Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-470/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1548/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 10612,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 20417,23 manat, İşsizlikdən sığorta fonduna olan 850,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 257,7 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “CREATİVE HORSE" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 2240,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 1844,17 manat, faizlər üzrə 355,93 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 18,39 manat, İşsizlikdən sığorta fonduna 17,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 48,45 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 94,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 2344,25 manat, dövlət büdcəsinə 4556,07 manat məbləğində (o cümlədən, vergilər üzrə 3762,18 manat, faizlər üzrə 713,89 manat, maliyyə sanksiyası üzrə 80 manat), İcbari Tibbi Sığorta Fonduna 239,31 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 264,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 193,53 manat, faizlər üzrə 70,65 manat), “SOCİAL HUB" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 15364,48 manat, İşsizlikdən sığorta fonduna 632,29 manat, dövlət büdcəsinə 3237,73 manat məbləğində (o cümlədən, faizlər üzrə 3237,73 manat), "xxxx" MMCnin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2660,05 manat, dövlət büdcəsinə 314,18 manat məbləğində (o cümlədən, faizlər üzrə 314,18 manat), İşsizlikdən sığorta fonduna 107,08 manat olmaqla, ümumilikdə 32137,86 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********520900, xx.xx.2022-ci il tarixli **********552600, xx.xx.2022-ci il tarixli **********548100, xx.xx.2022-ci il tarixli **********233200, xx.xx.2022-ci il tarixli **********355700, xx.xx.2022-ci il tarixli **********450200, xx.xx.2022-ci il tarixli **********940000, xx.xx.2020-ci il tarixli **********835700, xx.xx.2021-ci il tarixli **********735900, xx.xx.2021-ci il tarixli **********823500, xx.xx.2021-ci il tarixli **********546500, xx.xx.2021-ci il tarixli **********985000, xx.xx.2021-ci il tarixli **********978200, xx.xx.2021-ci il tarixli **********986700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1548/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs öz vergi öhdəliklərinin icra edilməsindən yayınmır və davamlı şəkildə ödənişlər edilir. Müəyyən ardıcıl ödənişlərlə bağlı sənədlər təqdim edilsə də, məhkəmə həmin sənədləri nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.
17. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan “CREATİVE HORSE" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin, "xxxx" MMC-nin (VÖEN: **********), “SOCİAL HUB" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqələri və vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********520900, xx.xx.2022-ci il tarixli **********552600, xx.xx.2022-ci il tarixli **********548100, xx.xx.2022-ci il tarixli **********233200, xx.xx.2022-ci il tarixli **********355700, xx.xx.2022-ci il tarixli **********450200, xx.xx.2022- ci il tarixli **********940000, xx.xx.2020-ci il tarixli **********835700, xx.xx.2021-ci il tarixli **********735900, xx.xx.2021-ci il tarixli **********823500, xx.xx.2021-ci il tarixli **********546500, xx.xx.2021-ci il tarixli **********985000, xx.xx.2021-ci il tarixli **********978200, xx.xx.2021-ci il tarixli **********986700 nömrəli bildirişlərlə təsdiq olunur.
18. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.
19. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqələrindən də görünür ki, “CREATİVE HORSE" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 2240,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 1844,17 manat, faizlər üzrə 355,93 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 18,39 manat, İşsizlikdən sığorta fonduna 17,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 48,45 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 94,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 2344,25 manat, dövlət büdcəsinə 4556,07 manat məbləğində (o cümlədən, vergilər üzrə 3762,18 manat, faizlər üzrə 713,89 manat, maliyyə sanksiyası üzrə 80 manat), İcbari Tibbi Sığorta Fonduna 239,31 manat, "xxxx" MMCnin (VÖEN: **********) dövlət büdcəsinə 264,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 193,53 manat, faizlər üzrə 70,65 manat), “SOCİAL HUB" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 15364,48 manat, İşsizlikdən sığorta fonduna 632,29 manat, dövlət büdcəsinə 3237,73 manat məbləğində (o cümlədən, faizlər üzrə 3237,73 manat), "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2660,05 manat, dövlət büdcəsinə 314,18 manat məbləğində (o cümlədən, faizlər üzrə 314,18 manat), İşsizlikdən sığorta fonduna 107,08 manat olmaqla, ümumilikdə 32137,86 manat ödənilməmiş borcu vardır. Maraqlı şəxs isə müəyyən ödənişlərin etdiyini bildirsə də, qeyd olunan borcların tam ödənilməsinə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir.
20. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn