Məhkəmə qərarları › İş №2-2(103)-510/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-510/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-510/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC Sığorta Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-812/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxxxxxxx” ASC Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti arasında imzalanmış YBFQ2017-00530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə ödənilməli olan 42002,10 AZN məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(81)- 812/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-821/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(81)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta şirkəti tərəfindən sığortalanmış KBA Rapida 105 (seriya nömrəsi (367300) markalı tipoqrafiya avadanlığına xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyana görə İddiaçı MMC-yə sığorta məbləğinin ödənilməsinin ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-227/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 2(103)-821/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-227/2020 saylı qərarı qəbul edildikdən 1 gün sonra çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 1575/2020 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Mərkəzi X7 Cəmiyyətinin ərizəsi təmin edilmiş və Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti müflis elan edilmişdir. Həmin qətnamə xx xxxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur (a); borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər (b). Qanunun qeyd olunan müddəalarını və analoji münasibətləri tənzimləyən “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarında əks hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin müflis elan olunması barədə qətnamə qanuni qüvvəyə mindiyi məqamdan hazırkı işə iddia icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin hazırki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, hazırkı iddia tələblərini yalnız iflas prosesi çərçivəsində irəli sürə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-812/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələbləri yalnız “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar