Məhkəmə qərarları › İş №2-2(103)-464/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-464/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-464/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, cavabdehin nümayəndələri Nümayəndə və Vəkil2 (həm də vəkili) iştirakı ilə. İddiaçı-nin cavabdeh «Cavabdeh» MMC-yə qarşı «alqı-satqı müqavilələri üzrə əsas borcun və ona hesablanmış cərimənin tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Cavabdeh» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013- cü il tarixli, xx xxxxx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli müqavilələr üzrə 3.758.500 manat əsas borcun, müqaviləyə əsasən hesablanmış 14.842.188 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 18.600.718 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli, xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli, xx xxxxx 2013-cü il tarixli LG- 014/300 nömrəli və xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli “Nəqliyyat vasitələrinin alqı-satqısı” haqqında müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən cavabdehə 56 ədəd nəqliyyət vasitəsi satılmışdır. O cümlədən: - xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli müqaviləyə əsasən hər birinin dəyəri 66101,70 manat, 18 % ƏDV-si 11898.3 manat olmaqla cəmi 78.000 manatdan , ümumilikdə 15 ədəd ƏDV daxil 1170000,00 manat dəyərində olan DAEWOO (BS090) markalı nəqliyyat vasitələri 237444 saylı DƏL seriyalı xx xxxxxx 2013-cü il tarixli qaiməfaktura əsasında cavabdehə satılmış və onun tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2013cü il tarixli DƏN seriyalı 201342 saylı kassa mədaxil orderinə əsasən 175000 manat, xx xxxxxx 2013- cü il tarixli DƏN seriyalı 201350 saylı kassa mədaxil orderinə əsasən 229500 manat, xx xxxxx 2013-cü il tarixli DƏN seriyalı 607352 saylı kassa mədaxil orderinə əsasən 205000 manat ödənişlər edilmiş və xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli müqavilə üzrə cəmi 609500 ödəniş edilmiş və qeyd edilən müqavilə üzrə xx xxxxx 2013-cü il tarixə 560.500 manat borcu qalmışdır; - xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV(cəmi 78.000), ƏDV daxil olmaqla ümumi dəyəri 1248000,00 manat olan nəqliyyat vasitələri 16 ədəd DAEWOO (BS090) markalı nəqliyyat vasitəsi cavabdehə satılmış və 237448 saylı DƏL seriyalı xx xxxxxx 2013-cü il tarixli qaimə-Faktura əsasında cavabdeh tərəfindən təhvil alınmış, lakin həmin nəqliyyat vasitələrinin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. - xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli müqaviləyə əsasən 20 ədəd DAEWOO (BS090) markalı hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV (cəmi 78.000), ƏDV daxil olmaqla ümumi dəyəri 1560000,00 manat olan, nəqliyyat vasitələri cavabdehə satılmış və 237456 saylı DƏL seriyalı xx xxxxx 2013-cü il tarixli qaimə-qaktura əsasında təhvil alınmış, lakin cavabdeh həmin pulu ödəməmişdir; -xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV (cəmi 78.000), ümumi dəyəri ƏDV daxil olmaqla 390.000,01 manat olan 5 ədəd DAEWOO (BS090) markalı nəqliyyat vasitəsii cavabdehə satılmış və 237474 saylı DƏL seriyalı xx xxxx 2013-cü il tarixli qaiməfaktura əsasında cavabdeh tərəfindən təhvil alınmış, lakin nəqliyyat vasitələrinin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: «İddia tələbi qismən təmin edilsin. «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətindən 3.758.500 (üç milyon yeddi yüz əlli səkkiz min beş yüz) manat məbləğində əsas borc və müqaviləyə əsasən hesablanmış 187.925 manat məbləğində cərimə, cəmi 3.946.425 manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6,36 (altı manat otuz altı qəpik) manat məbləği «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin, qalan 23,64 (iyirmi üç manat altmış dörd qəpik) manat məbləği İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin.» Cavabdeh həmin qətnamədən apellyasiiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qeyri-obyektiv baxmış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə MPM-in 89.3-cü maddəsinə zidd olaraq kserosurət sənədlərə istinad etmiş, iddiaçının əslini təqdim etdiyi DƏL 237473 saylı qaimə fakturanın üzərində yazılmış «Ləğv» sözünə əhəmiyyət verməmişdir. İddia olunan 56 ədəd avtobusdan 55 ədədi AR DİN BDYPİ-in xx.xx.20219-cu il tarixli məktuğbuna əsasən iddiaçı tərəfindən deyil, «xxxx» MMC tərəfindən cavabdehə satılmış və onun adın qeydiyyata alınmış, digər bir ədədi isə şassi nömrəsi olmadığından qeydiyyata alınmamışdır. Cavabdehin adına rəsmiləşdirilmiş texniki pasportlarda qeydiyyata alınmanın əsası kimi «xxxx» MMC-nin adına verilmiş gömrük bəyannamələri və hesab arayış təsbit olunmuşdur. Məhkəmə cavabdehin KL5UK42HEDU005757 şassi nömrəli Daevoo» BS090 markalı avtobus olmadığ barədə dəlillinə əsassız olaraq qətnamədə xx.xx.2013-cü il tarixli qaimə faktura ilə 6 ədəd avtobusun cavabehə təhvil verildiyini bildirmiş, lakin AR DİN Baş Dövlət Yol-Polisi İdarəsinin qeyd olunan məktubunda belə şassi nömrəsinin qeydiyyata alınmadığı bildirilmişdir. Məhkəmə həmçinin iddiaçının özü tərəfindən tərtib olunmuş kassa mədaxil orderlərinə istinad etmişdir. Məhkəmə, iddianın təmin etməklə «xxxx MMC tərəfindən cavabdehə satılmış və onun adına qeydiyyata alınmış avtomobillərə dair şəhadətnmələri şübhə altına almışdır. İddiaçının istinad etdiyi müqavilələr qanunauyğun formaya da malik deyil. Çünki nəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əmlak olduğundan, Mülki Məcəllənin 139.1 və 139.2-ci maddələrinin tələbləri, habelə «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 №-li fərmanına əsasən avtonəqliyyat vasitəsi üzərində hüquqlar və məlumatlar rəsmi reyestrə daxil edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq olumuş «Mexaniki nəqlimyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyaitından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 2.3-cü bəndinə əsasən hüquqi şəxslərin nəqliyyat vasitələrə dövlət qeydiyyatına alınmalıdır. Həmin Əsasnamənin 1 saylı Əlavəsinə əsasən nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinin nümunəvi forması təsdiq edilmiş və müəyyən olunmuşdur ki, bir nüsxəsi DYP-də saxlanılır. Beləliklə də, iddiaçı tərəfindən əgər cavabdehlə alqı-satqı müqavilələri bağlanmışdırsa, qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməli idi. Göründüyü kimi, iddia olunan alqı-satqı müqavilələri qanunda müəyyən edilən formada bağlanmamışdır. Belə olan halda, Mülki Məcəllənin 329.1-ci və həmin Məcllənin 337-ci maddələrinin tələbləri baxımından həmin müqavilələr öz-özlyündə etibarsız olan, əhəmiyyətsiz müqavilələrdir. Digər bir tərəfdən iddiaçının istinad etdiyi müqavilələr satıcı (iddiaçı) tərəfindən səlahiyyəti olmayan şəxs (direktor kimi R.M.Məmmədov) tərəfindən imzalandığı halda, Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, müqavilələr bağlanarkən müəssisə direktoru mövcud olmamışdır. Məhkəmə işə baxarkən qeyd olunanlara əhəmiyyət verməmişdir. Bundan əlavə məhkəmə icraatına xitam verilmiş iddia ərizəsinə istinad etmişdir. Lakin məhkəmə həmin iddia ərizəsi üzrə işə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarizxli 2-2(81)-16/2019 saylı qərardadı ilə xitam verildyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 146, 376.2-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin iddia ərizəsində istinad olunan faktiki hallarından göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını 56 ədəd nəqliyyat vasitəsinin alqı-satqısına dair sadə yazılı formada bağlanmış alqı-satqı müqavilələri təşkil edir. Belə olan halda, birinci növbədə həmin müqəvilələrin etibarlılığı, yəni, həmin müqavilələrin qanunla müəyən edilən formaya uyğun bağlanıb dağlanmadığı müəyyənləşdirilməlidir. Çünki Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Mübahisəlndirlən alqı satqı müqavilələrindən isə görünür ki, alqı-satqının predmetini daşınar əmlak, yəni, nəqliyyat vasittələri (avtobuslar)təşkil edir. Mülki Məcəllənin 139.2-ci maddəsinin tələbində nəzərədə tutulur ki, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunvericiliyinə tələblərinə, o cümlədən: -«Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 saylı Fərmanının 2-ci bəndi ilə təsdiq olunmuş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı»nın (2 saylı Əlavənin) 2-ci bəndinə əsasən: -«Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və müəhərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli markalı modeli mexaniki nəqliyyat vasiələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılan «Daşınar əmlakın rəsmi reyestrində» qeydə alınır; Eyni zamanda, AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 saylı qərarı ilə təsdiq olumuş «Mexaniki nəqlimyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyaitından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 2.3-cü bəndinə əsasən hüquqi şəxslərin nəqliyyat vasitələrə dövlət qeydiyyatına alınmalı, Əsasnamənin 1 saylı Əlavəsinə əsasən isə nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinin nümunəvi forması təsdiq edilmiş və bir nüsxəsi DYPdə saxlanılması qaydası müəyyən olunmuşdur.. Mübahisəli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrindən isə aydın olur ki, bağlanarkən qanunvericiliyin qeyd olunan formasına riayət olunmamış, tərəflər arasında sadə yazılı formada bağlanmışdır. Belə olan halda, Mülki Məcəllənin qeyd olunan 329.1-ci maddəsinin, habelə, 337.1-ci maddəsinin imperativ tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri baxımından, şəmin müqavilələr qanunla müəyyən edilmiş forma tələbləri pozulmaqla bağlanmış müqavilələr kimi etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsi isə nəzərdə tutur ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının istinad etdiyi etibarsız alqı-satqı müqavilələrinin hüquqi nəticəsi ola bilməz. Ona görə də cavabdeh qarşı qeyd olunan müqavilələrə istinad olunan pul tələbi də əsassızdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin həmin müqavilələrin etibarsızlığını mübahisələndirən dəlilləri ilə razılaşır. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş alqı-satqı müqavilələri əsilləri də deyil, düzlüyü təsdiq olunmayan kserosurətləridir və cavabdeh tərəfi onları sübut kimi qəbul etmir əsillərinin təqdim olunmadığını mübahisələndirir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşır. Ən azından ona görə ki, MPM-in 89.3-cü maddəsinin tələbinə görə məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Həmçinin qeyd olunmalıdır ki, həmin müqavilələr satıcı (iddiaçı) tərəfindən səlahiyyəti olmayan şəxs (direktor R.M.Məmmədov) tərəfindən imzalanmışdır. Belə ki, İş materiallarında olan Vergilər Nazirliyinin Milli X1 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2017-ci il tarixli məktubana və ona əlavə olunmuş təsis sənədəlrinə (reyestrdən çıxarışlara) əsasən müəyyən olunur ki, həmin müqavilələr bağlanarkən iddiaçının «R.M.Məmmədov» adında qanuni təmsilçi(direktor) mövcud olmamış, reyestrdə qanuni təmsilçi kimi tamamilə başqa şəxslər qeydiyyata alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlara hüquqi qiymət verilməmişdir. Qətnamədə məhkəmənin isinad etdiyi, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi xx xxxxxx 2013-cü il tarixli 237448 saylı qaimə-fakturanın əslinə gəldikdə isə, həmin qaimə fakturanın üzərində - aşağı sol güncündən yuxarı sağ küncünə doğru istiqamətdə iri hərflərlə yazılmış «Ləğv» sözünə diqqət yetirməmiş, onda olan məlumatların həqiqiliyini, əsasassız olaraq qəbul etmişdir. İddiaçı tərəfin istinad etdiyi kassa mədaxil orderlərində təsbit olunan ödənişlərin də mötəbərliyi qəbul olunmazdır. Çünki, ən azından həmin kassa mədaxil orderləri birtərəfli qaydada iddiaçının özü tərəfindən tərtib olunmuş və yalnız rəhbərin imzası ilə təsdiq olunmuşdur (baş mühasib və kassir qarşısında imzalar mövcud deyil). Cavabdeh tərəfi şəmin orderlərdə göstərilən məlumatların həqiqliyni qəbul etmədiyi və iddiaçı tərəfindən də həmin məlumatların həqiqliyi digər sübutetmə vasitələri ilə sübuta yetirilmədiyi təqdirdə, həmin orderlərdə təsbit olunan ödənişlərin mötəbər hesab oluna bilməz. İş materiallarına əsasən müəyyən edilən iş üçün əhəmiyyət kəsb edən hallardan biri də ondan ibarətdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in xx.xx.20219-cu il tarixli məktubuna və ona əlavə olunmuş materiallara və mübahisəli nəqliyyyat vasitələrinə dair qeydiyyat şəhadətnamələrinə əsasən müəyyən olunur ki, «xxxx» MMC ilə «Cavabdeh» MMC arasında bağlanmış alqı-satqı müqavilələri BDYPİ-də həyata keçirilmiş və həmin idarə tərəfindən də nəqliyyat vasitlərəi dövlət reyestrində cavabdehin adına qeydə alınmış və ona müvafiq qeydiyyat şəhadətnamələri verilmişdir. Həmin qeydiyyat şəhadətnaəmlərdə isə qeydiyyatın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: «Göm.bəy.Hesab-arayış 504379 «xxxx» MMC Göründüyü kimi, cavabdehin əldə etdiyi nəqliyyat vasitələri «xxxx» MMC-nin adına idxal olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnamədə, iddiaçı tərəfin təqdim etdiyi Dövlət Gömrük Komitəsinin xx xxxx 2019-cu il tarixli məktubuna əlavə edilmiş məlumatlara (5-ci cild iş vərəqi: 19-25) istinadən mübahisəli avtobusların iddiaçı tərəfindən ölkəyə idxal olunduğunu və cavabdehə satıldığı qənaətinə gəlməsi ilə ildə də razılaşmaq mümkün deyil. Çünki, məhz məktuba əlavə olunmuş həmin məlumat cədvəlində təsbit olunan nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun formada bağlanmış alqı-satqı müqavilələri əsasında cavabdehə satılmasını təsdiq edə bilən müqavilələr mövcud deyil. Digər tərəfdən, həmin cədvəl məlumatlarındakı nəqliyyat vasitələrinin göstəricilərinin (şassi nömrəsi və s) məhz, mübahisəli alqı-satqı müqavilələrində belə göstəricilər mövcud olmadığı halda, məhkəmənin hansı əsasdan çıxış edərək, onların iddiaçı tərəfindən cavabdehə satılmış nəqliyyat vasiələri olduğu nəticəsinə gəlməsi qeyri-müəyyəndir. Eyni zamanda, tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanmasının təsdiq edən hal kimi, «Cavabdeh» MMC-nin baş direktoru Faiq Seyidov tərəfindən imzalanmış və İddiaçı-yə qarşı «alqı-satqı müqavilələrinin ləğvinə dair» 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsinə istinadən, məhkəmənin, mübahisələndirilən nəqliyyat vasitələrinin iddiaçı tərəfindən cavabdehə, məhz, hazırkı mübahisənin predmetini təşkil edən alqı-satqı müqavilələri əsasında satıldığı qənatinə gəlməsi, həmin iş üzrə yekun məhkəmə aktı mövcud olmadığı halda səhv qiymətləndirmədir və həqiqəti əks etdirən hal kimi qəbul oluna bilməz. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunvericiliyin tələbləri nəzərə almamış, qətnamədə gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Həmin hallar isə MPM-in 385.1ci maddəsinin tələbinə görə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «Cavabdeh» MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı-nin iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar