Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-474/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, e-2-2(113)- 816/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı MMC-nin xeyrinə 112 320 manat əsas borc və 3.325 manat dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-2(113)-816/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçının nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, e-2-2(113)- 816/2022 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayəti icraata qəbul edilməsini əks təqdirdə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nümayəndə Vəkil verilən 15 fevral 2021-ci il tarixli (15 fevral 2023-cü ilə qədər qüvvədədir) etibarnamədə birbaşa səlahiyyətlər müəyyən edilmişdir və məhdud sayda səlahiyyətlər verilmişdir. Həmin səlahiyyətlər arasında şirkət adından rəsmi sənədləri qəbul etmək və prosessual olaraq rəsmi sənədi qəbul edən şəxs qismində çıxış etmək səlahiyyəti qəti olaraq yoxdur. Nəzərə alsaq ki, iddiaçının özünün də elektron kabineti mövcuddur və həmin elektron kabinetə rəsmi heç bir sənəd yerləşdirilməmişdir. Qətnamənin varlığından və hazır olmasından iddiaçı şirkətin direktoru məhkəmə ilə əlaqə saxlayaraq məlumat toplamışdır. Məhz bundan sonra müqavilə münasibətlərini uzatmış və mahiyyəti üzrə şikayətin verilməsi tapşırığını vermişdir. Məhkəmə qərardadını elə əsaslandırıb ki, guya iddiaçının nümayəndəsi və vəkili tərəfdir və ona sənədlərin rəsmi qaydada təqdim olunması yönündə səlahiyyətlər araşdırılmadan formal olaraq apellyasiya şikayəti geri qaytarılmışdır. Nümayəndəyə verilən etibarnamədə sənədlərin rəsmi qəbul edilməsinə dair xüsusi və ya ümumi göstəriş və səlahiyyət yoxdur. Nümayəndənin rəsmi sənədləri qəbul etmək səlahiyyəti olmamışdır. Onun elektron kabinetinə sənədin yerləşdirilməsi rəsmi təqdim etmə kimi qəbul edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 135-ci maddə isə sənədlərin rəsmi qaydada çatdırılması qeyd edilib. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunun tələbindən göründüyü kimi bu işdə tərəf iddiaçı hüququ şəxsdir, nümayəndəyə isə rəsmi sənədləri qəbul etmək səlahiyyəti verilməmişdir. Hüquqi şəxsə və onun direktoruna məhkəmə qətnaməsi barədə məlumat gəlməmişdir. Nümayəndə ilə isə ancaq əvvəl olaraq ancaq birinci instansiya məhkəməsində işin mahiyyəti yönündə aparılması yönündə müqavilə imzalanmışdır. İddiaçı hüquqi şəxsin direktorunun qətnamənin məzmunundan xəbəri olduqdan sonra apellyasiyada işin mahiyyəti üzrə baxılması yönündə nümayəndə vəkil ilə müqavilə imzalanmışdır. Nəticə olaraq iddiaçı hüquq şəxsə Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsində qeyd olunan rəsmi məhkəmə aktı və qətnaməsi təqdim edilməmişdir. Məhkəmə bir aylıq şikayət vermək prosessual müddətini təftiş edərkən bunu sənədləri rəsmi qəbul etməyə səlahiyyəti olmayan şəxs/nümayəndəyə nisbətdə təftiş etmişdir və geri qaytarma qərardadını bu yöndə təftiş etmişdir, etibarnamənin məzmununa diqqət etməmişdir. Bu gün də həmin etibarnamə qüvvədədir və nümayəndənin iddiaçı adından sənədləri rəsmi qaydada qəbul etmək, və ya rəsmi sənədlərin təqdim olunmasının subyekti olmaq hüququ yoxdur. Bundan əvvəl verilən apellyasiya şikayətini də məhkəmə əsassız olaraq geri qaytarmışdır. Bundan da şikayət verilmişdir. Xüsusilə də qeyd edilməlidir ki, məhkəmə öz-özünün verdiyi sənədləri təkzib etməkdədir. Belə ki, Bakı Kommersiya Məhkəməsi işin apellyasiya baxışını gözləmədən 05 yanvar 2022-ci il tarixində icra sənədi vermişdir. Həmin icra sənədində birbaşa qeyd olunur ki, mübahisələndirilən qətnamə 05 yanvar 2022-ci il tarixində qüvvəyə minmişdir və elə həmin tarixdə də məhkəmə icra vərəqəsi vermiş və bunu imzalamışdır. «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Nəticə olaraq ümumiyyətlə şikayət vermək müddəti keçməmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.03.2022-ci il tarixli, e-2-2(113)-816/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, e-2-2(113)- 816/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-2(113)-816/2021 saylı qətnaməsi 25.11.2021-ci il tarixdə iddiaçının nümayəndəsinə məxsus elektron kabinetə yerləşdirilmiş, iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 26.12.2021-ci il tarixdə bitmişdir. İddiaçının nümayəndəsi qeyd olunan qətnamədən 30.12.2021-ci il tarixində apellyasiya şikayət vermiş, bununla da qanunvericilikdə müəyyən olunmuş müddəti ötürmüş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2.-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1.-ci cü maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Hazırkı halda məhkəmə qətnaməsinin İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə rəsmi təqdim edilməsi MMC-nin özünə təqdim edilmiş hesab edildiyindən şikayət ərizəsində qeyd edilənlər məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, e-2-2(113)- 816/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, e-2-2(113)- 816/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-474/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-474/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver