Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-522/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun və xərclərin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 487/2022 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24235 ABŞ dolları məbləğində borcun, 100 manat məbləğində yol xərcinin və ödənilmiş 213,60 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-487/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-487/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında uzun müddət mövcud olan işgüzar münasibətlərə əsasən cavabdehin sifarişi əsasında tərəflərindən yük daşıma xidmətləri icra edilmişdir. Cavabdeh şirkətin daimi müştərisi olmuş, ayrı-ayrı xarici dövlətlərdən avtomobil şinləri sifariş vermişdir. İddiaçı həmin sifarişlərin hər birini icra edərək cavabdehə məxsus malları təyinat ölkəsinə çatdırmışdır. Uzun müddət davam edən işgüzar münasibətlərin fonunda cavabdehin mallarını ödənişi əvvəlcədən icra etməməsinə rəğmən mallar ölkə ərazisinə gətirilmiş və cavabdehə təhvil verilmişdir. Sonuncu sifarişlər əsasında cavabdehin iddiaçıya 24.235 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında şifahi bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh malları təhvil aldığı zaman müvafiq ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıya olan 24.235 ABŞ dollar borcunu bu günə kimi ödəməmişdir. Nəzərdə tutulan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. Cavabdehin barəsində dələduzluq ilə bağlı faktların araşdırılması məqsədilə malların çatdırıldığı yer üzrə aidiyyətı hüquq mühafizə orqanına müraciət edilmiş, lakin hazırkı mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmin cinayət işi üzrə cavabdeh öz borcunu qismən etirafetdiyi üçün həmin qərar tərəflərindən mübahisələndirilməmişdir. Həmin şikayət üzrə materiala əsasən müəyyən edilmişdir ki, Elektron ünvan 1 elektron ünvanı cavabdehə məxsusdur və borc barədə həmin ünvana məlumatlar göndərilmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarına və şəxsin yazılı izahatına əsasən cavabdeh öz borcunu qismən (15450 ABŞ dolları) etiraf etmişdir. Həmin yazılı etirafa qətnamədə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş edi. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə izahatları, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-487/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15450 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul, 213,60 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aralarındakı şifahi müqaviləyə əsasən fərdi sahibkar Cavabdeh sifarişi ilə müxtəlif ölkələrdən onun üçün avtomobil şinləri gətirilmiş, cavabdeh iddiaçıya bu xidmətə görə 24235 ABŞ dolları məbləğində borcunu ödəməmişdir. Qaradağ rayon Polis İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarından görünür ki, İddiaçı MMC-nin direktoru X1 ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İ.Şərifova aralarında yaranmış mülki münaqişənin həll edilməsi üçün mülki iddiaçı qismində məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı MMC-nin direktoru X1 Qaradağ rayon Polis İdarəsinə verdiyi şikayət ərizəsində 06.2018-ci il-xx.xx.2019-cu il tarixlərdə çatdırılmış mallara görə Cəbrayılov 24235 ABŞ dolları daşıma haqqı borcunu ödəməmiş, əvvəllər borcu ödəyəcəyini bildirsə də, sonradan şirkətlə əlaqəni kəsmişdir. Cavabdehin Polis İdarəsinə verdiyi izahatdan görünür ki, cinayət işinin araşdırılması zamanı Cavabdeh bildirmişdir ki, “avtomobillərin topdan satışı ilə məşğul olur. Təxminən 3 ilə yaxındır ki, sifariş etdiyi malları İddiaçı MMC şirkəti vasitəsi ilə ölkə ərazisinə gətirmişdir. Pandemiya dövründə işlər zəifləmiş, bütün daşıma şirkətləri qiymətləri endirmişə lakin İddiaçı MMC şirkəti ona bu haqda məlumat verməmiş, malları baha qiymətlə gətirmişdir.” Verilən suallara cavab olaraq Cəbrayılov bildirmişdir ki, ümumilikdə 15450 ABŞ dolları borcu var, borc məbləği onun mailto:aufine@hotmail.comElektron ünvan 1 adlı elektron ünvanına İddiaçı MMC-nin əməkdaşı Ramin Hüseynov tərəfindən göndərilmiş hesabatlarda öz əksini tapır, borcu hissə-hissə qaytaracaq. İddiaçı tərəfindən məhkəməyə cavabdehin cinayət işi üzrə araşdırma aparılarkən ona məxsus olduğunu qəbul etdiyi mailto:aufine@hotmail.comElektron ünvan 1 adlı elektron ünvanı ilə iddiaçının əməkdaşı Ramin Hüseynova məxsusmailto:Rhuseynov@formag.comElektron ünvan 2 elektron ünvanından 2017, 2018, 2019-cu illərdə göndərilmiş elektron məktubların surətlərini təqdim etmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə göndərilmiş məktubda həmin tarixə cavabdehin borc qalığının 19050 ABŞ dolları olduğu qeyd edilmişdir. Cavabdehin adına “X3. LTD” şirkəti tərəfindən göndərilmiş yüklərin beynəlxalq yük qaimələri (CMR) iş materiallarına əlavə edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehə məxsus mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmanı məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehlə iddiaçı arasında şifahi müqavilənin olması, cavabdehə yük daşıma xidmətlərinin göstərildiyi, həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilsə də, həmin xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı Elektron ünvan 1 elektron ünvanının cavabdehə məxsus olmasını, habelə tərəflər arasında işgüzar yazışmaların həmin poçt ünvanı üzrə həyata keçirilməsi ilə bağlı mötəbər, təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin normalarından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları da (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət işinin araşdırılması verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətlə bağlı məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət işinin araşdırılması zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. MPM-nin 82.4-cü maddəsində nəzərdə tutulmuş cinayət təqibi üzrə yekun məhkəmə aktının preyudisiallığı institutuna əsasən cinayət təqibi üzrə toplanmış sübutlar əsasında qəbul edilmiş yekun məhkəmə aktında məhkəmə tərəfindən müəyyən bir hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti müəyyən edilmişsə həmin şəxsin iştirak etdiyi mülki məhkəmə prosesi zamanı həmin hadisənin olub-olmadığının mübahisələndirilməsi və şəxsin hadisəyə aidiyyətinin yenidən araşdırılması yolverilməzdir. Hazırkı halda iş materiallarına cavabdehin Qaradağ rayon Polis İdarəsinə verdiyi izahat əlavə edilmiş və həmin izahatda cavabdeh iddiaçı ilə aralarında şifahi müqavilə münasibəti olduğunu, təxminən 3 ərzində sifariş etdiyi malları İddiaçı MMC şirkəti vasitəsi ilə ölkə ərazisinə gətirdiyini, həmin şirkətə 15450 ABŞ dolları borcu olduğunu, borc məbləğinin mailto:aufine@hotmail.comElektron ünvan 1 adlı elektron ünvanına İddiaçı MMC-nin əməkdaşı Ramin Hüseynov tərəfindən göndərilmiş hesabatlarda öz əksini tapdığını etiraf etmiş və borcu hissə-hissə qaytaracağını göstərmişdir. Bu izahat əsasında Qaradağ rayon Polis İdarəsi tərəflər arasında mülki hüquqi müqavilə münasibəti olduğunu müəyyən edərək cinayət işinə xitam vermişdir. Cinayət təqibi üzrə araşdırma zamanı tərəflər arasında müqavilə münasibətləri olduğunun onların öz izahatları əsasında müəyyən edildiyi və cinayət təqibinə məhz bu əsasla xitam verildiyi halda birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, iddiaçı məhkəməyə tələbinin əsaslı olması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən, o cümlədən apellyasiya instansiya məhkəməsində izahat verərkən qeyd edilən izahatı Qaradağ rayon Polis rəisinin diktəsi əsasında qorxudan yazdığını bildirsə də, qeyd edilən hallarla bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Cavabdehin izahatı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, o cümlədən cavabdeh Qaradağ rayon Polis İdarəsində ona hədə-qorxu gəlinməsi faktı ilə bağlı hər hansı orqana şikayət ərizəsi ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Cavabdeh polis idarəsinə verdiyi izahatda mailto:aufine@hotmail.comElektron ünvan 1 adlı elektron ünvanının ona məxsus olduğunu təsdiq etdiyindən iddiaçının məhkəməyə təqdim etdiyi elektron poçt vasitəsi ilə göndərilmiş məktubların Cavabdeh göndərildiyi və yazışmaların onunla aparıldığı müəyyən olunur. Eyni zamanda işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında Cavabdeh “05021063-- mobil nömrəsinin ona məxsus olduğunu təsdiq etdiyindən işdəki “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmaların da onunla aparıldığı müəyyən olunur. Həmin yazışmada R.Cəfərov maddi vəziyyəti yaxşılaşan kimi iddiaçıya olan borclarını ödəyəcəyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla tərəflər arasında uzun müddət müqavilə münasibətləri olduğu, iddiaçının müxtəlif daşıma şirkətləri vasitəsi ilə 2017, 2018 2019-cu illərdə cavabdehin sifariş etdiyi malları (avtomobil şinlərini) ölkə ərazisinə daşınmasını təmin etdiyi, cavabdehin iddiaçıya göstərilmiş xidmətə görə 15450 ABŞ dolları borclu olduğu onun cinayət işi üzrə araşdırma zamanı verdiyi izahatla təsdiq olunduğundan iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15450 ABŞ dolları pul tutulmalı, tələbin qalan hissədə əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən (email məktublarında cavabdehin iddiaçı tərəfindən tələb edilən məbləğdə borcu təsdiq etmədiyi nəzərə alınaraq) iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İddiaçı cavabdehdən 100 manat məbləğində yol xərci tutulmasını xahiş etsə də, bu xərclə bağlı sübutlar iş materiallarında mövcud deyil. Mübahisə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması ilə əlaqədar yarandığından məhkəmə MPM-nin 119.3-cü maddəsinə əsasən hesab edir ki, 213,60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-487/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15450 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul, 213,60 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-487/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 15450 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul, 213,60 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-522/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-522/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver