Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-506/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətilərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında xx xxxxxxx 2009-cu il tarixdə bağlanmış “Kabel kanalizasiya qurğularından və paylayıcı şkaflardan birgə istifadə haqqında” müqaviləyə xx xxxxxx 2009-cu il tarixdə daxil edilmiş 2 saylı əlavə protokolun cavabdehin ödəniş öhdəlikləri ilə bağlı təxirəsalıcı şərt müəyyən edən bəndinin cavabdehin mənfəətlə işlədiyi 2014-cü maliyyə ilinin sonundan qüvvədən düşməsi, cavabdehin iddiaçının infastrukturundan istifadəyə görə hər ay ödənişlər etməli olan və ondan xx.xx.2019-cu il tarixədək icra edilməmiş öhdəlikləri üzrə yaranmış 1.973.101,85 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə: “xx xxxxxxx 2009-cu il tarixdə bağlanmış “Kabel-kanalizasiya qurğularından və paylayıcı şkaflardan birgə istifadə haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, onun məqsədi BTRİB-in xidməti sahəsində olan kabel-kanalizasiya qurğularının və paylayıcı şkaflarının Cavabdeh MMC ilə birgə qarşılıqlı istifadəsi ilə əlaqədar texniki,iqtisadi, hüquqi, maliyyə və kommersiya münasibətlərini tənzimləməkdir. Müqavilə 20 il müddətinə bağlanmışdır. xx.xx.2014-cü il tarixdə tərəflər arasında “kabel kanalizasiya qurğularından istifadə haqqında” yeni müqavilə imzalanmış və bu müqavilənin 1.1-ci bəndinə əsasən məqsədi “BTRİB-in xidmət sahəsində və balansında olan kabel-kanalizasiya qurğularından Cavabdeh MMC-yə məxsus kabellərin çəkilməsi ilə əlaqədar tərəflər arasında yaranan texniki, iqtisadi, hüquqi, maliyyə və kommersiya münasibətlərini tənzimləməkd”, 1.2-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən kabel-kanalizasiya qurğularından çəkilən kabellərin göstəriciləri və istifadə haqqları müqaviləyə əlavələrlə müəyyən edilir (Bu göstəricilərlə bağlı müqaviləyə bir neçə əlavə tərtib edilmişdir). Həmin müqavilə 1 il müddətinə bağlanmışdır. 4.1-ci bəndinə əsasən “müqavilə müddətinin bitməsinə bir ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyi halda, müqavilənin müddəti tərəflərin razılığı ilə növbəti eyni dövr üçün uzadılmış sayılır” xx.xx.2017-ci il tarixdə tərəflər arasında yaranmış borclara dair “Qarşılıqlı üzləşmə aktı” tərtib edilmişdir. Həmin üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1.115.368,14 manat (bir milyon bir yüz on beş min üç yüz altmış səkkiz manat on dörd qəpik) təşkil edir. Lakin bundan sonra borcların qalan hissəsinin ödənilməsi tələbinə qarşı Cavabdeh MMC xx.xx.2009-cu ildə bağlanmış müqaviləyə 2 saylı əlavə protokola istinad edərək bundan imtina etmiş, halbuki, mənfəətlə işləməyə başladıqdan sonra yenidən zərərlə fəaliyyət göstərdiyi halda da xx.xx.2009-cu il tarixli müqavilə üzrə ödəniş öhdəliyini icra etməli idi. Həmin müqavilə üzrə müəyyən edilən hüquq münasibətlərinin dəyişdirilməsi məqsədi ilə bağlanılmış və hazırda hüquqi qüvvədə olan xx.xx.2014-cü il tarixli “Kabelkanalizasiya qurğularından istifadə haqqında” müqavilənin 3.1 -ci bəndində göstərilir ki, “Kabel-kanalizasiya qurğularından istifadə etməklə çəkilmiş kabellərə görə bu müqavilənin əlavələrində göstərilən məbləğdə cavabdeh iddiaçıya hər ay ƏDV daxil olmaqla xidmət haqqı ödəyir”. 3.3-cü bəndinə əsasən “Təqdim olunmuş vergi hesab fakturasına əsasən, xidmət haqqı hesabat ayından sonrakı ayın 15-nə qədər ödənilir”. Lakin cavabdeh ötən müddət ərzində xidmət haqqlarının yalnız kiçik bir qismini ödəmişdir, son bir neçə il ərzində isə xidmət haqqları ümumiyyətlə ödənilməmiş, nəticədə onun iddiaçıya infrastrukturdan istifadəyə görə xx.xx.2019-cu il tarixə 1.461.787,17 manat borcu yaranmışdır. Bundan əlavə, cavabdeh fəaliyyətə başladığı dövrdən etibarən “xxxx” MMCnin tabeliyində olmuş, ayrıca vergi ödəyicisi kimi qeydə alınaraq fəaliyyət göstərmiş X2 ilə xx.xx.2016-cı tarixli, Ava-25 saylı, X1 ilə xx.xx.2016-cı il tarixli 7 saylı, X3 ilə xx.xx.2016-cı il tarixli, 36 saylı “ATS binalarında avadanlıqların quraşdırılması üçün yerlərin ayrılması, avadanlıqların qorunub saxlanılması barədə tərəflərin hüquq və məsuliyyətinin müəyyənləşdirilməsi haqqında” müqavilələr bağlamışdır. 2018-ci ilin fevral ayında qeyd edilən Telefon qovşaqları vergi uçotundan çıxarılmışdır və onların hüquqi varisi kimi “xxxx” MMC çıxış edir. Cavabdeh avadanlıqların EATS binalarında yerləşdirilməsinə görə borclarını bugünədək ödəməmişdir. Bundan başqa, cavabdeh təşkilat ayrıca bağlanmış və “Fol” başlığı ilə nömrələnmiş müqavilələr üzrə fıberoptik cütlüklərdən istifadə ilə bağlı borclarını da ödəməmişdir və xx.xx.2019-cu il tarixə həmin müqavilələr üzrə cavabdehin “xxxx” MMC-yə 309.944,11 manat ödənilməmiş borcu vardır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara, göndərilən pretenziya məktublarına baxmayaraq, yığılmış borcların ödənilməsindən əsassız olaraq boyun qaçırılmışdır. Ümumilikdə, xx xxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilatın kabel kanalizasiya qurğularından istifadəyə görə 1.574.946,00 manat, fıberoptik kabellərin çəkilməsi ilə bağlı 363.568,86 manat, avadanlıqların EATS binalarında yerləşdirilmiş avadanlıqlara görə 25.434,72 manat, telefon rabitəsindən istifadəyə görə 697,85 manat, portdan istifadəyə görə 8453,92 manat olmaqla cəmi 1.973.101,85 manat borcu vardır. ” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 593.487,52 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli müqavilə ilə əsasən eyni predmetə malik olmaqla, onun predmetini və həmin müqavilə üzrə öhdəliklərinin icra üsulunu dəqiqləşdirmiş, bununla da 2009-cu il tarixli müqaviləyə novasiya qaydasında qaydasında xitam verilmişdir. xx.xx.2014-cü il tarixli müqaviələ 4.1-ci bəninə əsasən 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş, xx.xx.2015-ci il tarixində müddəti bitmiş, 4.2-ci bəndinə müvafiq olaraq tərəflərdən hər hansı biri müqaviləyə xitam verməsi barədə digər tərəfə 2 ay əvvəl yazılı bildiriş vermədiyinə görə müqavilə müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmış, xx.xx.2016-cı il tarixinə bir ay qalmış xitam barədə müraciət olmadığı halda, müqavilə növbəti illərdə də eyni şəkildə tətbiq edilmişdir. xx.xx.20140-cü il tarixdə xx.xx.2014-cü il tarixli müqaviləyə 1 saylı əlavə imzalanmış, lakin cavabdehin çəkdiyi kabellərin təsnifatı dəyişdiyinə görə xx.xx.2015-ci il tarixində 1 saylı Əlavə ləğv edilmiş və 2 saylı Əlavə müqaviləyə daxil edilmişdir. Həmin müqaviləyə x xxxxxx 2016-cı il tarixindən edilən Əlavə 3 hər iki tərəfdən imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən isə müqaviləyə əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu baxımdan bütün Əlavələr müqaviəlnin tərkib hissəsi kimi tərəflərin müqavilə münasibətlərini davam etdirmək iradəsinin ifadəsi hesab olunmalıdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı” təsdiq edir ki, tərəflər arasındakı münasibətlər 2014-cü il tarixli müqavilə və ona əlavələrlə tənzimlənir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətlərin xx.xx.2017-ci il tarixdən yenidən xx.xx.2009-cu il tarixli müqavilə ilə tənzimlənməyə başlamasına dair gəldiyi nəticə qanuni və əsaslı deyil. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilən hissəsində qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən borcu səhv metodla hesablamışdır. Belə ki, müqaviləyə əlavələrə rəhbər tutaraq, məhkəmə kabel kanalizasiya xidmətlərindən istifadəyə görə borcu hesablamış, halbuki, xx.xx.2017-ci il tarixdən əvvəl iddiaçıya ödənilən məbləğlər nəzərə alınmamış, bunun da səbəbi odur ki, xx.xx.2017-ci ilə qədərə ödənişlərə dair cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Lakin xx.xx.2017-ci il tarixinə olan borc məbləği tərəflərin özləri tərəfindən imzalanan aktla etiraf edildiyi nəzərə alındıqda, əvvəlki hesablamalar məhkəmə tərəfindən araşdırılmamalı idi. Ən azından ona görə ki, həmin tarixə qədər cavabdehin ödənişlərinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixli Akta əsasən kabel-kanalizasiya qurğularından və və fiber-optik kabel cütlərindən istifadəyə görə cavabdehin, ümumilikdə, 1.153.368,14 manat məbləğində borcu təsdiq edilmiş, bu məbləğin 1.004.513,15 manata bərabər hissəsi kabel kanalizasiya qurğularından istifadəyə dair borcu təşkil edir. Aktla təsdiq edilmiş borcun qalan hissəsini isə fiber-optik kabel cütlərindən istifadəyə görə borc məbləğini ifadə edir. Fiber-optik kabel cütlərindən istifadəyə dair iddia tələbi məhkəmənin xx.xx.20019-cu il tarixli qərardadı ilə baxılamış saxlanıldığı nəzərə alındıqda, hazırkı şikayət yalnız kabel-kanalizasiya qurğularından istifadəni əhatə edir. Akt imzalandıqdan sonra isə cavabdeh tərəfindən 570.609,73 manat ödəniş həyata keçirilmiş, bunun da 553.440,00 manat hissəsi kabel-kanaizasiya qurğularından istifadəyə görə olan ödənişdir. Beləliklə, xx.xx.2017-ci il tarixinə cavabdehin kabel kanaizasiya qurğularından istifadəyə görə 1.004.513,15 manat borcu olduğu nəzərə alındıqda, xx.xx.2017-ci il tarixindən sonra bu məbləğdən, həmin xidmətə görə edilən 553.440,00 manat məbləğində edilən ödəniş çıxıldıqda, qalıq borc 451.073,15 manat məbləğində müəyyən edilir. Həmin məbləğ də üzləşmə aktına əsasən iddiaçının cavabdehə olan 484.773,93 manat məbləğində borcu ilə əvəzləşdirildikdə cavabdehin iddiaçıya heç bir qalıq borcu qalmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 apellyasiya şikayətində istinad etdiyi hallara dair sənədləri (kabel kanaizasiya qurğularından istifadəyə qaimələr və bununla bağlı müvafiq ödənişləri) elektron kabinetə daxil edildiyini bildirərək, eyni zamanda, həmin sənədlərdən çıxarışları ayrı-ayrılıqda qruplaşdırılmış şəkildə məhkəməyə təqdim edərək dəlillərinə uyğun apellyasiya şikayətini müdfaiə etmiş və təmin olunimasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya təmin edilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının apellyasiya şikayətindən göründüyü kimi, iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu xahişini onunla əsaslandırır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “kabel kanalizasiya qurğularından istifadə haqqında” yeni müqavilənin 4.1-ci bəndinə əsasən həmin müqavilə 1 il müddətinə bağlandığını, lakin ona edilmiş 1, 2 və 3 saylı Əlavələrin müqaviəlnin tərkib hissəsi kimi tərəflərin müqavilə münasibətlərini davam etdirmək iradəsinin ifadəsi hesab olunduğunu mübahisələndirmiş və iddia ərizəsində iddiaçı xx xxxxxx 2019-cu il tarixə cavabdehin ona məxsus kabel-kanalizasiya qurğularından istifadəyə görə 1.574.946,00 manat, fıberoptik kabellərin çəkilməsi ilə bağlı 363.568,86 manat, avadanlıqların EATS binalarında yerləşdirilmiş avadanlıqlara görə 25.434,72 manat, telefon rabitəsindən istifadəyə görə 697,85 manat, portdan istifadəyə görə 8453,92 manat olmaqla, cəmi 1.973.101,85 manat məğbləğində borcu yarandığını iddia edərək, cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. İş materiallarından isə görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin xx xxxxxx 2019 tarixli iki qərardadı ilə iddia tələbinə: -xx xxxxxxx 2009-cu il tarixli müqaviləsi üzrə kabel-kanalizasiya qurğularının istifadəsinə dair borc məbləğinə aid hissəsində xitam verilmiş; -fiberoptik kabel cütləri və ATS binalarında avadanlıqların yerləşdirilməsinə dair borc məbləğinə aid hissəsində isə baxılmamış saxlanılmışdır. Məhkəmənin hər iki qərardaddan şikayət veilməmiş, qanuni qüvvəsini almışdır.Bu baxımdan, iddiaçının şikayəti üzrə həmin hissələri mübahisələndirən dəlillərinin araşdırılması və onlara qiymət verilməsi zərurəti aradan qalxır. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətin qətnaməni – “xx xxxxxx 2009-cu il tarixdə daxil edilmiş 2 saylı əlavə protokolun cavabdehin ödəniş öhdəlikləri ilə bağlı təxirəsalıcı şərt müəyyən edən bəndinin cavabdehin mənfəətlə işlədiyi 2014-cü maliyyə ilinin sonundan qüvvədən düşməsi vəfıberoptik kabellərin çəkilməsi ilə bağlı 363.568,86 manat, EATS binalarında yerləşdirilmiş avadanlıqlara görə 25.434,72 manat məbləğində borc tələbi hissələrində” mübahisələndirən dəlilləri əsassızdır Ona görə də həmin qərardadlar nəzərə alınmaqla, qətnamə ilə həmin hissələrdə iddiaçının tələblərinin rədd olunması ilə məhkəmə kollegiyası razılaşır. Qətnamədən həmçinin görünür ki, iddiaçının telefon rabitəsindən və portdan istifadəyə görə yaranmış borc tələbləri hissəsində də iddia rədd olunmuşdur. Həmin hissədə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında telefon rabitəsindən və portdan istifadə ilə bağlı mühüm şərtləri barədə raızılaşdırılmış imzalanmış müqavilə mövcud deyil. Belə olan halda, yəni, tərəflərin həmin məsələlər üzrə qarşılıqlı münasibətləri tənzimləyən (məs., qeyd olunan xidmətlər üzrə hansı qiymət normasının tətbiqi və s.) iradə ifadələri mövcud olmadığı halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşdüyünü və onun tərəfindən hansı şərtlər əsasında telefon rabitəsindən və portdan istifadənin həyata keçirildiyini sübuta yetirilməli olduğunu və 697,85 manat və 8.453,92 manat borc məbləğlərinin hansı qiymət norması əsasında hesablandığını göstərməli olduğunu və borcun hesablanma qaydasına dair sənəd-sübut məhkəməyə təqdim edilmədiyini qeyd etməklə iddianın həmin hissələrdə rədd olunması da əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xx.xx.2019-cu il tarixədək icra edilməmiş öhdəlikləri üzrə yaranmış 1.973.101,85 manat məbləğində borc tələbinin qalan - kabel-kanalizasiya qurğularından istifadəyə görə cavabdehin iddiaçıya 1.574.946,00 manat məbləğində borc tələbinin 593.487,52 manat pul məbləğində hissəsində təmin edilməsi ilə qismən razılaşır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, xx.xx.2014-cü il tarixli müqavilənin müddətinin xx.xx.2017-ci il tarixdə bitmədiyini həmin müqavilənin 4.1ci bəndinə müvafiq olaraq və ona edilmiş Əlavələrə istinadən müqavilə münasibətlərinin bundan sonra da davam etdiyini mübahisələndirərək, ona məxsus kabel-kanalizasiya qurğularından istifadəyə görə cavabdehin xx.xx.2019-cu il tarixinə 1.574.946,00 manat məbləğində borcu yarandığını iddia edir. Cavabdeh isə, onun apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, xx.xx.2014-cü il tarixli müqavilənin müddətinin xx.xx.2017-ci il tarixində bitmiş, bundan sonra müqavilə hüquqi qüvvəsini itirmiş və xx.xx.2017-ci il tarixində tərəflər qarşılıqlı üzləşmə aktı tərtib etməklə, 2014-2016-cı illər üzrə “kabel-kanalizasiya qurğularından və fiber-optik kabel cütlərindən istifadəyə görə” cavabdehin iddiaçıya, ümumilikdə 1.153.368,14 manat borcu mövcud olmuşdur ki, bununda 1.004.513,00 manatını “kabelkanalizasiya qurğularından təşkil edir. Həmin məbləğdən də xx.xx.2017-ci il tarixindən sonra onun tərəfindən 553.440 manatı ödənilmişdir. Yerdə qalan 451.073,15 manat qalıq borc isə iddiaçının isə internetə qoşulma xidmətləri ilə təmin edilmə haqqı üzrə cavabdehə 484.773,93 manat borc ilə əvəzləşdirildikdə cavabdehin iddiaçıya borcu qalmır. Məhkəmə tərəfindən isə düzgün hesablama metodu tətbiq edilməmiş, cavabdehin kabelkanalizasiya qurğularından istifadə haqqına görə ödənişlərini əvvəldən hesablamış, halbuki üzləşmə aktı ilə tərəflər bir-birinə olan borcları mübahisələndirilmir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası cavabdeh tərəfin dəlilləri ilə razılaşır. Birincisi, xx.xx.2014-cü il tarixli “kabel-kanalizasiya qurğularından istifadə haqqında” müqavilənin: -4.1-ci bəndinə əsasən xx.xx.2014-cü il tarixdən qüvvəyə minməklə,1 il müddətinə qüvvədə olacağı, həmin müddətin bitməsinə 1 ay qamış ona xitam verilməsi haqda müraciət edilmədiyi halda, həmin müddətin eyni dövr üçün uzadılmış hesab edilməsi ; -4.2-ci bəndinə əsasən isə 2 ay əvvəlcədən yazılı surətdə müvafiq bildiriş göndərməklə, birtərəfli qayda müqaviləyə xitam verilməsi - barədə tərəflər razılığa gəlmişlər. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında həmin müqaviləyə müəssisə rəhbərləri səviyyəsində imzalanıb, müəssisənin möhürləri ilə təsdiq olunmuş əlavələr edilərək: -xx.xx.2014-cü il tarixdə 1 saylı Əlavə ilə 359.592,60 manat; -xx.xx.2015-ci il tarixdə həmin 1 saylı Əlavə ləğv edilrək, 2 saylı Əlavə qəbul edilməklə, 325.789,80 manat; - xx.xx.2016-cı il tarixində isə 3 saylı Əlavə ilə 10.440,20 manat - illik istifadə haqqı müəyyənləşdirilmişdir. Daha sonra, xx.xx.2017-ci il tarixində tərəflər müəssisə rəhəbərləri səviyyəsində qarşılıqlı üzləşmə aktına imzalayıb, müəssiənin dairəvi möhürləri ilə təsdiq etmiş və həmin akta əsasən cavabdehin “kabel-kanalizasiya qurğularından istifadəyə görə” iddiaçıya xx.xx.2017-ci il tarixinə 484.773,93 manat məbləğində borcu olması təsbit olunmuşdur. Bundan sonra, tərəflər arasında “kabel-kanalizasiya qurğularından istifadə haqqında müqaviləyəbaşqa bir Əlavə edilməmiş, beləliklə də faktiki olaraq, xx.xx.2014-cü il tarixli müqavilə münsibətləri xx.xx.2017-ci il tarixinə kimi davam etmişdir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruri hesab edilir. Cavabdeh apellyasiya şikayətindən göründüyü kimi, xx.xx.2014-cü il tarixli kabelkanalizasiya qurğularından istifadə haqqında müqavilənin müddətinin xx.xx.2017-ci il tarixindən bitdiyini və bundan sonra həmin müqavilə üzrə mühüm sayıla bilən əlavə şərtlər barədə tərəflərin hər hansı bir razılığa gəlinmədiyi və həmin tarixdən sonrakı dövr üçün iddiaçıya kabel-kanalizasiya qurğularından istifadə haqqı ödəmədiyini, həyata keçirdiyi ödənişlərin yalnız qarşılıqlı üzləşmə aktı üzrə xx.xx.2017-ci ilə qədər mövcud olan borcuna dair olduğunu qeyd edərək xx.xx.2017-ci il tarixdən sonra həmin müqavilə münasibətlərinə xitam verildiyini mübahisələndirir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbində nəzərədə tutulur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məcəllənin qeyd olunan tələbi baxımdan, cavabdehin xx.xx.2017-ci il tarixdən etibarən müqavilə müddətinin uzadılması barədə razılığa gəlmədiyi və belə bir qüvvəyə minmiş müqaviləyə Əlavənin mövcud olmadığı mübahisələndirildiyi halda və həmin tarixdən sonrakı dövr üçün faktiki olaraq onun ödənişlərdən imtina etdiyi nəzərə alındıqda, xx.xx.2014-cü il tarixli “kabel kanalizasiya qurğularından istifadə haqqında” müqavilənin müddətinin uzadılması barədə razılaşma bağlanmış hesab edilə bilməz. Digər tərəfdən, nə qədər ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2014-cü il tarixli müqavilənin müddətinin uzadılması barədə razılığa gəlinmədyi mübahisələndirilir, belə razılaşma mövcud olsa belə, cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməyərək mübahisələndirildiyinə görə, Mülki Məcəllənin 337.2-ci maddəsi baxımından etibarsızdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xx.xx.2014-cü il tarixli müqavilənin xx.xx.2017-ci il tarixdən sonra da uzadılmış hesab edərək, həmin tarixdən sonrakı dövr üçün cavabdehə hesabladığı borc məbləğləri işin hallarına və mülki qanunvericilyin tələblərinə uyğun hesab hesab etmir. Belə olan halda, həmin müqavilədən irləi gələn borc münasibətləri - xx.xx.2017ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıq üzləşmə aktında təsbit olunan göstəricilərə uyğun həll olunmalıdır. Həmin üzləşmə aktına əsasən isə cavabdehin iddiaçıya - fiber-optik kabel cütlərindən istifadə haqqına və kabel kanalizasiya quruğularından istfadə haqqına görə yaranmış borcu ümumilikdə 1.153.368,14 manat təşkil edir. Göründüyü kimi, burada ayrıayrılıqda adıçəkilən komponentlər üzrə istifadə haqqı göstərilməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara, o cümlədən, arayış və həmin arayışa əlavə olunmuş 1 və 2 saylı qoşmalara (vergi-hesab fakturaları və ödəniş sənədləri) əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixinə qədər olan 1.153.368,14 manat məbləğində borcun 1.004.513,15 manat (1 saylı qoşma) məbləğində olan hissəsi (2014-də 227.649,95 manat+2015-də 325.790,40 manat + 2016-da 451072,80 manat) yalnız kabel-kanalizasiya qurğuraından istifadəyə görə olan haqqa aiddir. Cavabdehin xx.xx.2017-ci il tarixinə qədər 2014-2016-cı illər üzrə cavabdehin həyata keçirdiyi, ƏDV daxil, ödənişlərin isə 553.440 manat məbləğində olan hissəsi kabelkanalizasiya qurğularından istfadə haqqına görə edilən ödənişlərdir. Belə olan halda da xx.xx.2017-ci il tarixinə kabel-kanalizasiya qüruğularından istifadə haqqın görə cavabdehin iddiaçıya olan qalıq borcu 451.073,00 (1.004.513,10-5553.440,00) manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə kabelkanalizasiya qurğularından istfadə haqqını müəyyənləşdirərərkən xx.xx.2014-cü ilə tarixli müqaviləyə edilmiş əlavələrdə təsbit olunan göstəricini (1.136.454,60 manat) əsas götürməklə, bu zaman iddiaçının müvafiq ödənişlərini və qarşılıqlı üzləşmə aktında tərəflər arasında mübahisələndirilməyən borcun miqdarını nəzərə almamış və 2014- 2016-cı illər üzrə kabel-kanalizasiya qurğularından istifadəyə görə yaranmış borcuna görə, iddiaçının təqdim etdiyi vergi hesab fakturaları, ödəniş sənədəlri və konto kontokorrent vərəqsinə istinadən, cavabdeh tərəfindən 542.967,08 manat məbləğində ödəniş edidiüyini qeyd edərək hesab etmişdir ki, onun qeyd olunan xidmətə görə iddiaçıya olan borcu 593.487,52(1.136.454,60-542.967,08) manat təşkil edir. Halbuki, məhkəmənin istinad etdiyi həmin ödəniş sənədləri, əsasən sub-hesaba aid ödənişlərə aiddir. Kontorkorrent vərəqinə əsasən isə qeyd olunan məbləğ alınmır. Vergi-hesab-fakturalarına gəldikdlə isə, ümumiyyətlə, müvafiq ödənişin həyata keçirildini təsdiq edən bank sənədi sayılmır. Beləliklə də cavabdehin apellyasiya şikayətinin qeyd olunan hissəni mübhisələndirən ddəlillərinin tamamilə əsaslı olduğu sübuta yetirilir. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qarşıqılı üzləşmə aktında təsbit olunan iddiaçının ona olan, internetə qoşulma xidmətləri ilə təmin edilmə haqqı kimi 484.773,93 manat məbləğində borcunun, kabel-kanalizasiya qurğularından istfadəyə görə yaranmış, onun iddiaçıya olan qeyd olunan 451.073,00 borcu ilə əvəzləşdirilməsi ilə dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfind iddiaçıya qarşı hazırıkı iş üzrə qarşılıqılı iddia tələbi movcud olmadığı halda, məhkəmə tərəfindən belə bir əvəzləşdirilmənin həyata keçirlməsi prosessual qanunvericiliyin (o cümlədən, MPM-in 149.1, 149.2.3 və 218.3-cü və maddələrinin) tələbləri baxımından mümkünsüzdür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işə baxarkən kabel kanalizasiya qurğularından istifadə ilə bağlı işdə olan sübutlara lazımınca hüquqi qiymət verməmiş, həmin hissədə işin bütün faktiki halları aydınlaşdırılmamış, 2014-2016-cı illər üzrə xx.xx.2014-cü il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya olan borcu 451.073,00 manat təşkil etdiyi halda, sonuncunun xeyrinə cavabdehdən 593.487,52 manat tutuluması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də yuxarıda qeyd olununanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi (borc məbləğinə ad hissəsində) dəyişdirilməli, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 451.073,00 (dörd yüz əlli bir min yetmiş üç) manat borc məbləği və ödənilmiş dövlət rüsumuna görə (MPM-in 119.1-ci maddəsinə müvafiq) 20 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nın apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 451.073,00 (dörd yüz əlli bir min yetmiş üç) manat borc məbləği və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-506/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-506/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver