Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-509/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-617/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli 100/02 saylı müqaviləyə əsasən, “İcraçı” (iddiaçı) “Sifarişçi”yə (cavabdeh) dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərdə sənədlərin və bağlamaların qəbulu, nəql edilməsi və çatdırılması, xarici ölkələrdən Azərbaycana göndərilən sənədlərin və bağlamaların Bakıda yerləşən məntəqələrə nəql edilməsi və çatdırılması xidmətlərini təqdim edir.
2. İddiaçı qeyd edilən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin 5 elektron qaimə üzrə ümumilikdə 1500,85 manat məbləğində borcu yarandığını, cavabdeh isə xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini, digər elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini bildirmiş və iddianın 145,15 manat hissəsi istisna olmaqla, qalan hissədə rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dan 1.500,85 manat xidmət haqqı borcu və 3.551,84 manat cərimə məbələği, cəmi 5.052,69 manat pulun, 110 manat hüquqi yardıma görə ödəniş və 100 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 07 oktyabr 2016-cı il tarixli, 100\02 saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi İcraçı tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirilir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir. Lakin Müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 05 dekabr 2019-cu il tarixli TC 814\19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 211,46 manat; -Təqdim edilmiş 09 yanvar 2020-ci il tarixli TC 023\20 saylı hesab-faktura ilə 2019-cu ilin dekabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 292.06 manat; -Təqdim edilmiş 31 may 2020-ci il tarixli 618\20 saylı hesab-faktura ilə 2020-ci ilin may ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 118,30 manat; -Təqdim edilmiş 30 iyul 2020-ci il tarixli 873\20 saylı hesab-faktura ilə 2020-ci ilin iyun ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 733,88 manat, -Təqdim edilmiş 30 aprel 2021-ci il tarixli 616\21 saylı hesab-faktura ilə 2021-ci ilin aprel ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 145,15 manat; cəmi 1 500,85 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 5.3-cü maddəsinə görə cavabdeh Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödənilmədiyinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır.
5. Cavabdeh iddiaya etiraz edərək ancaq xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini, digər elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini bildirmiş və iddianın 145,15 manat hissəsi istisna olmaqla, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə yenidən ərizə göndərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-617/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2016-cı il tarixli 100/02 saylı müqaviləyə əsasən əsas borc üzrə 1.500 (bir min beş yüz) manat 85 (səksən beş) qəpik məbləğində pul, cərimə borcu üzrə 70 (yetmiş) manat məbləğində pul, ümumilikdə 1.570 (bir min beş yüz yetmiş) manat 85 (səksən beş) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə verilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 110 (yüz on) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi və əsas borcun 145.15 manat hissəsi istisna olmaqla iddianın qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi, yalnız özünün möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş TC814/19, 618/20 və 873/20 №-li hesab fakturaların (211.46 AZN + 118.30 AZN + 733.88 AZN =1063.64 AZN) cavabdehin əməkdaşı olan Yuliya Kolesnikova tərəfindən imzalandığına istinad etmişdir. Halbuki iş materiallarında onun cavabdehin işçisi olması və cavabdeh tərəfindən ona bu sənədləri imzalamaq, yəni iddia olunan xidmətlərin cavabdehə göstərildiyini təsdiq etmək səlahiyyətinin verildiyi barədə hər hansı mötəbər sübut yoxdur. İddiaçının ********** №-li qaimə (air waybill) “X4 Sistemləri A.S.” (Türkiyə) ilə İlhamə Məmmədova və ********** №-li qaimə (air waybill) "xxxx" MMC (Rusiya) ilə İlhamə Məmmədova adlı şəxs arasındakı poçt göndərişləri ilə bağlıdır. Bu şəxslərdən birinin digərinə göndərdiyi poçt göndərişlərinin çatdırılmasına görə xidmət haqqının daşıyıcıya ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır. ********** №-li qaimədə “İlhama Mamedova” adının yanında “Module Caspi” sözləri sonradan əlyazma ilə həmin qaiməyə əlavə edilib ki, bu da cavadeh təşkilat üçün mülki hüquqi məsuliyyət yarada bilməz. Digər qaimələrdə (B.Britaniya və Niderland) Shipper (yük göndərən) qismində “Module Caspi” yazılsa da, cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə poçt göndərişi barədə sifariş verilməyib. Məhkəmə bu sübutları qiymətləndirərkən qeyd olunan ziddiyyətli məqamları nəzərə almamış, mötəbərliyi tam olmayan, şübhəli sübutlara istinad edərək əsas borc tələbinə münasibətdə iddianı təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müqavilə öhdəliklərinə görə elektron qaimə, hesab faktura təqdim olunur. Hazırda tələb 5 invoys üzrədir. 5 gün müddətində etiraz verə bilərdilər, lakin heç bir etiraz edilməmişdir. 18 oktybar 2019-cu ildə sonuncu ödənişləri ediblər. Apellyasiya şikayətinə əsasən qeyd olunur ki, İlhamə Məmmədova əlyazma ilə həmin qaiməyə əlavə edilib, bu fikrə qəti etiraz edirlər. Çünki öncədən elektron qaimələr verilmişdir. Tərəflər arasında 2 xidmət müqaviləsi olmuşdur. Müqavilə bağlandıqdan sonra tərəfə məxfi kod verilir. O kod vasitəsi ilə göndərmişlər. Kodun məxfiliyinin qorunub saxlanılmasına onlar cavabdehdir. Elektron qaimələr sistem tərəfindən təsdiq edilib. Həm qaimə, həm faktura vermişlər. Ödənişləri də bu qaydada ediblər.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
20. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...”
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...”
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
25. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
26. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
30. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 1500,85 manat əsas borc və 70 manat cərimə borcunun tutulması hissəsində əsaslıdır.
35. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı ilə Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə sənədlərin və bağlamaların daşınması üzrə 100/02 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı (İddiaçı MMC) sifarişçi (Cavabdeh MMC) ilə razılaşdırılmış şərtlər əsasında göndərmənin qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərmənin həyata keçirilməsini üzərinə götürmüşdür. Müqavilə hər iki tərəfdən imzalanmış və möhürlə təsdiq edilmişdir.
36. Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “İcraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoice-invoys) təqdim olunandan sonra 21 (iyirmi bir) gün ərzində bank köçürməsi yolu ilə həyata keçirməlidir. Əks təqdirdə, hər keçən gün üçün invoys məbləğinin 0.3 % həcmində cərimə sanksiyası tətbiq olunacaqdır.
37. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə xidmət göstərilmiş günə Azərbaycan Respublikası Mərkəzi Bankının manat məzənnəsinə uyğun olaraq həyata keçirilməlidir.
38. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı” qarşısında “İcraçı”nın təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının ödənilməsinə görə məsuliyyət daşıyır.
39. İşin müəyyən edilmiş hallarından, eyni zamanda qeyd olunan müqavilənin 4.3-cü bəndindən göründüyü kimi tərəflər arasında işlərin təhvil-təslimi qaimə faktura və hesab faktura göndərilməsi ilə rəsmiləşdirilmişdir.
40. İddiaçı icra edilmiş xidmətlər üzrə göndərilmiş 5 ədəd elektron qaimə (05.12.19cu il, 09.01.20-ci il, xx.xx.2020-ci il, 30.07.20-ci il, xx.xx.2021-ci il) üzrə ödənilməmiş borcun qaldığını bildirərək, cəmi 1.500,85 manat xidmət haqqı və 3.551,84 manat cərimə borcunu tələb edir.
41. İddiaçı tərəfindən təqdim edilmiş 05 dekabr 2019-cu il tarixli TC 814\19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün invoys üzrə 211,46 manat; 09 yanvar 2020-ci il tarixli TC 023\20 saylı hesab-faktura ilə 2019-cu ilin dekabr ayında göstərilmiş xidmət üçün invoys üzrə 292.06 manat; 31 may 2020-ci il tarixli 618\20 saylı hesab-faktura ilə 2020-ci ilin may ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 118,30 manat; 30 iyul 2020-ci il tarixli 873\20 saylı hesab-faktura ilə 2020-ci ilin iyun ayında göstərilmiş xidmət üçün invoys üzrə 733,88 manat, 30 aprel 2021-ci il tarixli 616\21 saylı hesab-faktura ilə 2021-ci ilin aprel ayında göstərilmiş xidmət üçün invoys üzrə 145,15 manat; cəmi 1 500,85 manat məbləğində xidmət haqqı ödənilməlidir.
42. Cavabdehin isə həm iddiaya qarşı etirazında, həm də apellyasiya şikayətində yalnız xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini, digər elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini bildirmiş və iddianın 145,15 manat hissəsi istisna olmaqla, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Göründüyü kimi, cavabdeh tərəf sadalanmış 4 ədəd qaimə fakturada nəzərdə tutulmuş xidmətlərin göstərilməsini qəbul etməmiş və elektron qaimələrin sistem tərəfindən təsdiq edildiyini bildirmişdir.
44. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
45. İş materiallarında ödənişin həyata keçirilmədiyi 5 ədəd elektron qaimə-faktura mövcuddur, həmin qaimə fakturalarda göstərilən məlumatların bir hissəsinin təsdiq edilib, qalan hissələrinin təsdiq edilməməsi mümkün deyil, həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları da iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
46. İşdən göründüyü kimi, cavabdeh tərəf özü xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini və qeyd edilən xidmətin həyata keçirildiyini bildirərək bu hissədə iddianı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məbləğdə xidmətin göstərilməsi təsdiqini tapmış və bu hissədə iddia əsaslıdır və əlavə araşdırma tələb olunmur.
47. İşdə olan xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 211,46 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Rusiyanın Moskva şəhərinə göndərmə ilə bağlı olmuşdur. Adçəkilən hesab faktura əsasında da, elə həmin gün yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh MMCyə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir.
48. İşdə olan xx.xx.2020-ci il tarixli dekabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 023/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 292,06 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Qanuni nümayəndə1 tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Türkiyəyə göndərmə ilə bağlı olmuşdur. Adıçəkilən hesab faktura əsasında da, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir.
49. İşdə olan xx.xx.2020-ci il tarixli may ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 618/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 118,30 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Niderlanda göndərmə ilə bağlı olmuşdur. Adıçəkilən hesab faktura əsasında da, elə həmin gün yəni, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. Həmçinin də, qeyd edilməlidir ki, hesab-fakturadan görünür ki, Niderlanda göndərilməli olan əşyanın və yaxud sənədin çəkisi 0,5 kq olmuşdur. İddiaçı tərəf də, hazırkı xidmətin göstərilməsinin təsdiqi olaraq 0,5 kq çəkisində olan sənəd və yaxud əşyanın Niderlandın Amsterdam şəhərində olan X1 B.V şirkətinə çatdırılma ilə bağlı imzalı poçt göndərişinin qəbzini işə əlavə etmişdir.
50. İşdə olan xx.xx.2020-ci il tarixli iyul ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 873/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 733,88 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Rusiyanın Moskva şəhərinə göndərmə ilə bağlı olmuşdur. Adıçəkilən hesab faktura əsasında da, elə həmin gün yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. Qeyd edilmiş hesab-faktura Türkiyəyə, Böyük Britaniya və ABŞ-a əşya və ya sənədin göndərilməsi ilə bağlı olmuşdur. İddiaçı tərəf həmçinin qaimə-fakturada göstərildiyi kimi çəkisi 9 kq olan əşya və ya sənədin Türkiyəyə çatdırılması, çəkisi 0,3 kq olan əşya və ya sənədin ABŞ-a çatdırılması və Böyük Britaniyaya çatdırılması barədə imzalı poçt göndərişinin qəbzini işə əlavə etmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaiməyə və digər elektron qaimələrin tarixinə nəzər yetirdikdə görünür ki, sistem tərəfindən təsdiq edilmiş elektron qaimələr cavabdeh tərəfindən mübahisləndirilməyən elektron qaimədən əvvəlki tarixə aiddir, həmçinin də, tərəflər arasında sonradan cavabdehin özünün də qəbul etdiyi xidmət göstərilmiş ancaq buna baxmayaraq, cavabdeh əvvəlki elektron qaimələrə heç bir etiraz etməmişdir.
52. Bundan başqa da, qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli may ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 618/20 saylı hesab fakturada (xx.xx.2020-ci il tarixli elektron qaimə), xx.xx.2020-ci il tarixli iyul ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 873/20 saylı hesab fakturada (xx.xx.2020-ci il tarixli elektron qaimə) əks edilmiş xidmətlərin göstərilməsinə dair məhz qeyd edilmiş hesab fakturalarda əks edilmiş çəkidə olan sənədin və əşyanın çatdırılması barədə qəbzlər təsdiq edir ki, qeyd edilmiş xidmətlər göstərilmişdir.
53. xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab faktura və xx.xx.2020-ci il tarixli dekabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 023/20 saylı hesab fakturada əks edilmiş xidmətlərlə bağlı iddiaçı tərəfindən əlavə edilmiş sənədin və əşyanın çatdırılması barədə qəbzləri aydın şəkildə təhlil etmək mümkün olmasa da, görünür ki, tərəflər arasında işgüzar münasibətlər və sənədləşmələr oxşar formada həyata keçirilmişdir. Belə ki, ilk öncə hesab faktura tərtib edilmiş sonra elektron qaimə göndərilmiş və sistem tərəfindən qəbul edilmişdir.
54. Cavabdeh apellyasiya şikayətində TC814/19, 618/20 və 873/20 №-li hesab fakturaların (211.46 AZN + 118.30 AZN + 733.88 AZN =1063.64 AZN) cavabdehin əməkdaşı kimi göstərilən Yuliya Kolesnikova tərəfindən imzalandığını, halbuki iş materiallarında onun cavabdehin işçisi olması və cavabdeh tərəfindən ona bu sənədləri imzalamaq, yəni iddia olunan xidmətlərin cavabdehə göstərildiyini təsdiq etmək səlahiyyətinin verildiyi barədə hər hansı mötəbər sübut olmadığını bildirmiş, TC 023/20 saylı hesab fakturanı da qəbul etməməsinə baxmayaraq həmin hesab fakturanı imzalanmış Qanuni nümayəndə1 barədə hər hansı münasibət bildirməmişdir.
55. Kollegiya qeyd edir ki, Türkiyəyə, Böyük Britaniya və ABŞ-a əşya və ya sənədin göndərilməsi ilə bağlı hesab fakturanı Kolisnikova Yuliya da imzalamış və həmin hesab faktura üzrə də, çatdırılma ilə bağlı qəbz təqdim edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab fakturanı da, Kolisnikova Yuliya imzalamışdır.
56. xx.xx.2020-ci il tarixli TC 023/20 saylı hesab fakturanı Qanuni nümayəndə1 imzalamışdır ki, cavabdeh Kolisnikova Yuliyadan fərqli olaraq hesab-fakturanı qəbul etməməsinə baxmayaraq həmin şəxs barəsində heç bir etiraz bildirməmişdir.
57. İş materiallarından müəyyən edilir ki, Qanuni nümayəndə1 cavabdeh hüquqi şəxsin qanuni təmsilçisidir, hansı ki apellyasiya şikayətini də o imzalamışdır.
58. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin 1355,7 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi, habelə tərəflər arasında Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə istinadən belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 1355,7 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
59. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 09 yanvar 2019-cu il tarixli TC 035\19 saylı hesab-faktura ilə 2018-ci ilin dekabr ayında göstərilmiş xidmət üçün invoys üzrə 254,52 manat (ƏDV xaric) məbləğində xidmət haqqı ödənilməlidir.
60. İddiaçı tərəfindən cavabdehə EAAP 005703 nömrəli xx.xx.2019-ci il tarixli (254,52 manat) elektron qaimə təqdim edilmiş, xx.xx.2019-cu il tarixli ödəniş sənədinə əsasən 254.52 manat ödəniş həyata keçirilmişdir.
61. Kollegiya qeyd edir ki, tərəflər arasında işgüzar münasibətlər və sənədləşmələr oxşar formada həyata keçirilmiş, ilk öncə hesab faktura tərtib edilmiş sonra elektron qaimə göndərilmiş və sistem tərəfindən qəbul edilmişdir.
62. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində öz əksini tapmışdır.
63. Kolegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş Cavabdeh MMC-dən əsas borc məbləğinə münasibətdə 70 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 110 manat hüquqi yardıma görə çəkilmiş xərcin və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
65. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 36.6 manat özünə aid edilməlidir.
66. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
67. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-617/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova