Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-509/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə2 və İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdeh Şirkətə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borcun ödənilməsi məqsədi ilə 64.766 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 420 manat məbləğində pul vəsaitinin cavabdeh Şirkətdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı olaraq iddiaçı MMC ilə alıcı olaraq cavabdeh Şirkət arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “sement məhsullarının alğısatqısı barədə” 81 "xxxx" saylı müqaviləyə əsasən Şirkət MMC-dən sement məhsullarını almış, lakin müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmin məhsulların dəyərini MMC-yə ödəməmişdir. Nəticədə Şirkətin MMC-yə 64.766 manat məbləğində borcu yaranmış və MMC tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. b) cavabdehin iddiaya münasibəti barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 birinci instansiya məhkəməsində icraat zamanı iddianı qismən etiraf edərək, izahatında bildirmişdir ki, cavabdeh Şirkətin iddiaçı MMC-yə 67.000 manat məbləğində borcu yoxdur, borc qat-qat aşağı məbləğdədir. İddia tələbi üzrə 2022-ci ilin yanvar ayından bu tərəfə olan borcun ödənilməsi tələb olunur, lakin iddiaçı MMC-nin təqdim etdiyi qaimələrdən yalnız beşi 2022-ci ilə aiddir. Digər təqdim olunan nəqliyyat qaimələri isə 2022-ci ildən əvvəlki illərə aiddir. İddiaçı MMC-nin təqdim etdiyi qaimələrdə ziddiyyətli məqamlar var. Bütün bunlar araşdırılmalıdır. Elektron qaimələrin tarixlərinə nəzər yetirdikdə görünür ki, 14 ədəd elektron qaimə 2021-ci ilə aiddir. 2022-ci ildə isə 32.694 manat borc müəyyən olunur, 5.884 manat da ƏDV-dir. O, iddiaçı tərəfə təklif edir ki, bütün bu sənədlər, yük nəqliyyat qaimələri, cavabdeh Şirkətin əməkdaşlarının qəbul etdikləri malların hamısı aydınlaşdırılsın və borcun məbləği dəqiqləşdirilsin. 2022-ci ildə iddiaçı MMC ilə bağlanılmış müqavilə üzrə Şirkətin 67.000 manat məbləğində borc yoxdur və Şirkət borcu ödəməkdən yayınmır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh Şirkət tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdeh Şirkətin 31.866,51 manat məbləğində ödənişi olması iddiaçı MMC tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh Şirkət tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı “yük nəqliyyat qaimələri” əsasında bütün hallarda sement məhsulları cavabdehə təhvil verir və buna dair qaimə bütün hallarda imza və möhürlə təsdiq olunmalıdır. Eyni zamanda müqavilənin 4-cü bəndinə görə əgər cavabdeh Şirkət tərəfindən iddiaçı MMC-yə əvvəl təqdim etdiyi malın dəyəri 30 gün müddətində bank hesabına ödənilməmişdisə, nəyə görə növbəti malların təqdim edilməsi aydın deyildir və s. İddiaçı MMC, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış şəxsi elektron kabinet vasitəsilə 2022-ci il dövrü üçün 07 ədəd “nəqliyyat qaiməsini” təqdim etmişdir. Bu qaimələrdə göstərilir ki, (məsələn) xx.xx.2022-ci il qaimə əsasında "xxxx"dən mal götürülür və xx.xx.2022-ci ildə çatdırma tarixi göstərilir; müştəri iddiaçı MMC-dir, yükü təhvil alan cavabdeh Şirkətdir. Qaimələrin aşağı hissəsində qapançı dispetçer, sürücünün ad və soyadı göstərilir. Lakin müştəri (alan tərəf) cavabdeh Şirkət tərəfindən bu yükü qəbul etmə açıqdır (imza, soyad, möhür və s. heç nə yoxdur). Yükün cavabdeh Şirkətə təhvil verilməsi faktı yoxdur. Müqavilə şərtlərinə görə iddiaçı MMC əgər yükü Masallıdakı zavoda aparıb təhvil vermişdirsə, onda malı qəbul edən nümayəndənin ən azından imzası sənəddə əks olunmalı idi. Digər tərəfdən həmin yük "xxxx" tərəfindən daşıyıcı şirkətin sürücüsünə təhvil verilməsi barədə sənəddə “buraxılış icazə verir” Holcim (Azərbaycan) ASC qeyd olunmalı idi. Çünki müqavilənin 4.7-ci bəndinin şərtləri bunu məcburi tələb kimi müəyyən edib. İddiaçı tərəfdən şəxsi kabinet vasitəsilə təqdim edilmiş digər 14 ədəd “Nəqliyyat qaimələr” bu yüklərin cavabdeh Şirkətə - nümayəndələrinə təhvil verilməsi mövcud deyildir. Bu qaimələrdə də müştəri olaraq malı qəbul etmə açıqdır. Eyni zamanda bu nəqliyyat qaimələrdə verilmə tarixləri ilə malın zavoddan getmə (yükləmə, çatdırma vaxtı, yükləmə vaxtı və s.) vaxtları (il və gün olaraq) tamamilə fərqlidir. Bu qaimələrdə də qaimənin aşağı hissəsində yükü "xxxx" ASC-dən qəbuledən iddiaçı MMC bu yükü müştəri olaraq cavabdeh Şirkətə onun nümayəndəsinə təhvil vermə göstərilməyib, bu məsələ açıq qalıb, çünki iddiaçı MMC tərəfindən bu qaimələr üzrə yüklər cavabdeh Şirkətə təhvil verilməmişdir. 2021-ci il üçün təqdim olunmuş 14 ədəd nəqliyyat qaimələrin 12 ədədində qaimənin tərtib olunma tarixi 2023-cü il, yükün göndərilmə tarixləri (daxilolma vaxtı, getdiyi və s.) 2021-ci il göstərilir, müştəri olaraq cavabdeh Şirkətin malın qəbulu barədə qeydin olmaması onu göstərir ki, bu qaimələrin iddiaçı tərəfdən hansı formada tərtib edilməsi qeyri-müəyyən olmaqla yanaşı, yüklər Şirkətə müştəri olaraq təhvil verilməmişdir. Odur ki, yük nəqliyyat qaimələrinin əsilləri malı təhvil verən tərəfdə saxlanıldığı üçün, həmçinin iddiaçı iddia edir ki, təqdim etdiyi mallara görə onlara borc yaranıb, onda bu sübutu məhkəməyə təqdim etmək iddiaçının üzərində qalır. Nəzərə alınmalıdır ki, qaimələr ayrıayrı illər üzrə, ayrı-ayrı aylarda malın təhvil verildiyi iddia edilirsə və müqavilənin 3-cü bəndinə görə təqdim olunmuş malın dəyəri 30 gün müddətində bank hesabına ödənilməli olduğundan, iddiaçının belə bir sənədləşmə aparması və yol nəqliyyat qaimələrinin təqdim edilməməsi və aid olmayan nəqliyyat qaimələrinin təqdim edilməsi düzgün deyildir. Cavabdeh Şirkətə “yol nəqliyyat qaimələri” əsasında 2021-ci ildə cəmi 32.032 manatlıq mal təqdim olunub, onun dəyərinin 17.032,39 manat və ƏDV xx.xx.2021-ci il tarixdə ödənilib. Cavabdeh Şirkət tərəfindən (2021-ci il tarixli müqavilə üzrə) cəmi ödənilməli olan borc məbləği 15.000 manat təşkil edir. Bu səbəbdən Şirkət VÖEN kargüzarlıq vasitəsilə iddiaçı MMC-yə müraciət edərək borc məbləğini sənədlər əsasında müzakirə etməyi iddiaçıya təklif etmişdir. Məhkəmə nəzərə almalıdır ki, 2022-ci ildə iddiaçı MMC cavabdeh Şirkətə sement məhsulu təqdim etməyib. Göndərdiyi e-qaimələr tam əsassızdır. İşə baxmış birinci instansiya məhkəməsi mübahisəli məsələyə baxarkən aşağıdakıları araşdırmalı və müəyyən etməli idi: - “müqavilə üzrə öhdəlik əsasında iddiaçı MMC öz üzərinə düşən müqavilə öhdəliklərini icra etmişdir, ya yox?”; - “tərəflər arasında mübahisənin hüquqi əsası kimi xx.xx.2022-ci il tarixli 81 "xxxx" saylı müqavilənin şərtləri olduğu üçün, bu müqavilə şərtlərinə uyğun olaraq iddiaçı müqavilədə göstərilən malları istehsalçı müəssisədən götürdükdən sonra, cavabdeh (yükü alan) Şirkətin Masallı rayonunda yerləşən zavoduna təhvil vermişdirmi?”; - “əgər iddiaçı qeyd oluna yükləri müştəri (yükü alan) olaraq Cavabdeh UİKŞ-nin Masallı rayonu ərazisində yerləşən beton zavodunun ərazisinə daxil olub – yükləri təhvil veribsə, onda iddiaçının məhkəməyə elektron qaydada təqdim etdiyi 22 ədəd “Nəqliyyat qaiməsinin” heç olmasa birində malı qəbul edən müştərinin nümayəndəsinin malın qəbuluna dair möhürü, imzası, adı, soyadı və s. məlumatlar niyə yoxdur?”. Təqdim olunmuş 22 ədəd “Nəqliyyat qaimələri”nin hər birinin tərtib olunma tarixləri və müştəri – cavabdeh Şirkət tərəfindən yükün qəbul edilməsinə dair imza və möhürün olmaması, habelə yükün “yükləmə məntəqəsindən” götürülmə tarixləri, müştəriyə çatdırılma və illər baxımından başqa il kimi qaimələrdə tarixlərin göstərilməsi və sair müqavilə şərtlərinə, işgüzar qaydalara və qanunazidd hallar var. Sıra ardıcıllığı ilə qeyd olunan 8 ədəd “Nəqliyyat qaiməsinin” tərtib olunma tarixləri üzrə 6 ədədi 2022-ci ilə aiddir, digər 2 ədədi isə 2021-ci ilə aiddir. İddianın hüquqi əsası kimi, xx.xx.2022-ci il tarixli 81 "xxxx" saylı müqavilə üzrə borc tələbi olduğundan, iddiaçının 2021-ci il dövrü üçün 2022-ci il tarixdə qaimə təqdim etməsi səhvdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün, iddiaçı 2022-ci il tarixli müqavilə üzrə tələb irəli sürdüyü üçün, 2021-ci il dövrü ilə əlaqədar iddia tələbi olmadığı üçün qətnamə qanunsuzdur. Bu faktı birinci instansiya məhkəməsində də açıq şəkildə qeyd etmələrinə baxmayaraq, iddiaçının bu açıq formada saxta tərtib olunmuş və məhkəmə vasitəsilə istifadə etdikləri hüquqa zidd əmələ qiymət verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 14 ədəd “Yol nəqliyyat qaimələrində” qeyd olunan sement məhsulunun zavodda maşına yükləndikdən 1 il sonra, ən yaxşı halda, 3 ay sonra guya cavabdeh Şirkətə təqdim olunma kimi görüntü yaradılması və bu qaimələrdə yükün qəbuluna dair qeydin olmaması, bu qaimələrin hansı şəraitdə tərtib olunması qeyrimüəyyəndir. Məhkəmə Kollegiyası eyni zamanda nəzərə almalıdır ki, iddiaçının istinad etdiyi sübut növündən biri hesab etdiyi “e-qaimələr” əsasında Şirkətdən (2022-ci il tarixli müqavilə üzrə olan tələb kimi) ƏDV-siz, cəmi 32.694,06 manat pul tələb edir, lakin iddia tələbi 67.466 manat olmuşdur. Bu sənədlər və iddia tələbi arasında ziddiyyətə işə baxmış birinci instansiya məhkəməsi aydınlıq gətirməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçı MMC-nin təqdim etdiyi 22 ədəd qaimələrdə cavabdeh Şirkətin yükü qəbul etməsinə dair heç bir təsdiq olmadan, habelə iddia tələbi məbləği ilə e-qaimə üzrə tələb edilən məbləğlər arasında ziddiyyəti nəzərə almadan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin e-qaimələr ilə əlaqədar aşağıdakı hüquqi mövqeyini nəzərə almamış, nəticədə qanuna və müqaviləyə zidd qətnamə qəbul etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa birinci instansiya məhkəməsinin e-qaimə ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına istinad etməsi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı MMC yükü cavabdeh Şirkətə təqdim etməsi barədə müqavilədə nəzərdə tutulmuş qaydada heç bir rəsmiləşmə olmadan, yəni təqdim etmə olmadan şirkətə e-qaimə göndərməklə, şirkəti özünə borcu göstərir. Şirkətin mühasibatlığı vergi kargüzarlığına zamanında baxmadığı üçün, sistem eqaimələri təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçı görmədiyi iş üçün digər hüquqi şəxsə (cavabdehə) e-qaimə göndərməkdən əlavə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəməyə digər sübutlar təqdim etməsi zəruridir. e) Apellyasiya şikayətinə etiraz barədə məlumat
8. İddiaçı MMC-nin apellyasiya şikayətinə qarşı olan etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh Şirkət arasında sement məhsullarının alğısatqısı ilə bağlı müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı MMC sement məhsullarını cavabdeh Şirkətə satmışdır. Məhsulların alğı-satqısına dair cavabdeh Şirkətə həm elektron qaimələr, həm də nəqliyyat qaimələri verilmişdir. Lakin cavabdeh Şirkətin alğı-satqı müqaviləsi əsasında 64.766 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun olması barədə cavabdeh Şirkətə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində elektron məktublar göndərilmişdir. Cavabdeh Şirkət borcunun olmasını xx.xx.2022-ci il tarixdə iddiaçı MMC-yə göndərdiyi elektron məktubda etiraf etmişdir. Bütün əməliyyatlar və yazışmalar vergi kargüzarlığı qaydasında elektron aparılmışdır. Cavabdeh Şirkətə malların verilməsi barədə elektron qaimələr göndərilsə də Şirkət “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 89 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli qərarının 2.2.10, 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 2.2.10-cu bəndlərində göstərilənlərə uyğun olaraq vergi kargüzarlığı qaydasında göndərilən elektron qaimələrə hesabat dövrü ərzində heç bir etiraz bildirməmişdir. f) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2- 2(103)-573/2023) ilə apellyasiya şikayətinin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini qət etmişdir. g) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. İddiaçı MMC-nin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (İş № 2-2(102)-16/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və işə apelyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Kassasiya İnstansiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin materiallarından göründüyü kimi, cavabdeh Şirkət iddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq 67.466,83 manat məbləğində borcunun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir (iş v. 17). Sonradan cavabdeh mövqeyini dəyişdirərək göstərmişdir ki, müəssisənin rəhbəri tərəfindən yazılmış məktubda qeyd edilənlər texniki səhvin nəticəsidir, iddiaçıya göstərilən məbləğdə borc yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Şirkətin rəhbəri tərəfindən imzalanmış məktubla borcun etirafı olduğu halda, sonradan müvafiq əsaslandırma aparılmadan yalnız texniki səhvə istinad edilməklə təkzib edilməsini nəzərə almamış, borcun etirafı haqqında məktubu prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki digər sübutlarla birlikdə qiymətləndirməmiş, nəticədə işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına malikdirlər. Bu baxımdan cavabdeh Şirkət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla borcun etirafından sonra, bu halın təkzib olunması ağlabatan izahı verilməli və bu hal mötəbər sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi elektron qaimə fakturaların işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməsinin nəticələrinin nədən ibarət olmasını qətnaməsində göstərməmiş, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərin mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, işə apellyasiya qaydasında baxılarkən, iddiaçı MMC tərəfindən verilmiş ərizədə iddia olunan borcun məbləği dəqiqləşdirilərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin 38.578,99 manat borcunun yarandığı, həmin borcdan 2.700 manatın xx.xx.2022-ci il tarixində cavabdeh Şirkət tərəfindən ödənildiyi, və 35.878,99 manat borcun qaldığı göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçı MMC-nin mübahisələndirdiyi borcun 64.766 manat deyil, 35.878,99 manat təşkil etdiyi nəzərə alınmalı, həmin iddia predmeti çərçivəsində (1.) cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış borcun etirafı haqqında məktub işdəki digər sübutlarla birlikdə qiymətləndirilməli; (2.) müqavilə şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətlər, cavabdeh tərəfindən təsdiq edildiyi mübahisələndirilməyən elektron qaimə fakturalar üzrə malların təhvil verilməsinin həyata keçirilmə qaydası birgə qiymətləndirilməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə malların təqdim edilməsinə dair elektron qaimə fakturaların sübut əhəmiyyətinə qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. h) işə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Cavabdeh Şirkətin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
13. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətin dəlillərinə etiraz etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdir. i) mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
14. Məhkəmə, iddiaçı MMC-nin apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
15. Belə ki, satıcı olan iddiaçı MMC ilə (alıcı) olan cavabdeh Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli 81 "xxxx" saylı alğı-satqı müqaviləsindən görünür ki, hazırkı müqavilə əsasında satıcı müqavilənin üçüncü maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
16. Müqavilənin digər şərtlərinə görə, mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla müqaviləyə aid olan əlavələrdə göstərilir (maddə 3.1.).
17. Müqavilənin 3.1.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X6 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir (maddə 3.1.2.). Alıcı sifariş etdiyi malı iş saatları daxilində hər bir zaman qəbul edir, Yük Nəqliyyat qaiməsinə standart möhür vurur və imzası ilə təsdiq edir. Yük “Nəqliyyat qaiməsindəki” satıcının tərəzilərinin göstəriciləri əsas göstəricilər olaraq götürülür (maddə 4.4.). Alınan mal satıcının zavodunun ərazisində təhvil verilirsə alıcı yük nəqliyyat qaimələrinin sürücü və ya alıcının müəyyən etmiş digər şəxs tərəfindən alıcının adından imzalanmasına (hüquqi şəxs olduğu təqdirdə imzalanmasına və möhürlənməsinə) razılıq verir (maddə 4.7.).
18. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə edilmiş “Qiymət əlavəsindən” görünür ki, tərəflər “X7 – 42.5 Ekspert” məhsulunun 1 tonunun qiymətini ƏDV xaric 133 manata, ƏDV daxil 156,94 manata razılaşmışlar.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş 22 ədəd elektron qaimə fakturaya əsasən ümumi məbləğ ƏDV daxil 96.636,34 manat təşkil edir. Məhkəmə də məhz həmin məbləğdən cavabdeh tərəfindən ümumi ödənilmiş məbləğ olan 31.866,51 manatı çıxmaqla yerdə qalan məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.
20. Həmin ödəniş sənədinə nəzər yetirdikdə müəyyən edilir ki, əsas məbləğ olaraq iki dəfə, xx.xx.2021-ci il tarixdə 7.685 manat, xx.xx.2021-ci il tarixdə isə 17.032,39 manat, ümumilikdə 24.717,39 manat ödəniş həyata keçirilmişdir. Həmin sənədin ödənişin təyinatı qrafasında ödənişlərin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sement alınması üçün həyata keçirildiyi qeyd edilir.
21. Digər ödənilmiş məbləğlər isə ƏDV məbləğləridir. Belə ki, 2021-ci ildə xx.xx.2021-ci il tarixdə 1.383,3 manat, xx.xx.2021-ci il tarixdə 1.565,82 manat, xx.xx.2021ci il tarixdə isə 1.500 manat, ümumilikdə 4.499,13 manat ƏDV məbləği ödənilmişdir ki, həmin ƏDV məbləği yuxarıda qeyd etdiyimiz 24.717,39 manat ödənişin ƏDV məbləğidir (24.717,39 x 18% / 100 = 4.449,13).
22. Həmin ödəniş sənədindən görünür ki, 2022-ci ildə cavabdeh tərəfindən yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə 2.700 manat ƏDV məbləği ödənilmişdir ki, cavabdeh həmin ödənişin tərəflər arasında bağlanmış 2021-ci il tarixli müqavilə üzrə qalıq borc olan 15.000 manatın X6 olduğunu bildirmişdir (15.000x18%/100=2.700).
23. Təqdim edilmiş elektron qaimə-fakturala nəzər yetirdikdə isə müəyyən edilir ki, həmin qaimələrin səkkizi 2022-ci ilə aiddir və həmin qaimələr üzrə ümumi məbləğ 38.581,99 manat təşkil edir. Qalan 14 elektron qaimə-fakturalar 2021-ci ilə aiddir və ümumi ödənilməli məbləğ 58.054,35 manat təşkil edir.
24. İddiaçının əsas sübutlarından olan nəqliyyat qaimələrindən isə müəyyən olunur ki, həmin qaimələrin on dördündə məhsulun çatdırılma tarixi 2021-ci il, səkkizində isə 2022-ci il qeyd edilmişdir. Bundan başqa nəqliyyat qaimələrinin 13-də tərtib olunma tarixi 2023-cü il olsa da məhsulun çatdırılma tarixi kimi 2021-ci il qeyd edilmiş, həmin qaimələrdə müqavilənin 4.7-ci bəndinə uyğun olaraq cavabdehin imza və möhürü mövcud deyil.
25. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmetini təşkil edən müqavilənin imzalandığı ildən əvvəlki ilə aid olan elektron qaimə-fakturalarla müəyyən edilən məbləğdən, yenə 2021-ci ilə aid olan ödənişləri çıxmaqla, nəqliyyat qaimələrinə istinad etməklə iddia tələbinin tam təmin edilməsi barədə nəticəyə gəlmişdir.
26. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir (maddə 598.).
27. İş materiallarından görünür ki, cavabdeh Şirkət iddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq 67.466,83 manat məbləğində borcunun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Sonradan, Şirkət, mövqeyini dəyişdirərək göstərmişdir ki, müəssisənin rəhbəri tərəfindən yazılmış məktubda qeyd edilənlər texniki səhvin nəticəsidir, iddiaçıya göstərilən məbləğdə borc yoxdur.
28. Mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına malikdirlər.
29. Lakin cavabdeh Şirkət xx.xx.2022-ci il tarixli məktubla borcun etirafından sonra, bu halın təkzib olunmasının ağlabatan izahını verə bilməmiş və bu halı təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra iş üzrə qəbul etdiyi qərarlarında belə bir hüquqi mövqe göstərmişdir ki, iş üzrə tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (“X4rşı” iş üzrə qəbul edilmiş xx.xx.1994-cü il və “Buzescu Rumıniyaya qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2005-ci il tarixli qərarlar).
31. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış həm mübahisəli, həm də mübahisələndirilməyən dövr üzrə (mübahisələndirilməyən 2021-ci il və mübahisəli 2022-ci il üzrə) malların təqdim edilməsinə dair elektron qaimə faktura tərtib edilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına” əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir (bənd 1.2.). Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir (maddə 1.5.). Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər (bənd 3.3.). Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (bənd 3.4.). Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır (bənd 3.6.). Elektron qaimə-faktura işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilir (bənd 3.7.3.). Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır (bənd 3.9.).
33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
34. İşin müəyyən edilmiş hallarına əsasən xx.xx.2022-ci il tarixindən başlayaraq sonuncusu xx.xx.2022-ci il tarixində olmaqla dövri olaraq iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd qaimə fakturaya cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş və ya düzəliş edilməsi ilə bağlı müraciət olmamışdır.
35. Bundan başqa işə birinci dəfə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəfindən verilmiş ərizədə iddia olunan borcun məbləği dəqiqləşdirilərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin 38.578,99 manat borcunun yarandığı, həmin borcdan 2.700 manatın xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən ödənildiyi və 35.878,99 manat borcun qaldığı göstərilmişdir.
36. Beləliklə, cavabdeh Şirkətin iddiaçı MMC tərəfindən sübuta yetirilən əsas borcunun məbləğinin 35.878,99 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, müəyyən edilmiş borc məbləğinə aid hissədə cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 31.866,51 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət edir. Lakin cavabdeh 35.878,99 manat məbləğində pulun iddiaçıya ödənilməsini sübuta yetirə bilməmişdir.
37. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, əsas borcun ödənilməsi məqsədilə 35.878,99 manat məbləğində pul cavabdeh Şirkətdən tutularaq iddiaçı MMC-yə ödənilməlidir.
39. İddiaçı MMC həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin – 420 manat məbləğində pulun cavabdeh Şirkətdən onun xeyrinə tutulmasını da tələb etmişdir.
40. İş materiallarından görünür ki, iddiaçının nəzərdə tutduğu həmin məbləğ mediasiya xərcidir.
41. İddiaçının hazırki iddianı irəli sürməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği (120+(54766 x 0,3%)=) 284 manat mediasiya xərci ilə əhatə olunduğu üçün dövlət rüsumu ödənilməmişdir.
42. Bununla belə Məhkəmə hesab edir ki, əsas iddia tələbinin ödənilmiş hissəsinə (tələbin (35878,99 x 100% / 64.766 =) 55% hissəsi təmin edilib) mütənasib olaraq iddiaçının bu tələbi də qismən təmin edilməli, çəkilmiş xərcin əvəzi olaraq (420 x 55% =) 231 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. j) apellyasiya baxışının nəticəsi
43. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Bakı Kommersiya Məhkəməsinin həmin tələbin tam təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
44. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
45. İddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş tələbin məbləğinə mütənasib olaraq iş üzrə tərəflərə aid edilməlidir. İddianın təmin edilmiş hissəsinin nisbəti və apellyasiya və kassasiya şikayəti verilərkən hər iki tərəfin eyni məbləğdə - ((120+(54766 x 0,3%) =) 284 / 2 =) 142 manat məbləğində dövlət rüsumu ödəməli olduğunu nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
46. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borcun ödənilməsi məqsədilə 35.878,99 manat, çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədilə 231 manat olmaqla, cəmi 36.010 (otuz altı min on) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.