Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-462/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 09 sentyabr 2022-ci il tarixli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən 342.035,70 manat borcun, 5000 manat dəbbə pulunun, mediasiya üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 238 manat dövlət rüsumunun, cəmi 347.673,70 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 333.395,7 manat məbləğində əsas borc, 5000 manat məbləğində dəbbə pulu, cəmi 338.395,7 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 400 manat və mediasiya xərclərinin əvəzi olaraq 220 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2-2(113)-4765/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi və vəkili hazırkı apellyasiya şikayətini qətnamədən qətnamə cavabdeh tərəfindən rəsmi qaydada aldıqdan 1 ay 28 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apellyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün cavabdehin nümayəndəsi və vəkilinin istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4765/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4765/2023 saylı qərardadı ilə (hakim Leyla Əliyeva) şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2-2(113)-4765/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, müddətin bərpası barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2-2(113)-4765/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh münasibətdə buraxılmamış hesab edilmiş və apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(113)- 4765/2023 saylı qərardadının ləğv olunmasını, qarşı tərəfin şikayətinin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün sonuncu gün 07 yanvar 2024-cü il tarixi olmuş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, 05 fevral 2024-cü il tarixdə təqdim etmişdir. Bununla da, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin məhkəmə həmin müddəti ötürülməmiş hesab edərək düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsini səhv təfsir etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyi üçün və Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə bu şəxsin həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirildiyi üçün sözügedən məhkəmə sənədi (qətnamə) rəsmi qaydada verilmiş hesab olunmalıdır və müddət buraxılmamış hesab oluna bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qarşı tərəfin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Qarşı tərəf isə müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə 05 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qanunla nəzərdə tutulmuş 1 aylıq müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Qətnamənin surətinin poçt vasitəsilə də göndərilməsi faktı vəziyyəti dəyişdirmir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə sənədləri şəxslərin «elektron kabinet»lərində yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qətnamənin 07 dekabr 2023-cü il tarixdə qarşı tərəfin elektron kabinetinə yerləşdirilməsini nəzərə alsa da apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərərək səhvə yol vermişdir. Qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2-2(113)-4765/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4765/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin xx.xx.2023-cü il tarixdə elektron kabinetdə (EMİS) yerləşdirilməsini təsdiq edən (xx.xx.2023-cü il tarixdə çap edilmiş) çıxarışına əsasən müəyyən edilmişdir ki, qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixə Cavabdeh “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. olmamışdır. Yəni qətnamə həmin tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilsə də, bu barədə məlumat sonuncuya elektron qaydada çatdırılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin Cavabdeh MPM-in 135.8ci maddəsində müəyyən edilmiş qaydada (elektron kabinetə yerləşdirmə barədə elektron poçt, SMS və s. vasitəsilə məlumat verilməklə) çatdırılması və belə olan halda cavabdehin qətnaməni elektron kabinetə yerləşdirildiyi tarixdə rəsmi qaydada alması iş materialları ilə müəyyən edilmir. Bundan başqa işdən görünür ki, qətnamə kağız daşıyıcıda poçt vasitəsilə də cavabdehə göndərilmiş, lakin məktub "bu ünvanda yaşamır" qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan sənədlərə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin Cavabdeh tərəfindən buraxılması barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 10-1.1-ci maddə-elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddə-məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddə-kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.8-ci maddə-kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımının hesablanması üçün qətnamənin rəsmi təqdim edilməsi tələbi müəyyən edilmişdir. Prosessual qanunvericiliyin tələbinə əsasən kommersiya mübahisəsi üzrə qətnamənin rəsmi təqdim edilməsi- onun işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirilməsi və ona bu barədə sistem vasitəsilə elektron qaydada məlumatın çatdırılmasını nəzərdə tutur. Qətnamə yerləşdirilsə də bu barədə rəsmi məlumat göndərilməmişsə rəsmi təqdim etmə baş tutmuş sayılmır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, hazırkı halda cavabdehə qətnamənin rəsmi təqdim edilməsi təsdiq edilmədiyi üçün onun tərəfindən prosessual müddətin buraxıldığı müəyyən edilmədiyindən müddətin bərpası üçün də əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4765/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4765/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-462/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-462/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver