Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-52/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ i İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun və cərimənin tutulması Açar söz: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 Təsərrüfatı” MMC-yə qarşı lizinq müqavilələri üzrə yaranmış və cərimə borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-880/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materialarından görünür ki, tərəflər arasında aşağıdakı malkiyyə lizinq müqavilələri bağlanmışdır: -xx.xx.2017-ci il tarixli 207-LD/17 nömrəli lizinq müqaviləsi- 99 baş Holştin-friz cinsli damazlıq heyvan 3 ilə lizinqə verilmişdir; -xx.xx.2017-ci il tarixli 248-LD/17 nömrəli lizinq müqaviləsi- 83 baş Simmental cinsli damazlıq heyvan3 ilə lizinqə verilmişdir; -xx.xx.2018-ci il tarixli 233-LD/18 nömrəli lizinq müqaviləsi- 61 baş Simmental cinsli damazlıq heyvan 3 ilə lizinqə verilmişdir. -xx.xx.2018-ci il tarixli 309-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən 90 baş Simmental cinsli damazlıq heyvan 3 ilə lizinqə vermişdir.
2. İşdəki aktlardan görünür ki, damazlıq heyvanlar lizinq alana tam sağlam şəkildə təhvil verilmşdir. İşdəki sənədlərə əsasən heyvanların saxlanıldığı yer Ağdam rayonu, Əfətli kəndi olmuşdur.
3. Sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 28/17 saylı sığorta müqaviləsində görünür ki, sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydaların tələblərinə uyğun olaraq lizinqə verilmiş damazlıq heyvanlar sığotalanmışdır. Həmin müqavilənin 17.1-ci bəndinə əsasən lizinq alan (təsərrüfat sahibi) sığorta predmetini “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsini təmin etməlidir.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 207-LD/17 saylı lizinq müqaviləsi üzrə ümumi müqavilə məbləği 272957,85 manat olmuş, 161562,27 manat ödənilmiş, lizinq alan “X1 Təsərrüfatı” MMCnin 111.395,58 manat əsas, 84.993,90 manat cərimə borcu qalmışdır..
5. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 248-LD/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan “X1 Təsərrüfatı” MMC-nin gecikdirilmiş borcu 78.742,56 manat, cərimə borcu 56.402,29 manat təşkil edir.
6. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 233-LD/18 saylı lizinq müqaviləsi üzrə müqavilə məbləği 177876 manat olmuş, 88938 manat ödənilmiş, lizinq alan “X1 Təsərrüfatı” MMC-nin 88.938 manat əsas borcu, 51.849,50 manat cərimə borcu qalmışdır.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 309-LD/18 saylı lizinq müqaviləsi üzrə lizinq alan “X1 Təsərrüfatı” MMC-nin gecikdirilmiş borcu 127.350 manat, cərimə borcu 74.246,40 manat təşkil edir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. Hüquqi yardımın göstərilməsi haqqında 3307 saylı müqavilədən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq müqavilələri üzrə xx.xx.2020-ci il tarixdə 4.107,65 manat, xx.xx.2021-ci il tarixlərdə müvafiq olaraq 2.107,91 manat və 2.315 manat ümumilikdə 8.530,56 manat məbləğində edilmiş ödənişlər lizinq alan “X1 Təsərrüfatı” MMC-nin lizinq öhdəliklərinə yönəldilmişdir.
12. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 503s nömrəli sərəncamının icrasının təmin etmək məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsinə dair 1 nömrəli, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının tərkibində “X1 Təsərrüfatı” MMC-nin 309-LD/18, 233-LD/18, 248-LD/17 və 207-LD/17 saylı müqavilələri də Agentliyə keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, sığorta şirkəti tərəfindən tələf olan dörd baş damazlıq heyvanlara görə ödənilmiş 8530,56 manat sığorta məbləği “X1 Təsərrüfatı” MMC-nin lizinq borcuna yönəldilmişdir.
13. xx.xx.2018-ci il tarixli 0128/İ nömrəli məktubdan görünür ki, Paşa Sığorta” ASC tərəfindən sığorta müqavilələri ilə sığortalanmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş DE **********, DE **********, DE **********, DE **********, AT 098202629, DE **********, DE **********, DE **********, DE **********, DE **********, DE **********, DE **********, DE **********, AT 852327628, DE **********, AT 660392828, AT 720175622, DE **********, AT 458745829, DE **********, DE **********, DE **********, DE **********, AT 996507928, DE **********, AT 601589228, DE **********, DE **********, AT 502559528, DE **********, AT 560982422, DE **********, AT 463553629, DE **********, AT 015736729, DE **********, DE **********, DE **********, DE **********, AT ********* və DE ********** inventar nömrəli simmental və holştinfriz cinsli düyələrin tələf olmaları ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, sığorta predmetinin “Baytarlıq haqqında” AR qanununa və müvafiq normativlərə əsasən baytarlıqsanitariya tələblərinə uyğun olaraq saxlanıb-bəslənilməsi qaydalarına əməl olunmaması, sığorta müqavilələri üzrə xüsusi şərtlər bölməsində göstərilən tələblərə riayət olunmadığından "xxxx" ASC yuxarıda sözügedən heyvanların tələf olması ilə bağlı məsuliyyət daşımır.
14. Əsli apellyasiya instansiyası mərhələsində təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Ağdam rayonun Ələtli kəndində yerləşən fermada saxlanılan “X1 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş inventar nömrələri aktda qeyd edilmiş 44 baş heyvan 2020-ci ilin sentyabr ayında başlamış Vətən Müharibəsi zamanı 12-13 oktyabr tarixlərdə erməni hərbi birləşmələrinin ağır artilleriya atəşi nəticəsində təsərrüfata düşmüş mərni partladığından tələf olmuşdur.Akt Ağdam rayon Baytarlıq İdarəsi tərəfindən möhürlə təsdiq edilmişdir.
15. Əsli apellyasiya instansiyası mərhələsində təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Ağdam rayonun Ələtli kəndində yerləşən fermada saxlanılan “X1 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş inventar nömrələri aktda qeyd edilmiş 19 baş heyvan baş heyvan 2020-ci ilin sentyabr ayında başlamış Vətən Müharibəsi zamanı 12-13 oktyabr tarixlərdə erməni hərbi birləşmələrinin ağır artilleriya atəşi nəticəsində təsərrüfata düşmüş mərni partladığından qəlpə yarası aldığı üçün müalicəyə cəlb edilmiş, 24 baş heyvan müalicəyə tabe olmadığı üçün təsərrüfatdan çıxdaş edilmişdir. Akt Ağdam rayon Baytarlıq İdarəsi tərəfindən möhürlə təsdiq edilmişdir.
16. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktlara əsasən Vətən Müharibəsi zamanı mərmi partlaması nəticəsində yaralanmış və müalicəsi mümkün olmayan heyvanların məcburi kəsimindən sonra satışından 14620 manat əldə edilmişdir.
17. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X1 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş heyvanlara görə ödənilmiş cəmi 8530,56 manat sığorta məbləği “X1 Təsərrüfatı” MMC-nin lizinq borcuna yönəldilmişdir.
18. İş materiallarına müxtəlif səbəblərdən məcburi kəsim edilmiş heyvanlar barədə aktlar əlavə edilmiş, işə apellyasiya qaydasında baxılarkən həmin heyvanların siyahısı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X1 Təsərrüfatı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 207-LD/17 nömrəli müqavilə üzrə 111.395,58 manat gecikdirilmiş əsas borc və 84.993,90 manat cərimə, xx.xx.2017-ci il tarixli 248-LD/17 nömrəli müqavilə üzrə 78.742,56 manat gecikdirilmiş borc və 56.402,29 manat cərimə, xx.xx.2018-ci il tarixli 233-LD/18 nömrəli müqavilə üzrə 88.938 manat gecikdirilmiş əsas borc və 51.849,50 manat cərimə, xx.xx.2018-ci il tarixli 309-LD/18 nömrəli müqavilə üzrə 127.350 manat gecikdirilmiş borc və 74.246,40 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 674.268,23 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 207-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 248-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 233-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 309-LD/18 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə cins damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
21. Cavabdehin tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-880/2022 saylı qətnaməsi ilə (Leyla Əliyeva) iddia qismən təmin edilmiş, cavabdeh “X1 Təsərrüfatı” MMCdən xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı müqavilə üzrə 111.395,58 (yüz on bir min üç yüz doxsan beş manat əlli səkkiz qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 6.000 (altı min) manat məbləğində dəbbə pulu; xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı müqavilə üzrə 78.742,56 (yetmiş səkkiz min yeddi yüz qırx iki manat əlli altı qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 4.000 (dörd min) manat məbləğində dəbbə pulu; xx.xx.2018-ci il tarixli, 233- LD/18 saylı müqavilə üzrə 88.938 (səksən səkkiz min doqquz yüz otuz səkkiz) manat məbləğində gecikdirilmiş əsas borc, 5.000 (beş min) manat məbləğində dəbbə pulu və xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı müqavilə üzrə 127.350 (yüz iyirmi yeddi min üç yüz əlli) manat məbləğində gecikdirilmiş əsas borc, 7.000 (yeddi min) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 428.426,14 (dörd yüz iyirmi səkkiz min dörd yüz iyirmi altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə cavabdeh “X1 Təsərrüfatı” MMC arasında xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı, xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı, xx.xx.2018-ci il tarixli, 233-LD/18 saylı, xx.xx.2018-ci il tarixli, 309- LD/18 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yarandığı, "xxxx" ASC-nin həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh “X1 Təsərrüfatı” MMC-nin lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirmədiyi, nəticədə dörd lizinq müqaviləsi üzrə cəmi 406.426,14 (111.395,58+78.742,56+88.938+127.350) manat məbləğində gecikdirilmiş borcu yarandığı işdəki sübutlarla təsdiq edildiyindən iddia həmin hissədə əsaslıdır.
24. Məhkəmə lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Lakin Məhkəmə MPMnin 467-ci maddəsinə əsasən hesab etmişdir ki, tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı müqavilə üzrə 6.000 manat, xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı müqavilə üzrə 4.000 manat, xx.xx.2018-ci il tarixli, 233- LD/18 saylı müqavilə üzrə 5.000 manat, xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı müqavilə üzrə 7.000 manat məbləğində müəyyən edilməlidir.
25. İddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı, xx.xx.2017-ci il tarixli, 248- LD/17 saylı, xx.xx.2018-ci il tarixli, 233-LD/18 saylı, xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı lizinq müqavilələri üzrə öhdəliyin icra müddəti 3 il müəyyən edildiyindən, xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı müqavilə üzrə sonuncu ödənişin icra edilməli olduğu tarix kimi 2020-ci ilin 2-ci rübü, xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı müqavilə üzrə sonuncu ödənişin icra edilməli olduğu tarix kimi xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli, 233-LD/18 saylı müqavilə üzrə sonuncu ödənişin icra edilməli olduğu tarix kimi xx.xx.2021-ci il və xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı müqavilə üzrə sonuncu ödənişin icra edilməli olduğu tarix kimi xx.xx.2021-ci il göstərildiyindən həmin müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddətinin axımı MM-in 377.2-ci maddəsinin tələblərinə əsasən məhz həmin tarixlərdən başladığından iddiaçı 2022-ci ilin yanvar ayında iddia qaldırmaqla iddia müddətini ötürməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-880/2022 saylı qətnaməsinin qismən- iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilələrə əsasən "xxxx" ASC tərəfindən “X1 Təsərrüfatı” MMC-yə təhvil verilmiş damazlıq heyvanların sağlamlıq vəziyyəti lazımi səviyyədə olmamışdır. Belə ki, həmin heyvanları “X1 Təsərrüfatı” MMC-yə gətirən maşınlardan birində 1 baş heyvanın ölü olması aşkar edilmişdi. “X1 Təsərrüfatı” MMC-yə təhvil verildikdən bir neçə gün sonra bizdən asılı olmayan səbəblərdən digər heyvanların temperaturu isə yüksəlmişdi. Qətnamədə lizinq obyekti olan damazlıq heyvanlarının qüsurlardan azad vəziyyətdə cavabdehə təhvil verildiyi və bununla bağlı cavabdehin irad bildirməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyi qeyd olunmuşdur. Lakin həmin heyvanların təsərrüfata təhvil verilməsindən 3 gün sonra onlardan bir neçəsinin temperaturunun qalxması müəyyən edilmişdir. Ağdam Rayon Baytarlıq İdarəsinin iştirakıbu barədə müvafiq aktlar da tərtib edilmişdir. Eyni zamanda, sözü gedən heyvanların temperaturunun qalxmasından sonra onlar uzun müddətli müalicəyə cəlb olunmuşdur. Bu da onu göstərir ki, heyvanların sağlamlığında onlar təhvil verilmədən öncə qüsur var idi. Heyvanların temperaturunun qalxması "xxxx" ASC tərəfindən bizə təhvil verilmiş heyvanların ağ ciyərində respirator xəstəliklərin olmasının və həmin heyvanların qeyri-sağlam olmasının sübutudur. Ötən dövr ərzində iradəmizdən asılı olmayan səbəblərdən həmin heyvanların məcburi kəsimi həyata keçirilmişdir. Satılan çıxdaş heyvanların dəyəri satış pulu nəzərə alınmaqla ümumi borc məbləğindən çıxılmalı idi. Lakin Bakı Kommersiya Məhkəməsi iş üzrə qətnamə çıxararkən həmin halı nəzərə almamışdır. Qətnamədə əks olunan məlumat verilməməsi ilə bağlı isə nəzərinizə çatdırmaq istəyirəm ki, "xxxx" ASC tərəfindən bizə məlumat vərəqəsi verilmişdir və məlumat vərəqəsində bildirilmişdir ki, əgər sığorta hadisəsi baş verərsə, "xxxx" ASC-yə telefon zəngi vasitəsilə məlumat verilməlidi və sığorta nümayəndəsinin iştirakı təmin olunmalıdır. "xxxx" ASC baş vermiş sığorta hadisələri ilə bağlı onlara məlumat verməyimizə baxmayaraq heç vaxt iştirak etməmişdirlər və bildirmişdilər ki, heyvanların yarılmasında və baxış keçirilməsində Yerli Baytarlıq İdarəsi nümayəndələri iştirak etməlidirlər. Dörd hadisə üzrə ödənişlər ödənilən zaman da həmin hadisələr üzrə lizinq nümayəndələri heç vaxt iştirak etməmişdir. "xxxx" MMC Ağdam rayonunun Əfətli kəndinin ərazisində fəaliyyət göstərir. “X1 Təsərrüfatı” MMC-nin fəaliyyət göstərdiyi heyvandarlıq kompleksi vətən müharibəsi zamanı erməni vandallarının təcavüzünə məruz qalmışdır. 2020-ci ilin 27 sentyabr tarixindən başlayan 44 günlük vətən müharibəsi zamanı təsərrüfata mərmi düşməsi nəticəsində xeyli sayda heyvan tələf olmuşdur. Bu barədə müvafiq aktlar da tərtib edilmişdir. Həmin vaxt eyni zamanda xeyli sayda heyvan da yaralanmışdı. Kəndə mərmi düşməsi nəticəsində bir neçə nəfərin həlak olmasından sonra işçilərin həyatını ölüm təhlükəsi ilə üz-üzə qoymamaq üçün fermaya daxil olmamaq və inəkləri sağmamaq qərarına gəlmişdik. Bu səbəbdən çoxlu sayda heyvanın döşü sıradan çıxmışdı. Nəticədə bir çox heyvanların mastit olması və yaralanması səbəbindən həmin heyvanlar çıxdaş edilmişdir. Yaralanmış heyvanların bəziləri tərəfimizdən kolbasa istehsalı üçün ətlik verilmişdir. Bəziləri isə köməksizlikdən tələf olmuşdur. Bu barədə tərəfimizdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, "xxxx" ASC-yə yazılı və telefon zəngi vasitəsilə məlumat verilmiş və "xxxx"ASC isə əvvəl bildirmişdir ki, onlar sığorta şirkətinə məlumat verəcəklər lakin sonradan özləri aydınlaşdırıblar ki, bu hadisə sığorta hadisəsi hesab olunmur. Buna görə də, sığorta şirkəti nümayəndələri ümumiyyətlə hadisə yerinə gəlməmişdir. Aktların tərtib oluması zamanı da onlar heç vaxt iştirak etməmişdir. Müharibə zamanı ölən və çıxdaş edilən heyvanların dəyəri “X1 Təsərrüfatı” MMC-nin borclu olduğu ümumi borc məbləğindən çıxılmalıdır. “X1 Təsərrüfatı” MMC tərəfindən lizinq müqavilələri üzrə öhdəliyin icra edilməməsi onun cavabdeh olmadığı hallardan irəli gəlmişdir. Bundan başqa "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə inventar nömrələri DE 035839249, AT 677645229, AT ********* və AT ********* olan heyvanlara görə 4107,65 və 4422,91 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin vəsaitlərin “X1 Təsərrüfatı” MMC-nin lizinq müqavilələri üzrə ümumi borcuna yönəldilməsi üçün "xxxx" ASC-yə ərizə ilə müraciət edilmişdir (həmin məktublar elektron məhkəmə sisteminə tərəfimizdən yüklənmişdir). Lakin həmin vəsaitlər "xxxx" ASC tərəfindən ümumi borc məbləğindən çıxılmamışdır. Bakı Kommersiya Məhkəməsi həmin ödənişlərin ümumi borc məbləğindən çıxıldığını qeyd etsə də, məhkəməyə iddiaçı tərəfindən həmin faktı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “X1 Təsərrüfatı” MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "xxxx" ASC arasında bağlanmış lizinq müqavilələrində ödənişlərin edilməsi qaydası və müddəti öz əksini tapmışdır. Tərəflər arasında lizinq müqavilələri üzrə qalan məbləğin hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə hüquqlarının pozulduğunu bildiyi vaxtdan 3 il ərzində məhkəməyə müraciət etməli idi. Lakin cavabdeh bəzi ödənişlər üzrə 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edirik ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “X1 Təsərrüfatı” MMC-yə qarşı iddiası üzrə iddia müddəti ötmüş ödənişlər üzrə tələblər təmin edilməli deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
29. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki iclaslarda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
30. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə görə lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-2.5-ci maddə-maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1-ci maddə-lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 749.1-ci maddəsinə görə kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.
448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 556.1-ci maddə-icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
31. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-880/2022 saylı qətnaməsi dəyişdirilərək cavabdeh “X1 Təsərrüfatı” MMC-dən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı; xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı; xx.xx.2018-ci il tarixli, 233- LD/18 saylı; xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı lizinq müqavilələri üzrə ümumilikdə 177.801,64 manat əsas borc, 5.334 manat dəbbə pulu tutulmalıdır.
33. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 4 maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 273 baş inək lizinqə verilmişdir. Lizinq müqavilələri üzrə ödənişlər razılaşdırılmış qrafik üzrə həyata keçirilmədiyindən iddiaçı xx.xx.2022-il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığından, hazırkı halda 2017-2018-ci illərdə bağlanmış lizinq müqavilələri üzrə öhdəliyin icra müddəti müvafiq olaraq 2020 və 2021-ci ildə bitdiyindən cavabdeh iddiaçı 2022-ci il tarixdə iddia qaldırmaqla 3 illik iddia müddətini ötürməmişdir.
35. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, lizinqə verilmiş heyvanlar sığortalandığından sığorta ödənişinın alınması iddiaçı tərəfindən təmin edilməli və ümumi borcdan çıxılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq iddiaçının və "xxxx" ASC-nin məktublarına əsasən müəyyən edilmişdir ki, sığorta hadisələrinin baş verməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən 8530,56 manat ödənilmiş, həmin sığorta məbləği “X1 Təsərrüfatı” MMC-nin lizinq borcuna yönəldilmişdir. Apellyasiya şikayətində də qeyd edilir ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə inventar nömrələri DE 035839249, AT 677645229, AT ********* və AT ********* olan heyvanlara görə 4107,65 və 4422,91 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş sığorta məbləğinin 8530,56 manatdan artıq olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, bu məbləğ isə iddiaçının məktubuna əsasən cavabdehin borcundan çıxıldığından apellyasiya şikayəti bu hissədə əsassızdır.
36. Xəstəlik və doğuş zamanı yaranmış qanaxmalar nəticəsində ölmüş heyvanlara görə lizinq ödənişlərinin borcdan çıxılmalı olduğuna dair cavabdehin dəlilləri əsassızdır. Belə ki, MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Hazırkı halda lizinq müqavilələrində fərqli qayda nəzədə tutulmamışdır. Lizinqə verilmiş heyvanlar sağlam vəziyyətdə təhvil verildiyindən həmin heyvanların sonradan lazımı qaydada saxlanılmamasına görə heyvanlarda yaranan xəstəlik və digər problemlərə görə ölməsinə görə məsuliyyət (qəsd və ya ehtiyatsızlıqdan baş vermiş bütün hallarla bağlı) lizinq alanın üzərinə düşür.
37. Lakin məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, 2020ci ildə Azərbaycan Respublikası ərazisində gedən Vətən Müharibəsi nəticəsində lizinqə verilmiş heyvanların mərmi partlaması nəticəsində tələb olması ilə əlaqədar məsuliyyət lizinq alana aid edilə və müharibədə tələf olmuş heyvanların dəyəri mülkiyyətçi tərəfindən lizinqalandan tələb edilə bilməz.
38. Mülki qanunvericilikdə lizinq müqaviləsinə verilən anlayışından və lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq, lizinq predmeti olan əmlaka müvəqqəti istifadə və sahibliyi nəzərdə tutur. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Maliyyyə lizinqi müqaviləsini nisyə alqı-satqı müqaviləsindən fərqləndirən əsas xüsusiyyətlərdən biri məhz lizinq alanın lizinq obyektinin dəyəri tam ödənilənədək lizinq verənin mülkiyyətində saxlanılan əmlakdan istifadə etmək, faydalanmaq, gəlir götürmək imkanına malik omasıdır. Əgər fors major (tərəflərin əvvəlcədən görə bilmədiyi və qarşısını ala bilmədiyi) halın baş verməsi nəticəsində lizinq alan lizinqə verilmiş əmlaka sahiblik və ondan istifadə hüququndan məhrum olursa həmin dövr üçün ödəniş etmək öhdəliyi də yaranmır.
39. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası ərazisində gedən müharibədə lizinqə verilmiş heyvanların saxlanıldığı təsərrüfata mərmi düşməsi nəticəsində heyvanların tələf olması (lizinq obyektinin məhv olması) müqavilə tərəflərlərinin təqsirindən asılı olmadan baş vermiş, borclunun məsuliyyətini istisna edən fors major hal hesab edilməlidir. MM-nin fors major halla bağlı 448.4-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, lizinqalanın təqsiri olmadan fors major hadisə nəticəsində tələf olmuş heyvanlara görə lizinq ödənişləri lizinqalandan tələb edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, MM-nin 748-7.1-ci maddəsində lizinq obyektini təhvil aldığı vaxtdan onun qorunmasına görə məsuliyyət lizinq alana aid edilsə də, bu normada forsmajor hal nəzərdə tutulmur. Belə ki, 748-7.1-ci maddənin tələbləri baxımından borclunun məsuliyyəti təqsirə görə məsuliyyətlə bağlıdır. Yəni, lizinq obyektinin məhv olmasında lizinqalanın qəsd və ya ehtiyatsızlıq formasında təqsiri olduğu halda məsuliyyət lizinq alana aid edilə bilər.
40. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən müharibədə ziyan dəymiş xx.xx.2020-ci il tarixli aktda qeyd edilən (tələf olmuş) 44 baş “Holşteynfriz” və “Simmental” cinsli iribuynuzlu heyvanın və xx.xx.2020-ci il tarixli aktda qeyd edilən (müxtəlif nahiyələrdən qəlpə yarası aldıqlarından müalicələrin nəticə verməməsi səbəbindən çıxdaş edilən) 43 baş “Holşteynfriz” və “Simmental” cinsli iribuynuzlu heyvanın müqavilə üzrə ümumi dəyəri 243.244,50 manat müəyyən edilmişdir.
41. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə cavabdehdən 4 müqavilə üzrə tutulmuş ümumi məbləğ 406426,14 manat təşkil edir. Məhkəmə hesab edir ki, işdəki xx.xx.2020-ci il tarixli akta əsasən lizinq alanın müharibədə ölmüş heyvanların satışından əldə etdiyi 14620 manat nəzərə alınmaqla lizinq müqavilələri üzrə (243.244,50- 14620) manat 228624,5 manat əsas borcun tutulması hissəsində iddia əsassız hesab edilməli, cavabdehdən 4 müqavilə üzrə tutulmalı borcun ümumi məbləği 177.801,64 manat (406426,14 -228624,5 ) müəyyən edilməlidir.
42. Məhkəmə eyni zamanda işin hallarını, əsas borcun məbləğinin məhkəmə tərəfindən 177.801,64 manat müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, MM-nin 467ci maddəsi tətbiq edilməklə öhdəliyin icrasının gecikdirilməsinə görə məhkəmə tərəfindən tutulmuş dəbbə pulunun məbləği azaldılaraq lizinq müqavilələri üzrə tutulmuş əsas borcun 3 faizi-5.334 manat məbləğində müəyyən edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən, 100 manat ekspertiza xərci cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xeyrinə tutulmalıdır.
44. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin qismən edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 880/2022 saylı qətnaməsi dəyişdirilərək cavabdeh “X1 Təsərrüfatı” MMC-dən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı; xx.xx.2017-ci il tarixli, 248- LD/17 saylı; xx.xx.2018-ci il tarixli, 233-LD/18 saylı; xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı lizinq müqavilələri üzrə ümumilikdə 177.801,64 manat əsas borc, 5.334 manat dəbbə pulu tutulmalıdır.
45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh “X1 Təsərrüfatı” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-880/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh “X1 Təsərrüfatı” MMC-dən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2017-ci il tarixli, 207-LD/17 saylı; xx.xx.2017-ci il tarixli, 248-LD/17 saylı; xx.xx.2018-ci il tarixli, 233- LD/18 saylı; xx.xx.2018-ci il tarixli, 309-LD/18 saylı lizinq müqavilələri üzrə ümumilikdə 177.801,64 manat əsas borc, 5.334 manat dəbbə pulu tutulsun. 100 manat ekspertiza xərci cavabdeh “X1 Təsərrüfatı” MMCdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.