Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-502/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1608/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sığorta hadisəsi nəticəsində vurulmuş 634.391,50 manat maddi zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən AS seriyalı, 007703 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, xx.xx.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min, iki yüz iyirmi iki manat) manat məbləğində sığorta ödənişinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1608/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təmin edilməyən - İddiaçı sığorta hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə cavabdeh tərəfindən hər gecikdirilmiş gün üçün 634.391,50 manat sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə, xx.xx.2021-ci il tarixə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-1608/2021 saylı iş üzrə qətnaməsinin ləğv edilərək iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumunun cavabdehin xeyrinə iddiaçıdan tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək iddiaçının apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1608/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsinə dair hissədə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 112-ci (iddianın qiyməti), 149.2.3 (iddianın predmeti və qiyməti) maddələrinin tələblərinə əsasən iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməlidir. MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş “hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsi” barədə iddia tələbi qeyri-müəyyən olduğundan, yəni iddianın qiymətini, o cümlədən həmin tələb təmin edildiyi halda cavabdehdən tutulmalı olan yekun məbləğ iddiaçı tərəfindən qeyd edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsində tələb edilən pul məbləğinin konkret qeyd edilməməsi və cavabdehdən tutulmalı olan cərimə məbləğinin müəyyənləşdirilməsi vəzifəsinin məhkəməyə həvalə edilməsi prosessual qanunvericiliyin prinsiplərinə və MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından məhkəmə bu tələbə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməyə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1608/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsinə dair hissədə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1608/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun xx.xx.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsinə dair hissədə baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-502/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-502/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver