Məhkəmə qərarları › İş №2-2(103)-514/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-514/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-514/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2814/2020 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2814/2020 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilərək, 28695,80 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2814/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2814/2020 nömrəli qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyünə görə geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk olaraq kollegiya qeyd edir ki, işə şifahi məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar yoxdur və ona görə də, işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakının təmin edilməsi barədə vəsatət təmin edilmir. İş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2-2(113)-2814/2020 saylı qətnaməsi 15 dekabr 2020-ci il tarixdə Cavabdeh MMC-nin ünvanına göndərilmişdir. Lakin poçt vasitəsilə göndərilmiş həmin qətnamə “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Həmin qətnamə əsasında verilmiş icra sənədi 29 yanvar 2021-ci il tarixdə Xətai rayon icra şöbəsinə icraya yönəldilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 3(011)-4540/2021 nömrəli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2814/2020 saylı qətnaməsinin icra edilməməsinə görə Cavabdeh MMC-nin direktoru X5 inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş, həmçinin X5 qərarın qəbul edildiyi məhkəmə iclasında iştirak edərək borcu qəbul etmiş və pandemiya ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirmişdir. 29 noyabr 2022-ci il tarixli Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Cavabdeh MMC-nin direktoru X5 ifadəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2814/2020 nömrəli qətnaməsinin icrası üzrə ödənilməli olan 28725,80 manat məbləğində borcdan 10500 manatını İddiaçı MMC-yə ödənildiyini və qalan 18255,80 manat məbləğində pulun qısa müddətdə ödəniləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin direktoru X3 imzaladığı qəbzin surətindən görünür ki, 28725,80 manat məbləğində borcdan 10500 manatı Cavabdeh MMC-nin direktoru X5 həmin tarixdə İddiaçı MMC-nin direktoru X4 ödəmişdir. Göründüyü kimi Cavabdeh MMC-yə qiyabi qətnamə çatmasa da, məhz həmin qətnamənin icrası ilə bağlı Cavabdeh MMC-nin direktoru X5 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 3(011)-4540/2021 nömrəli qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2814/2020 saylı qətnaməsinin icra edilməməsinə görə inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş, yəni həmin dövrdə Cavabdeh MMC-nin direktoru olan X2 (2023-cü ildə digər direktor təyin edilib) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2814/2020 saylı qiyabi qətnaməsindən xəbəri olmuş, hətta sözügedən qətnamənin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X5 28725,80 manat məbləğində borcdan 10500 manatı İddiaçı MMC-nin direktoru X4 ödəmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh MMC-nin (X5 direktor olduğu dövrdə) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2814/2020 saylı qiyabi qətnaməsindən 15 dekabr 2021-ci il tarixdən xəbəri olmuş, hətta xx.xx.2022-ci il tarixdə 28725,80 manat borcdan 10500 manatı ödəmiş, buna baxmayaraq təxminən 1 il 1 ay keçdikdən sonra 30 yanvar 2023-cü il tarixdə Cavabdeh MMC məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ona təqdim edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə qətnamə ona verilmiş, daha sonra qiyabi qətnamənin ləğvi barədə ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki, Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinin tələblərinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığına görə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2814/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar