Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-470/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X1 Cavabdeh ASC-yə qarşı “meqavilənin etibarsız hesab edilməsi və mənzilin girovdan azad edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-138/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh ASC (bank) ilə X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2013-cü il tarixli H220KK13-H06713 nömrəli kredit sazişi bağlanmışdır.
2. Həmin sazişə görə (1. Müqavilə üzrə əsas öhdəlik) veriləcək kreditin məbləği - 270.000 ABŞ dolları (211761 manat ekvivalentində), kreditin müddəti – 36 ay, kreditin faizi - illik 19% (FİFD 19,8%), kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması, cərimə məbləği – digər şərtlərin C bəndi üzrə gündəlik 0,5% olaraq müəyyən edilmişdir. (2. Digər şərtlər) Bu kredit sazişi 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə əsasında bağlanmış və onların tərkib hissəsidir.
3. Cavabdeh ASC (bank) ilə X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2016-cı il tarixli H030KR16-H06713 nömrəli kredit sazişi bağlanmışdır.
4. Həmin sazişə görə (1. Müqavilə üzrə əsas öhdəlik) veriləcək kreditin məbləği - 220.000 ABŞ dolları, kreditin müddəti – 30 ay, kreditin faizi - illik 15% (FİFD 15%), kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması, cərimə məbləği – digər şərtlərin C bəndi üzrə gündəlik 0,5% olaraq müəyyən edilmişdir. (2. Digər şərtlər) Bu kredit sazişi 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə əsasında bağlanmış və onların tərkib hissəsidir.
5. Cavabdeh ASC (bank) ilə X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2016-cı il tarixli İ043KR16-H06713 nömrəli kredit sazişi bağlanmışdır.
6. Həmin sazişə görə (1. Müqavilə üzrə əsas öhdəlik) veriləcək kreditin məbləği – 373385 manat, kreditin müddəti – 24 ay, kreditin faizi - illik 18% (FİFD 18%), kreditin məqsədi – restruktrizasiya, cərimə məbləği – digər şərtlərin C bəndi üzrə gündəlik 0,5% olaraq müəyyən edilmişdir. (2. Digər şərtlər) Bu kredit sazişi 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə əsasında bağlanmış və onların tərkib hissəsidir.
7. Cavabdeh ASC (bank) ilə İddiaçı2 (zamin) arasında 19 dekabr 2013-cü il tarixli, Z- H06713 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri təmin etmək üçün bağlanmış, limitin məbləği 500.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmişdir.
8. Cavabdeh ASC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) və X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli “əsas öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, FK098/2005 saylı, xx.xx.2005 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə” razılaşmaya əsasən, bu müqavilə ipoteka qoyan İddiaçı2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 7 saylı evin, 34 saylı (5 otaq, 68,03 kv.m yaşayış sahəsindən ibarət) mənzili (ipoteka predmetini) Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 16 iyun 2010-cu il tarixli, AK027/Ə/2010 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitindən istifadə edilməsi ilə bağlı xüsusi müqavilələrdən əmələ gələn öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, limitin məbləği 1.000.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmiş, eləcə də Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri təmin etmək üçün bağlanmış, limitin məbləği 500.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmişdir.
9. Cavabdeh ASC (ipoteka saxlayan) ilə İddiaçı4 (ipoteka qoyan) və X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli “əsas öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, AK133/2007 saylı, xx.xx.2007 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə” razılaşmaya əsasən, bu müqavilə ipoteka qoyan İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, «D» yaşayış sahəsi, 21 saylı evin, 107 saylı (4 otaq, 63,32 kv.m yaşayış sahəsindən ibarət) mənzili (ipoteka predmetini) Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 16 iyun 2010-cu il tarixli, AK027/Ə/2010 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitindən istifadə edilməsi ilə bağlı xüsusi müqavilələrdən əmələ gələn öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, limitin məbləği 1.000.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmiş, eləcə də Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri təmin etmək üçün bağlanmış, limitin məbləği 500.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmişdir.
10. Cavabdeh ASC (ipoteka saxlayan) ilə İddiaçı1 (ipoteka qoyan) və X4 (kredit alan) arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli “əsas öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, AK029/2010 saylı, xx.xx.2010 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə” razılaşmaya əsasən, bu müqavilə ipoteka qoyan İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı (4 otaq, 128.86 kv.m ümumi, 70.83 kv.m yardımçı, 58.03 kv.m yaşayış sahəsindən ibarət) fərdi yaşayış evi (ipoteka predmetini) Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 16 iyun 2010-cu il tarixli, AK027/Ə/2010 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitindən istifadə edilməsi ilə bağlı xüsusi müqavilələrdən əmələ gələn öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, limitin məbləği 1.000.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmiş, eləcə də Cavabdeh ASC ilə kredit alan X4 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən əmələ gələn öhdəlikləri təmin etmək üçün bağlanmış, limitin məbləği 500.000 manat məbləğində, limitin müddətinin 60 ay, maksimal faiz dərəcəsi illik 30 % olması müəyyən edilmişdir.
11. Azərbaycan Kredit Bürosu MMC-nin Azərbaycan Kredit Bürosunun xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, borcalan X2: H030KR16-H06713 saylı hesab nömrəsi üzrə xx.xx.2016-cı ildə 220000 ABŞ dolları kredit verilmiş, kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi – xx.xx.2018-ci il, sonuncu ödəniş tarixi – xx.xx.2016-cı il, kreditin statusu – tam ödənilmiş; H099KK15-H06713 saylı hesab nömrəsi üzrə xx.xx.2015-ci ildə 230000 ABŞ dolları kredit verilmiş, kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi – xx.xx.2018-ci il, sonuncu ödəniş tarixi – xx.xx.2016-cı il, kreditin statusu – tam ödənilmiş; H220KK13-H06713 saylı hesab nömrəsi üzrə xx.xx.2013-cü ildə 270000 ABŞ dolları kredit verilmiş, kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi – xx.xx.2016-cı il, sonuncu ödəniş tarixi – xx.xx.2015-ci il, kreditin statusu – tam ödənilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC ilə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, X10, X17 və İddiaçı1 arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir.
13. Barışıq sazişinə əsasən cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 Cavabdeh ASC-yə xx.xx.2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqaviləyə əsasında bağlanmış İ043KR16-H06713 saylı, xx.xx.2016-cı il tarixli kredit sazişi ilə 373.385 manat (üç yüz yetmiş üç min üç yüz səksən beş manat) əsas, 56.007.75 manat (əlli altı min yeddi manat 75 qəpik) faiz, 34025 (otuz dörd min iyirmi beş manat) cərimə borcu olduğunu etiraf edirlər. Əgər “Barışıq Sazişi”nin şərtlərinə tam və vaxtında əməl olunarsa, 320 000 (üç yüz iyirmi min) manat ödəniş edildikdən sonra qalan borc məbləği cavabdehlərə bağışlanır. Ümumi məbləğin 20 000 (iyirmi min) manat hissəsi "Barışıq sazişi" bağlanıldıqdan və məhkəmə tərəfindən qərar qəbul edildikdən dərhal sonra ödənilir. Qalan 300 000 (üç yüz min) manat məbləğ 84 ay müddət ərzində, ilk 36 ay illik 1%lə, növbəti 48 ay isə illik 18%-lə, anuitet formada ödənilir. Əlavə olaraq İlk 4 (dörd) ay ərzində aylıq anuitet ödənişlərinin üzərinə 2 500 (iki min beş yüz) AZN əlavə olunur. Barışıq sazişinin şərtləri pozularsa: Təminat qismində götürülmüş daşınmaz əmlaklar qeyri şərtsiz boşaldılır və hərraca çıxarılır. Barışıq sazişinin 3-5-ci bəndlərində göstərilən şərtlərin hər hansı biri cavabdehlər tətəfindən yerinə yetirilmədikdə, yəni ödənişlər 15 (on beş) bank günündən artıq gecikdirilərsə iddiaçı tərəfindən 4-cü bənddə göstərilən faiz borcları tələb olunur və tələb İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə, İddiaçı2 məxsus olan Bakı şəh, Suraxanı ray, Günəşli qəs, “V” y/s, ev 7, 34 saylı mənzilə və İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında mülkiyyətində olan 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı evə yönəldilir, həmin daşınmaz əmlaklar açıq hərracda satılır və əldə olunan vəsaitlər cavabdehlər İddiaçı3 və X3 banka olan borclarının ödənilməsinə yönəldilir, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi cavabdehlərdən tutulur, eyni zamanda İddiaçı2 məxsus olan Bakı şəh, Suraxanı ray, Günəşli qəs, “V” y/s, ev 7, 34 saylı mənzildən X5, X6, İddiaçı1, X11, X8, X7, X12 və digər şəxslərin və onların ailə üzvləri və həmin daşınmaz əmlakın boşaldılaraq banka təhvil verilməsi, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 21, 107 saylı mənzildə və İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında mülkiyyətində olan 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı evdə yaşayan şəxslər və onların ailə üzvləri həmin evdən çıxarılır və daşınmaz əmlaklar banka təhvil verilir.
14. Həmin qərardada əsasən iddiaçı Cavabdeh ASC-nin İddiaçı2, İddiaçı3, İddiaçı4, X9, X15 və İddiaçı1 qarşı “kredit aviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4415/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh İddiaçı2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X4 Cavabdeh ASCyə qarşı müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə X1 adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş yuxarıda sadaladığı xx.xx.2013-cü il H220KK13-H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixində H099KK15-H06713 hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixində H03GKR16-H06713 hesab nömrəli müqavilə etibarsız hesab edilməsinə, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə, girov predmeti olan İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 7 saylı evin, 34 saylı mənzilin İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 saylı fərdi yaşayış evinin və 0,01479 ha torpaq sahəsinin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, «D» yaşayış sahəsi, 21 saylı evin, 107 saylı mənzilin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh ASCnin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir.
17. İddiaçı bildirir ki, bütün dünyada baş verən devalvasiya ilə bağlı bank qarşısında ödəmələrində müəyyən ləngimə və çətinliklər yaşanmışdır. Buna baxmayaraq hər bir ailə üzvləri bank qarşısında öhdəliklərini icra etməyə, ödənişlər etməyə borcdan çıxmağa çalışırdılar. Bir neçə ay olar ki, Cavabdeh ASC girov predmeti olan mənzil və evlərin satılmasına təkid edərək, ailə üzvlərinə təzyiqlər göstərdiyindən ünvan 1 ünvanında yerləşən Azərbaycan Kredit Bürosu MMC-dən kredit öhdəlikləri barədə məlumat almaq üçün 20 dekabr 2022- ci il tarixində müraciət edərək həmin bürodan çıxarış almışlar. Həmin çıxarış ilə tanış olarkən xx.xx.2013-cü il 11220KK13-H06713 hesab nömrəsi ilə 270.000 ABŞ dollarının adına kredit verildiyini, kreditin bilmə tarixinin guya xx.xx.2016-cı ilin olmasına baxmayaraq, artıq xx.xx.2015-ci il tarixində tam ödənildiyi, xx.xx.2015-ci il tarixində H099KK15-H06713 hesab nömrəsi ilə 230.000 ABŞ dollarının adına kredit verildiyini, kreditin bitmə tarixinin guya xx.xx.2018-ci il olmasına baxmayaraq, artıq xx.xx.2016-cı il tarixində həmin kredit borcunun guya tərəfindən tam ödənildiyi xx.xx.2016-cı il tarixində H030KR16-H06713 hesab nömrəsi ilə 220.000 ABŞ dollarının adına kredit verildiyini, kreditin bitmə tarixinin guya xx.xx.2018-ci ilin olmasına baxmayaraq, artıq xx.xx.2016-cı il tarixində kredit borcunun tam ödənildiyi kimi Cavabdeh ASC-nin rəhbərliyi və əməkdaşları tərəfindən xəbəri olmadan qanunsuz əməliyyatlar aparılmış və həmin pullar necə götürülübsə o cür də xəbəri olmadan bağlanmışdır. Halbuki 12 fevral 2015-ci il tarixində o gələcək işləri ilə bağlı 100.000 ABŞ dolları borc pul götürmək üçün iyirmi gündən çox banka gedib-gəldikdən sonra həmin məbləğ ona verilmişdir. Adında 500.000, 1.000.000 manatdan çox kredit limitinin ayrılması barədə müqavilələr qüvvədə olduğundan cavabdeh bankın rəhbərliyi adına kredit borcu yazdırmaqla müxtəlif qanunsuzluqlar edərək xeyli miqdarda mənfəət götürmüşlər. Hətta restrukturizasiya adı ilə bir neçə müqaviləyə “ödənişlərdə güzəştlər edəcəklər” adı ilə aldadaraq imzalar da çəkdirmişlər. Həmin müqavilələr üzrə ABŞ dolları valyutasında pulların hansı qaydada və kim tərəfindən çıxarılması və yaxud ödənilməsi ona məlum deyil, pulun çıxarılması və ödənilməsi onun tərəfindən həyata keçirilməyibdir.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(005)- 1219/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X1 Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1219/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. İşə Bakı Kommersiya Məhkəməsində baxılan zaman iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, müqavilələr üzrə İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 7 saylı evin, 34 saylı mənzil artıq satıldığından, Cavabdeh ASC-yə həmin mənzilin satışından əldə olunan 132.000 manat ödənildiyindən bu hissəni tələblərindən çıxararaq iddia tələblərini azaldıb, cavabdeh ilə X1 adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş ərizədə sadaladıqları xx.xx.2013-cü il H220KK13-H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixində H099KK15-H06713hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixində H030KR16-H06713 hesab nömrəli müqavilə etibarsız hesab edilməsinə, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə dair, girov predmeti olan İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 saylı fərdi yaşayış evin və 0,01479 ha torpaq sahəsinin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 21 saylı evin, 107 saylı mənzilinin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh ASCnin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş və ərizədə qeyd edilmişdir ki, iddiaçıların müqavilələrin etibarsız hesab edilməsi, əmlakın ipotekadan azad edilməsi və borcun silinməsi barədə tələbləri üzrə iddia müddətləri ötürülmüşdür. İddiaçılar müqavilələr bağlanan zaman, həmçinin 2017-ci ildən başlayan məhkəmə prosesləri zaman hazırda iddia etdikləri hallardan xəbərdar idilər. Odur ki, onların tələbləri haqsız və əsassız olmaqla yanaşı həm də müddəti ötürülmüşdür.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-138/2024 saylı qərardadı ilə iddia tələblərinin “ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə” dair hissədə iş üzrə icraata xitam verilmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-138/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
23. İdiaçılar İddiaçı2 və X4 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz etdi.
13. İddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 15.Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
16. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 17.Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
18. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə (48.1.2-1); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5).
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, iddiaçılar kredit sazişlərinin etibarsız hesab edilməsi hissəsində iddia tələbinin faktiki əsası kimi həmin kredit müqavilələri üzrə bank tərəfindən ona kredit məbləğlərinin ödənilməməsinə, eləcə də kredit sazişləri üzrə ödənişlərin də borc alan tərəfindən aparılmamasına, qanuni əsası kimi isə Mülki Məcəllənin 337.1, 337.2 (əqdlərin etibarsızlığı barədə ümumi norma) və 339.2-ci (aldadılma nəticəsində bağlanmış əqdin etibarsızlığı) və 422-ci maddələrinə (şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi ilə bağlı müqavilənin ləğv edilməsi) istinad etmişdir.
23. Məhkəmə iddiaçının istinad etdiyi kredit müqavilələri üzrə kredit məbləğlərinin bank tərəfindən kredit alana ödənilməməsi, yəni bank tərəfindən müqavilələr üzrə öhdəliklərin pozulması, eləcə də devalvasiya nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə dəlillərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, əqdin etibarsızlığının anlayışını əks etdirən Mülki Məcəllənin 337.1-ci maddəsinin məzmunundan da göründüyü kimi əqdin etibarsızlığının əsası qismində əqd bağlanarkən yol verilmiş qanun pozuntuları çıxış edir.
24. Hazırkı halda iddiaçıların kredit sazişlərinin etibarsız hesab edilməsi üçün əsas kimi istinad etdiyi yuxarıda göstərilən hallar isə müvafiq əqdlər bağlandıqdan sonra yaranması ehtimal olunan hallardır.
25. Ümumiyyətlə iddiaçıların istinad etdiyi hallardan aydın olmur ki, mübahisələndirilən əqdlərin bağlanması ilə onların hansı hüquqları pozulmuşdur. Çünki mübahisələndirilən kredit sazişləri üzrə kredit borcları tam olaraq ödənilmişdir.
26. Bundan əlavə, iddiaçıların istinad etdiyi Mülki Məcəllənin 422.1-ci maddəsi müqavilənin etibasız hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsasdır.
27. Odur ki, iddiaçıların istinad etdiyi yuxarıd göstərilən halların mübahisəli kredit sazişlərinin etibarsız hesab edilməsi üçün əsas olması istisna olunur.
28. Həmçinin, iddiaçılar iddia tələblərinin əsası kimi iddia ərizəsində aldadılma nəticəsində bağlanmış əqdin bağlanmış etibarsız hesab edilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin 339.2-ci maddəsinə də istinad etmişlər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
30. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur.
31. Çünki iddiaçılar aldadılmanın nədən ibarət olmasını əsaslandıra bilməmiş, habelə mübahisələndirilən əqdlərin aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.
32. Odur ki, iddiaçıların kredit sazişlərinin etibarsız hesab edilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdikləri hallar sözügedən əqdlərin etibarsız hesab edilməsi üçün əsas vermədiyindən, eləcə də məhkəmə araşdırması zamanı mübahisəli əqdlərin etibarsız hesab edilməsi üçün əsas olan halların mövcudluğu müəyyən edilmədiyindən kredit sazişlərinin etibarsız hesab edilməsi hissəsində iddia əsassız olmaqla rədd edilməlidir.
33. İddianın ipoteka predmetlərinin ipotekadan azad edilməsi hissəsinə münasibətdə qeyd edilir ki, istinad edilən ipoteka müqavilələrinə əsasən mübahisəli ipoteka predmetləri yalnız hazırkı mübahisənin predmeti olan kredit sazişləri üzrə deyil, kredit sazişlərinin əsasında bağlandığı xx.xx.2013-cü il tarixli, H06713 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə üzrə bağlanılmış bütün kredit sazişləri üzrə öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
34. Eyni zamanda, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X1 həmin kredit limitinin ayrılması barədə müqavilə çərçivəsində bağlanılmış digər kredit sazişi (İ043KR16-H06713 saylı, xx.xx.2016-cı il tarixli) ilə banka borcu yaranmış, həmin borcun ödənilməsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş və həmin mübahisənin nəticəsi olaraq tərəflər arasında barışıq sazişi bağlanaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Lakin iddiaçılar barışıq sazişində göstərilən müddətdə borcu ödəmədiyindən sazişin şərtlərinə uyğun olaraq ipoteka predmetlərinə tutma yönəldilmişdir. Həmin borc hal-hazıradək iddiaçılar tərəfindən tam şəkildə ödənilməmiş və ipoteka predmetəri olan İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 21, 107 saylı mənzilə və İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylasında mülkiyyətində olan 0,01479 ha torpaq sahəsi və üzərində yerləşən 5 saylı evlərinə tutma yönəldilməsi prosesi başa çatmamışdır.
35. Odur ki, hazırkı halda ipoteka ilə təmin edilmiş əsas öhdəliyin bir hissəsi icra edilməmiş, eləcə də ipoteka predmeti olan mübahisəli əmlaklar ipotekaya tutma yönəldilməsi prosesi nəticəsində satılmamışdır.
36. Eyni zamanda, “İpoteka haqqında” Qanununun 48-ci maddəsində təsbit edilmiş ipotekaya xitam verilməsi üçün əsas olan digər halların mövcudluğu müəyyən edilmir.
37. Odur ki, ipotekadan azad edilmə hissəsində də iddia əsassız olduğundan rədd edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-138/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov