Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-51/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, “xxxx” Azərbaycan-X4 nümayəndəsi və vəkili Vəkil1, “xxxx” ASC-nin nümayəndəsi və vəkili İddiaçı2 və nümayəndəsi X1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-894/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1854/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” Azərbaycan X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisələrinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Azərbaycan-X6 cavabdeh İddiaçı1 ASC-yə (hazırki “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216398 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216398 manat pul məbləğindən istifadə etdiyi üçün, minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14333 manat məbləğində pul vəsaitinin, cəmi 245878,86 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2-2(82)- 894/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “xxxx” Azərbaycan-X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(103)-43/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 216398 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216398 manat pul məbləğindən istifadə etdiyi üçün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14333 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(102)- 289/20 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli e-2-2(103)-43/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmçinin İddiaçı1 ASC (indiki “xxxx” ASC) cavabdeh “xxxx” Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 216398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” Azərbaycan X6ndən tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1854/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” Azərbaycan X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-556/2020 saylı qərardadı ilə həmin işlər bir icraatda birləşdirmişdir. Məhkəmə iclasında “xxxx” Azərbaycan-X4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə etdi, “xxxx” ASC-nin nümayəndəsi və vəkili İddiaçı2 və nümayəndəsi X3 isə apellyasiya şikayətlərinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilməlidir. İlk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 2(102)-289/20 saylı qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, “xxxx” Azərbaycan-X6 tərəfindən verilən iddia ərizəsi buna səlahiyyəti olan icraçı direktor tərəfindən imzalanmışdır. Belə ki, “xxxx” Azərbaycan-X4 təsisçilərin ümumi yığıncağının xx xxxx 2018-ci il tarixli qərarı ilə müəssisənin “icraçı direktoru” vəzifəsi yaradılmış və ona iddia ərizələrinin imzalanması hüququ verilmişdir. Hazırki işin mübahisəsiz halları isə ondan ibarətdir ki, tərəflər arasında asılan və qoşulan texnikaların satınalınması barədə xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi “xxxx” ASC icraçı “xxxx” Azərbaycan-X5 1145 ədəd asılan və qoşulan texnikaların müqabilində 5.709.336,51 manat (3.060.650 Avro) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında texnikaların satınalınması barədə xx xxxx 2018-ci il tarixli 18/18 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi “xxxx” ASC icraçı “xxxx” Azərbaycan-X5 1145 ədəd asılan və qoşulan texnikalarının təqdim edilməsinə görə 1.781.260 manat ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilədə nəzərdə tutulmuş texnikalar sifarişçiyə təhvil verilmişdir. “xxxx” ASC tərəfindən “xxxx” Azərbaycan X5 ödəniş tarixlərində Azərbaycan manatının Avroya olan məzənnəsinə uyğun olaraq, xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixdə 2.283.734,6 manat, xx.xx.2017-ci il tarixdə 1.753.752,45 manat, xx.xx.2017-ci il tarixdə 1.888.021,3 manat, cəmi 5.925.508,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 712.504 manat, xx.xx.2018-ci il tarixdə 760.896 manat, xx.xx.2018ci il tarixdə 91.462 manat, cəmi 1.564.862 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı “xxxx” Azərbaycan X6 bildirir ki, “xxxx” ASC xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilənin 9.1, 9.2, 9.3, 9.4-cü bəndlərinin şərtlərinə uyğun olaraq borc məbləğini ödəmişdir. Lakin xx xxxx 2018-ci il tarixli müqavilə üzrə malların dəyəri olan 1.781.260,0 manatdan cəmi 1.564.862 manat ödəmişdir. “xxxx” ASC borclu qaldığı 216.398 manat pulu ödəməyərək pul məbləğini özündə saxlamaqla ondan faydalandığına görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin borc məbləği iddiaçı müəssisədə böyük maliyyə çətinlikləri yaratdığı üçün “xxxx” ASC-də 200.000 manat illik 16 faizlə kredit xətti açdırmaq məcburiyyətində qalmışlar. Müəssisə tərəfindən həmin dövrdən hazırkı tarixə qədər 14333 manat yalnız kredit faizi ödənilmişdir. Cavabdeh “xxxx” ASC həmin iddiaya etiraz edir və öz iddiasını irəli sürərək bildirir ki, “xxxx” Azərbaycan-X6 tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən 5709110,0 manat məbləğində elektron qaimə “xxxx” ASC-yə göndərmiş və həmin məbləğdə kənd təsərrüfatı texnikalarını təhvil vermişdir. Lakin, “xxxx” ASC tərəfindən müqavilə şərtlərinə əsasən nəzərdə tutulmuş 5.709.336,51 manat (3060650,00 avro) məbləğində müqavilə dəyəri həmin dövrdə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq, xx.xx.2017-ci il tarixdə 2.283.734,60 manat, xx.xx.2017-ci il tarixdə 1.753.752,45 manat və xx.xx.2017-ci il tarixdə 1.888.021,30 manat olmaqla, cəmi 5.925.508,35 manat məbləğində pul vəsaiti, yəni 5.709.110,0 manat ödənilməli olduğu halda, məzənnə fərqi nəticəsində 216.398,35 manat məbləğində artıq ödəmə aparılmışdır. “xxxx” ASC tərəfindən artıq ödənilmiş 216.398,35 manat vəsaitin ən qısa müddətdə geri qaytarılması ilə bağlı xx xxxxxx 2018-ci il tarixli ASC/P-438 nömrəli pretenziya məktubu ilə “xxxx” Azərbaycan-X5 müraciət edilmiş və sonuncunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli müraciət məktublarında artıq ödənilmiş vəsait borc kimi qəbul edilmiş və xx.xx.2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə nəzərə alınması xahiş olunmuşdur. “xxxx” ASC-nin idarə heyətinin sədrinin xx.xx.2018-cil tarixli 3365/Ü-1 saylı əmri ilə “xxxx” ASC ilə “xxxx” Azərbaycan X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 14/17 nömrəli satınalma müqaviləsi üzrə artıq ödənilmiş 216328,35 manat pul vəsaitinin tərəflər arasında bağlanmış digər satınalma müqaviləsi olan xx.xx.2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə eyni məbləğdə pul öhdəliyi ilə əvəzləşdirilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC-nin iddiası əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). İddia tələblərinin həmin maddələrə əsasən təmin edilməsi üçün “xxxx” ASC aşağıdakı halları sübut etməlidir: ona məxsus 216.398,35 manat məbləğində pul vəsaiti öhdəlikdən kənar hüquqi əsas olmadan “xxxx” Azərbaycan-X4 hesabına köçürülmüş və bunun nəticəsində sonuncu əsassız varlanmışdır. Lakin hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, hazırki mübahisənin həllində əsas məqam xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə cəmi ödənilməli olan məbləğlə bağlıdır. “xxxx” Azərbaycan X6 hesab edir ki, həmin müqavilə üzrə məhz müqavilə şərtlərinə uyğun olaraq cəmi 5.925.508,35 manat məbləğində pul vəsaiti ödənilməli idi və həmin məbləğ də ödənilmişdir. “xxxx” ASC isə hesab edir ki, həmin müqavilədə göstərilən 5.709.336,51 manat məbləğində pul vəsaiti ödənilməli idi və ödənişin Avro məzənnəsinə uyğun hesablanması Mülki Məcəllənin 439-cu maddəsinə ziddir. Bununla bağlı kollegiya qeyd edir ki, müqavilənin qiyməti Mülki Məcəllənin 398-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Göründüyü kimi qanunverici tərəflərin razılığı üzrə müqavilə qiymətinin sonradan dəyişməsinin müqavilədə qeyd olunması imkanını nəzərdə tutmuşdur. Hazırki işdə də tərəflər müqavilələr üzrə qiymətləri manatla müəyyən etmişlər, lakin qiymətlərin xarici valyuta məzənnəsi üzrə artıb-azalması imkanını nəzərdə tutmuşlar və buna əsasən də qiymətlərin dəyişən olmasını əvvəlcədən razılaşmışlar. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə müqavilənin qiyməti 5.709.336,51 manat (3.060.650 Avro) müəyyən olunmuş, eyni zamanda müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Mülki Məcəllənin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Həmçinin tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə müqavilənin qiyməti 1.781.260 manat müəyyən olunmuş, eyni zamanda həmin müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, malların xaricdən idxal edildiyini və icraçının qiymət təklifinin xarici valyutada (ABŞ dolları ilə) verildiyini nəzərə alaraq müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi tərəflər ödənişlərin Azərbaycan manatı ilə həyata keçirilməsi, yəni Mülki Məcəllənin 439-cu maddəsinə uyğun olaraq pul öhdəliyinin manatla ifadə olunması, eyni zamanda müəyyən olunan qiymətin dəyişə bilməsi və ödənilməli olan məbləğin həmin gün üçün xarici valyutanın məzənnəsinə uyğun müəyyən edilməsi barədə razılaşmışlar. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə “xxxx” ASC tərəfindən “xxxx” Azərbaycan-X5 cəmi 5.925.508,35 manat məbləğində pul vəsaitinin ödənilməsi müqavilənin şərtlərinə uyğun olub və ona görə də, “xxxx” Azərbaycan-X6 tərəfindən hansı məbləğdə pulun ödənilməsi ilə bağlı elektron qaimələrin göndərməsi əhəmiyyət kəsb etmir. Bu baxımdan kollegiya hesab edir ki, həmin müqavilə üzrə hər hansı əlavə ödəniş olmamış və ona görə də, 216.398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə “xxxx” ASC-nin iddia tələbləri rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, “xxxx” Azərbaycan-Türkiyə Müştərək- Müəssisəsinin iddiası qismən əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq xx xxxx 2018-ci il tarixli 18/18 saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar “xxxx” ASC-yə verilmiş, sonuncu isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmiş və 216.398 manat məbləğində pul vəsaitini “xxxx” Azərbaycan-Türkiyə Müştərək-Müəssisəsinə ödəməmişdir. “xxxx” ASC də həmin müqavilə üzrə 216.398 manat məbləğində pul vəsaitinin ödəmədiyini etiraf edir, lakin bunu onunla əsaslandırır ki, xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə onun əlavə ödədiyi 216.398,35 manat məbləğində pul vəsaiti xx xxxx 2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə ödəyəcəyi eyni məbləğdə borcla əvəzləşdirmişdir. Məhkəmə kollegiyası “xxxx” ASC-nin bu mövqeyini əsassız hesab edir. Belə ki, yuxarıda göstərildiyi kimi “xxxx” ASC tərəfindən xx xxxxx 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə əlavə ödəniş aparılmamış və həmin müqavilə üzrə cəmi ödənilən məbləğ müqavilə şərtlərinə uyğun olmuşdur. Öhdəliklərin əvəzləşdirilməsi qaydasını tənzimləyən Mülki Məcəllənin 540-cı maddəsinin tələblərinə görə isə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi öhdəliklərin əvəzləşdirilməsi üçün ilk növbədə tərəflərdən hər birinin digəri qarşısında öhdəliyi mövcud olmalıdır və yalnız qarşılıqlı tələblər olduğu halda tərəflərin iradə ifadəsi əsasında onların əvəzləşdirilməsi mümkündür. Hazırki işin halları isə ondan ibarətdir ki, “xxxx” Azərbaycan X6 tərəfindən “xxxx” ASC-yə xx.xx.2018-ci il tarixli məktub göndərilən zaman “xxxx” Azərbaycan X4 “xxxx” ASC qarşısında hər hansı pul öhdəliyi, o cümlədən xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə əlavə ödənilmiş 216.398,35 manat məbləğində pul vəsaitinin geri qaytarılması öhdəliyi olmamışdır. Ona görə də, “xxxx” Azərbaycan X4 xx.xx.2018-ci il tarixli məktubu və onun əsasında verilmiş “xxxx” ASC-nin idarə heyətinin sədrinin xx.xx.2018-cil tarixli 3365/Ü-1 saylı əmri hər hansı hüquqi nəticəyə səbəb olmamaqla əvəzləşdirmənin aparılması əsası kimi qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, “xxxx” Azərbaycan-Türkiyə Müştərək- Müəssisəsi Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən xx xxxx 2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə verilmiş əşyaların ödənilməmiş dəyəri olan 216.398,35 manatın ödənilməsini tələb etməkdə haqlıdır və həmin iddia tələbi tam təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində “xxxx” Azərbaycan-X4 iddiası təmin edilə bilməz. Belə ki, iddiaçı həmin tələbləri Mülki Məcəllənin 449-cu maddəsinə əsasən irəli sürmüşdür. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. İddiaçı “xxxx” Azərbaycan-X6 tərəfindən irəli sürülən məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14333 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin həmin tələblər üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki “xxxx” Azərbaycan-X6 tərəfindən bankdan kredit götürməsinin səbəbinin məhz “xxxx” ASC-nin hərəkətləri (xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 216.398 manat məbləğində pul vəsaitinin ödəməməsi) olması, yəni zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması hər hansı sübutla təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xx xxxxxxx 2019-cu il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti qismən, xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti isə tam təmin edilməli, həmin qətnamələr ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə “xxxx” Azərbaycan-X4 iddiası qismən təmin edilməli, “xxxx” ASC-nin iddiası isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-894/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” Azərbaycan-Türkiyə Müştərək-Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1854/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Azərbaycan X6 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-894/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1854/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. “xxxx” Azərbaycan-X4 iddiası qismən təmin edilsin. 216398 manat pul məbləğində pul vəsaiti “xxxx” ASC-dən tutularaq “xxxx” Azərbaycan X5 ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” Azərbaycan X2rşı 216398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-51/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-51/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver