Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-501/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X4nun iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) «sığorta olunan X4nun sığorta ödənişinin verilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 237/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ƏzizovRamil Soltan oğluna (sığorta olunan) icbari sığorta ödənişinin ödənilməsi öhdəliyini icra etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırıdlmışqdır ki, iddiaçı Cavabdeh1 MMC-nin işçisi X2 ehtiyatsızlığı səbəbindən xx xxx 2017-ci il tarixində sığorta hadisəsi baş vermiş və o, xəsarət almışdır. Bu hadisə ilə bağlı iddiaçı tərəfindən cavabdehin 940 çağrı mərkəzinə və Dövlət Əmək Müfəttişliyinin 142 çağrı mərkəzinə 3 iş günü ərzində məlumat verilmişdir. Müfəttişlik hadisə ilə bağlı araşdırma aparmış və sonda İZ formalı AKT tərtib etmişdir. Hadisə ilə bağlı məlumat verilməsinə baxmayraq, cavabdeh şirkət araşdırmada iştirk etməkdə maraqlı olmamışdır. Bundan əlavə dəfələrlə əlaqə saxlanılmış və yazılı müraciətlər edilmiş, lakin cavabdeh xx.xx.2018 və xx.xx.2018-ci il tarixli cavab məktubları ilə sığorta hadisəsi hesab edilmədiyini bildirmiş və icbari sığorta ödənişinin verilməsindən imtina etmiş və buna əsas kimi izah vermişdir ki, iddiaçı X4nun siyahıya (sığorta olunanlar) daxil edilməsi barədə məlumatı əmək müqaviləsi bağlandıqdan sonra, xx xxx 2017-ci il tarixində təqdim etmişdir. Cavabdehin cavabı sığorta qanunlarına və xx xxxx 2017-ci il tarixində bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin şərtlərinə ziddir. Müqavilə işçilərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar bağlanmış və onda yeni işçi ilə əmək müqaviləsi bağlanarkən dərhal dərhal sığortaçıya məlumatın verilməsi nəzərdə tutulmamışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən vəzifsini yerinə yetirmiş, cavabdeh isə xx xxxx 2018-ci il tarixli məktubunda etiraf etdiyi kimi, x xxx 2017-ci il tarixində işə götürülən R.Əzizovun adını xx xxx 2017-ci il tarixində icbari sığorta müqaviləsinə edilmiş əlavədə sığorta olunanların siyahısına əlavə etmiş və sığorta haqqını ödəmiş, bundan başqa həmin məktubunda cavabdeh qeyd etmişdir ki, R.Əzizov x xxx 2017-ci il tarixində xəsarət alması barədə məlumat cavabdeh şirkətə xx xxx 2017-ci il tarixində saat 11:15-də yəni hadisə baş verdiyi tarixdən 13 iş günü sonra bildirmişdir. Göründüyü kimi, cavabdeh məktubunda bir-birinə zidd qeydlər vermişdir. Bu da cavabdehin sığorta ödənişindən bil-bilə yayındığını sübut edir. xx xxx 2017-ci il tarixində tərəflər arasında sığorta müqaviləsinə 002 saylı sığorta müqaaviləsinə əlavə razılaşma imzanaraq təsdiq olunsa da, iddiaçı razılaşmanın hadisənin olmaması barədə barədə 4.3-cü bəndindən məlumatlı olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-237/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iş materiallarında olan və apellyasiya şikayətində müəyyən edilmiş faktlar, hallar və sübutlar, əsasında iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-14 No-li Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinin forma və məzmunu dəyişdirilmişdir. Həmin müqavilənin 5.4-cü bəndində sığorta olunanların siyahısında, kateqoriyasında peşə riskinin dərəcəsində sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdliyi tarixdən 15 iş günü müddətində ümumi sığorta məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenimdən hesablanmaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla vəbununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində ödənilməlidir.R.Əzizov ilə əmək müqaviləsi bağlanması barədə xx.xx.20217-ci il tarixdə əmr verilmiş, həmin gün onunla əmək müqaviləsi bağlanmış, digər işçilərlə yanaşı istehsalatda bəbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarınan icbari sığorta olunmuşdur. Belə ki, sığorta olunanların siyahısında dəyişiklik baş verdiyi üçün 15 gün keçməmiş cavabdehin elektron poçtuna siyahı göndərilmiş və xx.xx.2017-ci il tarixində cavabdeh tərəfindən müqavilənin məzmununu dəyişdirən 002 saylı əlavə razılaşma tərtib olunmuşdur. Həmin razılaşmanın 4.3-cü bəndi Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş qeyd olunan m nümmunəvi müqavilə formasına zidd olaraq sığorta ödənişini pərdələmək üçün əlavə edilmişdir. İşdə olan sübutlar sığorta hadisəsinin baş verdiyin sübuta yetirir , Sığorta ödənişindən imtina üçün əsaslar aşkar edilmir. İş materiallarına olan Dövlət Əmək Müfttişliyinin İZ formalı aktından və digər sənədlərdən aydın görünür ki, bədbəxt hadisənin araşıdırılması üçün iddiaçı tərəfindən lazımi şərait yaradılmışdır. Belə olan halda məhkəmənin iddiaçının sığorta hadisəsini gizlətməsi barədə qənatinə gəlməsi əsassızdır. İddiaçı hadisə ilə bağlı həmin Müfəttişliyin 142 saylı çağrı mərkəzinə və cavabdehin iddiaçı üzrə kuratoru Şahid (050 250-04-20, 497-81-82) və cavabdehin 940 çağrı mərkəzinə məlumat vermiş, hadisə yerinin baş verdiyi andakı şəraiti və avadlanlıqlar vəziyyətində qorunub saxlanmışdır. Şahid hadisə barədə iddiaçı tərəfindən məlumat verilməsini məhkəməyə verdiyi ərizəsində təsdiqləmiş, lakin məhkəmə onun işirakı üçün lazımi şərait yaratmmamışdır. Bundan başqa cavabdehin nümayəndəsi prosesdə izahatında bildirmişdir ki, hadisə ilə bağlı xx xxx 2017-ci il tarixində cavabdeh iddiaçıya zəng etmişdir ki, bu da öz-özlüyündə sığorta hadisəsi barədə məlumatlı olduğunu təsdiq edir. Bundan əlavə, qeyd edildiyi, kimi Müfəttişlik tərəfindən komissiya yaralmış və müvafiq araşıdırma aparılaraq İZ aktı tərtib olunmuş və tədqiq ounan sübutlar həmin akta əlavə olunmuşdur. Cavabdehin isə bundan lazımi qaydada məlumatı olsa da, həmin araşdırmada iştirak etməmiş sığortalıdan və sığorta olunandan hadisə ilə əlaqədar zəruri sənədləri tələb etməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli H4181 saylı məktubunda (2-ci abzas) sığorta hadisəsəinin baş verməsini qəbul edərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, işçinin X4 xx xxx 2017-ci il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində “X7” layihşəsinin mərtəbələrarası tavan örtüyünün qəlibinin yğılması tapşırığını yerinə yetirərəkən xəsarət almış və xəsarətlə əlaqədar xx.xx.2018-ci il tarixində ona 2-ci dərəcəli əlillik verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarında sığorta ödənişindən imtinasının əsasları isə aşağıdakılardır: əmək müqavtiləsi xx.xx.2017ci il tarixində elektron informasiya sisteminə daxil edilmiş, xx.xx.2017 tarixli müqaviləyəxx.xx.2017-ci il tarixdə əlavə edilmiş 002 saylı razılaşmanın 4.3-cü bəndində iddiaçı sığorta hadisəsi baş vermədyini təsdiq etmiş, hadisə baş verən gün sığorta olunannın adı siyahıda olmamış, baş vermiş hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığta hadisəsi hesab edilmir; xx.xx.2017-ci il tarixində alınan xəsarət barədə xx.xx.2017-ci tarixində, yəni 13 iş günü sonra məlumat verilmişdir; Əmək müqaviləsində Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işçinin sığortalanması barədə müvafiq məlumatlar göstərilməmişdir. Cavabdehin qeyd etdiyi dəlilləri əsasızdır. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsində sığorta olunan xx.xx.2017-ci il tarixində əmək xəsarəti alması faktı müəyyən edilmişdir. Cavabdehin sığorta ödənişindən imtina üçün qanunvericilklə müəyyən olunan əsaslar yoxdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi R.Abışov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, sığorta hadisəsi baş vermədiyində isralı olmuş və sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilməsinin Mülki Məcəllənin 935.1.8-ci maddəsinə uyğun olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş R.Əzizov xx xxx 2017-ci il tarixdə işdə əmək funksiyasını yerinə yetirərkən yıxıldığını və aldığı xəsarət nəticəsində ona 2-ci qrup əlillik dərəcəsi verildiyini, lakin ona cavabdeh tərəfindən sığorta ödənişi verilmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxs (sığorta olunan) R.Əzizov xx.xx.2017-ci il tarixdə ərizə ilə iddiaçı təşkilata müraciət edərək, fəhlə işinə qəbul olnmasını xahiş etmiş, sonuncu tərəfindən elə həmin gün onun fəhlə işin qəbul olunması barədə əmr imzalanmış və aralarında əmək müqaviləsi, lakin əmək müqaviləsi bağlanmış və növbəti gün xx.xx.2017-ci il tarixində elektron informasiya sistemində qeydiyyatdan keçmişdir. Əmək müqaviləsinin şərtlərindən görünür ki, onun şərtlərində işçi R.Əzizovun bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə məlumat daxil edilməmişdir. Cavabdeh (sığortaçı) iddia ərizəsinə etirazında, ona verdiyi əlavəsində və hazırkı apellyasiya şikayətinə etirazının dəlillərində ilk öncə mübahisələndirir ki, əmək müqaviləsində R.Əzizovun sığortalanması barədə məlumat göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi bu hal formal xarakterli olmaqla, sığorta ödənişinə heç bir təsiri ola bilməz. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Qanunundan, ««İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Qanunvericiliyin qeyd olunan normaların mənasından göründüyü kimi, əmək müqaviləsində müvafiq məlumatın göstərilməsindən asılı olmayaraq, ilk öncə işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından tərəfindən icbari sığortalanması təmin etməyə borcludur. Başqa sözlə, işçinin əmək müqaviləsində sığortanma haqqında məlumat göstərilməməsi, işəgötürən tərəfindən işçinin bədbəxt hadisə nəticəsində əmək qabiliyyətətini itirməsi hallarından sıbortalama öhdəliyindən azad etmir. Digər tərəfdən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı əmək müqaviləsi bildirişi formasında, eyni zamanda, Əmək Məcəlləsinin 43-cü maddəsində də əmək müqaviləsinə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması barədə məlumatlərin göstərilməli olmasına dair bənd təsbit olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin etirazında elektron informasiya sisteminə əmək müqaviləsinin xx.xx.2017-ci il tarixində, yəni, bazar günü daxil edilməsini mübahisələndirməsi də formal xarakterli olmaqla vəziyyəti dəyişmir. Çünki, hər bir halda, xx.xx.2017-ci il tarixində müqavilə Əmək Məcəlləsimnin 49-cu maddəsinə müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməklə qeydiyyatdan keçmiş və həmin andan da artıq qüvvəyə minmiş, bununla da, R.Əzizov həmin tarixdən, hər ay 250 manat əmək haqqı ilə işə götürülmüş və iş başında olmuş hesab edilir. Belə olan halda, həmin tarixdən etibarən onun əmək fəaliyyəti ilə bağlı bütün hallar (o cümlədən, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirməsi), qanunvericiliyin müəyyən etdiyi olunan çərçivədə də öz həllini tapmalıdır. İş materiallarından görünür ki, üçüncü şəxs R.Əzizov, əmək müqaviləsinin qeydiyatdan keçdiyi xx.xx.2017-ci il tarixində də yıxılıb xəstaxanaya düşmüş, nəticədə aldığı xəsarətdən əmək qabiliyyətini 80 faiz itirdiyinə görə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətininitirilməsi hallarından” ümumi icbari sığorta müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən sığortalı tərəfindən Qanunun 13-cü maddəsində uyğun olaraq müəyyən edilmiş sığorta tarifləri əsasında hesablanan müvafiq sığorta haqqını ödəməsi müqabilində, onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər (və ya xidmət) yerinə yetirən fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən həmin müqavilədə nəzərdə tutulan sığorta haqqının cavabdehə ödənildiyi işin mübahsəlndirilməyən halıdır. İşin mübahisələndirilən hallarından görünür ki, tərəflər arasındakı qeyd olunan müqavilə bağlanarkən, R,Əzizov ilə işçi kimi rəsmiləşdirilmiş əmək müqaviləsi mövcud olmamışdır. Tərəflər arasındakı icbari sığorta müqaviləsinin 7.2-ci bəndi nəzərdə tutur ki, sığortalı sığorta olunanların kateqoriyasında peşə riskinin dərəcəsində sığortalının əmək haqqı fondunda, habelə sığorta tariflərində dəyişikliklərin baş verdiyi tarixdən 10 iş günü müddətində sığortaçının müqavilədə müvafiq dəyişikliyin edilməsi üçün bu barədə məlumatlandırılmalıdır. İş materiallarından görünür ki, müqavilənin qeyd olunan şərtinə uyğun olaraq iddiaçı, R.Əzizov ilə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə əmək müqaviləsini rəsmilrəsmiləşdirmiş, bundavn sonra cavabdeh ilə aralarında xx xxx 2017-ci il tarixdə xx.xx.2017-ci il tarixdə bağlanmış ümumi icbari sığorta müqaviləsinə baş verən dəyişikliklərlə bağlı 002 saylı yazılı razılaşma imzalanaraq, R.Əzizovun da adının daxil edildiyi “İstehsalatda bədəxt hadisə nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından sığortalanan işçilərin Siyahısı həmin razılaşmaya əlavə edilmiş və həmin razılaşmada nəzərədə tutulan sığorta haqqı cavabdehə ödənilmişdir ki, bu da işin mübahisələndirilməyən halıdır. Belə olan halda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında Qanunun 11.16-cı maddəsinə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinin 6.2-ci bəndi də məhz nəzərdə tutulmuşdur ki, müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi günün ertəsi qüvvəyə minir. Beləliklə də, mülki qanunvericiliyin və icbari sığorta müqaviləsinin qeyd olunan şərtləri baxımından, tərəflər arasındakı xx.xx.2017-ci il tarixində ümumi icbari sığorta müqaviləsi, sığorta haqqının ilkin hissəsi ödənilməklə, qanuni qüvvəsini almış, sonradan həmin müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq R.Əzizovla işəgötürən (iddiaçı) arasında əmək müqaviləsi bağlandığı vaxtdan 10 gün keçməmiş (3 gün sonra) xx.xx.2017 tarixində öz aralarında tərəflər qeyd olunan ilkin ilkin müqaviləyə əlavə razılaşma imzlayaraq, həmin razılaşmaya,R.Əzizovun da adının əlavə olunmuş sığorta olunanların siyahısının daxil edilməsi və müvafiq sığorta haqqının ödənilməsi - bütün bunlar sonuncunun (R.Əzizovun) xx.xx.2017-ci il tarixdən etibarən sığortalanmış hesab olunması üçün əsas yaradır. Belə olan halda, onun xx.xx.2017-ci il tarixində istehsalatda fəhlə işini yerinə yetirərkən yıxıılıb xəsarət alması və əmək qabiliyytini itirməsi sığorta hadisəsi kimi nəzərə alınmaya bilməz. Ən azından, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən arparılmış araşıdırmaya dair təhqiqat aktına, xx.xx.2017-ci il tarixli İZ formalı Akta, həmin araşdırma zmanı alınmış zərərçkmiş R.Əzizovdan və hadisə yerində olan digər əməkdaşlardan alınan izahtlara, habelə onun müalicə olunduğu xəstəxana məlumatlarına, eləcə də Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2(060)- 3454/2018 saylı qətnaməsi ilə müəyyən olunan hallara əsasən, onun 07. 05.2017-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət aldığı öz təsdiqini tapır. İşə əlavə olunmuş Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumat vərəqində də, məhz, R.Əzizovun xx.xx.2017-ci il tarixdə aldığı xəsarət nəticəsində yaranmış böyrək çatmamazlığı ilə əmək qabiliyyətinin 80 faiz itirmə dərəcəsi ilə ona xx.xx.2018-ci il tarixdən 2-ci dərəcəli əllliklik təyin edildiyi təsbit olunmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin xx.xx.2017-ci il tarixində sığorta hadisəsinin baş vermədiyini mübahisələndirən dəillləri tamamilə əsassızdır. Cavabdeh sığorta ödənişindən imtinasını həm də onunla əlaqələndirir ki, sığorta hadisəsi barədə 3 gün ərzində məlumat verilməli olduğu halda, belə məlumat ona daxil olmamış, xx.xx.2017-ci il tarixində sığorta müqaviləsinə edilən əlavə razılaşmanın 4.3-cü bəndində isə sığortaçı həmin tarixə qədər sığorta hadisəsinin baş vermədiyini təsdiq etmişdir. Məhkəmə kollegiysı cavabdehin qeyd olunan dəlilləri ilə əlaqədar birincisi onu qeyd edir ki, nə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ümumi icbari sığorta müqaviləsinin 13-cy bəndinin şərtlərində, nə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında Qanunun 20-ci, nə “İcbari sığorta haqqında” Qanunun 21-ci, nə də Mülki Məcəllənin 935-ci – “sığorta ödənişindən imtinanın əsasları”nı müəyyən edən maddələrində qeyd olunan əsasa görəsığorta ödənişindən imtina nəzərdə tutulmamışdır. Digər tərəfdən, hər bir halda, iş materiallarında olan tibb sənədlərinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təhqiqat və İZ formalı aktlarına əsasən müəyyən olunur ki, cavabdehin istehsalatda xx.xx.2017-ci il tarixdə baş verən mübahisələndirilən bədbəxt hadisədən 18-25 may tarixlərdə artıq məlumatlı olmuş və bu işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. Ən azından cavabdeh tərəfi işə əlavə olunmuş etirazında, habelə, iddiaçıya ünvanlanmış x xxxxxx 2018-ci il tarixli məktubunda qeyd edir ki, baş vermiş hadisə barədə xx xxx 2017-ci il tarixdə Müffəttişliyə, sığrtaçıya isə xx xxx 2017-ci il tarixində 940 çağrı mərkəzi vasitəsilə məlumat verilmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya ünvanladığı 01 may və xx xxxx 2018-ci il tarixli məktublarında xx.xx.2017-ci il tarixli razılaşmanın 4.3-cü bəndinə istinadən iddiaçının sığorta hadisəsinin baş vermədiyini təsdiq etdiyini və Qanunun 7.2.6-cı bəndinə istinadən sığorta hadisəsi baş verməsi barədə 3 iş günü ərzində sığortaçıya məlumat verilməli olduğunu mübahisələndirərək 13 gün sonra bu barədə bildirildiyini qeyd edərək R.Əzizovun xx.xx.2017-ci il tarixinədək iddiaçı tərəfindən sığortalanmadığını, belə olan halda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilmədiyni və Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi mövcud olmadığı halda sığortasçının sığorta ödənişindən imtinasını əsılı hesab etmişdir. Göründüyü kimi, cavabdeh qeyd olunan məktublarında da bədbəxt hadisədən 13 gün sonra bu barədə ona məlumat verildiyini təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, birincisi, yuxarıda da qeyd edildiyi kimi, sığorta ödənişindən imtinanın qanunvericiliklə müəyyən olunan əsaslarında 3 gün ərzində sığorta hadisəsi barədə məlumatın verilməməsi, imtinaya əsas olan hal kimi nəzərdə tutulmamışdır. Ümumi m icbari sığorta müqaviləsinə əlavə razılaşmanın 4.3-cü bəndinə istinad etməsinə gəldikdə isə, qeyd olunan bənd razılaşmanın əsas şərtləri sırasından kənar, yəni, öhdəlik müəyyən etməyən fakultətiv bir müddəa xarakterini daşıyır və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx xxxx 2014-cü il tarixli Q.-14 saylı Qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi”nin forma və məzmununda belə bir standlart şərtin göstərilməli olduğu da təsbit olunmur və 5.4-cü bəndində isə konkret olaraq təsbit olunur ki, sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində sığortaolunın əmək haqqı fondunda dəyişiklilərin baş verdiyi 15 iş günü müddətində müvaifq əlavə edilməli və bununla bağlı ümumi sığorta məbləğində yaranmış fərq məbləği 3 gün müddətində ödənilməlidir. Bundan əlavə, əlavə razılaşmanın başlıq hissəsindən və 1.1-ci, 4.4-cü bəndlərindən görünür ki, həmin əlavə xx.xx.2017-ci il tarixdə bağlanmış sığorta müqaviləsində baş verən dəyişiklik və əlavələri şərtləndirməklə, həm də onu ehtiva edir ki, işçi R.Əzizov da sığorta olunanlar sıyahısına əlavə olunmuşdur (Müvafiq sığorta haqqının 3 gün ərzində ödənildiyiişin mübahisələndirilməyən halidır.) Beləliklə də xx.xx.2017-ci tarixli icbari sığorta müqavilə üzrə sığortaolunanlar siyahısında baş verən həmin dəyişiklik barədə həmin müqavilənin 7.2-ci və 9.2.2-ci bəndlərinə müvafiq olaraq 10 gün keçməmiş əlavə razılaşmanın imzalınıb təsdiq olunması, və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında Qanunun qeyd olunan 11.16-cı, Mülki Məcəllənin 903.4-cü maddəsi, eləcə də sözügedən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icbari sığorta müqaviləsinin 6.2-ci bəndi baxımından, xx.xx.2017-ci il tarixində sığorta hadisəsinin baş verdiyini sübuta yetirir. xx.xx.2017-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsinin 8.1.1-ci bəndində isə nəzərədə tutulur ki, istehsalatda bədbəxt hadisə sığorta rsklərinə daxildir. Həmin müqavilənin 11.1-ci bəndindən isə görünür ki, sığorta olunanın işləri yerinə yetirərkən istehsalat amilləri nəticəsində peşə əmək qabiliyətini itirməsi sığorta hisəsisi hesab edilir. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən isə sığorta hadisəsi nəticəsində itirilmiş əmək zhaqqı əvəzində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” Qanunun 17.1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi verilir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən sığorta olunan — xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi almaq hüququ olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslərdir. Həmin Qanunun 17.1-ci maddəsində isə nəzərədə tutulur ki, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Beləliklə də, iddiaçının, yəni, sığortalı “xxxx” MMC-nin apellyasiya şikayətinin onun sığortaolunan işçisi R.Əzimova cavabdeh (sığortaçı) tərəfindən sığorta ödənişi verilməsindən imtina olunması üçün əsaslar olmadığını mübahisələndirən dəlillərində haqlı olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, işdə olan sübutlara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün təfsir etməmiş, qanunvericilyin tələblərini işin mübahisələndirən hallarına münasibətdə düzgün tətbiq etməmiş, bununla da, iddianın rədd olunması baorədə işin hallarına uyğun olmayan qanunsuz nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçı (sığortalı) Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-237/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddtianın təmin edilməsi və cavabdeh “Cavabdeh2 “ Sığorta Şirkəti ASCnin üzərinə sığorta olunan, 80 faiz əmək qabiliyyətini itirmiş və 2-ci dərəcəli əllik təyin olunmuş X3, qeyd olunan Qanunun 17 və və 18-ci maddələrinə uyğun qaydada icbari sığorta ödənişinin ödənilməsi öhdəliyinin qoyulması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı (sığortalı) Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-237/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh1 MMC-nin iddia tələbi təmin edilsin. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin üzərinə sığorta olunan, 80 faiz əmək qabiliyyətini itirmiş və 2-ci dərəcəli əlilik təyin olunmuş, sığorta olunan X3 (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 17 və 18-ci maddələrinə uyğun qaydada) icbari sığorta ödənişinin ödənilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-501/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-501/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver