Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-484/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (bundan sonra -Tibbi Xidmət İdarəsi) Cavabdeh MMC-yə qarşı «əsas borcun və əldən çıxmış faydanın ödənilməsi haqqında» ilkin, Cavabdeh MMC-nin isə Tibbi Xidmət İdarəsinə qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizələri üzrə - kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 445/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddiaçı Tibbi Xidmət İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZ005 saylı alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış əsas borc qismində 47.384 manat, əldən çıxmış fayda qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 52.414 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddianın əsaslarına görə cavabdeh xx.xx.2019-cu il tarixdə tərəflər arasında bağlnmış AZ005 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən bir ədəd “Volvo S90” markalı avtomobili 165 gün müddətinə ilkin iddiaçı X1 mülkiyyətinə verməli, iddiaçı isə avtomobilin ümumi dəyərinin 40 faizi miqdarında ilkin ödəniş etməli idi. Hospital tərəfindən müqavilə şərtlərinə uyğun olaraq cavabdehin hesabına ümumi məbləğin 40 faizi miqdarında, yəni 47.384 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklər icra edilməmiş, xx xxxxxx 2019-cu il tarixədək avtomobil iddiaçının mülkiyyətinə verilməmiş, 2 aydan artıq vaxt keçməsinə baxmayaraq avtomobil alıcıya təhvil verilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, müqavilədə göstərilən vaxtı uzadaraq, yaranmış öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmış və xx.xx.2019-cu il tarixdə heç bir danışıqlar aparılmadan birtərəfli qaydada müqaviləyə 2 saylı əlavəni məktub formasında göndərərək, avtomobilin xx.xx.2019-cu il tarixdə təhvil veriləcəyini göstərmişdir. xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin 9.4cü bəndinə əsasən hər hansı bir dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsidir. 9.3-cü bəndinin tələblərinə əsasən öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi və ödənilmiş 47.384 manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair xx.xx.2019-cu il tarixdə cavabdehə məktub ünvanlanmışdır (Mülki Məcəllənin 443, 445 və 448-ci maddələrinin müddəalarına istinad olunur). Eyni zamanda, Cavabdeh MMC Tibbi Xidmət İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə ilə məhkəməyə müraciət edərək X1 xüsusi təchizatla sifariş verdiyi “Volvo S90 T5 İnscription” markalı, ümumi dəyəri 61.000 avro olan avtomobildən imtina etməsi nəticəsində ümumi dəyərinin 20 faizii həcmində, yəni, 12.200 avro və ya xx.xx.2019-cu il tarixə 1 avro-1.9060 manat məzənnəsi ilə 23.253.20 manat miqdarında dəyən zərərin cavabdehdən alınıb, Cavabdeh MMC-nin hesabına ödənilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rusumunun cavabdeh İdarəyə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə müqavilə şərtlərinə əsasən alıcı, satıcı Cavabdeh MMC-dən 61.000,00 avro dəyərində “Volvo S90” markalı avtomobil almaq məqsədilə avtomobilin dəyərinin 40% miqdarında, yəni 47384 manat ödəmişdir. Sifariş verilmiş avtomobilin xarici ölkədən gətiriləcəyi nəzərə alınaraq təhvil verilməsi üçün 165 gün müəyyən edilmişdir. Lakin onlardan asılı olmayan və digər səbəblər üzündən avtomobilin gətirilməsi gecikmişdir. Gecikmə barədə sifarişçiyə rəsmi məlumat verilsə də, Tibbi Xidmət İdarəsi məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə alıcının seçiminə əsasən “X5” şirkətindən 1 ədəd “Volvo S90 T5 İnscription” markalı avtomobil sifariş verilərək avtomobilin dəyəri ödənilmişdir. Avtomobilin istehsal tarixi xx.xx.2019-cu il qeyd edilmişdir. Lakin istehsal xəttində olan sıxlıqla əlaqədar, eyni zamanda, avtomobilin alıcının xüsusi sifarişinə əsasən komplektləşdirildiyi səbəblərinə görə avtomobilin istehsalı nəzərdə tutulduğu müddətdən gec, yəni xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Ona görə də avtomobilin daşınma və çatdırılma müddətlərində gecikmələr əmələ gəlmiş, şirkət əməkdaşları tərəfindən bu barədə alıcıya məlumatlar verilmişdir. Xüsusi təchizatla sifariş verilmiş avtomobildən imtina nəticəsində Cavabdeh MMC-yə avtomobilin ümumi dəyərinin 20%-i, yəni 12.200 avro xx.xx.2019-cu il tarixə olan Azərbaycan manatı məzənnəsi ilə (1 avro -1.9060AZN) 23.253.20 manat miqdarında zərər dəyə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-445/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ005 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş, Cavabdeh MMC-dən əsas borc olaraq 47.384,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,15 manat olmaqla, cəmi, 47411,15 manat məbləğində pulun Tibbi Xidmət İdarəsinin xeyrinə tutulması qət olunmuş, qalan hissədə ilkin iddia, habelə, qarşılıqlı iddia rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixdə alıcının seçiminə əsasən avtomobil sifariş verilmiş və onun dəyəri ödənilmişdir. Avtomobilin isehsal tarixi xx.xx.2019-cu il qeyd edilmiş, lakin istehsal xəttində olan sıxlıqla əlaqədar alıcının xüsusi sifarişinə əsasən komplektləşdirildiyi səbəblərə görə avtomobilin istehsalı nəzərdə tutulduğu müddətdən gec, yəni, xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Ona görə də avtomobilin daşınma və çatdırılma müddətlərində gecikmələr əmələ gəlmiş, şirkət əməkdaşları tərəfindən bu barədə alıcıya məlumat verilmişdir, Həmçinin avtomobilin istehsalı yekunlaşdığı, eyni zamanda, avtomobilin alıcının xüsusi sifarişinə əsasən komplektləşdirildiyi halda, avtomobildən imtina edilməsi mümkünsüz hesab edlilir. Bu səbəbdən Cavabdeh MMC ilə istehsalçı qarşısında götürdüyü öhdəliyə əməl edərək qeyd edilən avtomobilin respublikaya daşınmasını həyata keçirilməsi üçün lazımi tədbirlər görmüşdür. İlkin iddiaçının xüsusi sifarişlə istehsal etdirdiyi avtomobildən imtina etməsi müəyyən problemlər yaratmış, şirkət zərərlə işləmiş, avtomobil bu günə kimi satılmamış, şirkətin balansında qalmışdır. Şirkət tərəfindən isə ancaq xüsusi sifariş olduğu halda belə avtomobillər idxal edilir, yoxsa, mümkün qədər əksər hallarda tez satılan avtomilləri idxal edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqılı iddia üzrə iddiaçı «Cavabdeh” MMC-nin nümayəndəsi V.Qəribov şikayəti dəlillərinə uyğun müdafiə edərək, birinci instansiya məhkəməsinin qətənaməsini ilkin iddia tələbinin qismən təmin edilməsinə münasibətdə mübahisələndirmədiyini, qarşılıqlı iddianın rədd olunması hissəsində qətnamədən narazı qaldığını və həmin hissədə qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən əks tərəfin nümayəndəsi R.Hüseynova onunla razılaşmayaraq izahatında göstərmişdir ki, cavabdeh avtomobili 2019-cu ilin avqust ayında təhvil verəcəyi halda verməmiş və ona məlum olmuşdur ki, elə həmin ayda istehsalçıya avtomobil üçün sifariş verilmişdir. Bundan sonra iddiaçı daha 2 ay gözləmiş, bu da heç bir nəticə vermədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Odur ki, məhkəmədən qətnamənin qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 372.6-cı maddəsinin tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində, yəni, instansiya məhkəməsinin qətnaməsəinin əsaslılığı qarşılıqlı iddianın rədd oluqnması hissəsində birinci yoxlanılmalıdır. Belə ki, qarşılıqlı iddiaçı «Cavabdeh” MMC-nin apellyasiya şikayətindən və nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunsa da, faktiki olaraq onun tərəfindən qətnamə qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirilir. İş materiallarına əsasən isə «Cavabdeh” MMC-nin qarşılıqlı iddia tələbində haqlı olduğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin qeyd olunan 4.1-ci bəndindən göründüyü kimi, Cavabdeh MMC satıcı kimi bir ədəd “Volvo S90” markalı avtomobili 165 gün müddətində alıcı Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının mülkiyyətinə verməyi, sonuncu isə həmin avtomobilin ümumi dəyərinin 40 faizi miqdarında ilkin ödəniş etməyi öhdəsinə götürmüşdür. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, həmin müqavilə şərtlərinə uyğun olaraq Hospital tərəfindən satıcının hesabına avtomobilin ümumi dəyərinin 40 faizi ,yəni, 47.384 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nın apellyasiya şikayətindən görünür ki, alqı-satqı müqaviləsinin qeyd olunan şərtinini pozuğunu və 165 gün ərzində sifariş olunan xüsusi komplektləşdirilmiş avtomobili sifarişçiyə təhvil vermədiyini,əslində, mübahisələndirmir. Onun mübahisələndidyi hal ondan ibarətdir ki, xüsusi sifarişlə verilən “X5” şirkətindən 1 ədəd “Volvo S90 T5 İnscription” markalı avtomobilin istehsal tarixinin xx.xx.2019-cu il olmasına istinadən, müqavilədə nəzərdə tutulan həmin müddətdə təhvil verməməsi səbəbini avtomobilin sonradan komplektləşdirilməsi ilə əlaqələndirir. Onun bu mövqeyindən belə anlaşılır ki, sifarişçi dözüm nümayiş etdirərək avtomobilin ona təqdim edilməsini gözləməli olduğu halda gözləməmiş, hazırda isə idxal edilmiş avtomobili sata bilməməsi və getdikcə ucuzlaşması ona 12.000 avrodan çox ziyan vurur. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının qeyd olunan dəlilləri onun iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz Belə ki, xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi alqı-satqı müqaviləsinin 4.1-ci bəndi ilə üzərinə qarşılıqlı iddiaçı üzərinə öhdəlik götürmüşdür ki, 165 gün müddətində, yəni, 2019cu ilin avqus ayının 15-nə qədər, avtomobilin 40 faizində dəyərini (47.384 manat) sifarişçi tərəfindən ödənildiyi təqdirdə, onu sifarişçiyə ona təhvil verəcək. Lakin o, satıcı olaraq nəinki həmin müddət daxilində müqavilə öhdəliyini yerinə yetirməmiş, hətta bundan sonrakı iki ay (məhkəmədə iddia qaldırılana qədər) ərizində belə buna nail ola bilməmiş, beləliklə də üzərinə götürdüyü müqavilə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 599.3-cü maddəsində isə nəzərdə tutulur ki, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Avtomobilin sifarişçisi də məhz qanunun qeyd olunan tələbi qaydasında öz seçimi üzrə müqavilə şərtinə uyğun olaraq qabaqcadan satıcıya ödədiyi 47.384 manat məbləğində pul vəsaitinin qaytarılmasını məhkəmə qaydasında xahiş etmişdir. Göründüyü kimi, onun tərəflər arasında müqavilə şərtini pozan hər hansı bir təqsirli hərəkəti mövcud deyil. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, «qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən alıcı, yəni ilkin iddiaçı Tibbi Xidmət İdarəsinin alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyini pozan hüquqazidd hərəkətinin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, sonuncunun satıcı (qarşılıqlı iddiaçı) qarşısında mülki məsuliyyəti də istisna edilir. Bu baxımdan, ondan avtomobilin ümumi dəyərinin 20 faizi dəyərində, yəni, 12.200 avro (23.253.20 manat) məbləğində ziyanın öödənilməsinin tələb olunması tamamilə əsassızdır. Beləliklə də qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddianın rədd olunması işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticədir və həmin hissədə qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bu mənada, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu və ilkin iddiaçının ona ziyan vurduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-445/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 400-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-445/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-484/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-484/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver