Məhkəmə qərarları › İş №2-2(103)-500/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-500/2023

03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-500/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair, müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı protokolun etibarsız hesab edilməsi və pul tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 saylı qərardadından müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən ******* manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərin aparılmasının cavabdehlərə və başqa şəxslərə qadağan edilməsinə və cavabdehlər Cavabdeh2 adında olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 2/6 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 1 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 38 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 2 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 13,4 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 3 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 34,5 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 4 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 29,1 kv.m.), ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 104 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 b saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 94,9 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 34A saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a evin 10 saylı mənzilinin, ünvan 6 envanda yerləşən qeyri-yaşayış binasının (1/2 hissə), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VOEN **********) olan 50% (əlli) təsis payının, habelə Cavabdeh5 adında olan; Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 7a ünvanında yerləşən 45 a saylı mənzilinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, 63 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 7a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 87,2 kv.m.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VOEN **********) olan 2 (iki) təsisçi payının üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020 tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərin aparılması cavabdehlərə və başqa şəxslərə qadağan edilmiş, Cavabdeh2 adında olan; Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 2/6 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 1 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 38 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 2 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 13,4 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 3 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 34,5 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 a saylı ünvanda yerləşən 4 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 29,1 kv.m.), ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 104 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 7 b saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 94,9 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 34 A saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98 a, 10 saylı mənzilinin, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının (1/2 hissə) özgəninkiləşdirilməsi, Cavabdeh5 adında olan; Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 7a ünvanında yerləşən 45 a saylı mənzilinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, 63 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 7a ünvanında yerləşən qeyri yaşayış sahəsinin (ümumi sahəsi 87,2 kv.m.) özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə görülmüş müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsassız olması, iş üzrə məhkəmə prosesinin 2 ildən artıq davam etməsi və həmin müddətdə cavabdehin ona məxsus əmlaklar üzərində sərəncam hüququnun lüzumsuz məhdudlaşdırılması onun mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 908/2020 saylı xx.xx.2020 tarixli qərardadı ləğv edilmişdir. Müstəqil tələb irəli sürən şəxs X1 nümayəndəsi və vəkili Vəkil4 qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilib Cavabdeh2 Aydın oğlunun nümayəndəsi və vəkili X2 iddianın təminetmə tədbirinin ləğv edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edlməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kommersiya işindən mübahisəsiz olaraq görünür ki, iddia tələbləri əsaslıdır və onlar təmin edilməli idi. Belə ki, kommersiya işindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 2002-2006-cı illərdə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 7a, ev 7b və Təbriz küçəsi ev 98a ünvanlarında 3 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmiş və həmin illərdə həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələri satılmışdır. Bakı Kommersiya Məhkəməsinin hazırkı koмmersiya mübahisəsi üzrə 2-2(113)-283/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəməmühasibatlıq, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara cəlb ediləcək auditorların siyahısında göstərilən auditorlardan hər hansı biri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmişdir. Kommersiya işində olan auditor hesabatından görünür ki, 2002-2005-ci illər üzrə Cavabdeh1 MTK-nın fəaliyyətində xalis mənfəət 41.481.291,16 manat, 2006-2010-cu illər üzrə 56.617.608,51 manat, 2011-2015-ci illər üzrə 102.461.170,39 manat, 2016-2020- cı illər üzrə 115.3404.303,51 manat olaraq görsənir. İddia tələblərindən görünür ki, cavabdehlərdən iddiaçıların xeyrinə tutulması tələb ediən məbləğlər, ilk iddia üzrə 3.500.000 manat, müstəqil tələb irəli sürən şəxsin əsas şəxs X1 iddiası üzrə isə 28.552.000 (iyirmi səkkiz milyon beş yüz əlli iki) manat olmaqla, olduqca böyük məbləğlərdir. Digər tərəfdən iddia tələblərinin əsaslandıran hallardan, habelə kommersiya işi üzrə toplanmış sübutlardan (səyyar vergi yoxlama aktı, auditor hesabatı və s.) görünür ki, hazırda Cavabdeh1 MTK-nən kassasında, yaxud da bank hesablarında hərhansı məbləğdə vəsait yoxdur. Başqa sözlə iddiaçılar həmin məbləğlərin məhz cavabdehlər tərəfindən mənimsənilməsini iddia edirlər. Belə bir vəziyyətdə iddia təmin olunacağı halda bununla bağlı qəbul ediləcək qətnaməsinin icrasının mümkün olması üçün cavabdehlərə məxsus əmlaklarla bağlı işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, iddianı təmin etmə tədbiqi qüvvəsini saxlamalıdır. Belə ki, cavabdehlər işə mahiyyəti üzrə baxıldığı müddətdə asanlıqla özgəninkiləşdirə bilərlər, bu isə gələcəkdə 32.000.000 manatdan artıq vəsaitin tutulmasına dair qəbul ediləcək qətnamənin icrasını qeyri-mümkün edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-33/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İş materiallarından görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili MPM-nin 162.3-cü maddəsinə əsasən iş üzrə görülmüş müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdən eyni zamanda görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-33/2023 saylı qətnaməsi ilə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları rədd edilmişdir. MPM-nin 162.3-cü maddəsinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmiş hakimin iş üzrə görülmüş müvəqqəti təminat tədbirinin ləğvi barədə qərardad qəbul etmək səlahiyyəti nəzərdə tutulduğundan ərizənin təmin edilməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Buna görə də şikayət əsassız hesab edilir. Lakin cavabdehin ərizəsində və MPM-nin 162.3-cü maddəsində müvəqqəti təminat tədbirinin ləğv edilməsindən söhbət getdiyi halda hazırkı halda məhkəmə öz qərardadı ilə iş üzrə görülmüş müvəqqəti təminat tədbirini deyil, bu tədbirin görülməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020 tarixli qərardadını (qərardaddan şikayət olmadığı halda) ləğv etdiyindən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad dəyişdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilməli, cavabdehin ərizəsi təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020 tarixli qərardadı ilə görülmüş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilsin. Cavabdeh2 ərizəsi təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020 tarixli qərardadı ilə görülmüş müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar