Məhkəmə qərarları › İş №2-2(103)-489/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-489/2022

24.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-489/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4171/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “X4 Madencilik Ticaret Anonim Şirkəti” və Cavabdeh3 Azərbaycandakı filialına qarşı (üçüncü şəxs X3 Şirkəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə “X4 Madencilik Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi şərtləri haqqında” 4080 saylı, 06 iyul 2020-ci il tarixli Sazişin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X3 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli təminat məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli e-2-2(113)-4171/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Anonim Şirkəti Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiya üzrə 3.000.000 Türk lirəsi məbləğinin, qarantiya üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar hesablanmış 144.575,34 Türk lirəsi faiz məbləğinin, 18.000 manat məbləğdə vəkil və nümayəndəlik xərclərinin və 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən qarantiya üzrə 3.000.000 Türk lirəsinin, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144.575,34 Türk lirəsinin, vəkil və nümayəndəlik xərclərinə görə 500 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hal-hazırda həmin kommersiya mübahisəsi üzrə iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş № 2-2(103)-55/2022). Məhkəmə kollegiyası hesab edir ki, işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinin tələblərinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Kommersiya mübahisələri üzrə tərəfləri, iddiaların əsası və predmetlərini, qeyd olunan işdə irəli sürülmüş iddia tələbləri ilə hazırkı iş üzrə irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, kommersiya mübahisələrinin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-489/2022 saylı kommersiya mübahisəsi ilə 2-2(103)-55/2022 saylı kommersiya mübahisəsi birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar