Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-513/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1039/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 10 fevral 2021-ci il tarixli 21/0201 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokolunda göstərilmiş malları alıcının tələbatına uyğun olaraq satmağı, alıcı isə aldığı malların dəyərini bu müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, hər vahidinin qiyməti hər iki tərəfdən imzalanmış qiymələrin razılaşdırılası haqqında protokolunda göstərilir.
3. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” ayda bir dəfə,“Satıcı” tərəfindən təqdim edilmiş malların tam və yaxud “Alıcı”nın mağazasından satdıldığı malların dəyərini “Satıcı” nın bank hesabına köçürməlidir.
4. Müqaviləyə 15 fevral 2021-ci il tarixli 01 saylı əlavə Qiymət razılaşdırılması haqqında protokolda hər bir mal üzrə ödənilməli qiymətlər tərəflər arasında razılaşdırılmışdır. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı daha cavabdehdən müqavilə üzrə 7698,82 manat məbləğində pulun və order üçün vəkilə ödənilmiş 100 manat, 100 manat mediasiya xərcinin və 112 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öhədiliyini aşkar surətdə pozaraq, malların dəyərini iddiaçını bank hesabına köçürməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəfindən göndərilmiş pretenziyaya, həmçinin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, müqavilə üzrə öhdəliklər icra edilməmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1039/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi borc məbləğinə münasibətdə heç bir təhvil-təslim aktı təqdim etməmişdir. Halbuki, yalnız təhvil-təslim aktı əsasında qəbul edilmiş mallara münasibətdə ödəniş həyata keçirilmişdir. Elektron qaimə həmin malların əldə edilməsini təsdiq etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən müəssisə və təşkilatların, habelə, sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarınının forma və rekvizitləri təsdiq edilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasıının xx.xx.2020-ci il tarixli qərarına əsasən, 57 nömrəli Əlavədə qeyd edilən-malların təhvil qəbul aktı ləğv edilmişdir. Eyni zamanda cavabdeh borcu mübahisələndirmək, iddianı qəbul etməmək əvəzinə iddiada tələb edilən məbləğdən məhkəmə prosesinin gedişində göndərilmiş qaimələr üzrə hesablanmış borcun 1471,35 manat məbləğində hissəsini ödəyərək borcla bağlı etirafedici hərəkətlər etmişdir. Bu isə cavabdehin iddianı qəbul etməsi deməkdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
15. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, tərəflər arasında 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
24. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokolundan görünür ki, Cavabdeh MMC-yə satılacaq malların qiymətləri müəyyən edilmiş və həmin razılaşma protokolu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBAY 362830 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993350 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993351 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993352 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993353 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993354 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 993355 nömrəli, xx.xx.2021-ci il tarixli EBAZ 051383 nömrəli, xx.xx.2021-ci il tarixli EBAZ 051372 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 076830 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093965 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093966 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093957 nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 093958 nömrəli, xx.xx.2021-ci il tarixli EBBC 004629 nömrəli, xx.xx.2021-ci il tarixli EBBD 610533 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750241 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750242 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750243 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750244 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750245 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 750246 nömrəli elektron qaimələr göndərilmişdir.
26. Həmin elektron qaimələrin cəmi 12032,63 manat (10197,21 manat əsas borc, 1835,42 ƏDV məbləği) təşkil edir.
27. 31.03.2022-ci il tarixli 000İPX1220901EE7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2112,46 manat məbləğində ödəniş edilmişdir.
28. 18.07.2023-cü il tarixli 000İPX12319913A7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
29. xx.xx.2022-ci il tarixli 000İPX12226231EA nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 150 manat məbləğində ödəniş edilmişdir.
30. xx.xx.2023-cü il tarixli 000İPX1231762CBB nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
31. xx.xx.2024-cü il tarixli 000İPX1240153D57 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 471,35 manat məbləğində ödəniş edilmişdir.
32. 29.01.2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
33. xx.xx.2024-cü il tarixli 000İCZ124033112E nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
34. Həmin ödənişlərin cəmi 4333,81 manat təşkil edir.
35. Beləliklə, qeyd olunan sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cəmi məbləği 12.032,63 manat, ödənişlərin cəmi məbləği isə 4333,81 manat təşkil edir.
36. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində malın çatdırılması ilə əlaqədar satıcının və alıcının nümayəndələri tərəfindən imzalanan təhvil-təslim aktının tərtib edilməsi razılaşdırılsa da, faktiki belə sənədlər tərtib edilməmiş, cavabdeh ona təqdim edilən elektron qaimələrə etiraz etməmiş və yuxarıda qeyd edilən ödənişlər etmişdir.
37. Kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə cavabdeh qismən ödəniş etmişdir.
38. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
39. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək cəmi dəyəri 12.032,63 manat təşkil edən malları cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.
41. Cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş və 4333,81 manat məbləğində ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 7698,82 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (12.032,63- 4333,81=7698,82).
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1039/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov