bildirildi ki, təqsirkar şəxs barəsində hökm çıxarıldıqdan sonra ödəniş veriləcəkdir. Bu səbəbdən daha əvvəl məhkəməyə müraciət etməmişlər. Qarşı tərəf sığorta ödənişinin verilməsi ilə bağlı müraciət edərək onlardan yalnız Fövqəladə Hallar Nazirliyinin aktını tələb etdilər. Həmin aktı da qarşı tərəfə təqdim etdilər. Təqdim olunmuş sənədlərin əskik olmaması ilə bağlı sığorta ödənişinin verilməməsinin mümkün olmaması barədə qarşı tərəf onlara məlumat verməmişdir. Hadisədən dərhal sonra Qanuni nümayəndə1 Cavabdeh ASC-yə məlumat vermiş, 1 (bir) ay müddətinə sənədləri təqdim etmişdir. 3 (üç) il 6 (altı) ay müddətinin keçməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməmişdir. Hadisə baş verəndən sonra 1(bir) ay müddətində bütün zəruri sənədlər cavabdehə təqdim olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində iddiaçı məlum sığorta hadisəsi (yanğın) haqqında cavabdehə dərhal məlumat vermə və tələb olunan sənədlərin 1 (bir) ay müddətində təqdim edilmə faktını etiraf (təsdiq) etmişdir. Cavabdeh də qeyd olunan halları mübahisələndirməmişdir. AR MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin iddiaçı apellyasiya şikayətində fərqli mövqe göstərərək qeyd etmişdir ki, iddiaçı baş vermiş hadisədən sonra təqsirləndirilən şəxslər barəsində qəbul ediləcək məhkəmə hökmünü gözləmiş, sonradan Cavabdeh ASCyə müraciət etmişdir. Bundan başqa iddiaçı “İcbari sığortalar haqqında” AR Qanununun 17.1.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, hazırkı situasiyada “arayış” dedikdə təqsirləndirilən şəxslər barəsində qəbul edilmiş məhkəmə hökmü nəzərdə tutulur və məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra iddia müddəti hesablanmalıdır. Qeyd olunur ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 "xxxx" MMC adından Cavabdeh ASC-yə məlumat vermiş və tələb olunan sənədlər sığorta şirkətinə hadisədən sonra 1 (bir) ay müddətində təqdim edilmişdir. Bu faktı cavabdeh də təsdiq edir. “İcbari sığortalar haqqında” AR Qanunun 17.1.4-cü maddəsində göstərilən “arayış”ın daşınmaz əmlakın icbari sığortası növünə münasibətdə nədən ibarət olmasına dair mövqelərini bildirirlər: “İcbari sığortalar haqqında” AR Qanununun 36-cı maddəsi daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrindən bəhs edir. Daşınmaz əmlakın yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma: hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi, qanunverici sığorta risklərinin dairəsini genişləndirərək, daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə icbari sığorta mexanizmini tətbiq etmişdir. Qeyd olunan hadisələr zamanı sığortaçının hadisənin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü və s. dövlət orqanlarının qərarını gözləməsi əlbəttə ki, “İcbari sığortalar haqqında” AR Qanununun 3.1.3-cü maddəsində göstərilən “sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması” prinsipinin tələbinin pozulmasına gətirib çıxarardı. Məsələn: yuxarıda sığorta hadisəsi kimi sadalanan subasma, yanğın, üçüncü şəxslərin hərəkətləri, yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerindən yayına və bununla da illərlə dövlət orqanları təqsirli şəxsi müəyyən etməyə bilər. Onda iddiaçının mövqeyi ilə razılaşsaq belə çıxır ki, sığorta şirkətləri illərlə icraatı dayandırmalı və təqsirli şəxsin müəyyən edilməsini gözləməlidir? Sığortalılar isə bu müddət ərzində sığorta ödənişini almamalı və bununla da pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia müddətində məhkəmələrə müraciət etməməlidir? Əlbəttə ki, yox. Əks halda bu cür yanaşma daşınmaz əmlakın icbari sığortası mexanizminin əhəmiyyətini itirmiş olar. AR Prezidentinin 28 noyabr 2019-cu il tarixli, № 1616 sərancamına əsasən Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2023-cü il tarixli, sş000500/2-7212029 saylı məktubla daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı sorğu verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2023-cü il tarixli, 6-1/2-2582/2023 saylı izahedici məktubunda göstərmişdir ki, ..mülki məsuliyyətin icbari sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi yetərlidir. Göründüyü kimi, təqsirin müəyyən edilməsi yalnız mülki məsuliyyətin icbari sığortası növü üçün nəzərdə tutulmuşdur. Belə ki, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunduğu halda, “Daşınmaz əmlakın sığortası” növündə hər hansı bir təqsir və məsuliyyətdən söhbət gedə bilməz. Ona görə də sığorta şirkətləri sığorta hadisəsinin baş verməsi faktına dair müvafiq sənədi əldə etdikdən sonra sığorta ödənişini həyata keçirməlidir. Cavabdeh ASC də öz növbəsində 3 (üç) il bundan qabaq cinayət işinin başlanması barədə qərarı qəbul etdikdən sonra digər sığortalılara sığorta ödənişini vermiş, lakin "xxxx" MMC-yə münasibətdə sığorta əməliyyatını həyata keçirməmişdir.

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

17. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

18. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

19. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

20. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

21. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

23. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

24. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

25. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

26. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

27. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.

28. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir.

31. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.

33. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

34. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

35. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbə Qapı 2,3; 2-ci mərtəbə - Qapı 4,5; 3-cü mərtəbə Qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.

43. 17 mart 2021-ci il tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X12, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X18 barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.

44. "xxxx" MMC ilə (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verir, icarəçi isə bu icarə müqaviləsində gələcəkdə “qeyri-yaşayış sahəsi” adlanacaq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, qapı 2 və 3, 1-ci mərtəbədə, 2-ci mərtəbədə qapı 4 və 5, 3-cü mərtəbədə Qapı 6-da aşağıdakı sahələri icarəyə götürür: 1137.7 kv.m əsas sahədən (zaldan) və 41,1 kv.m köməkçi sahədən (36,8 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1178,8 kv.m olan zirzəmini, 1137,7 kv.m əsas sahədən (Zaldan) və 41,1 kv.m köməkçi sahədən (36,8 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1178,8 kv.m olan zirzəmini, 945,65 kv.m əsas sahədən (zaldan) və 253,3 kv.m köməkçi sahədən (211,1 kv.m zirzəmiyə girişdən, 37,9 kv.m pilləkən qəfəsindən və 4.3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1198,95 kv.m olan 1-ci mərtəbəni; 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan ümumi sahəsi 1209,0 kv.m) olan 2-ci mərtəbəni 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1209,0 kv.m olan 3-cü mərtəbəni 1166,8 kv.m əsas sahədən (zaldan) və 42,2 kv.m) köməkçi sahədən (36,9 kv.m pilləkən qəfəsindən və 4,3 kv.m liftdən) ibarət olan, ümumi sahəsi 1209 kv.m olan 4cü mərtəbəni 924,9 kv.m əsas sahədən (zaldan) və 156,7 kv.m köməkçi sahədən ( 63,4 kv.m pilləkən qəfəsindən 4.,3 kv.m liftdən) 89,0 kv.m dəhlizdən (eyvandan) ibarət olan, ümumi sahəsi 1081,6 kv.m olan 5-ci mərtəbəni 655,3 kv.m dam üstü mərtəbəsində yerləşən sahəni cəmi birlikdə 8920,45 kv.m olan sahəni icarəyə götürür.

45. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180923 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta edilmişdir.

46. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CMnin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum ediməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90000 (doxsan min) manat pulun 40000 (qırx min) manatının zərərçəkmiş şəxs X2, 50000 (əlli min) manatının zərərçəkmiş şəxs X5 verilməsi hökm edilmişdir.

47. Cavabdeh tərəfindən tərtib edilmiş 05 aprel 2019-cu il tarixli 1155/CFİ-143/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş A.Salmanovaya Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 2383-2387 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 6500 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 500 manat azadolma məbləği çıxılaraq faktiki 6000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

48. Cavabdeh tərəfindən tərtib edilmiş 12 iyun 2019-cu il tarixli 1482/CFİ-131/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş X11 rayonu, C.ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakda xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 8100 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 100 manat azadolma məbləği çıxılaraq faktiki 8000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

49. Cavabdeh tərəfindən tərtib edilmiş 12 iyun 2019-cu il tarixli 1488/Fİ-045/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş X11 rayonu, C.ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 18000 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 1000 manat azadolma məbləği çıxılaraq faktiki 17000 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

50. Cavabdeh tərəfindən tərtib edilmiş 22 may 2019-cu il tarixli 1375/CFİ-132/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş "xxxx" MMC-yə Nizami rayonu, Q.Qarayev və C.Naxçıvanski küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 9637 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 150 manat azadolma məbləği çıxılaraq faktiki 9487 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

51. Cavabdeh tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli 1031/CFİ-133/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş “ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 11120 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 1000 manat azadolma məbləği çıxılaraq faktiki 10120 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

52. Cavabdeh tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli 1033/CFİ-134/2019 nömrəli sığorta aktından görünür ki, zərər çəkmiş "xxxx" Firmasına Nizami rayonu, C.ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar 2937 manat məbləğində zərər müəyyən edilmiş, müəyyən edilmiş zərərdən 150 manat azadolma məbləği çıxılaraq faktiki 2787 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

53. 26 mart 2019-cu il tarixli Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.

54. 02.05.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən Elektron Elmi-İstehsalat MMC-yə 6000 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" Firmasına 2787 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" Firmasına 10120 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 9487 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə Abdullayev Elçin Səhrab oğluna 17000 manat, xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı ilə Abdullayev Elçin Səhrab oğlunun hesabına 8000 manat pul köçürülmüşdür.

55. Hazırkı halda xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı, cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

56. Cavabdeh də iddiaçıya sığorta ödənişinin həyata keçirilməli olduğunu, lakin iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddəti ötürülməklə müraciət edildiyini bildirir.

57. İş materiallardan görünür ki, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

58. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddia qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, birinci instansiya məhkəməsi həmin ərizəyə əsaslanaraq iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

59. İddiaçı hazırkı iddia ilə məhkəməyə iddia müddəti ötürülməklə müraciət edilməsinin səbəbi kimi cavabdehin onlara yanğın baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişini həyata keçirəcəklərini bildirmələri ilə əsaslandırmışdır.

60. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmünə əsasən, X6 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum ediməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

61. Cavabdeh isə iddiaçı tərəfin xx.xx.2019-cu il tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etdiyini, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etdiklərini, ona görə də təxminən xx.xx.2019-cu ildən başlanmaqla 7 iş günü ərzində cavabdehin iddiaçıya sığorta ödənişini həyata keçirməli olduğunu bildirmişdir.

62. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı halda iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə qədər məhkəməyə müraciət etməli olduğu halda iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

63. İddiaçı apellyasiya şikayətində mövqeyini tamamilə dəyişərək iddia müddətini ötürmədiklərini, “İcbari sığortalar haqqında Qanunun” 17.1.4-cü maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökmün də təqdim edilməli sənədlər arasında olması səbəbindən həmin müddəti gözlədiklərini bildirmişdir.

64. “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlər siyahısına daxil edilmişdir.

65. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən normada sığorta hadisəsinin baş verməsi faktına dair sənəd nəzərdə tutulur ki, bu da hazırkı halda “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” xx.xx.2019-cu il tarixli qərar ola bilərdi, hansı ki, həmin qərarda xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanda yerləşən "xxxx" Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsi öz əksini tapmışdır.

66. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini dəyişmiş olsa belə yenə də birinci instansiya məhkəməsində müdafiə etdiyi mövqeyini təkrarlayaraq cavabdeh tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyinin bildirildiyini qeyd etmişdir.

67. İddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı sorğu verilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2023-cü il tarixli, 6-1/2-2582/2023 saylı məktubunda qeyd etmişdir ki, Mülki Məcəllənin 933.1.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirilir. “İcbari sığortalar haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən isə sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. Qanunun 13.1-ci maddəsinə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Göründüyü kimi, mülki məsuliyyətin sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi və tələb olunan sənədlərin əldə edilməsi yetərlidir.

68. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi ilə əlaqədar nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir.

69. Odur ki, birinci instansiya məhkəməsinin hazırkı iddianın rədd edilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş mediasiya xərci və dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

71. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

72. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-321/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar