Məhkəmə qərarları › İş №2-2(103)-492/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-492/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-492/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı “MCB X8 Təşkilatı” X4 cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və X3 qarşı pulun ödənilməsi, lizinq obyektlərinin qaytarılması və müqavilənin ləğv edilməsi tələbinə dair iddiasıüzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2036/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “MCB X8 Təşkilatı” X5 cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019 tarixli, LM 3xx/xx-2019 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019 tarixli LM xx/xx- 2019-02 saylı razılaşma müqavilələri üzrə “xxxxxxxx” QSC-yə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 56.475,37 manat manat məbləğində borc gecikmə cərimələri üzrə 9200 manat, faiz/mükafat üzrə 4800 manat, əsas məbləğ üzrə 42.475,37 manat, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və X1 müştərək qaydada tutulması, xx.xx.2019 tarixli LM 3xx/xx-2019 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli, LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019 tarixli LM 3xx/xx-2019-02 saylı razılaşma müqavilələri ləğv edilməklə lizinq obyektlərinin–01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyiсinin (qeydiyyat nömrəsi:110FY683; mühərrik A498BT118184680; şassi CLG2000ZHKT042321; seriya 0007120S190002269), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya 0007120S190009360), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) və 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobilinin (qeydiyyat nişanı: 99JF062; şassi JAANPR75KK7103405; mühərrik 0BB809) Cavabdeh1 MMC tərəfindən “xxxxxxxx” QSC-yə geri qaytarılması haqqında məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY683; mühərrik A498BT118184680; şassi CLG2000ZHKT042321; seriya 0007120S190002269), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya 0007120S190009360), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) və 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobili (qeydiyyat nişanı: 99JF062; şassi JAANPR75KK7103405; mühərrik 0BB809) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin Cavabdeh1 MMC və başqalarına qadağan edilməklə Bakı şəhəri, Seyidcəfər Pişəvari 4 ünvanında yerləşən qarajda saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxx” QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019 tarixli LM 3xx/xx-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LM 3xx/xx-2019-02 saylı razılaşma müqaviləsi üzrə “xxxxxxxx” QSC-yə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 56.475,37 manat məbləğində borc gecikmə cərimələri üzrə 9200 manat, faiz/mükafat üzrə 4800 manat, əsas məbləğ üzrə 42.475,37 manat cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və X1 müştərək qaydada tutulması, xx.xx.2019 tarixli LM 355/06- 2019 saylı daxili maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019cu il tarixli, LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LM 3xx/xx-2019-02 saylı razılaşma müqavilələri ləğv edilməklə lizinq obyektlərinin Cavabdeh1 MMC tərəfindən “xxxxxxxx” QSC-yə geri qaytarılması haqqında məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2036/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı “MCB X8 Təşkilatı” X5 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2036/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2036/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “MCB X8 Təşkilatı” X5 şikayətdən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək şikayətdən imtinanın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı “MCB X8 Təşkilatı” X4 şikayətdən imtina barədə ərizəsi təmin edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəlləni 369.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2.-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “MCB X8 Təşkilatı” X4 şikayətdən imtina barədə ərizəsi təmin edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 263, 264, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “MCB X8 Təşkilatı” X4 şikayətdən imtina barədə ərizəsi təmin edilsin. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar