Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-509/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-291/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh Sığorta Şirkəti ASC və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********3 saylı avtonəqliyyat vasitələrinin könüllü Sığorta Şəhadətnaməsi əsasında 35,204.45 manat məbləğində sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC-dən, avtomobil alqı-satqısına dair xx.xx.2021-ci il tarixli B-182-AAE-21 saylı müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış 5,857.55 manat məbləğində real zərərin isə cavabdeh X4 və ödənilmiş dövlət rüsumunun mütənasib surətdə cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-291/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş ərizə təqdim etmişdirlər. Məhkəmə iclasında hər iki tərəfin nümayəndəsi barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-291/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-291/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-291/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin:
1. Cavabdeh hazırkı barışıq sazişi qüvvəyə mindiyi tarixdən 3 iş günü ərzində iddiaçı və sığorta müqaviləsi üzrə faydalanan şəxs (sığorta ödənişi almaq hüququ olan şəxs) İddiaçı MMC-yə 33.004,45 (otuz üç min dörd manat qırx beş qəpik) manat ödənişi bank köçürməsi yolu ilə verməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən ödənişin bu bənddə göstərilən ödəmə tarixində həyata keçirilməməsi, Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
2. İddiaçı- İddiaçı MMC 11 dekabr 2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı Cavabdehə qarşı olan 35.204,45 (otuz beş min iki yüz dörd manat, qırx beş qəpik ) manat sığorta ödənişinin ödənilməsi barədə iddia tələbinin 2.200,00 (iki min, iki yüz) manat hissəsindən imtina edir.
3. İddiaçı və Cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.
4. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında saxlanılır. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Elnur Həsənov