Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-482/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçıxxxx«Cavabdeh Sığorta Şirkəti» ASC-yə qarşı «zərərin ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 651/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh “Cavabdeh Sığorta” Şirkəti ASC-yə qarşı “zərərin ödənilməsi”xxxx“Cavabdeh Sığorta Şirkəti” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 11.546,80 manat, həmçinin ödənişin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 200 manat, 30 manat dövlət rüsumu və 300 manat nümayəndə xərci, cəmi 12.076,80 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxxxx 2019 cu il tarixdə, saat 17:00 radələrində, Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində keçən 44.5-ci kilometrliyində cavabdehin sığortalısı X4 idarə etdiyi “MERCEDES BENZ C220” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “xxxx“ MMCyə məxsus X2 idarə etdiyi “JAC MFC 1040K YÜK” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillt (ara məsafəsi saxlamamışdır) arxa hissəsədən vurmuş, maşın yoldan çıxıb aşmış, nəticədə həm atomaşına, həm də onun içərisində olan damazlıq yumurtalara ziyan dəymişdir. «Mersedes» markalı avtomobilin sürücüsü X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə təksirli bilinərək, barəsində «TP 2666710» saylı inzibati tənbeh haqqında qərarı çıxarılmışdır. Tibbi müayinənyəyə dair 2/233 saylı protokola əsasən, sürücü M.Mehdiyev ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı iddiaçıya məxsus avtomobilə qəza nəticəsində 970 manat məbləğində ziyan dəymiş, bundan başqa avtomobilin yük yığılan hissəsində olan 16.460 ədəd (bir ədədi 0.58 qəp) olan damazlıq yumurtadan 7000 (yeddi min) ədədi tamam ilə qırılmış, yerdə qalan 9460 (doqquz min dörd yüz altmış) ədəd yumurta isə damazlıq üçün tam yararsız vəziyyətə düşdüyündən məhv edilmişdir. Ümumilikdə, avtomobilə və onun yükdaşıma hissəsində olan 16.460 ədəd damazlıq yumurtanın məhv olması nəticəsində “dəymiş ziyan 11.546.80 manat təşkil etmişdir. İddiaçı həmin zərərin qarşılığının ödənilməsi üçün cavabdehə müracət məktubu ünvanlamış, lakin sonuncu tərəfindən,cəmi 600 manat məbləğində sığorta ödənişi olunmuşdur. İddiaçı hesab edir ki, cavağbdeh tərəfindən onun əmlakına vurulmuş zərərin əvəzi tam məbləğdə ödəməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-651/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «Cavabdeh Sığorta Şirkəti» ASC-dən 370 manat sığorta ödənişinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi və ekpertiza xərci olaraq cavabdehdən 72 manat, iddiaçıdan isə 168 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qəalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019 cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilin içərisində olan ona məxsus damazlıq yumurtaların 7.000 ədədi tamamilə qırılmış, qalan hissəsi isə damazlıq üçün yararsız vəziyytə düşdüyündən məhv edilmişdir. Ekspert rəylərinə əsasən damazlıq yumurtanın 1 ədədi 53 qəpik qiymətləndirilmiş, həmin qiymətlə 16460 ədəd yumurtanın dəyəri 8.723,80 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsinin hakimi ekspert rəyinə qiymət verməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi Səbuhi Mikayılov dəymiş zərərin 5000 manata qədərini ödənilə biləcəyini bildirmiş, lakin qətnamə iddianı qəbul etmədiyi göstərilir. Məhkəmə iddiaçının sürücü M.S.Mehdiyevin cavabdeh qismində işə cəlb edilməsi barədə ərizəsinə diqqət yetirməmişdir. Avotmobilə və onun yük hissəsində olan damazlıq yumurtalarla birlikdə, ümumilikdə, 11.546,80 manat məblğində ziyan dəymişdir. Ən azından, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə mülki məsuliyyətin həcmi 5000 manat təşkil edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Mülki Məcəllənin 901.1-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Həmin Məcəllənin 901.3-cü maddəsinə əsasən əgər «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunundavə sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığotalanmış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarına əsasən məhkəmə kollegiyası işin aşağıdakı mübahisələndirilməyən hallarını müəyyən edir: -xx xxxxxx 2019 cu il tarixdə Bakı Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazsində keçən 44.5-ci kilometrliyində, cavabdeh tərəfindən ibari sığorta növündə sığortalısı X4 idarə etdiyi “MERCEDES BENZ C220” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən, ara məsafəsi saxlamadığından, qarşıda eyni istiqamətdə hərəkətdə olan iddiaçıya məxsus olan, X5 tərəfindən idarə olunan “JAC HCF 1040K YÜK” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili, arxa hissəsədən vurmuş; - xx.xx.2018-ci il tarixli PAT ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən **-UO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı C220CDİ model avtomobil Cavabdeh Sığorta ASC-də icbari sığorta ilə sığortalanmış və həmin müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2018-ci il, xitam tarixi xx.xx.2019-cu il, əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilmiş; -cavabdeh tərəfindən sığorta hadisəsinin baş verdiyi qəbul olunsa da, 2036 nömrəli xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığına əsasən onun tərəfindən iddiaçıya cəmi 600 manat sığorta ödənişi edilmişdir . İşin mübahisələndirilən hallarını isə cavabdeh tərəfindən xx xxxxxx 2019 cu il tarixdə sığorta hadisəsi baş verdiyi qəbul olunsa da, sığortalısının idarə etdiyi adıçəkilən «Mersedes» markaıl avtomobilin tərəfindən iddiaçıya maxsus JAC markalı avtomobilin arxa hissədən vurulması nəticəsində sonuncunun yoldan çıxıb aşması nəticəsində onun təmir-bərpa işlərinə çəkilməli 970 manat xərcdən yalnız 600 manat məbləğində hissəinə görə sığorta ödənişini həyata keçirilmiş, yerdə qalan 370 manat məbləğində ödənilməmiş, avtomobilin yükdaşıma hissəsində olan yararsız vəziyyətə düşən 16460 ədəd damazlıq yumurtaların 8.723,80 manat məbləğində qiymətləndirilən dəyərinin isə ödənilməsindən imtina olunmuşdur. İddia olunan əmlaklara vurulmuş zərərin həcmi isə aşağıdakı sübutlarla təsdiq olunur: -“xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli arayışına, habelə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il 12817 saylı və xx.xx.2019-cu il tarixli 28214 saylı ekspert rəyləri ilə iddiaçıya məxsus JAC markalı HCF 1040 K model **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin xərci 970 manat; - həmin ekspert rəyləri ilə həmin avtomobilin yükdaşıma hissəsində olan və qəza nəticəsində yararsız hala düşmüş 16.460 ədəd damazlıq yumurtanın, bir ədədinin qiyməti 53 qəpikdən olmaqla, ümumi dəyəri 8.723,80 manat müəyyən edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi, iddiaçının apellyasiya şikayətinə etirazında iddiaçıya məxsus avtomobilin təmiri və bərpası üçün 970 manat məbləğində xərci mübahisələndirməsə də, iddiaçının təqdim etdiyi sənədlərdə (qaimə fakturalarda) daşınan damazlıq yumartalardan 1940 ədədinin yarasız olduğunu qeyd edərək mübahisələndirir ki, hadisə zamanı 7000 yumurta sınmışdırsa, onların 1940 ədədiyararasız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri razılaşmayraq hesab edir ki, işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli iki faktura üzrə mübahisəli avtomobildə daşınan 16.460 (10286+6174) ədəd damazlıq yumartalardan 1.940 (56 + 1200 + 210 + 63 + 261 + 150) ədədi yararsız olduğu təsbit olunsa da, qeyd olunan əsasdan çıxış edərək iddiaçıya sığorta ödənişi verilməməsi həm işin halları və mülki qanunvericiliyin tələbləri baxımından əsassızdır. Belə ki, hazırkı mərhələdə, məhkəmənin təkilifinə əsasən məhkəməyə təqdim olunan, cavabdeh tərəfin tərtib etdiyi, «Hadisə barədə raport»unun «Əlavə qeydlər» bölməsində aşağıdakılar qeyd olunmuşdur: -«Hər iki avtomobil eyni istiqamətdə hərəkət edib. «Mersedes» markalı avtomobilin sürücüsü idarəetməni itirərək JAC markalı avtomobilə vurub. Hadisə zamanı JAC markalı avtomobilin yük hissəsində daşıdığı damazlıq yumurta 16.460 ədəd olub və 16.460 ədəd yumurtadan 7000 ədədi tamamilə qırılmış, 9460 ədədi qırılmamışdır (Qeyd olunmalıdır ki, məhkəmənin təklifinə baxmayaraq cavabdeh tərəfi iddiaçıya məxsus avtomobilin yükdaşıma hissəsinin qəzadan sonrakı mövcüd vəziyyəti ilə bağlı ümumi görünüşdən fotoşəklinin və videogörüntünün məhkəməyə təqdim olunması təklif edilsə də təqdim olunmamış, fraqmant şəklində qırılmış yumurtalara dair fotoşəkil təqdim edilmişdir.) Göründüyü kimi, cavabdeh qəzaya uğramış avtomobildə 16.460 ədəd yumurtanın varlığını və onlardan 7000 ədədinin tamamilə qırıldığını qəbul edir. Qalan, 9460 ədədinə münasibətdə isə onların zədələnməmiş, əzilməmiş, çaitlamamış, sair bu kimi deformasiyalara məruz qaldıqlarını qeyd etmədən, yalnız qalanlarının qırılmadığını qeydə etmişdir. Ən azından onun qeyd etdiyi 7000 ədəd qırılmış damazlıq yumurtanın, ekspert rəyiləri ilə müəyyən olunan, bir ədədinin qiyməti 53 qəpikdən olmaqla, 3.710,00 manat təşkil edir. İşə əlavə olunmuş, yararsız vəziyyətə düşmüş yumurta kassetlərinin fotoşəklindən isə görünür ki, təxminən 90 topa şəklində üst-üstə yığılan kasetlərdə, bir topada orta hesabla 4 kassetdən götürüldükdə belə, hər kasetdə 30 ədəd yumarta olmaqla, həmin kasetlərdə 10.000 ədədədən çox (90x4x30=10800) yumartanın qırılmış, əzilmiş, çatlamış sair bu kimi deformasiyalara uğramış vəziyyətdə olduqları adi gözlə də müşahidə olunur. Ekspert rəyi ilə müəyyən olunan bir ədəd damazlıq yumurtanın qiyməti 53 qəpikdən olmaqla hesablandıqda isə 10.000 ədəd yumurtanın ümumi dəyəri 5.300 manat təşkil edir. Avtomobilin özünün təmir-bərpa işlərinə çəkilməli olan ekspert rəyi ilə müəyyən edilən 970 manat xərclə birlikdə isə daha artıq zərər məbləği alınır. Beləliklə də qeyd olunanlara əsasən sığorta hadisəsi nəticəsində iddiaçı ona məxsus əmlakına görə ən azından 5000 manatdan az olmayan ziyana məruz qaldığı sübuta yetirilir. Belə olan halda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56.1.2-ci maddəsinin imperativ tələbində üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat məbləğində müəyyən edildiyi nəzərə alındıqda, deməli cavabdeh həmin məbləğdə sığorta ödənişi iddiaçıya ödəməyə borclu idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan halları nəzərə alınmamış, iddiaçıya məxsus avtomobildə olan əmlakın ( damazlıq yumurtaların) sığortasına dair iddiaçı ilə cavabdeh sığorta şirkəti arasında sığorta müqaviləsi mövcud olmadığı əsas gətirilməklə həmin hissədə iddiaçının tələbini əsassız hesab olunmuşdur. Halbuki, «İcbari sığortalar haqqında» Qanunun 6.2-ci maddəsində mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istimar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyətinin həyata keçirilməsi nəticəsində sığrta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu qanunun xüsüsi bölməsində nəzərədə tutulmuş hadisələr və hallardır. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın , qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığınına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunananın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Konkret halda, baş vermüş yol nəqliyyat hadisəsi zamanı cavabdehin sığortalısının idarə etdiyi «Mersedes» markalı avtomobilin üçüncü şəxsə, yəni, hazırkı iddiaçıya məxsus yük avtomobilini arxadın vurması nəticəsində həm avtomobilə və həm də onun yük hissəsində daşınan əmlaka (damazlıq yumurtalara) ziyan dəyməsi artıq hadisəni törədən sığortalının mülki məsuliyyətini, belə olan halda da, Mülki Məcəllənin 936.1 və 936.5-ci maddələrinin tələbləri baxımından, onun sığortıçısı olan hazırkı cavabdehin iddiaçıya vurulmuş zərəri «İcbari sığortalar haqqında» Qanunun qeyd olunan 56.1.2-ci maddəsinin tələbi qaydasında, 5000 manat məbləği həddində sığorta ödənişini ödəmək məsuliyyətini yaradır. İşə əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan da məhz görünür ki, əmlaka vurulan zərərə görə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Mülki Məcəllənin 926.2-ci maddəsinə əasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Beləliklə də, sübuta yetirilir ki, cavabdeh tərəfindən 600 manat məbləğində sığorta ödənişindən əlavə 4.400 manat sığorta məbləğinin iddiaçıya ödənilməməsi, işin hallarına, icbari sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərin uyğun olmamışdır. Odur ki, iddiaçı tələbinin 4.400 manat məbləğində hissəsində haqlıdır. Eyni zamanda, idiaçının tələbindən göründüyü kimi, sığorta ödənişinin gicikdirildiyi hər gün üçün 0,1 faiz hesabı ilə, 200 manat dəbbə pulu da ödənilməsini tələb edir. Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli; 934.2-ci maddəsinin tələbindən isə göründüyü kimi, sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı tələbində 200 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etsə də həmin məbləğin hansı gecikmə günlərinə görə hesabladığını əsaslandırılmamışdır. İş materialları üzrə isə Mülki Məcəllənin qeyd olunan 934.1-ci maddəsində göstərilən sığorta ödənişin verilməsi üçün son sənədin iddiaçı tərəfindən nə vaxt cavabdehə təqdim olunduğunu da müəyyən etmək mümkün deyil. Hər bir halda, məhkəmə kollegiyası iş materiallarına əsasən cavabdehin iddiaçıya ödəniş tapşırığı ilə xx xxxxxx 2019-cu il tarixdə 600 manat sığorta ödənişi etdiyi tarixdən etibarən iddianın məhkəməyə verildiyi xx.xx.2010-ci il tarixədək olan 18 günə görə sığorta məbləğinin ona ödənilməyən 4.400 manat hissəsi nəzərə alınmaqla, həmin məbləğin ödənişinin gecikdirilməsinin hər gününə görə 0,1 faizdən olmaqla, cavabdehdən onun xeyrinə 80 (4.400x0,1%x18) manat məbləğində dəbbə pulunun da tutulmasını qanunun qeyd olunan tələblərinə uyğun sayır. Beləliklə də birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli avtomobilin yük hissəsində olan əmlaka (damazlıq yumurtalara) münasibətdə - işin sübutlarla müəyyən olunan hallarına düzgün hüquqi qiymət verməmiş, həmin hissədə maddi hüquq normalarını düzgün təfsir etməmiş, qanunun tələblərini düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin sığorta hadisəsi nəticəsində ona məxsus avtomobildə olan damazlıq yumurtalara münasibətdə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd olunmasını əsassız hesab edən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-651/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilməli və iddianın qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 4.480 manat (4.400 əsas+80 manat dəbbə pulu) tutulması qət olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsümundan və işə baxılması ilə məhkəmə məsrəflərindən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertə verilməli olan məbləğlər məkəmə məsrəflərinə aid olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərini məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən iddiaçının xeyrinə sığorta hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq tutulmalı olan 4.480 (4.400+80) manat məbləğində sığorta ödənişi - iddiaçının tələbinin 37 faizini təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamə məhkəmə xərclərinə dair hissəsində də dəyişdirilməli və iddianın təmin olunmuş hissəsinə münasib olaraq, ödənilmiş 30 manat dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 11 manat tutulmalı, rüsumun yerdə qalan 19 manatı isə iddiaçının özünə aid edilməli, iş üzrə 240 manat məbləğində ekspertiza xərcinin 89 manatı cavabdəhə, 151 manatı isə iddiaçının özünə aid edilməklə, onlardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki hesabına tutulması qət olunmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-651/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh Sığorta” Şirkəti ASC-dən İddiaçı MMC-nin xeyrinə 4480 (dörd min dörd yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 11 (on bir) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə 240 manat ekspertiza xərcinin 89 (səksən doqquz) manatı cavabdeh “Cavabdeh Sığorta” Şirkəti ASC-yə, 151 (yüz əlli bir) manatı isə İddiaçı MMC-yə aid edilsin və onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-482/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-482/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver