Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-488/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Dunıamalı Kazımovun, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1939/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “X1 Company” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 17789,09 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “xxxxxxxxx” ASC-də olan h/h AZ48MUGA**********03326AZM03 saylı hesablaşma hesabında və digər banklarda olan hesablarında 17789,09 manat həcmində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-1939/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdeh “X1 Company” MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ48MUGA**********03326AZM03 saylı hesablaşma hesabında və digər bank hesablarında olan pul vəsaitinin üzərinə işçilərinin əmək haqlarının verilməsinə məhdudiyyət qoyulmadan, 17789,09 manat həcmində həbsin qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoyulması, işçilərin vergilərinin, o cümlədən məcburi dövlət sosial sığorta vəsaitlərinin və kommunal ödənişlərin ödənilməsində çətinlik yaradacaqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi Dunıamalı Kazımov və iddiaçının nümayəndəsi və vəkili X5 isə şikayətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Lakin hazırkı mərhələdə iddianın təmini tədbirinin seçilməsinin zəruri olubolmamasını dəqiqləşdirmək mümkün deyil. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndələri bildirdilər ki, tərəflər arasında barışıq sazişinin bağlanması ilə bağlı real danışıqlar gedir və cavabdeh tərəfindən artıq 5000 manat ödənilmişdir. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunan halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçı verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “X1 Company” tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1939/2020 saylı kommersiya işi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-488/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-488/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver