Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-494/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: nisyə alqı-satqı müqaviləsi, iddianın faktiki əsası. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 564/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 14 mart 2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin şərtlərindən görünür ki, “Satıcı” “Alıcı”ya nisyə (borc) olaraq ümumi dəyəri 15118 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır (1-ci bənd). “Alıcı” “Satıcı”dan ümumi dəyəri 15118 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir (2-ci bənd). “Alıcı” “Satıcı”ya 15118 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür (3-cü bənd). “Alıcı” “Satıcı”nın hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında yalnız “Satıcı“nın səlahiyyətli nümayəndəsindən qəbz (“təhsilat”) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” tərəf daşıyır (5-ci bənd).
2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 15118 manat dəyərində müxtəlif çeşidli içkilər cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir.
3. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək 15118 manat məbləğində borcunu xx.xx.2023-cü il tarixə qədər tam ödəməyi öhdəsinə götürmüşdür.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1944 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin aşağı sağ tərəfindən “Alıcı” qrafasındakə yazılar və həmin yazılardan aşağıda “İmza” qrafasındakı imza, xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin aşağı sağ tərəfində “Borclu” qrafasındakı yazılar və həmin yazılardan aşağıda “F\Ş” qrafasındakı imza, xx.xx.2023-cü il tarixli ərizənin yuxarı sağ tərəfində “market şərti adı altında fəaliyyət göstərən” qarafasından aşağıdakı yazılar, ərizənin sonunda “İmza” qrafasındakı imza və yazılar, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının aşağı sağ tərəfində “Təhvil aldı” qrafasındakı imza və yazılar – Cavabdeh tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə 15118 manat əsas borc və ödənilmiş 135,35 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli müqaviləyə əsasən, cavabdehə ümumi dəyəri 15118 manat məbləğində olan müxtəlif çeşidli məhsullar satılmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş və dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçının rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 9 ay ərzində tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya olan borcunun 15118 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərin icra edilməsi, borcun ödənilməsi xahiş edilsə də, xəbərdarlıqlara məhəl qoymamış və borcunu ödəməkdən yayınmışdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 567, 598-ci və s. maddələri göstərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-564/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15118 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,35 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, ekspertiza xərci olaraq 110 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14 mart 2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müxtəlif çeşidli məhsulları (və ya taranı) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində onların dəyərini 3 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023cü il tarixli təhvil-təslim aktı əsasında cavabdehə 15118 manat məbləğində müxtəlif çeşidli içkilər təhvil vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı əsasında təhvil verilən malların dəyərinin tam ödənilmədiyini bildirir və alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri olan 15118 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh 14 mart 2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə imza etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə tərəfindən cavabdehin etirazlarına uyğun olaraq 14 mart 2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarlılığının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-7204/2024 nömrəli qərardadla iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləsinin aşağı sağ tərəfində “Alıcı” qrafasının altında yerləşən xətt nümunəsi, “İmza” yazısının qarşısında yerləşən imza nümunəsi; xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin aşağı sağ tərəfində “Borclu” qrafasının altında yerləşən xətt nümunəsi və “F\Ş” yazısının qarşısında yerləşən imza nümunəsi; xx.xx.2023-cü il tarixli ərizənin yuxarı sağ tərəfində “market şərti adı altında fəaliyyət göstərən” yazısının altında yerləşən xətt nümunəsi, aşağı tərəfində “İmza” yazısının qarşısında yerləşən imza və xətt numunəsi; xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının aşağı sağ tərəfində “Təhvil aldı” qrafasının altında yerləşən imza və xətt nümunəsi Cavabdeh tərəfindən icra edilmişdirmi? Göründüyü kimi, cavabdehin iddiaya etirazının əsası xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli müqaviləyə imza etməməsi olsa da, aparılmış tədqiqat nəticəsində nəinki xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli müqaviləyə, eləcə də xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və xx.xx.2023-cü il tarixli ərizəyə də cavabdehin imza etdiyi aydın olmuşdur. Bu isə cavabdehin etirazının əsassızlığına dəlalət edir. Həmçinin məhkəmə göstərir ki, iddia ərizəsinə xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə də əlavə edilmişdir. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında həmin müqaviləyə iddianın faktiki əsası kimi istinad etmədiyindən və məhkəmənin öz təşəbbüsü ilə iddianın faktiki əsasını dəyişməsi mümkün olmadığından hazırkı mübahisə məhz xx.xx.2023-cü il tarixli məhsulların nisyə alqısatqısı barədə müqaviləyə əsaslanmaqla həll edilməlidir. Bu səbəbdən məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub (müqavilələrin 3-cü bəndi ilə alıcının ödəməni 3 ay ərzində həyata keçirməli olduğunun şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalı, 15118 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həmçinin ödənilmiş 135,35 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 135,35 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 4/1944 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 110 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.4 maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,35 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə, ekspertiza xərci olaraq 110 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 600.4-cü maddələrini, Mülki Prosessual Məcəllənin 107, 115.0. 115.0.4, 119.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)- 564/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, fəaliyyət göstərilən ərazidə alıcılıq qabiliyəti iddia еdilən malların satışını istisna еtdiyindən, iddia еdilən dəyərdə məhsulun satın alınması iddiaçının isə оnları cavabdehə təhvil vеrilməsi ağlabatan dеyildir. Еyni zamanda iddiaçı tələbinin əsası kimi istinad еtdiyi halın təsdiqi üçün müəyyən sübutetmə vasitəsini də təqdim еtməmişdir. İddiaçının qеyd еdilən dəyərdə məhsulu cavabdehə təhvil vеrməsi barədə qətnamədə göstərilənlər işin hallarına uyğun dеyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VMin) 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrindəndir. VM-in 71-1.5-cimaddəsinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaiməfaktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdimedilməsi barədə; İddiaçının elektron qaimə-faktura göndərmədən xx.xx.2023-cü iltarixli təhvil-təslimaktına əsasənmənə 15118 manat məbləğində müxtəlif çeşidliiçkilər təhvil verməsi ağlabatan оlmasa da, məhkəmə iddia tələbinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddiatələbinin təmin edilməsiilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq iddiaçının müəyyən sübutеtmə vasitəsi оlan elektron qaimə-fakturailə tamamlanmalı оlan, lakin tamamlanmayan izahatına obyektiv, qərəzsiz, hərtərəfli vətam baxmamış, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin təmin edilməsiilə nəticələnmişdir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməyərək qətnaməniiş üzrə müəyyən edilmiş hallara(iddiaçının elektron qaiməfaktura göndərmədən xx.xx.2023-cü iltarixli təhvil-təslimaktınaəsasənmənə 15118 manat məbləğində müxtəlif çeşidli içkilər təhvil verməsinin ağlabatan olmamasına), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bu isə iddia tələbinin təmin edilməsiilə nəticələnmişdir. MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı 15118 manat məbləğində müxtəlif çeşidli içkiləri təhvil verməsinə əsas оlan müəyyən sübutetmə vasitəsi оlaraq elektron qaimə-fakturanı təqdim еtməsə də, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməsiilə nəticələnmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)- 564/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdəki sübutlarla təsdiq olunur ki, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı müqaviləsinə əsasən müxtəlif çeşidli 15.118 manat məbləğində məhsulların alqı-satqısı tərəflər arasında razılaşdırılmış, borcun üç ay ərzində ödəniləcəyini alıcı öz üzərinə götürmüş, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktını imzalamaqla cəmi 15.118 manat dəyərində malı qəbul etdiyini qəbul etmiş, xx.xx.2023-cü il tarixli ərizədə isə 15.118 manat borcun qəbul edildiyi, həmin borcun üç ay ərzində ödəniləcəyi qeyd edilmişdir.
21. Cavabdeh qeyd edilən sənədlərdəki imzanın ona məxsus olduğunu qəbul etmədiyindən işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1944 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 046/2023 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin aşağı sağ tərəfindən “Alıcı” qrafasındakə yazılar və həmin yazılardan aşağıda “İmza” qrafasındakı imza, xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin aşağı sağ tərəfində “Borclu” qrafasındakı yazılar və həmin yazılardan aşağıda “F\Ş” qrafasındakı imza, xx.xx.2023-cü il tarixli ərizənin yuxarı sağ tərəfində “market şərti adı altında fəaliyyət göstərən” qarafasından aşağıdakı yazılar, ərizənin sonunda “İmza” qrafasındakı imza və yazılar, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının aşağı sağ tərəfində “Təhvil aldı” qrafasındakı imza və yazılar – Cavabdeh tərəfindən icra olunmuşdur.
22. Bundan sonra xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili etirazının əsasını dəyişərək məhkəməyə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs aldanıb, lakin hüquq-mühafizə orqanına müraciət etməyib.
23. Vicdanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
24. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Bu mənada hazırkı iş üzrə malları təqdim olunması barədə təhvil-təslim aktını imzalayaraq, etiraz bildirməməsi, xx.xx.2023-cü il tarixli ərizə ilə 15.118 manat borcunun olduğunu təsdiq etməsi, sonradan aldadılmasına istinad etməsi estoppel prinsipinə ziddir. İddiaçının tələbinin faktiki əsası kimi qeyd etdiyi bu hal iddianın təmin olunması üçün əsas hesab oluna bilməz.
25. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal həmin müqavilə üzrə malların təhvil vеrməsi barədə qətnamədə göstərilənlərin işin hallarına uyğun olmamasıdır.
26. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
27. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı malların cavabdehə təhvil verilməsi cavabdehin öz imzası ilə təsdiqini tapmışdır.
28. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh təhvil-təslim aktını imzalamaqdan imtina edər, ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, ərizəni isə ümumiyyətlə yazmazdı. Lakin hazırki işdə bu hallar mövcud deyil.
29. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdehin fəaliyyət göstərilən ərazidə alıcılıq qabiliyəti aşağı olması, iddia еdilən dəyərdə məhsulun satın alınması ağlabatan olmamasının mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə elektron-qaimənin göndərilməsi nəzərdə turulmamışdır. Mülki qanunvericilikdə də bu barədə imperativ norma yoxdur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işgüzar münasibətlərə əsasən elektron qaimə vurmamasına istinad edərək cavabdehin iddiaya etirazı əsassızdır.
31. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-564/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.