Məhkəmə qərarları › İş №2-2(103)-502/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-502/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-502/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 8.064,00 manat borcun silinməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən və iddiaçıya məxsus olan tikinti materialları mağazasına **********00010 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 8.064 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən və iddiaçıya məxsus olan tikinti materialları mağazasında quraşdırılan G4 markalı sayğac texniki baxış keçirilməsi məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən çıxarılmış və həyata keçirilmiş vizual baxış nəticəsində nasazlığın aşkar edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edilmişdir. Bundan bir müddət sonra yenə də cavabdehin nümayəndələri tərəfindən G4 markalı sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Bununla bağlı xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktın nəticə hissəsində qeyd olunur ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir, faktiki sərfiyyat 3,5 m-dir. Bu faktla bağlı isə sonradan iddiaçıya məlum olmayan tarixdə və şəraitdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” daha bir Akt tərtib edilmiş və həmin aktın “baxış keçirilən zaman aşkar olunan nöqsanlar barədə Qeyd” qrafasında göstərilmişdir ki, “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir, cavabdeh tərəfindən kamera vasitəsi ilə aşkar olundu.” Aktın tələb qrafasında isə dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur. Sadalanan bu aktlar əsas gətirilməklə, xx xxxxxx 2018-ci il tarixə qədər qazdan istifadəyə görə borc məbləğinə dair 153 nömrəli hesab-fakturada yekun borcunun 5.040,00 manat, xx xxxxxx 2019-cu il tarixli 139 nömrəli hesab-fakturada isə borc məbləğinin 8.064,00 manat olduğu göstərilmişdir. İddiaçıdan belə bir ödənişin tələb edilməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən sözügedən obyektdə quraşdırılan sayğaca heç bir müdaxilə edilməmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan heç bir ödəniş almadan sayğacı öz hesabına dəyişməsi ilə qaz sayğacındakı problemin istehlakçının təqsiri üzündən meydana gəlmədiyini etiraf etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən araşdırma natamam və birtərəfli aparılaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, Birliyin nümayəndələri İddiaçı iştirakı ilə qaz sayğacına baxış keçirmiş və qaz sayğacının plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmışdır. İddiaçı R.Babayev həmin aktı imzalamış və sayğacın plastmas borusunun deşik olduğunu təsdiqləmişdir. Bundan sonra Birliyin daimi fəaliyyət göstərən komissiyası tərəfindən itirilmiş qazın bərpası olaraq qaz hesablanaraq abonentin hesabına daxil edilmişdir. Qaz sayğacının iddiaçıya məxsus olması və həmin qaz sayğacına müdaxilə edilməsi bir başa iddiaçının maraq dairəsindədir. Göründüyü kimi, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə yanaşı, eyni zamanda kobud prosessual pozuntulara yol verib ki, bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsələr də iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 2011-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2018-ci il tarixli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” aktda Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektdə yoxlama keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyinin aşkar olunduğu qeyd edimişdir. İş materiallarında xx xxxxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, cavabdeh tərəfindən vurulmuş ziyan 15120 kub.metr müəyyən edilmişdir. İş materiallarındakı xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” aktda 29/0305-00001/1-3 saylı rəyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektə dair sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsinin aşkar olunduğu qeyd edilmişdir. İş materiallarındakı xx xxxxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan hesablanaraq 25200 kub.metr müəyyən edilmişdir. İş materiallarındakı xx xxxxxx 2019-cu il tarixli 153 saylı hesab-fakturanın surətindən görünür ki, cavabdeh tərəfindən 5040 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında xx xxxxxx 2019-cu il tarixli 139 saylı hesab-fakturanın surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 3024 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən cəmi 8064 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunaraq ******* nömrəli və xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, cavabdeh tərəfindən iddiaçıya aktlara əsasən 8064 manat məbləğində borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdehin həyata keçirdiyi yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı üçün hüquqi nəticəsi olmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş akt əsasında iddiaçıdan borc tələb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar